www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Fazil: Cənazə namazında pişnamaza iqtida edənlərin müstəhəbb duaları da təkrar etmələri lazımdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, deməsəz də olar.
Sual: Sualı ünvanladı Safi: Fiqh kitabında oxuduq ki, günəş ildə iki dəfə zöhr vaxtı kamil şəkildə Kəbənin üstünə düşür.Bu şəmsi tarix ilə Xurdad ayının 6-sı, ( روزهای ششم خرداد), və Tir ayının 24-ü ( تیر ۲۴) olur. Bəs miladi tarix ilə bu hansı tarixə düşür?
Cavab: Salam.

Sayt tərəfindən: Üzrlü sayın, sual mövzumuza aid deyil.
Sual: Sualı ünvanladı Nail: Namaz qıldığım vaxt möhürümü uşaq götürsə mən çarəsizlikdən dırnaqlarımın üstünə səcdə edə bilərəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər elə yerdə namaz qılmaq mümkün deyilsə ki, uşaq möhürü götürməsin, onda siz səcdədən qalxanda möhürü özünüzlə götürün.
Sual: Sualı ünvanladı Mustafa İslam: İmam Hüseyn müsibətində baş yarmaq, qəmə vurmaq, bədəndən qan çıxartmaq və bu kimi işlər caizdir. Ayətullah Vəhid Xorasaninin nəzəri nədir bu barədə.Bu deyilən işlərə icazə var?
Cavab: Salam. Bu suala cavab verilib.
Sual: Sualı ünvanladı Mustafa İslam: Salamun əleykum. Ayətullah Sistaninin vilayəti-fəqih barədə nəzəri necədir? Vəliyye-fəqihə təqlid edənlər və etməyənlər üçün onun hökmünə itaət etmək vacibdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu məsələ barəsində Sistani ağanın təlif etdiyi əsərlərə müraciət edin.
Sual: Sualı ünvanladı Mustafa İslam: Salamun əleykum. Ayətullah Behcətin vilayəti-fəqih barədə nəzəri necədir? Vəliyye-fəqihə təqlid edənlər və etməyənlər üçün onun hökmünə itaət etmək vacibdirmi?
Cavab: Salam.

Sayt tərəfindən: Əlaqə saxlamağa çalışsaq da alınmadı. Üzrlü sayn, əfv edin!
Sual: Sualı ünvanladı Tural: Bir qızın ilk qan görmə vaxtı 12yaşına təsadüf edir. Buna neçə yaşından namaz vacib olur?
Cavab: Ayətullah Xamenei-dəftərxana: Namaz Hicri-qəməri təqvimlə 9 yaşdan vacib olur.
Sual: Sualı ünvanladı Dini: Hərəmlər bildiyimiz kimi məscid hökmündədir.Məscidləri qızılla bəzəmək haramdır.Bəs hərəmlər necə? O da bu hökmü daşıyır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu cəhətdən hərəmlər məscid hökmündə deyil.
Sual: Sualı ünvanladı Nara: Salam aleykum qardash. Rehberde mugama, seygaha qulaq asmagin hokmu nedir? Ägär caizdirse, Qadin oxusa neter olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər ğina olsa haramdır. Qadın oxuyarsa təhrikedici olarsa və ya digər fəsadlara səbəb olarsa onda haramdır.
Sual: Sualı ünvanladı Şəfəq: Əssalamualeykum.4övladım var.Ərim vefat edib.Ailədə ancaq böyük oqlum ishləyir.2oqlum hal hazırda hərbi xidmetdədir.Qızım gözdən əlildir dövlətdən pensiya alır.Oqlumun aylıq maashı 400manatdır.Mən ne qədər xüms verməliyəm.Qabaqcadan sizə təshəkkürümü bildirirəm.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İlin bir gününü özünüzə xüms günü kimi götürün. Hər il həmin günə çatdıqda baxın görün illik xərclədiyiniz puldan əlavə hər nə qədər qalsa onun beşdən birini xüms verin. Məsələn yanvar ayının 14-nü xüms günü götürün və üstündən bir il keçdikdən sonra yanvar ayının 14-ü baxın görün ki, illik xərclədiyinizdən əlavə nə qədər artıq qalıbsa onun beşdən birini xüms çıxarın. Sonra bu işi yenidən, düz bir il sonra yanvar ayının 14-də təkrarlayın.
Sual: Sualı ünvanladı Cevahir: Salam aga. Men stolun ystune deyen necisi bir nece defe pak desmalla silsem amma kurr suya qovusdurmasam necaset yayilar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Dəsmalla silmək paklamaz. Suya çəkilməlidir.
Sual: Sualı ünvanladı Hüseyn Yusif: Salam Sistani agama teqlid edirem.aglamag gunahdirmi.2sualimbeledi men hicabliyam manto geynirem uzumde sisginliy olanda uzume niqab baglaya bileremmi.gunahdir?xais edirem sualim cavablandirasiz.Allah size gomey olsun.
Cavab: Salam.



Sayt tərəfindən: Bu suallar dəftərxanalıq sual deyil. Amma iki kəlmədə bunu deyə bilərik ki, ağlamaq yaxşı şey üçün olsa yaxşıdır, pis şey üçün olsa pisdir. Niqab da İslamda müstəhəb olan şeydir. Amma indi siz manto ilə niqab vuracaqsız, yoxsa çadra geyinəcəksiz bu öz şəxsi işinizdir.
Sual: SUalı ünvanladı Tural: Salam. Müvəqqəti nigah(siyğə) bağladığım xanımın qız övladı siyğə müddətində və müddət bitdikdən sonra mənə məhrəm olur ya yox?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu qız sizin övladınızdır və sizə məhrəmdir.
Sual: Sualı ünvanladı Hüseyn: Salam eleykum Allah sizden razi olsun.menim sualim cav yazsaniz sevinerem.sualim beledir necisli qabi nece temize cixarda bilerem.evde deyirlerki mutleq salavat demelisiz bu duzdurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qəlil (az su, kürr olmayan su) ilə iki dəfə və ehtiyati-vacibə əsasən kürr su ilə də iki dəfə. Əgər qab donuz və ya digər şeylərlə murdar olubsa onda hökm fərq edir. Yazdığımız sidik və nəcisə aiddir. Salavatsız pak olur.



Sayt tərəfindən: Əgər sizdə bu iki şeydən biri deyilsə onda dəqiq yazın ki, nə ilə murdar olub, biz də sizə dəqiq cavab yazaq.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Ayətullah Sistaniye Meherrimlikle bagli,veya basqa movzularda suallar unvanlamisiq ki o suallara cavab verilmedi. Deyildiki Aga o sualin cavabinda sukut etdi.Biz busukutu nece anlayaq? Aganin bu isde raziligi ya bu ise etirazi kimi?
Cavab: Salam.



Sayt tərəfindən: Bizdə sükut edirik.



Sayt tərəfindən: Sual yazarkən adınızı və ya şərti ad qeyd etməyi unutmayın.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Əzadarlıq məclislərində insan başını yara bilərmi? Qəmə vurub qan çıxarda bilərmi? Kəsici alətlərlə bədənini kəsə bilərmi? Bu işi gizlində və ya aşkarda görmək məsələnin hökmünü dəyişir?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Ağanın nəzəri Ayətullah Laininin nəzəri ilə eynidir. İnternetdə serc edib baxın.



Sayt tərəfindən: Sual yazarkən adınızı və ya şərti ad qeyd etməyi unutmayın.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Salam. Ayetullah Behcetin adindan deyirler ki guya aga Behcet bele deyib. Bu ummetin qocalari (bezi yerlerde cavanlari) Imam Zaman (e) gorecekler/ Bu soz Imama Zaman (e) ma aiddir? O bele soz deyib?
Cavab: Salam.



Sayt tərəfindən: Üzrlü sayn. Sual mövzumuza aid deyil. Cavabını da bilmirik.

Sual yazarkən öz adınızı və ya şərti ad yazmağı unutmayın.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Əgər səcdədən qalxdıqda möhür alına yapışsa və qopmasa o möhürü alından ayırmadan növbəti səcdəni etmək olar? Belə bir halda ki, yerdə ikinci möhür var və səcdəni ona edəcəm.
Cavab: Salam. Ayətullah Sistani dəftərxana: Olmaz. Möhürü alnından əli ilə götürsün.



Sayt tərəfindən: Öz adınızı və ya şərti ad yazmağı unutmayın.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Aşura gunu qan vermə aksiyaları olur.Deyirlər ki bunu pulsuz ehtiyacı olan xəstələrə verəcəyik.Amma bəzən bu qanı pul ilə satırlar. Bu halda qan vermək olarmı?
Cavab: Salam.

Sayt tərəfindən: Sualınız mövzumuza aid deyil. Amma iki kəlmədə bunu deyə bilərik ki, siz deyilənlə qane olub ehsanınızı edin.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Birinin qana ehtiyacı var.Ona puı ilə qanımı satmağımın hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Eybi yoxdur.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı