www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Eliekbar: salamun eleykum agalar men bura iki sual godermiwdim ikisinede cavap verilmeyip 5 gune axindirdiki gozluyurem niye cavap vermirsiz menden bawka insanlarin sualina cavap verilir menim yok halbuki mesain gonderildiyi yazilir burda :(bi eded daha sual unvanliyiram xaiw ediremki cavabliyasiniz ...men oz tabletimle oz sekilerimi cekirem bunun bir gunahi varmi sekil cekdirmeyi xowluyuram beleki bu wekileri hec kim gormur hayat yoldawim ve mehrem kiwilerden bawka bu halda menim bu qeder wekil cekdirmeyimin bir fesadi haramligi varmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu işin eybi yoxdur.



Sayt tərəfindən: İmkanlarımız məhduddur. Bəzən bir cavab 10 günə qədər yubana bilir. Siz cavabların içinə diqqətlə baxın. Biz sualların hamsına cavab vermişik. Diqqətlə axtarın, cavabınız verilib.
Sual: Sualı ünvanladı Fazil: Qızın 20 yaşı var. Atası da qızı vermir oğlana. Səbəb oğlanın dindar olmasıdır. Qız özü də razıdır oğlanla qaçmağa. Bu şəraitdə oğlan qızı qaçırda bilər? Ya yenə də icazə şərtdir? Ümumiyyətlə hansı halda qızı qaçırtmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər atanız bu oğlana verməyib başqa oğlana vermək istəyirsə, onda sizin ondan icazəsiz kəbin bağlamaq haqqınız yoxdur. Yox əgər sizi dindara yox, din, Allah düşməni olan birinə vermək istəyirsə, onda kəbinə daxil olmaq üçün onun icazəsi olmasa da olar.
Sual: Sualı ünvanladı Elsad: bir sexsin evine necis dusub necissin ozunu parca ile goturub sonra o yeri ve evin bawqa yerlerini nem eski ile silinibse o ev pak olur ya yox xahis edirem bu hokum haqqda bize geniw melumat veresiz
Cavab: Salam.



Sayt tərəfindən: Nəcis deyildikdə məqsədiniz böyük bayırdan gəlmə murdarlıqdır? Murdar yer silinən əski yuyulmadan, sulu-sulu bütün ev həmin əski ilə silinib?



