www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Babayev: Salam.mənim sualim belədirki döymə döydürmək olar? Əgər olmazsa ya haramdırsa hansı dəlilə görə?mən kiməsə izah etməli olsam necə izah edim? SİSTANİ VE REHBERİN FETVASİ
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İcazəlidir.



Sayt tərəfindən: Hökmlərə açıqlama vermək imkanlarımızdan xaricdir. Üzrlü sayn.
Sual: Sualı ünvanladı Zeynəb: cox xahiw edirem xamneyi aganin heyz haqqinda hokmu nedir?bu haqda (heyzin hökmləri) qisada olsa zehmet olmasa melumat yazin
Cavab: Salam. Bunun üçün ağanın İstiftaatına müraciət edin. Üzrlü sayın, bir belə hökmü yazmaq imkanlarımızdan xaricdir.
Sual: Sualı ünvanladı Sahil: salam keçən dəfə də sual vermişdim cavabın ala bilmədim. çox xahiş edirəm cavablandırasınız. təqlidim Sistani ağadır.sual belədir şadlıq evlərində (o yerlərdə içki verilir) fotoqraf işləyənlərin hesab işlərini aparmaq olarmı? yəni mühasiblik. işçiləri (fotoqrafları) mən təyin edirəm onların da maaşların mən verirəm.bu işin hökmün bilmək istərdim. əvvəlcədən təşəkkür
Cavab: Salam. Ayətullah Sisyabi dəftərxana: İcazəlidir. Bu şərtlə ki, özünüz fəsad məclislərində hüzur tapmayasınız.
Sual: Sualı ünvanladı Məryəm: salamun eleykum,rehmetullahi ve bereketuh.ilk once cox tewekkur edirem ki deyerli vaxtinizi islami tebligatla kecirirsiz.size sual vermiwdim cavabin da almiwam indi o sualdan bir sual da yaranib xahiw edirem cavablandirasiz,azerbaycanda rusiya banki demek olarki 1,2 denedi.ama ki meselen 48% azerbaycan terefe duwur sehmlerin 52% i ise rusiyanin,indi bilmek isteyirem ki bu banka pul qoymaq olar?onceden cox tewekkur
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Siz yəqinə çatın ki, qazancınızı Rusiyaya aid səhmlərdən alırsınız. Yoxsa olmaz.
Sual: Sualı ünvanladı Samir: Salam aleykum.. Men Ageyi Sistaninin muqellidiyem.. Bilmek isterdimki Banglardan pul krediti götürmek Olar yoxsa olmaz. yeni bunun bir iwgali varmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: "Məchulul-malik" kimi götürə bilərsiz. Amma şəxsi bankdan yox, dövlət bankından.



Sayt tərəfindən: Bu tarixə kimi bizə dəftərxanadan deyilirdi ki, zərurət olmasa olmaz. Amma bu gün bu hökm deyildi. Ola bilsin ki, ağa ümumi vəziyyəti ölçüb bu hökmü verib. Məchulul-malik yəni sahibi bilinməyən pul niyyəti ilə götürüb, aylıq ödənişi ödəyə bilərsiz.
Sual: Sualı ünvanladı Məhəmməd: Sualı ünvanladı Məhəmməd: salam eger onceki pul haram qazanilibsa ve daha sonra pewman olub allahdan bagiwlanma dilesek yeniden halal ruzi qazanmaq istesek onun bendin haramla atsam yeni evvelden yigdigim haram pulla bawlasam o pul yeni hallal qazanmaq istediyim pul mene haram olar?xamneyi aganin hokmu nedir bu barede
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər haram olsa ki, halala qatışıb, sahibini tanısaz (məsələn rüşvət alıbsız və həmin adamı tanıyırsız) aparıb qaytarmalısız sahibinə, qalanının (yerdə qalan hissənin) xümsünü verməlisiniz. Sonra yerdə qalan paklanar.



Əgər tam haram olsa, halala qatışmasa, sahibi məlum olan hissəni sahibinə qaytarmalı, olmayanı da sahibinin adından sədəqə verməlisiniz. Hamısın!
Sual: Sualı ünvanladı Vüsal: bildiyimiz kimi quranda nisa 24 ayede siyge haqqinda deyilir. ve bu iwin dul qadinla edilmeli oldugunda bilirik inwAllah alimlerin komeyi ile. sual budurki biz dul qadin tapa bilmirik bu halda pula gore yaxinlig eden xanimla siyge etmey olar? Allaha emanet
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Xanım qaydalara riayət edərsə olar.
Sual: Sualı ünvanladı Rasim: menim sualim budurki men xesteyem medemde problemim var malice aldim ama kecmirde mene tut aragi deyibler her seher bir cay qawigi ve iciremde ve duzelmiwemde demek isteyremki mecburam icmeye cunki nece aydi pis gundeydim,gunahdimi bunu icmeyim,sistani agaya teqlid edrem ,xahiw edrem bura cavab yazasiz
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Dərman kimi bir qaşığın eybi yoxdur. Bu şərtlə ki, məst etməsin və içindəki alkol "İstehlak" olsun. Yəni alkol itibsə. Aradan gedibsə. Bir mənada alkol kimi mövcud deyilsə.

Sual: Sualı ünvanladı Asim: Salam dinimizin reqs etmeye munasibeti necedi? Sistani aga
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Haramdır. İstisnadır, ər-arvad arasında.
Sual: Sualı ünvanladı Etibar: salam keçən dəfə də sual vermişdim cavabın ala bilmədim. çox xahiş edirəm cavablandırasınız. təqlidim Sistani ağadır.sual belədir şadlıq evlərində (o yerlərdə içki verilir) fotoqraf işləyənlərin hesab işlərini aparmaq olarmı? yəni mühasiblik. işçiləri (fotoqrafları) mən təyin edirəm onların da maaşların mən verirəm.bu işin hökmün bilmək istərdim. əvvəlcədən təşəkkür
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Sizin işiniz caizdir. Bu şərtlə ki, fəsad məclislərində özünüz hüzur tapmırsınızsa.
Sual: Sualı ünvanladı Faiq: Kəffarə pulunu kimə vermək olar və ya nəyə sərf etmək olar. İmam Hüseyn ehsanında ehsan niyyəti ilə xərcləmək olarmı bu pulu ? Sistani aga
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Fəqirə.



İmam Hüseyn ehsanında xərcləmək olmaz.
Sual: Sualı ünvanladı Hadi: Salam.Ramazan ayında Anam vəfat edəndə mənim halım pis oıub və mən dərman içib orucumu pozmuşam .bəlkə də orucumu poznayıb dərman içməsə idim dözə bilərdim .çox narahatam. Mən neçə gün qəza orucu tutmalıyam .əvvəlcədən təşəkkür edirəm. SİSTANİ AGA.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Halınız pis olubsa, özünüzü xəstə kimi hiss edibsizsə, bir gün qəza edin, yetər.
Sual: Sualı ünvanladı Hazer: Salam Aleykum. Sualim budu ki , menim tanidiqim bir qadin nişanli olub nişanlisi ile de kebini olub,ayriliblar kebn geri oxunmayib. Bilmeyibler kebn anlamayiblar ,İller kecib qadin başka biri ile aile qurub indi uc uşaqi var. Menim bildiyim qederi ile eger telaq oxunmayibsa qadin nişanlisinin eqdindedi ve ikinci eri ile kebini batildi zina elemiş olur yeni ve bunu eleyen qadin bilmeyerey olsada zina etdiyi şexse ebedi haram olur. Yeni indiki eri qadina ebedi haram olub .sehv etmirem bu bildiylerimde? Men bu barede baciya yardim ucun araşdirma elirem, bir taniş qiz da araşdirma eleyib ve deyir ki qizin hal hazirda birge yaşadiqi eri şeri vezifeleri yerine yetirmediyi ucun ,dinden anlayişı yoxdusa bu aile davam edilmelidi. Aileni dagitmaq haramdi. Cox xaiş eleyirem bele bir hokm varsa etrafli yazin . Bu cavabida 7 mucdehitin selahiyet verdiyi azerbaycanda şeri meselelerde hokm vermesi ucun Ocaq Nejat agadan oyrenildiyin deyirler .Bu halda olan qadinin hokmu nedi?
Cavab: Salam. Bu suala cavab verilib. Amma qısasını birdə deyək. Bilmədən olduğu üçün etiyati-vacibə əsasən əbədi haram olublar. Bilərəkdən olsaydı əbədi haramlıqlarına fətva var idi. Çün indi fətva yoxdu (yəni ehtiyati vacibdir) edə bilərlər bu hökümdə fətvası olan müctehidə keçsinlər. Bu şərtlə ki, bildikdən sonra, uşaqlarının atası ilə cinsi rabitədə olmasın. Olarsa bilərəkdən etmiş olur və fətva hallarına şamil olur ki, udul etmək (keçmək) də mümkünsüz olur.
Sual: Sualı ünvanladı Şeyx: Salam. Qardas men axirinci defe sual vermisdim xumsla bagli ona dolgun cavab gelmedi. Men sual verdim ki xums gunum gelib catib. Men ise kredite telefon goturmusdum, cemi 150 manat borcum qalib, amma bu pulu 5 ay erzinde odeyecem (her ay 30 manat ). Bu gun ise elimde olan pul deyek ki, 200 manatdir. Men ede bilerem 150 manati bu gun hamisini qaytarim bir defelik, amma 5 ay erzinde de odeye bilerem. Sual budur ki, men 200 manatdan xums vermeliyem, yoxsa 50 manatdan ? Yeni ikisinden hansidir cavab ? Allah sizlerden razi qalsin.
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Xüms günü çatmamış həmin 150-ni ödəsəniz 50 manatın xümsünü ödəyəcəksiz. Bu şərtlə ki, kreditə götürdüyünüz şey yaşayışınız üçün lazımlı vasitələrdən olsun.
Sual: Sualı ünvanladı Şahin: Salam mənim sualım Xameneyi ağayadı allah onun ömrünə və elminə bərəkət versin inşallah ,sual Mən Xameneyi ağaya təqlid edirəm və bununla yanaşı obiri ağalarada böyük hörmətim var amma elələri varki bir ağaya təqlid edir obiri ağaları təhqir və tənqid edir bu nə dərəcədə düzgündü məyər mücdəhidin arxasıyca danışmaq gunah deyil ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Müctehid ya adi insan, ümumumilikdə kiminsə arxasınca danışmaq günahdır. Alimə qarşı olan belə hərəkətlərin məsuliyyəti, daha çətindir.
Sual: Sualı ünvanladı Anar: Salam.namazdan sonra ayetil kürsünü tesbeh zikirinden sonra oxuyaq ya zikirden qabaq oxumaliyiq?tesekkül edirem
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Zikrdən sonra oxusaz yaxşıdır.
Sual: Sualı ünvanladı Samir: Salam 10 manat ve ye cox pul tapan adam hemen pulu ne etmelidir.Xamneyi aga
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Elan versin, bir il gözləsin. Sahibi çxmasa onun adından sədəqə versin. Amma tapılan pul elə yerdən tapılsa ki, sahibinin tapılmasına ümid yoxdur, onda bir il gözləməyə ehtiyac yoxdur.
Sual: Sualı ünvanladı Zahir: Salam Aleykum.Mumkunse qeyd edeceyim suala hem Rehberden ve hem de Sistani agadan cavab isteyirem. Men namaz ehliyem.Ailem imkansizdi.Ishlemeye mecburam.Lakin tehsil aldigimdan yalniz axsham saat 6-dan sonra bosh vaxtim olur ve bu ish rejimi ile de ish tapa bilmirem.Ona gore bir restoranda ishleyirem.Ishim bey-gelin iceri daxil olanda,yaxud lirik ve d. mahnilar ifa olunanda ishiqlari idare etmekdi.Axhsam namazlarim ise qeza olur.Bu ishde ishlemeyim ve qazandigim mevacibin hokmu nedir ? mumkunse tez bir zamanda cavablayasiz.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər namazı vaxtında qılmaq, yəni qəzaya verməmək mümkün olmursa, işinizi dəyişin. Başqa iş tapın.
Sual: Sualı ünvanladı Elmar: Salam.yoldasimdan mehkeme yolu ile ayrilmisam. 2 aydan artiqdi.ama o gedib kebini geri oxutmur.men nece edim. Sistani
Cavab: Salam. Nə səbəbə ayrıldız? Yazın, cavab yazaq.
Sual: Sualı ünvanladı Həftə: Namazını bilərəkdən qəzaya verən şəxs pişnamaz durduqda ona iqtida edə bilərik?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, olmaz, caiz deyil.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı