Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Hezer: Salam Aleykum. Men bir nece ayin qeza namazin qilmiwam. Namazimin duzgun olub olmadigin bilmey isteyirem. Qeza namazimi bele qilmiwam ki Tekbir iqame niyyet , niyyetde demiwem bir gunun qeza namazin qiliram qurbeten ilellah.. Ardinca tekbir subh namazi , subh namazi bitende ayaga durub tekbir deyib hemd sure ile niyyet dememiw zohru qilmiwam 4 ruket. Eyni zohrede bitenden sora fasile vermeden Iki defe tekbir niyetsiz Hemd sureden bawlayib esr namazin elecede sira ile wam , iwa namazin ard arda qilmiwam. Namazim duzgundu? Yoxsa yeniden qilim qildiqlarimida.
Birde ki men sistani agaya teqlid edirem. Xameyni aganin teqlidcisi bele qilibsa ferq var sistani agayla bu hokmde ? Fikrimi rahat izah etmey ucun etrafli yazdim.haqqinizi halal eleyin..Emeyi kecen her kesden Allah razi olsun..Vessalam.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Düzgündür.
Sual: Sualı ünvanladı Safi: Eger destamaz alanda el bawa mesh edenden sonra az maz alina deyse sonra ayaqa mesh ceksen destamaz sayilirmi? (Xamnei)
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Batil olur. Məsi əlinizin alnınıza dəyəcək qədər çəkməyiniz lazım deyil. Biraz məsafə qalarkən saxlayın.
Sual: Sualı ünvanladı Məhəmməd: Assalam aleykum ve rehmetullahi ve barakatu.
Bir qardawin müwkili var.
Iwde olarken Ayaqyoluna gederken catdira bilmir,sidik paltarina deyir.nece etsin ki onun qarwisini alsin.buna gore zohr esr namazlari qeza olur.eger esgiden istifade etse,esgi yaw olub paltarina deyse onca nece etsin.? Xameyni agaya teqlid edir.
ALLAHA EMANET OLUN
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Özünə bir şey qoysun ki, paltarın murdar olmasının qarşısını alsın. Namaz vaxtı həmin şeyi dəyişib yenisini, təmizini qoyub namazları qılsın.
Sayt tərəfindən: Bir şey deyiləndə, məsələn özünə qoyduğu əskinin üzərindən sarefan qoysun və imkan verməsin ki, paltarı murdar olsun. Amma ən son həddə, özünü pak saxlamağı bacarmasa və namaz qəzaya gedirsə, elə o halda namazını qılsın. Namazı heç bir vəzyyətdə qəzaya vermək olmaz.
Sual: Sualı ünvanladı Əliəkbər: Salam menim sualim beledir evelceden sualim ucun uzur isteyirem..men bir kitabdan oxumuwamki òz hayat yoldawim iyle sùph azanindan soram elaqeye girmek mekruuh ve yaxuud haramdir bele bir wey varmi? yeni indi men sùbh azanindan sora oz yoldawimla cima etsem haramami duwurem ? Bu iw sadece gece ùcùn nezerde tutulub??
Cavab: Salam. Ayətullah Sistani-dfətərxana: Xeyir, harama düşmürsünüz. Bu iş yalnız gecə üçün nəzərdə tutulmur.
Sual: Sualı ünvanladı Elmar: Salam .Menim atam 60 yasinda rehmete gedib ve namaz ehli olmayib.Namaz qilmayib hec vaxt.men boyuk oğluyam ama menim de namazda qezalarim var.onun 45 il qezasini men qilmaliyam
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər namazı dərk etməmişdisə, yaxud hər hansı səbəbdən bilərəkdən namazı tərk etməmişdisə, onda siz bu namazların qəzasını qılmalısınız.
Sual: Sualı ünvanladı Tural: salam. müvəqqəti nigah bağlanan zaman xanımın boşanma müddətini araşdırmaq vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir.
Sual: Sualı ünvanladı Lale: salam teqlidim xamenei alimedir.onun reyine esasen eger qadin heyz qani gorse orucunu hemen deqqe acmaldir?yoxsa iftari gozleyib sonra acmaldir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, qanı görən kimi orucu batil olur. İftarı gözləməyin bir mənası qalmır.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Salam Aleykum. Menim teqlidim Ayatullah Sistani Agayadir. Sualim budur ki qeyri muselman olkelerinden . meselen : kitaydan eti halal olan mal-qara veya sehv etmiremse at (mekru) derisinden olan memulatlari almaq ne derecede icazelidir.? xahish edirem cavab yazardiz. Allah razi olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər şəriət qaydasına uyğun zibh olarsa (başı kəsilərsə) onda dərisindən istifadə olar.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Salam Aleykum. Mən peyk antena işində işləyirəm. Kanalların yığılması, peyklərin quraşdırılıb düzəldilməsi v.s Kanalların əksəriyəti dünyəvi kanallardı, dini kanallar 2-3 dənədir. Müştərilərin istəyi dünyəvi kanallar, musiqi kanalları və Rusiya kanalları olur. Dünyəvi kanallarda da hər cürə program və verlişlər hazırlanıb yayımlanır. Mənim bu işdə işləməyim, əmək haqqı almağım, yazdığım kanalları yığmağım v.s icazəlidirmi? Xahiş edirəm Vehid Xorasani ağadan cavabı anlayacağım geniş şəkildə cavablandırın. Çox sağ olun Allah ağanı salamat eləsin
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: İşinizi dəyişin. Bu işdə işləməniz caiz deyil.
Sual: Sualı ünvanladı Mako: Bəli yeni cekmek haramdi yoxsa mekruhdur bunu bilmek isdiyrem qardaş
Cavab: Salam.
Sayt tərəfindən: Sual aydın olmadı, lütfən yenidən ünvanlayın.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Salam aleykum.
Sual:toy gecesi er qadinin övretini (cinsiyyet organi) görse iwkali varmi.? (Sistani)
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Eybi yoxdur.
Sayt tərəfindən: Nəinki toy gecəsi, digər vaxtlar da bu şeyin eybi yoxdur.
Sual: Sualı ünvanladı Hezer: Salam Aleykum.Vacibatlara emel elemeyen,harami halal bilen murted olurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, olmur.
Sual: Sualı ünvanladı Aksim: Salam.kişi.öz.xanımıylan.daldan.yaxınlıq.edə.bilərmi.?
Cavab: Salam. Ayətullah Sistani dəftərxana: Bu iş məkruhdur, yəni bəyənilmir.
Sual: Sualı ünvanladı Mustafa İslam: Bu günkü gündə Fələstində günahsız uşaqlar, körpələr, qadın və qocalar İslam düşmənləri tərəfindən şiə sünni demədən vəhşicəsinə qətlə yetirilir. Bizim bu günkü gündə, Fələstinə və Fələstinlilərə qarşı vəzifəmiz nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bacardığınız yolla onlara kömək edin.
Sual: Sualı ünvanladı Tural: salam. keçən dəfə bu sualı vermişdim. cavabı daha aydln başa düşmək üçün başqa cür verirəm.
bir xanımın qız övladı var. o xanımla müvəqqəti nigah(siyğə) bağlayıb "müddət bitdikdən sonra da" həmin xanımın qızı mənə məhrəm olur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Müvəqqəti nikab bağladığınız qadının əvvəlki ərindən olan qız uşağı sizə məhrəmdir. Hətta əqdiniz tamam olsa belə o qız sizə məhrəm hökmündə qalır.
Sual: Sualı ünvanladı Mustafa İslam: İmam Hüseyn müsibətində qəmə vurub, başdan və bədənin müxtəlif yerlərindən qan çıxartmaq olarmı? Belə bir halda ki, İslam düşmənləri daha sonra o şəkil və videoları əldə bayraq edərək İslamı və müsəlmanları vəhşi kimi, qan tökən kimi, qələmə verirlər. Bu halda sizin bu barədə nəzəriniz nədir? Sizin müqəllidlərinizin bu məsələ müqabilində vəzifələri nələrdir?
Cavab: Salam
Sayt tərəfindən: Bu xarakterli sualları cavablandırmaq dayandırılıb. Səbəb də budur ki, bu suallar İslam düşmənləri tərəfindən ixtilaf yaratmaq məqsədi ilə gündəmə çıxarılır.
Sual: Sualı ünvanladı Hezer: Salam Aleykum. Sualim werab icmek insani dinden cixarirmi? Werab icene munasibet nece olmalidi?
Cavab: Salam.
Sayt tərəfindən: Sualınız aydın deyil. Əgər məqsədiniz müsəlmançılıqdan çıxmaqdırsa, xeyir, bu iş günahdır. Amma insanı müsəlmançılıqdan çıxarmaz.
Sual: Sualı ünvanladı Malik: İmam Hüseyn müsibətində qəmə vurub, başdan və bədənin müxtəlif yerlərindən qan çıxartmaq olarmı? Belə bir halda ki, İslam düşmənləri daha sonra o şəkil və videoları əldə bayraq edərək İslamı və müsəlmanları vəhşi kimi, qan tökən kimi, qələmə verirlər. Bu halda sizin bu barədə nəzəriniz nədir? Sizin müqəllidlərinizin bu məsələ müqabilində vəzifələri nələrdir?
Cavab: Salam.
Sayt tərəfindən: Bu xarakterli sualları cavablandırmaq dayandırılıb. Səbəb də budur ki, bu suallar İslam düşmənləri tərəfindən ixtilaf yaratmaq məqsədi ilə gündəmə çıxarılır.
Sual: Sualı ünvanladı Mustafa İslam: Əzadarlıq məclislərində insan başını yara bilərmi? Qəmə vurub qan çıxarda bilərmi? Kəsici alətlərlə bədənini kəsə bilərmi? Bu işi gizlində və ya aşkarda görmək məsələnin hökmünü dəyişir?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Ağanın nəzəri Ayətullah Laininin nəzəri ilə eynidir. İnternetdə serc edib baxın.
Üzr istəyirəm. Çox axtardım. Tapa bilmədim Ayətullah Lainin nəzərini. Mümkünsə göndərin emailimə.
Cavab: Salam. Sayt tərəfindən:
Bu xarakterli sualları cavablandırmaq dayandırılıb. Səbəb də budur ki, bu suallar İslam düşmənləri tərəfindən ixtilaf yaratmaq məqsədi ilə gündəmə çıxarılır.
Sual: Sualı ünvanladı Əli: Səcdəyi səhvin biri unudulsa onun qəzasını necə yerinə yetirək?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Səcdeyi-səhv unudularsa yada düşdükdə bərpa olunmalıdır.
Sayt tərəfindən: Səcdei-səhvin biri deyildikdə məqsədiniz səcdei-səhvin özüdürmü? Bu cavab səcdei-səhvin özünü unutmaqa aiddir ki, yada düşdükdə bərpa olunmalıdır. Əks təqdirdə sualı izahla təkrar ünvanlayın.