www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Kərim: Məkarim ağa yəhudi və məsihiləri nəcis bilir?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Xeyir, pakdılar.
Sual: Sualı ünvanladı Anar: Salam.namazdan sonra tesbehle zikir esnasinda bedeni hereket etdirmek olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Etməsəz yaxşıdır.
Sual: Sualı ünvanladı Bende: SALAM ALEYKUM.naraat etdiyim ucun uzur isteyirem bele bir suaim var cume gunu zohur namazini qilib daha sonura camatla bir yerde cume namazini qilmaq olarmi? teqlid IMAM XAMNEYI aga
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu işi bir dəfə təsadüfən etsəz, eybi yoxdur. Amma sabit proqramınızı belə qurmaq istəsəz bu bəyənilmir.
Sual: Sual: Sualı ünvanladı Zeyneb: Salam eleykum. Araq ve pive necisdi? Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Murdar deyil, pakdır. Sistani ağanın risaləsində isə belə yazılıb. 9. Şərab Məsələ 108: Şərab nəcisdir. Amma insanı məst edən (sərxoş edən) sair şeylər nəcis deyil. Məsələ 109: Texniki spirtin bütün növləri pakdır. İndi hansı düzdür? Niyə cavab risaləyə zidd gəlir?
Cavab: Salam. Arağ bir şeylə alınır, şərab digər bir şeylə. İkisnin də içilməsi haramdır. Amma murdar təmizliyində fərq var. Çünki alınmasında fərq var. Şərabın da hamısı nəcis deyil. Biri nəcisdir, qalanı pak. Əlinizdə risalə ola-ola bizə sual yazmağınıza bundan sonra halallıq verilmir. Məqsədiniz hökmü öyrənməkdirsə risalə höccətdir.
Sual: Sualı ünvanladı Samir: 1.salam eleykum.men tutmadiqim illerin qeza orucunu tuturam.qis ayinda oruc qezasi tutmaq olar? 2.qeza orucuna da musafirlik serti aiddir .? 3.su sayqacinnan elave kenar su xettinnen istifade etmek haramdi? sagolun .Allah razi olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:



1.Olar.

2.Bəli, aiddir.

3.Olmaz, o su ilə qüslün və dəstəmazın işğalı var.
Sual: Sualı ünvanladı Lale: Salam Aleykum. Men bir defe nişanlanmişam, nişanlandiqim muddetde kebn kesdirib ailem. Bir ile yaxin nişanli qaldiq , oglanla goruşumuz teklikde olmayib bir nece defe aile vasitesi ile goruşmuşuy , ailesi ile bize gelibler telefonla elaqe saxlamişiq danişmişiq ancaq.ailede olan bezi sebeblere gore ailemiz sebeb oldu ayrildiq nişan qayitdi.Kebn oglan evi pozmayib , mende bilmemişem yaşım az olub valdeyinlerimde erin telaq oxumaqin vacib oldugun anlamayiblar,namaz ehli deyiller. Anam biz nişanlananda ki kebini kim oxuyubsa ona yanina gedib telaq oxutdurub.( Yeni nişanlim olan oglan boşamiram kimi niyyeyi olmayib,sadece ele bilmeyib ayrilandan sorada evlenib.)İndi oyrenmişem ki erin telaqi ozu oxutdurmagi vacibdi. Oglan evide ele kebine telaqa emel eleyen olmayib, iller once olub bular,men de oglanda aile qurub..Menim uc uşaqim var evliyem. Sualim odu ki , menim hal hazirda evli oldugum uşaqlarimin atasi ile kebnim batildi? Oyrendim ki hetda erim mene ebedi haram olur eger diger oglanin kebinindeyemse,dogrudu bu ? Cox xaiş eleyirem etrafli mene melumat verin, cox narahatam.. Neylemeliyem ,şeriete gore bu veziyetde vezifem nedi? Emeyi kecen her kesden Allah razi olsun,vessalam .
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu məsələnin sizə hökmünü xülasə deyirik. Sistani ağnın fətvasına əsasən siz ehtiyati-vacibə əsasən ərinizə əbədi haram olubsuz. Çünki təlaq məsələsini bilmədən ərə gedibsiz. Amma bu məsələni bildikdən sonra ərinizlə cinsi rabitə olmaz. Əgər olarsa, onda bilərəkdən etmiş olursunuz və cahil hökmündən çıxırsınız. Belə olsa, fətvaya əsasən (yəni artıq ehtiyati-vacib deyil) əbədi haram olursuz uşaqlarınızın atasına. Və qaytmağa yol qalmır.



Yol budur: Nişanlızdan təlaqın alınmalı olduğunu bilən kimi uşaqlarınızın atası ilə cinsi rabitəni saxlayırsız. Əvvəlki kəbindən təlaq alırsız. İddə gözləmək lazım deyil. Çünki nişanlınız ilə cinsi rabitəniz olmayıb. Sonra Sistani ağanın bu sahədə fətvası yox, ehtiyati-vacibi olduğu üçün bu sahədə fətvası olan və uşaqlarınızın atasına qayıtmağa icazə verən mercei-təqlidə udul edirsiz. Yəni bu hökmdə fətvası olan müctehidə keçib, onun izni ilə uşaqlarınızın atasına qayıdırsız. Kəbin oxunur.
Sual: Sualı ünvanladı Emil: Salam Aleykum!Agam,nə edəcəyimizi bilmədiyimiz bir sualla (hadisı ilə) qarşılaşmışıq.Məsələ belədir: -Dekabr ayının 1-də 17 yaşlı qızı öz əmisi oğlu qaçırdaraq onu içkili halda qızın rizası olmadan zorlayıb.Oğlan içki nə uyuşdurucu bağımlısıdır!Qızın atası qızının başına gələnləri eşitdikdən sonra iflic olub.Hal-hazırda yataq xəstəsidir.Qız atası evindədir.Qızın atası böyük qardaşı olduğu üçün daha da çarəsizdir.Qızının qardaşı oğluna verilməsinə də rızası yoxdur. Qaçırılan qız bu gun qan analizi ilə hamilə olduğunu öyrənib və onu dünyaya gətirmək istəmir.Allahdan qorxur və necə edəcəyini bilmir. Allah rizası üçün bizə bu mövzuda yardım edin! Salam Aleykum!
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Uşağı abort etmək olmaz, günahdır.
Sual: Sualı ünvanladı Rəna: Salam aleykum mən sizə sual yazmışdım və sizdən belə bir cavab gəldi: Sual: Sualı ünvanladı Rəna: Salam aleykum. Bir xanım bir kişi ilə 14 ildirki ailə həyatı qurub. 2 ildirki kişi ailəsinə baxmır, içki içir, pozğun həyat yaşayır. Və artıq 1 ildir ki məhkəmə yolu ilə boşanıblar. Evli olduqları son bir ili və boşandıqdan sonra da kişi xanımına heç bir yardım etməyib,  zəruri ehtiyaclarını ödəməyib. Qazandıqlarını yalnız öz pozğun işlərinə xərcləyib. Bunların 2 övladları da var və övladlar anası ilə yaşayır. İndi qadın talaq tələb edir amma bu kişi öz xanımına talaq vermək istəmirki qadın başqası ilə evlənməsin. Bundan əlavə qadının məsələsi həmdə bu hökmə də aiddir: (Məsələ 2350: Əgər onunla evlənməyə rəğbətlənməsi üçün kişi ilə qadın bir-birinə olduğundan daha yaxşı tanıtdırılsa, istər nigah vaxtı olsun, istərsə də ondan sonra, bir surətdə ki, nigah onun əsnasında baş verərsə, nigahdan sonra bu iş digər tərəfə məlum olduğu təqdirdə, nigahı poza bilər.)... Yəni əvvəlcədən xanıma kişi başqa cür tanıtdırılıb evləndikdən sonrakı müddətdə kişinin əsl xasiyyəti ortaya çıxıb. Belə halda, həm bu hökmə uyğun olaraq (məsələ 2350) və ya həmdə ümumiyyətlə bu şəraitdə qadının ərinin icazəsi olmadan talağ oxutmağı icazəlidirmi? Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İlk yazdığınız bəhsə əsasən (bir il idi sizə yardım etmirdi) yenə də təlaq ixtiyarı ərinizdədir. Risalədə olan 2350-ci məsələ isə tam başqa mövzuda idi. Lütfən bu məsələni haradan əldə etdiyinizi bizə yazın və biz sizə cavab verək..... Risalədə olan 2350ci məsələ ilə bağlı həmin sualı sizə yenidən daha dəqiq formada yazıram: Bir xanım kəbinlə 15 ildirki  bir kişiylə evlidir. Evliliklərinin 13cü ilində qadına sübut olubki əri ləvat əhlidi. Bunu öyrənən xanım evi tərk edib. Bir ildən sonra məhkəmə qərarı ilə boşanıblar. Ümumi iki ildir ayrı yaşayırlar. Xanım evlilikdən təxminən iki il sonra ərinin ləvat əhli olduğuna şübhə edib, amma qohumlarına bildirsədə "belə bir şey ola bilməz" cavabını alıb. 2 il bundan öncə isə kişi izlənilib, ləvat əhli olduğu isbat olunub.Bunu kişinin özüdə etiraf edib. Kişinin indi 46, qadının isə 37 yaşı var. Kişinin 44 yaşında ləvat əhli olduğu sübuta yetib. İki uşaqları var. Amma qadına talaq vermir. Xanım özü kəbinini pozdura bilərmi?..çox sağolun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Livat əhli olsa belə, bu böyük günaha görə kəbin ixtiyarı ondan alınmaz, onun əlindədir.



Sayt tərəfindən: Probleminizi mərcei-təqlidin Azərbaycan üzrə nümayəndəsinə danışın. O bir yol göstərər.
Sual: Sualı ünvanladı Baba: Salam.1 xanim eri ile kebinde ola-ola menimle muveqqeti kebin bagladi.Sonra men bilenden sonra bu iwi terk etdim.Sonra erinden kebinle bowandi.Indi men onunla muveqqeti kebin baglaya bileremmi? Sistani aganin muqellidiyem...Tewekkur edirem.Zehmetinizi halal edin
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər aranızda cinsi rabitə olubsa ehtiyati-vacibə əsasən əbədi haram olubsuz.
Sual: Sualı ünvanladı Anar: Salam.ferec duasin oxuyanda elimizi basimiza qoyuruq bunun anlami nedir? 2 qunutda ferec duasin oxuyanda 3 salavatdan qabaq ya sonra oxumaliyiq ya 2 salavatdan sonra yoxsa 1 salavatdan sonra oxumaliyiq? Tesekkür edirem
Cavab: Salam. Bu sual mövzumuza aid deyil. Amma iki kəlmədə deyirik ki, əli başa qoymaq rəvayətlərdə gəlib. Salavat da ki, müstəhəbdir, neçəsini istəsəniz deyə bilərsiz.
Sual: Sualı ünvanladı Dahi: Salam. Xamneyi ağaya teqlid edirem.terkibinde spirt olan sokoladlari yemek icazelidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər spirt mayedən alınmazsa və məstedici olmazsa onda yemək olar.
Sual: Sualı ünvanladı Elmar: Salam 10 manat ve ye cox pul tapan adam hemen pulu ne etmelidir.Xamneyi aga
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər pulu yerdən götürübsə sahibini axtarmalıdır. O qədər axtarmalıdır ki, sahibin tapılmasından naümid olsun və ya bir il axtarsa və sahibi tapılmasa onda sahibin adından sədəqə verə bilər.
Sual: Sualı ünvanladı Hadi: Salam aleykum.mən dəstəmaz almişam.bir muddətdən sonra aldigim dəstəmazin batil olmasina dair şəkk edirəm.təzədən dəstəmaz almaliyam? təşəkkur edirəm
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, dəstəmazınız səhihdir.
Sual: Sualı ünvanladı Anar: Salam.menim sualim sayitda görünmesede ola sadece he yox cavabin yazin xais edirem sual hansisa naxelef bed dua yazdirib kimese zerer vura biler bele sey düzdür?tesekkür edirem
Cavab: Salam. Sual mövzumuza aid deyil. Amma iki kəlmədə bunu deyə bilərik ki, cadu bir həqiqətdir. Amma bu məqsədlə nazil olmayıb. İnsanlar ondan sui-istifadə edir. Bu şeylə məşğul olmaq günahdır. Bəli, təsiri var. İnsana zərər vura bilir. Belə hal olarsa təqvalı tanıdığınız bir alimə müraciət edin. O sizə yol göstərsin.
Sual: Sualı ünvanladı Behruz: Salam Evmizdə pişiy saxlayrıq pişiy tuku olan yerde namaz qlınsa namaz batil olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Səcdə yerini təmizləyin qılın. Batil olmaz. Amma üstünüzdə çoxlu pişik tükü olsa batil olar. Bir iki ədəd olsa eybi yoxdur.
Sual: Sualı ünvanladı Anar: Salam.hedislerde gelib ki, sejdenizi uzadin Allah günahlarinizi baqislasin sual sejdeni nece uzadaq?tesekkül edirem.
Cavab: Salam. Sual mövzumuza aid deyil. Amma iki kəlmədə bunu deyə bilərik ki, zikirləri çox deməklə uzanan səcdə daha üstündür.
Sual: Sualı ünvanladı Anar: Salam.sualim budurki,xüms çixarken önde olan 1 ilin xerclik pulun saxlayib sonra yerde qalan pulun xümsünü çixmaliyiq?tesekkür eliyirem
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir. Öndəki bir il üçün pulu ayırıb saxlamaq olmaz. Bütün pulun xümsü çıxarılmalıdır.
Sual: Sualı ünvanladı Cevahir: Salam. Selefiler iman getirib? Onlarin qeybetini etmek olar? Birde selefilere lağ edib, onlara ad qosmaq duzgundu? Mes: muxtelif heyvan edlari ile.
Cavab: Salam. Sual mövzumuza aid deyil. İki kəlmədə onu deyə bilərik ki, lağ etmək, söyüş söymək haram işdir.
Sual: Sualı ünvanladı Anar: Salam.sizden xaisim budur 1 sübh namazindan sonra neqeder vaxt qalmalidir gün cixana 2 sübh namaziynan zöhür namazinin arasinda neçe saat vaxt qalmalidir 3 zöhürnen sam namazinin arasinda neçe saat vaxt olmalidir 4 sam namazindan sonra neçe saat sonra gece yariya yeni edaya keçir? ALLAH zehmetinizin ecrini versin tesekkül edirem
Cavab: Salam.



Sayt tərəfindən: Siz bir azan cədvəli alıb bu şeyləri onunla təyin edin. Günəşin çıxıb-batması fərq edir deyə biz sizə konkret nəsə yaza bilmirik. Ən gözəl yol, bir cədvəl alıb istifadə etməyinizdir.
Sual: Sualı ünvanladı Anar: Salam.qardas tevesül duasin neçenci günü oxumaq lazdimdir?tewekkül
Cavab: Salam.



Sayt tərəfindən: Azərbaycan həftə günləri ilə ikinci gün.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı