Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Həftə: Telefonla (sms-lə) bizə gələn salamın cavabını qaytarmaq vacibdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, vacib deyil.
Sual: Sualı ünvanladı Elmar: Səcdəyi səhvdə dəstnamaz,qiblə, səcdə yerinin təmizliyi şərtdir?
Birdə bu sual: Bir səcdəni unudub, qəzası üçün təkbirətul ehram lazımdır? Əgər deyilsə vəzifə nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Səcdei-səhvdə səcdə yerinin təmizliyi şərt deyil. Sualınızın ikinci hissəsi aydın olmadı. Lütfən biraz aydınlaşdırıb təkrar ünvanlayın. Yəni səcdənin qəzası dedikdə nə nəzərdə tutursuz? Anlamadıq, əfv edin.
Sual: Sualı ünvanladı Şəhriyar: Salam.
Qadın kişiylə mutə əqdi bağlayıbsa bu əqdin müddəti sonra başqa biriylə əqdə girmək üçün (mutə yaxud daimi kəbin) 60 gün gözləməlidir yoxsa 90 gün (3 ay) ?
Təşəkkür edirəm
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: İki dəfə heyz olduqdan sonra ərə gedə bilər.
Sual: Sualı ünvanladı Xalid: salam aleykum Allahin rehmeti uzerinizden eksik olmasin insaallah sualim beledir bir sexs borcu cox olduguna gore xums cixartmir ve imkani catmirki borcunu odeyib qurtarsin bu sexsin hokmu nedir?
Cavab: Salam.
Sayt tərəfindən: Bu suallara cavab verin və biz sizə hökmü deyək:
1-Siz ticarət edirsiz? Yoxsa maaş alırsız?
2-Borcunuz bu ilki xüms gününüzə aid olan ildən çıxıb? Yoxsa köhnə borcdur?
Lütfən bu suallardan əlavə də vəziyyətinizi izah edin.
Sual: Sualı ünvanladı Yusif: Bismillahi Rəhmani Rəhim Əs Səlamu əleykum dost sual budur ; ( YATMIŞ HALDA VƏ YA OYAQ HALINDA MƏNİ (sperma)TƏZİQLƏ YOX ADİ HALDA BİR DAMLA SUYUN 3/1 VƏ YA BİR DAMLA QƏDƏRİ VƏ YA 5/6 KİÇİK LƏKƏ ALT PALTARDA GÖRÜNƏRSƏ VƏ YA YAŞ HALI BUNA QÜSL DÜŞÜB DÜŞMƏDİYİNİ BİLMƏK VACİBDİR MƏNİMÇÜN ) bu sualı əvvəl tanıdıqım tələbəyə üstü örtülü vermişdim ama o vaxt bu sualı belə verdim ki ( yatmiş halda və ya oyaq olanda məni ləkəsi görsəm nə edim ) cavab bu oldu ki yatmış halda qüsl düşür oyaq halında yaxalanmaq və ya alt paltarı deyişmək kifayət edir başım qarışıb ƏYƏR İKİ HALDA BU BAŞ VERSƏ HƏMİN PALTARLAR PAKLANMALIDIR ? MƏNİ NARAHAT EDƏN HƏM 2 HALDA QÜSL DÜŞÜB DÜŞMƏDİYİNİ BİLMƏK VƏ 2 HALDA PALTARLARI (alt paltardan başqa üstümdə olan paltarları)PAKLAMAQ LAZIM OLUB OLMADIQINI BİLMƏK İSDƏYİRƏM. VƏSVƏSƏ İNSANI GİRİFTAR QOYUR XAİŞ EDİRƏM BU SUALA AYDIN ŞEKİLDƏ CAVAB YAZARDIZ
Allah (c.c.) razı olsun sizi və bizlərə liqasına qədər hec zaman tərk etməyən iman əta etsin amin .
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu su sperma hökmündə deyil, pakdır. Nəsə vəzifəniz yoxdur.
Sual: Sualı ünvanladı Adil: Sistani ağa ona ünvanlanan bəzi sualların cavabında sukut edib. Müctəhidin hər hansı bir məsələ barədə bu cür davranışı həmin məsələyə etiraz əlamətidir ya razılıq?
Cavab: Salam.
Sayt tərəfindən: Biz bu barədə bir söz deyə bilmərik.
Sual: Sualı ünvanladı Mustafa İslam: Salam. Bəzi şiələr, əhli sünnə müqəddəslərini sosial şəbəkələrdə (facebook,odnoklasnik,tvitter, saytlarda və s) lənətləyir, haqqında təhqiramiz sözlər yazırlar.Bu da qarşı tərəfdə haqlı narazılığıa səbəb olur. Bu da ki, İslami vəhdətə zərbədir. Sizin bu barədə fətvanız nədir?
Cavab: Salam.
Sayt tərəfindən: Bu xarakterli sualları cavablandırmaq dayandırılıb. Səbəb də budur ki, bu suallar İslam düşmənləri tərəfindən ixtilaf yaratmaq məqsədi ilə gündəmə çıxarılır.
Sual: Sualı ünvanladı Zefer: Sualim bundan ibaretdir ki, YAİSƏ olan bir qadin idde saxlamadan ... muveqqeti nigah ede bilermi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Yaisə olmuş qadına iddə hökmü aid deyil.
Sual: Sualı ünvanladı Mako: Mən ticarət üçün Çin ölkəsinə gedirəm. Bəzən olur ki, malı sifariş verdikdən sonra orda bir müddət gözləməli oluram.Sualım budur ki, mən Çin ölkəsində, çinli xanımlarla siğə edə bilərəm?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Bu əqd kafirlərlə haramdır. Amma məsihi və ya yəhudi kimilərlə icazəlidir.
Sual: Sualı ünvanladı Mako: Mən ticarət üçün Çin ölkəsinə gedirəm. Bəzən olur ki, malı sifariş verdikdən sonra orda bir müddət gözləməli oluram.Sualım budur ki, mən Çin ölkəsində, çinli xanımlarla siğə edə bilərəm?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər kitab əhli olmasa onda haramdır.
Sayt tərəfindən: Yəni kafirlərlə haramdır. Amma məsihi ya yəhudilərlə müvəqqəti nikah halaldır.
Sual: Sualı ünvanladı Xalid: Salam aleykum onceden sizlere tesekkur edirem Allah komeyiniz olsun etdiyiniz dualari ibadetleri dereceyi qebula yetirsin insaallah sualim beledir bir adam namaza gec baslayibsa heddi bulug oldugdan bir nece il sonra qilmadigi namazlarin qezasi vacibdir yoxsa yox
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Vacibdir.
Xeyir duanıza görə təşəkkür, sizinlə bahəm.
Sual: Sualı ünvanladı Mustafa İslam: Salam. Bəzi şiələr, əhli sünnə müqəddəslərini sosial şəbəkələrdə (facebook,odnoklasnik,tvitter, saytlarda və s) lənətləyir, haqqında təhqiramiz sözlər yazırlar.Bu da qarşı tərəfdə haqlı narazılığıa səbəb olur. Bu da ki, İslami vəhdətə zərbədir. Sizin bu barədə fətvanız nədir?
Cavab: Salam.
Bu xarakterli suallara cavab verilmir. İslam düşmənlərinin sui-istifadəsinə səbəb olur deyə.
Sual: Sualı ünvanladı Mustafa İslam: Salam. Bəzi şiələr, əhli sünnə müqəddəslərini sosial şəbəkələrdə (facebook,odnoklasnik,tvitter, saytlarda və s) lənətləyir, haqqında təhqiramiz sözlər yazırlar.Bu da qarşı tərəfdə haqlı narazılığıa səbəb olur. Bu da ki, İslami vəhdətə zərbədir. Sizin bu barədə fətvanız nədir?
Cavab: Salam.
Sayt tərəfindən: Bu xarakterli suallara cavab verilmir. Bu gündən etibarən "qəmə" və üstəki suala cavab dayandırılır.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): O kağız ki, pambıqdan,ağacdan və bu kimi şeylərdəndirsə səcdə düzdür. Sualım budur ki ,əgər kağızın üstündə yazı olsa səcdə səhihdir? Mürəkkəblə və ya kömpüterdə (kitab kimi) yazılan bu cür vərəqlərə səcdə olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Yazı olsa da eybi yoxdur. Çünki yazı kağızın üzərini tam tutmur.
Sual: Sualı ünvanladı Mustafa İslam: Siz iki sualıma cavab vermədiniz.Halbuki bu sualların cavabı mənə çox mühum idi.Xahiş edirəm Sistani ağaya göndərin.
Sual belə idi: 1.Qardaşım əhli sünnədir.Ona bəzi mövzularda hədislər göndərirəm. Bəzi hədislər ki,imamların (ə) dilindəndir.Mən o hədislər ki imamlardandır, o hədisləri peyğəmbər (s) adıyla təqdim etməyim düzdür? O mövzuda ki sırf peyğəmbərdən (s) hədis yoxdur nə edim? Vəzifəmi mənə bəyan edin
Sual 2: Mən şiə olsamda əhli məntəqəsində yaşayıram.Amma onlar bilmirlər ki şiəyəm.Mən onlara söhbət,moizə edərkən hədislər deyirəm.O yerdə ki imamların (ə) mübarək adları var.O adların yerinə ki, peyğəmbərin (s) adından deyirım.Amma məqsədimdə imamlardır.Mənim bu işdə günahım var?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1-Deməyin peyğəmbərdəndir, deyin ki, o həzrətdəndir. Ya o pak nurdan ki, bir növ yalan olmasın.
2-Bu sual da üstəki kimidir. İmkan həddində elə kəlmələr işlədin ki, həm peyğəmbərə və həm imamlara şamil olsun.
Sayt tərəfindən: Bu suallara cavab verilmişdi. Amma tapmaq sizə çətin olmasın deyə təkrar cavablandırdıq.
Sual: Sualı ünvanladı Elmar: Mən Azərbaycanda yaşayıram. Ölkəmdə alimlər musiqi barədə müxtəlif fikirlər irəli sürürlər. Bizim toy məclislərimiz olur, hansı ki, orda müştərək (həm halal, həmdə haram məclislərdə istifadə olunan) alətlərdən istifadə olunur və Əhli-Beyt yad edilir.Dini mahnılar oxunur, halbuki alət haram alətdir. Bu caizdirmi? Bunu qeyd etmək lazımdır ki, bu növ məclislər ürfdə halal məclis kimi tanınır.
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Eybi yoxdur.
Sual: Sualı ünvanladı Tural: Əvvəllər sünni namazı qılırdım. Həmin namazların qəzasını qılmalıyam?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, qılmayın.
Sual: Sualı ünvanladı Mustafa Islam: Salam. O sual saytda beledir Olduğu kimi kopya etdim.
.....
Cavab: Salam.
Çoxsağolun, diqqətinizə görə təşəkkür edirik.
Sual: Sualı ünvanladı Mustafa İslam: Salam.Bu mesajı (səs yazısını) sosial şəbəkələrdə paylaşırlar və təkid edirlər ki bunu 13 (bəzən bu say dəyişir) nəfərə göndərin.Göndərməsəz sizi bədbəxtçilik gözləyir, bədbəxtçilik sizə üz gətirəcək. Mesaj belədir: "Mən 13 yaşında bir qız uşağıyam.Ağır bir xəstəliyə tutuldum.Həkimlər çarə tapa bilmədilər. Göz yaşları içərisində Hz Hüseynin (ə) bacısı Hz Zeynəbi ziyarət etdim və orada yuxuladım.Yuxuda Hz Zeynəb ağzıma su tökürdü və Allahın izni ilə şəfa tapacaqsan dedi və başıma gələn bu hadisəni yazıb camaata paylamağımı istədi.Mən də bu istəyini yerinə yetirdim.Birini bir fəqirə verdim 13 gün sonra zəngin oldu.Birini bir zənginə verdim etina etmədi sərvətini itirdi.Birini bir məmura verdim.O da buna etina etmədi həbd olundu.İnananlar xoşbəxt inanmayanlar pərişan oldu.Bu yazı kimin əlinə keçərsə 13 ədəd çoxaltsın.13 nəfərə paylasın, çatdırsın.Bu yazınl yazıb paylayan kəsin istəyi 13 gün sonra həyata keçəcək Allahın izni ilə.Hz Zeynəbin şəfqəti ilə 13 gün sonra istəyinə çatacaq.Bu yazını oxumasaz, çoxaldıb paylamasaz, 13 gün sonra fəlakətə düçar olacaqsınız. Tələsin...
Sual: Biz bu və bu kimi mesajlarla qarşılaşsaq vəzifəmiz nədir? Bunlara əməl edək?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Belə bir şeyi etmək kimi vəzifəniz yoxdur.
Sual: Sualı ünvanladı Rena: Salam aleykum. Qızla oğlan evlənmək istəyirlər. Hər ikisi mömindir. Amma qızın atası bu evliliyə icazə vermir. Səbəb olaraq da onu göstərir ki, qızın atasıgil vilayətçidirlər, oğlan isə ziddi vilayətdir. Bu halda oğlanla qız atanın icazəsi olmadan kəbin kəsə bilərlərmi? Çox sağolun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Atanın icazəsi olmalıdır.