Xahiş edirik bunları bizə aydınlaşdırın ki, sizə dəqiq cavab verək.
Sual: Sualı ünvanladı Babayev: Salamun Aleykum, Sistani Aganin nezerinde Siqeret haramdi yoxsa mekruh ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Haram deyil. Bir şərtlə ki, cana ciddi zərəri olmasın. Məkruhluğu barəsində ağa nəsə buyurmayıb.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Bir xanım duldur. Bunun bir qızı var. Bu qadın evlənir və evləndiyi kişinin də bir oğlu var. Bu qız və oğlan evlənə bilər?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.
Sual: Sualı ünvanladı Əhməd: assalmu aleykum...ərlə arvadın nigahı arvad vəfat etdikdən sonra qüvvədən düşürmü? Sistani ağanın müqəllidiyəm
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bir cəhətdən bəli, yəni əri ölən qadın ərə gedə bilər. O biri cəhətdənsə bir ad üstündə qalır.
Sual: Sualı ünvanladı Zeyneb: Salam eleykum. Araq ve pive necisdi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Murdar deyil, pakdır.
Sual: Sualı ünvanladı Seid: Bir erazi vaxti ile restoran olub.Orda haram ickiler verilib.Indi ise o binani edibler mescid.Bunun seri cehetden iskali var? Orda namaz qilmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Murdarlıq olmazsa, olar.
Sual: Sualı ünvanladı Tehran: Sistani ağanın nəzərinə görə Qurban və Fitr namazlarının camaatla qılınmasının hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Müstəhəbdir.
Sual: Sualı ünvanladı Faiq: Günəş tutulmasını gördükdə, günəş kamil tutulmamış (günəş tutulma başa çatmamış) Ayət namazını qılmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, olar.
Sual: Sualı ünvanladı Hüseyn: Mən əvvəl əhli sünnə olmuşam.Ayət namazı nədir bilməmişəm.Şiə olduqdan sonra bildim ki belə bir namaz var.O vaxt qılmadığım Ayət namazlarının qəzası mənə indi vacibdir? Həmdə mən bilmirəm ki, nə qədər Ayət namazım qəzam olub. Mən nə edim?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, qılmalısınız. Hesablayın. Ən çox və ən azın arasında ən az qədərini qılın.
Sual: Sualı ünvanladı Mustafa: Eger ata ve boyuk ogul bahem bir qəza nəticəsində vefat etseler ikinci ovlada atanın qeza namazları vacibdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər ikisidə eyni zamanda dünyadan köçsələr onda atanın qəza namazlarını ikinci oğul qılsın.
Sual: Sualı ünvanladı Musa: Ayət namazinin birinci ruketinde her iki qaydadan istifade etmək olar. meselen hemd ve sureni tam dedi getdi rukuya sonra gordu cetindi sonra sureni bolmek qaydasindan istifade etmək olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Olar!
Sual: Sualı ünvanladı Musa: Bayram namazı camaatla qilmamaq ehtiytati-vacibdi ve sonra deyilir ki, savab əldə etmek meqsedi ile qilmaq olar bu ne derecede duzgundur? Yani fetvanın xilafına savab iş gormek??? Bunu izah edin
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İlk yazdığınız cümlə düzgün deyil. Hardan əldə etmisinizsə onlara xəbərdarlıq edin ki, islah etsinlər.
Sual: Sualı ünvanladı Tural: 2 ildir kəfən alınıb .Bilmək istəyirəm xümsü nə qədər vermək lazımdır 1 il üçün ya 2 il üçün. Qabaqcadan təşəkkür edirəm. SİSTANİ
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İlk il üçün xüms versəniz daha ikinci ilin xümsü yoxdur.
Sual: Sualı ünvanladı Hezer: Salam Aleykum. Oyuncaq ayi , it dowan ves olan otaqda namaz qilmaq namazi batil eleyir? Namaz qilarken piwiy gelib ayagimin altinda namaz paltarin ustunde yatmiwdi o qildiqim namaz sehihdi? Umumen piwiy tuku namazi batil eleyir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, batil etməz.





Pişiy tükü bir iki dənə olarsa eybi yoxdur.
Sual: Sualı ünvanladı Cahid: Salam . Oz is yoldasmla ayle qurmaq qerarina geldik. is yoldasim 2 il di Aylesinden ayrlib 10 gunluk kebin kesdirib yaxinliq etdikden sonra. Evelki yoldasindan kebini geri oxunmadiqin bilmisem . Eri buna defelerce seni bosyacam deyib ozumde esitmisem. Indi Evelki erinden kebini geri oxutdum Indi men 3 ay gozdeyib sonra kebin kesdimeliyem?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Oxunan təlaq batildir. Onun əvvəlki əri özü təlaq verməlidir. Bu xanım hələ də onun arvadı hesabındadır.
Sual: Sualı ünvanladı Fatimə Bayram: Salam bir xanimin qadinlar ucun gozallik salonu iwletmeyin hokmu nadir?teewekkur ediram
Cavab: Salam. Bu işin öz-özlüyündə eybi yoxdur. Amma bir xanım bilsə ki, bu salonda bəzədikləri çölə çıxıb fəsad törədəcəklər, naməhrəmə özlərini nümayiş edəcəklər, onda bu iş işğallı olur.



Sual: Sualı ünvanladı Şahin: Bir nəfər bilir ki namaz və oruc ona vacibdir. Amma qılmır.Böyük oğula bu halda da vacibdir ki atasının qəzasını qılsın? Birdə zəhmət olmasa Sistani ağanın ananın qəza namaz və oruc haqda nəzərini yazın.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər qəsdən qılmırsa onda vacib deyil. Qəsdən olmasa qılmalıdır.
Sual: Sualı ünvanladı Hilal: Fiqh kitabında oxuduq ki, bir insan əgər öz ixtiyarı ilə bihuş olmasa və namazı qəza olsa qəzası ona vacib deyil.Sualım budur ki, bir insana əməliyyat olunmaü üçün iynə vəya dərman verirlər.bu iş namaz vaxtında olsa,daha sonra qəzası buba vacibdir? Çünki bu iş insanın ixtiyarı ilə baş verir.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər namaz vaxtında tam bihuş qalarsa onda vacib deyil.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı