Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Anar: Salam.qardas kasib adam hec imkani olmayan bir insan bankdan kredit götürüb i$e düzele biler? xais edirem bu mene cox önemlidir.tewekkül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Zərurət olmazsa icazə yoxdur. Zərurət olarsa, caizdir.
Sual: Sualı ünvanladı Ceyhun: salam eda sozunun menasi ne demekdir?sam namazini xuften namazini eda vaxti qilmag olarmi?
Cavab: Salam.
Sayt tərəfindən: Əda yəni vaxtında qılınan namaz. Qəza yəni vaxtında qılınmayıb, sonra qılınan namaz.
Sual: Sualı ünvanladı Rəna: Salam aleykum. Bir xanım bir kişi ilə 14 ildirki ailə həyatı qurub. 2 ildirki kişi ailəsinə baxmır, içki içir, pozğun həyat yaşayır. Və artıq 1 ildir ki məhkəmə yolu ilə boşanıblar. Evli olduqları son bir ili və boşandıqdan sonra da kişi xanımına heç bir yardım etməyib, zəruri ehtiyaclarını ödəməyib. Qazandıqlarını yalnız öz pozğun işlərinə xərcləyib. Bunların 2 övladları da var və övladlar anası ilə yaşayır. İndi qadın talaq tələb edir amma bu kişi öz xanımına talaq vermək istəmirki qadın başqası ilə evlənməsin. Bundan əlavə qadının məsələsi həmdə bu hökmə də aiddir: (Məsələ 2350: Əgər onunla evlənməyə rəğbətlənməsi üçün kişi ilə qadın bir-birinə olduğundan daha yaxşı tanıtdırılsa, istər nigah vaxtı olsun, istərsə də ondan sonra, bir surətdə ki, nigah onun əsnasında baş verərsə, nigahdan sonra bu iş digər tərəfə məlum olduğu təqdirdə, nigahı poza bilər.)... Yəni əvvəlcədən xanıma kişi başqa cür tanıtdırılıb evləndikdən sonrakı müddətdə kişinin əsl xasiyyəti ortaya çıxıb. Belə halda, həm bu hökmə uyğun olaraq (məsələ 2350) və ya həmdə ümumiyyətlə bu şəraitdə qadının ərinin icazəsi olmadan talağ oxutmağı icazəlidirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İlk yazdığınız bəhsə əsasən (bir il idi sizə yardım etmirdi) yenə də təlaq ixtiyarı ərinizdədir. Risalədə olan 2350-ci məsələ isə tam başqa mövzuda idi. Lütfən bu məsələni haradan əldə etdiyinizi bizə yazın və biz sizə cavab verək.
Sual: Sualı ünvanladı Anar: Salam.müalice kimi arax ve yaqi melhem düzeldib ayaqima baqlaya bilerem buna icaze var. xais edirem izah edesiniz?tesekkül edirem ALLAH zehmetinizin ecrini versin INSALLAH.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Olar, eybi yoxdur.
Sual: Sualı ünvanladı Sheyx: Salam Aleykum.
Sualim budur ki, xums gunum gelib catib. Men ise kredite telefon goturmusdum, cemi 150 manat borcum qalib, amma bu pulu 5 ay erzinde odeyecem (her ay 30 manat ). Bu gun ise elimde olan pul deyek ki, 200 manatdir. Men ede bilerem 150 manati bu gun hamisini qaytarim bir defelik, amma 5 ay erzinde de odeye bilerem. Sual budur ki, men 200 manatdan xums vermeliyem, yoxsa 200-150=50 manatdan ?
Allah sizden razi olsun.
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Bəli, ödəyə bilərsiz.
Sual: Sualı ünvanladı Anar: Salam.namaz bitdikden sonra basi sejdeye qoyub sükür etmek olar o sejde sükür sejdesi kimi qebul olunur sejdeye getmekde niyetim namazima sükür etmekdi.tewekkül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Olar.
Sual: Sualı ünvanladı Faiq: Aqa bir nefer çöl quwu vurub gonderib mənə bilmrem quwu vuranda bismillah deyib ya yox hemde o bu hokmu bilmeden vurubsa onu yemey haramdi? Rehber
Cavab: Salam.
Sayt tərəfindən: Bu suala cavab verilib.
Sual: Sualı ünvanladı Hüseyn: Salam Eleyki. Ifademe gore uzr isteyirem. Demeli mende tez tez bosalma olur ele vaxtda olur ki 1 gunde namazlardan qabaq bosalma olur ve herdefede qusl almaga mecburam.Bizdede su normal gelsede ancaq qaz cox zeif oldugu ucun cime bilmirem yeni o su ile cimmek mumkun deil qaz hec gelmir elebil o derecede yeni.Ve bilmek isterdimki xaric olan sperma yox cirk dirse yenede cimib qusl almaliyam herdefe yoxsa qusl almasam olar? 2 ci sualim ise quslun yerne teyemmum almaq olur yuxarida qeyd etmisem tez tez elede olurki gunde 2 3 defe bosalma olur yeni qusl evezine teyemmum almaq olar? tez tez veya gunde 2 3 defe? Zehmet Olmasa cavablandirin. Allah Komeyiniz Olsun Insallah.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu boşalma öz-özünədirmi? Dediyiniz halda gələn spermadırsa onda ləzzətlə gəlir ya yox? Xaric olduqdan sonra bədəniniz süstləşir ya yox? Əgər öz-özünə gəlirsə və xaric olarkən ləzzətlə olmursa və yaxud sonra bədən süstləşmirsə bu şey sperma deyil və sizin boynunuza qüsl gəlməyib.
Yox əgər ləzzətlə olarsa və yaxud xaric olduqdan sonra bədən süstləşərsə, onda spermadır. Bu halda su yoxdursa, qüsl əvəzi bir dəfə təyəmmüm edin. O təyəmmüm batil (ayaq yoluna getsəniz və s) olduqdan sonra isə dəstəmazla namazlarınızı qılın. Cimmək imkanı olarkən isə qüsl alın.
Sual: Sualı ünvanladı Asim: Aqa bir nefer çöl quwu vurub gonderib mənə bilmrem quwu vuranda bismillah deyib ya yox hemde o bu hokmu bilmeden vurubsa onu yemey haramdi?
Cavab: Salam.
Sayt tərəfindən: Bu suala cavab verilib.
Sual: Sualı ünvanladı Asim: Aqa bir nefer çöl quwu vurub gonderib mənə bilmrem quwu vuranda bismillah deyib ya yox hemde o bu hokmu bilmeden vurubsa onu yemey haramdi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər ovlayan müsəlmandırsa, onda bu quşu yemək olar. Əgər bilmədən olsa, (cahil) onda yenə də bu quşu yemək olar.
Sual: Sualı ünvanladı Elşən: Eger bir nefere meselen ucun bir muessisenin mesulu oz bolmesinden nese bir wey verse، onun qebulunda hemen muessisenin rehberinin icazesi olub olmadiqini oyrenmek، hemen wexse vacibdirmi، meselen kitab xana mesulu mene kitab verir، bunda rehberlik terefinden icazesinin olub olmadiqini oyrenmek mene vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Müsəlmanın əməlin düzlüyə yozmaq lazımdır. Nəsə sizə vacib deyil.
Sual: Sualı ünvanladı Baba: Mən maaşa işliyirəm ama özümü tanıyannan borc ödüyürəm. Elə indi də borclarım var. Onu da deyimki bu borclar ailə borclarıdı, lakin ödənməsi mənim üzərimə düşüb. Belə bir halda xümsün hökmü..?( Sistani ağanın müqəllidiyəm.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Sizin borca ödədiyiniz məbləğ ailə xərcidir və o məbləğlərin xümsü yoxdur.
Sual: Sualı ünvanladı Adil: Salamun aleykum. men qazandiqlarimdan yaxinlarima xercleyirem bacardigim qeder ozumcun coxda etmirem.bu halda yaxinlarim neni qinayirki nece ildi isleyirsen ne etmusen yani var mulk etmemisen bele halda men xatirlagma etsem ki filan seyleri etmisem sene ve obiri yaxinlarima bu etdiyi yaxsiligi basa vurmaq yaxud dile getirmek sayilir? yaxud gunahi varmi? men ne etmeliyem? susnagim yaxsidi yoxsa xatirlatmam? evvelceden tesekkur.
Cavab: Salam.
Sayt tərəfindən: Bu sual dəftərxanaya aid deyil. İki kəlmədə sizə bunu deyə bilərik ki, ədəb və əxlaq qaydalarına riayət edərək, minnət qoymadan onlara gördüyünüz işləri xatırlada bilərsiniz. Amma elə etməyin ki, məsələn ananıza etdiyiniz yaxşılığı sizi mal-mülk cəmləməməkdə ittiham edən həyat yoldaşınıza xatırlatmaqla, sabah onların arasında dava-dalaş salmış olasınız.
Sual: Sualı ünvanladı Xalid: Sual: Sualı ünvanladı Xalid: salam aleykum Allahin rehmeti uzerinizden eksik olmasin insaallah sualim beledir bir sexs borcu cox olduguna gore xums cixartmir ve imkani catmirki borcunu odeyib qurtarsin bu sexsin hokmu nedir?
Cavab: Salam.
Sayt tərəfindən: Bu suallara cavab verin və biz sizə hökmü deyək:
1-Siz ticarət edirsiz? Yoxsa maaş alırsız?
2-Borcunuz bu ilki xüms gününüzə aid olan ildən çıxıb? Yoxsa köhnə borcdur?
Lütfən bu suallardan əlavə də vəziyyətinizi izah edin.
Bəli, ticarət edirəm.
Əvvəl xüms vermişəm
Amma sonuncu ildə borc yarandı və bütün pullar ümidsiz borclulardadır. Yəni mal vermişəm, amma ümid yoxdu ki, pulu ödəsinlər. O pula xüms düşür?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər nisyədə olan həmin mallara xüms gəlibsə, onda nisyədən qayıdan an xümsünü çıxarın. Əks təqdirdə nəsə vəzifəniz yoxdur.
Sual: Sualı ünvanladı Anar: Salam.bankdan kredit götüre bilerem.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Zərurət olmazsa, xeyir, olmaz.
Sual: Sualı ünvanladı Emin: Icki olan meclisde video cekmeyimi yeni ki toy cekirem ve qarsiliginda aldigim eziyyet haqqi olan pul halaldi yoxsa haram?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Bu pul işkallıdır. Siz halal toyları çəkin. Əgər mümkün deyilsə, onda işinizi dəyişin.
Sual: Sualı ünvanladı Xalid: Sual: salam aleykum Allahin rehmeti uzerinizden eksik olmasin insaallah sualim beledir bir sexs borcu cox olduguna gore xums cixartmir ve imkani catmirki borcunu odeyib qurtarsin bu sexsin hokmu nedir?
Cavab: Salam. Səhifə admini tərəfindən: Bu suallara cavab verin və biz sizə hökmü deyək:
1-Siz ticarət edirsiz? Yoxsa maaş alırsız?
2-Borcunuz bu ilki xüms gününüzə aid olan ildən çıxıb? Yoxsa köhnə borcdur?
ticaretle ordan gelen gelirle aile mesreflerini ancag odeyirem xumsun hokmu nece olacag deyerdiz zehmet olmasa
Cavab: Salam. Biz sizə iki sual vermişdik. Birincisinə cavab veribsiz. İkincisinə isə yox. Yəni bu borcunuz keçən xüms gününüzdən bu xüms gününüzə kimi olan bir ildə yaşayış xərclərindən yaranıb?
Ayətullah Sistani-dəftərxana: Əgər borc keçən ilki xüms gününüzdən bu ilki xüms gününüzə kimi olan yaşayış xərclərinizdən meydana gəlibsə, bu ilki xüms günü illik xərcdən artıq qalıbsa, onda o borc ki, bu ilki illik xərcdən yaranmışdı, onu xümsdən azaldıb, qalan məbləğin xümsünü verin.
Sayt tərəfindən: Əgər sizdə illik yaşayış xərcindən artıq nəsə qalmırsa onda sizə xüms düşmür. Nrahat olmayın.
Sual: Sualı ünvanladı Davud: Salam Aleykum,
1.Pişnamaz duran şəxs ədalətlidi, amma qiraeti duz deyil.ona iqtida etmek olar ve ya onun pişnamaz durmasi ne derecede düzgündür.
2.Pişnamaz duran şəxs edaletli ve qiraetide düzgün hesab edilir,amma uzunde azda olsa saqqal saxlamir.Bes bu şəxsə iqtida etmek olar?olmazsa ona bunu basa salmaq lazimdimi?
3.Kişi namaz qilanda secdədə dirkeslerin yere deymesinin hokmü nedi?batil edir namazi?
Öncədən təşəkkür edirəm.Allah amanında
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1. Omaz.
2. Bu sualı aydınlaşdırıb bizə yazın. O insan üzünü ülgüclə dibdən qırxır? Yoxsa maşınla elə qırxır ki, saqqalsız görünür?
3. Batil etmir. Amma göydə olmalıdır.
Sual: Sualı ünvanladı Zaur: Salamun əleykum. Bir qardaş orduda zabit kimi çalışır. Onun maaşını yazan zabit yoldaşı qardaşa yaxşılıq məqsədilə ilə onun maaşını artıq yazıb. Belə ki, qardaş məzuniyyətdə olsa da, məzuniyyət günlərini maaşdan çıxmayıb. Artıq yazılan maaşı isə geri qaytarmaq mümkün deyil, bu yuxarı instansiyadan təsdiqlənib göndərilir. Fərz olunan halda, qardaşın vəzifəsi nədir? Artıq pulu xərcləyə bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Həmin məbləği aparıb maaşı ona yazan adama versin və desin ki, mənim haqqım deyil. Yəni o pul ona olmaz, halal deyil.
Sual: Sualı ünvanladı Tural: salam. ayrılmış xümsü özüm birbaşa ehtiyacı olan bir seyyidə verə bilərəmmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, şəri hakimin və ya onun nümayəndəsinin icazəsi olmadan bu işi görə bilməzsiniz.
Sayt tərəfindən: Bu icazə mərcei-təqlidlərin nümayəndəsinin də halına şamildir. Həmçinin siz icazə alacağınız təqdirdə 10 manat xümsünüz varsa onun 5 manatını seyyidə verə bilərsiniz. Digər 5 manat seyyidin haqqı deyil.