Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Rəna: Salam aleykum. Bir qadın yoldaşı ilə kəbinlənir. Sonra yoldaşı bunu qoyub gedir xaricə və orada digər ailəsi ilə yaşayır. Bu qadına əvvəllər arada bir maddi yardım edirsə sonra onu da kəsir. Və bu qadın birinci yoldaşı ilə kəbinli olduğu halda ikinci ailə həyatı qurur. İkinci yoldaşı ilə təkcə zaks olur kəbinləri olmur. Bu evlilikdən 2 övladı da olur. 10 ildən sonra öyrənirki qadının ilk yoldaşı vəfat edib. xanım cahil olub, şərii məsələlərdən elədə məlumatı yoxdur. Yəni talaq haqqında bilib, sadəcə olaraq talağın vacibliyini, nə dərəcədə böyük günah olmasını dərk etmiyib. Və elə bilibki əgər ər qadın ilə əlaqəsini kəsərsə, qadınla heç maraqlanmazsa kəbin də pozulmuş olur. Xanımın 2 xəstə övladı da var və ilk yoldaşı 1 aydır vəfat edib. Ağaya görə bu halda həmin xanımın və yoldaşının hökmü nədir? ..çox sağolun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu cavabı görən andan sonra uşaqlarınızın atası ilə cinsi rabitədə olmayın. Əvvəlki ərinizdən olan kəbinə görə vəfat iddəsi saxlayın. Vəfat iddəniz bitdikdən sonra Sitani ağanın buyuruğu olan ehtiyati-vacibə əsasən uşaqlarınızın atası sizə əbədi haram olub.
Amma əgər bu insana qadın kimi qayıtmaq istəsəz belə edə bilərsiz: Sistani ağa bu barədə ehtiyati-vacib dediyi üçün (yəni fətva vermədiyi üçün) siz bu barədə qayıtmağı halal bilən və fətva sahibi olan mərcei-təqlidə udul (keçə) bilərsiz.
Sayt tərəfindən: Hökmü anlamasaz bunu bir kağıza yazıb din aliminə göstərin və o sizə başa salsın.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Sual: O yerlərdə ki deyilib iki səcdəi səhv edin, məqsəd iki cüt səcdəi səhvdir ya iki ədəd səcdə?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İki ədəd səcdeyi-səhv.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Bir xanım bir oğlanla nişanlı olublar. Nişanlı vaxtı bunlar yaxınlıq ediblər. Sonradan qız nişanı qaytarıb. Oğlan nişan zamanı dini kəbini oxutduracağını deyib. Sonra məlum olub ki, bunların heç kəbini də olmayıb. Yəni oğlan etməyib bunu.Kəbinləri olmaya olmaya yaxınlıq ediblər.
Suallm budur.
1. Qıza zina günahı varmı?
Yaxnliq edende kebnleri olmayib.
Qız bilməyib kəbinin olmamasını.
Təlaq almaq üçün oğlana zəng vuranda oğlan deyib ki, kəbin oxunmayıb.
Mutə üçün burda atanın icazəsi lazımdır? Bunu da soruşun. Yəni qızın ürfi niaşana görə bakirəliyi aradan gedib
Sistani ağa
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qız kəbinin oxunduğuna inandığı üçün inşallah ki, ona günah yoxdur. Amma bir bakirə qız hətta öz nişanlısı ilə mütə və ya daimi əqdə girmək istəyirsə, hər iki halda atanın icazəsi vacibdir.
Sayt tərəfindən: Sualınız qatışıq idi. Əgər sualınızı düzgün anlamadıqsa, onda sualı aydın formada yenidən bizə ünvanlayın.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Sualıma verdiyiniz bu cavab risale ile duz gelmir.
Sual: salam... Zehmet olmasa Ali-Imran suresi 193-cu ayeni ereb dilinde yazin.. Xahish edirem... (bilirem sheri sual deil amma sizde bashqasina da muraciet ede bilmirem).... Ve bir de ayetullah Vahid defterxanasindan sorushun ..bu duani axirinci secdede bir hacet kimi isteyerek oxmaq olarmi... Sag olun
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana:....................................................................................................................
Yəni elə siz namazın rüku və səcdəya aid öz zikrlərini desəniz yaxşıdır. Necəki risalələrdə yazılıb.
Amma Vəhid Xorasanin risaləsində bu məsələ bu curdur:
Məsələ 1128 - Qunutda hər hansı bir zikr, dua,münacat dilə gəlsə, hətta bir dəfə Subhənəllah kəlməsi də deyilmiş olsa, kifayətdir...
İndi bunladan hansı doğrudur?
Cavab: Salam. Bİz bu sual-cavabı arxivdə axtarsaqda tapa bilmədik. Lütfən səhifələrin sayına baxıb bizə deyin ki, bu sual-cavab arxivin neçənci səhifəsindədir.
Burda biz bir texniki səhvə yol vermişik. O da budur ki, -Həmd və surədən- sözünün yerinə -rüku və səcdə- sözünü yazmalı idik. Yəni rüku və səcdədə zikirin yerinə Quran ayəsi oxumaq bəyənilmir, məkruhdur.
Amma məsələ 1128 də söhbət qunutdan gedir. Qunutda ayə oxumaq olar. Bu şeyi rüku və səcdədə zikir əvəzi demək məkruhdur, qunutda eybi yoxdur.
Diqqətinizə görə təşəkkür, texniki səhvə görə üzr istəyirik. Arxivdə olan sualı tapmağa bizə kömək etsəniz məmnun qalarıq.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Salam. Belə bir məsələ baş verib. Bir dəfə sinifdə, sinif yoldaşlarımın biri ilə bir məsələ barədə mübahisə edirdik.O məsələ barədə fikirimiz üst-üstə düşmədiyindən sinifdə səsimiz yüksəlirdi və mübahisə etməyə davam edirdik.Sinif yoldaşlarımızdan biri bizim mübahisəyə son vermək məqsədi ilə Quran oxumağa başladı. Ta ki o Quranın vacibi səcdəsini oxudu. O zaman sinifdə bizdən başqa da uşaqlar var idi.O zamanda dəstnamazım olmadığından və dərs başladığına görə səcdəni daha sonra etdim.
Birinci sualım budur ki, bu cür iş Quranın vacibi səcdəsini yeri gəldi gəlmədi, sinifdə,və ya bu kimi ictimai yerlərdə oxumaq düzdür? Belə bir halda ki o ayə oxunduğu zaman səcdə etmək digərləri üçün olduğu şəraitə görə çətin olur və ya digərləri bundan narahat olur.bu işin hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Siz həmin zaman o ayəyə qulaq asmasaz sizin səcdə etməyiniz vacib deyil. Yəni qulağınız eşidə bilər, lakin özünüz qulaq asmırsızsa səcdə etməyiniz vacib deyil. Yox əgər həmin zaman siz o ayəyə qulaq assanız onda sizin səcdə etməyiniz vacibdir.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Salam. Ağacan bilmək isdərdimki möhürsüz namaz qılmağ olar? Bunun hökmü nədir
Cavab: Salam.
Sayt tərəfindən: Mərcei-təqlid seçməyibsiz. Lütfən mərcei təqlid seçib sualı təkrar ünvanlayın.
Sual: Sualı ünvanladı Savalan: salam mən internetdə ərli bir xanımla danışıram virtual sevişirik amma real cinsi əlaqədə olmuruq. bilmək istəyirəm ki,bu cür danışmağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Olmaz, haramdır.
Sual: Sualı ünvanladı Lamiyə: Salam. Ağacan. Sizdən çox xahiş edirəm bu sualı cavablandırardız. Hicablı bir xanım gözəllik salonunda usta kimi işləyə bilərmi .? Hicabsız xanımları bəzəyə bilər? Yoxsa bunun hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Eybi yoxdur. Onlar öz vəzifəsinə əməl etməlidir. Günah onlara aiddir.
Sual: Sualı ünvanladı Rəna: Salam aleykum. Muhərrəm ayında keçirilən əzadarlıq məclisləri necə olmalıdır? Sinə, zəncir vurmaq, başı yarmaq, bədəndən qan çıxarmaq icazəlidir? Çox sağolun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Sinə, zəncir vurmaq olar. Baş yarmaq sualının qarşısında ağa sükut edib və bu sualı cavablandırmayıb.
Sual: Sualı ünvanladı Elcan: Salamaleykum,Ayətullah Seyyid Sistani ağanın və Ayətullah Seyyid Əli Xamenei ağanın mövqeyini bilmək istərdim.bildiyimiz kimi homoseksuallar lənətlənib və murdardılar.sualım budur ki,mavilər və lezbiyanlar nəcisdilərmi və dəstəmaz almışıqsa və ya qüsl almışıqsa bir homoseksual qadın və ya kişi gəlib bizimlə əl ilə görüşərsə və ya nəfəsi bizə toxunarsa dəstəmaz və qüsl pozulurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, nəcis sayılmırlar.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Hərəmlər bildiyimiz kimi məscid hökmündədir.Məscidləri qızılla bəzəmək haramdır.Bəs hərəmlər necə? O da bu hökmü daşıyır?
Cavab: Salam.
Sayt tərəfindən: Bağışlayın suala cavab ala bilmədik. Lütfən sualı növbəti fürsətdə təkrar ünvanlayın.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Azan verən şəxs,əzan verdiyi zaman söhbət etsə dünya sözləri danışsa əzanı qaldığı yerdən davam etdirməlidir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Azan verən şəxs söhbətlərini azandan öncə və ya sonraya saxlasın. Azan verilən zaman azanı yarıda kəsib dünya sözləri danışmaq bəyənilməyən işdir.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Əgər ölüyə qusl vermək üçün yaşadığımız məntəqədə sidr və kafur tapılmasa biz başqa məntəqəyə sidr və kafur axtarışına çıxmalıyıq? Öz yerləşdiyimiz ərazidən nə qədər uzaqlığa getsək şəri cəhətdən axtarışa çıxmış sayılarıq.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, axtarıb tapmaq lazımdır.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Qardaşım əhli sünnədir.Ona bəzi mövzularda hədislər göndərirəm. Bəzi hədislər ki,imamların (ə) dilindəndir.Mən o hədislər ki imamlardandır, o hədisləri peyğəmbər (s) adıyla təqdim etməyim düzdür? O mövzuda ki sırf peyğəmbərdən (s) hədis yoxdur nə edim? Vəzifəmi mənə bəyan edin
Cavab: Salam. Aşağıdakı sualda sizin sualın da cavabı mövcuddur.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Mən şiə olsamda əhli məntəqəsində yaşayıram.Amma onlar bilmirlər ki şiəyəm.Mən onlara söhbət,moizə edərkən hədislər deyirəm.O yerdə ki imamların (ə) mübarək adları var.O adların yerinə ki, peyğəmbərin (s) adından deyirım.Amma məqsədimdə imamlardır.Mənim bu işdə günahım var?
Cavab: Salam.
Sayt tərəfindən: Sual mövzumuza aid deyil. Amma iki kəlmədə bunu deyə bilərik ki, peyğəmbər deməyin, deyin ki, məsələn məsumdan, o uca şəxsiyyətdən və yaxud Həzrətdən belə nəql olunub. Çünki belə deyildikdə sizin müxatəbləriniz bunu peyğəmbər anlasa belə bu kəlmə həmdə İmamlara şamil olur. Cavab qane etməsə sualı təkrar ünvanlayın.
Sual: Sualı ünvanladı Mustafa İslam: Salam. Bəzi şiələr, əhli sünnə müqəddəslərini sosial şəbəkələrdə (facebook,odnoklasnik,tvitter, saytlarda və s) lənətləyir, haqqında təhqiramiz sözlər yazırlar.Bu da qarşı tərəfdə haqlı narazılığıa səbəb olur. Bu da ki, İslami vəhdətə zərbədir. Sizin bu barədə fətvanız nədir?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Müsəlmanların arasında təfriqə salan işlərin görülməsi haramdır.
Sual: Sualı ünvanladı Mustafa İslam: Salam. Bəzi şiələr, əhli sünnə müqəddəslərini sosial şəbəkələrdə (facebook,odnoklasnik,tvitter, saytlarda və s) lənətləyir, haqqında təhqiramiz sözlər yazırlar.Bu da qarşı tərəfdə haqlı narazılığıa səbəb olur. Bu da ki, İslami vəhdətə zərbədir. Sizin bu barədə fətvanız nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Müsəlmanların arasında təfriqə salan işlərin görülməsi haramdır.
Sual: Sualı ünvanladı Mustafa İslam: Salam. Bəzi şiələr, əhli sünnə müqəddəslərini sosial şəbəkələrdə (facebook,odnoklasnik,tvitter, saytlarda və s) lənətləyir, haqqında təhqiramiz sözlər yazırlar.Bu da qarşı tərəfdə haqlı narazılığıa səbəb olur. Bu da ki, İslami vəhdətə zərbədir. Sizin bu barədə fətvanız nədir?
Cavab: Salam. Təəssüflər olsun ki, əlaqə saxlaya bilmədik. Sualı növbəti fürsətdə təkrar ünvanlayın.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): İnternetdə qadına nələrisı öyrətmək və təbliğ etmək məqsədi ilə danışmaq olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Fəsadı olarsa olmaz.
Sual: Sualı ünvanladı Mustafa İslam: İki nəfər qız və oğlan bir-birlərini sevirlər. Bu yaxınlarda nişanlamaq istəyirlər.Oğlan istixarə etdirib amma düz gəlmiyib istixarə. İndi onlar istixarəyə əməl edib ayrılslnlar? İstixarəyə əməl etmədikləri üçün boyunlarına kəffarə gəlir? Onlar nə etsinlər,
Cavab: Salam.
Sayt tərəfindən: Sual mövzumuza aid deyil. Amma iki kəlmədə bunu deyə bilərik ki, laızm olan şəraitə malik xeyir işdə buna ehtiyac yox idi. Amma hal-hazırda bir məbləğ sədəqə çxarıb istixarənin nəticəsini tərk edə bilərsiz. Əlbəttə sədəqə vacib deyil.