Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Sol əl ilə başa məsh etmək caizdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, caizdir.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Bəzən Məsciddə (......) möhürün üstü çox səcdə olunduğundan tez-tez qaralır. O cür möhürlərə səcdə etmək caizdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Caizdir.
Sayt tərəfindən: Ümumi namaz qılınan yer deyildikdə, məscid nəzərdə tutulduğunu düşünüb sualı məscid adı ilə dəftərxanaya ünvanladıq və cavab belə oldu.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Əgər bir nəfər dəstnamaz aldıqdan sonra əlində mürəkkəb olduğunu görsə və bilməsə ki bu dəstnamazdan əvvəl bu cür idi ya dəstnamaz aldıqdan sonra bu olub.Vəzifəsi nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Dəstəmazı səhihdir.
Sual: Sualı ünvanladı Tural: Əgər bir evin ayaqyoluna Quran və ya türbət düşə və o ayaqyolunu bağlamaq müşkül olsa, bağlamaq mümkün olmasa müqəllidin vəzifəsi nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Onu ordan çıxarmağa çalışın. Çıxmasa ayaqyolu bağlayın. Ora düşmüş həmin şey aradan gedənə kimi (çürüyənə kimi) ordan istifadə etmək olmaz.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Əgər bir nəfərin cib dəsmalı nəcis olsa, o cibində olduğu halda namaz qıla bilər? Cib dəsmalı libasdan sayılır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qıla bilər.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Bir əl ilə hər iki ayağa məsh çəkmək caizdir? (Sistani və Xamnei)
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli!
Sual: Sualı ünvanladı Məryəm: salam cox tewekkur edirem cavablandirdiginiz ucun,bir defe bu suali vermiwem ama yene de cavab gelmediyi ucun verirem.uwaga peyvend vurdurmagin hokmu nedir,bir haldaki hormetli bir axund uwaqlara peyvend vurdurmayin cunki israilden gelir deyib ve uwaqlar ucun tehlukeli ola biler bu ne derecede duzgundu ve mende peyvendden imtina etdim uwaq ucun ama hekimler peyvend vurulmayan uwaq tez xesteliye tutulacaq dedi,cox uzr isteyirem metnin uzunluguna gore ama men cavabin caiz olub olmadigini bilmek isteyirem Allah komeyiniz olsun inwallah
Cavab: Salam. Cavabların içini axtarın, biz bu sualı cavablandırmışıq.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Əgər Quranın vacibi səcdə ayəsini canlı efirdən (televiziya və ya radio) eşitsək səcdə etməliyik?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir.
Sual: Sualı ünvanladı Mustafa İslam: Salamun əleykum. Ayətullah Behcətin vilayəti-fəqih barədə nəzəri necədir? Vəliyye-fəqihə təqlid edənlər və etməyənlər üçün onun hökmünə itaət etmək vacibdirmi?
Cavab: Salam.
Sayt tərəfindən: Çox çalışsaq da əlaqə saxlamaq mümkün olmadı. Əfv edin!
Sual: Sualı ünvanladı Camal: essalamu eleykum qardas bagisdiyin sualima gore men yeni baslamisam namaza qabaglar tez tez sperma xaric edirdim bu menim ozumden asili deyil sperma xaric etmiyende ozumu cox pis hiss edirem na haram qadin yanina getmirem amma sperma xaric edirem men bele etmekle namazdarim batil olmur ki amma qusularimi aliram qardas bele seylere men yol verirem bele seyler etmek haramdi eger sperma xaric etmeyende ozumu pis his edirem bularin nedir?????????
Cavab: Salam.
Sayt tərəfindən: Namazınız düzgündür. Qüslləriniz də düzgündür. Bu işinizlə isə günah edirsiniz. Saytımızın arxivinə baxa-baxa gedin, çox böyük bir sual-cavaba rast gələcəksiniz. Bu sual cavabda biz, bu iş barəsində ətraflı məlumat vermişik. Hökmən həmin sual-cavabı tapın, oxuyun.
Sual: Sualı ünvanladı Çingiz: Sağalmaq üçün həkimin məsləhəti ilə ağzı içki ilə ysxalamaü olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Olar!
Sual: Sualı ünvanladı Şəkili: Əgər bir nəfərin əli süni ( plasmas, dəmir və bu kimi) olsa dəstnamaz alarkən onu yumalıdır? Bəs təyəmmümdə necə? Bəs qusl alarkən o süni olan əl də kamil (adi əl kimi) yuyulmalıdır? Bədənin hər yerində bu cür sünilik olsa hökm eynidir? Xamnei və Sistani ağanın fətvasın qeyd edin zəhmət olmasa.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir.
Sual: Sualı ünvanladı Şahin: Allahin Salami olsun sizlere, ehtiyatsizliqdan zina etdiyin qadinla bir nece muddet sonra muveqqeti nigah baglamaq olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər zinada mqsədiniz kəbinsiz cinsi rabitə bərqərar etməkdirsə, onda sonra nigah bağlamaq olar. Yox bu qadının sizinlə rabitədə ola-ola kəbinli əri olubsa, ond bu insan sizə əbədi haramdır.
Sual: Sualı ünvanladı Xalid: Salamun Aleykum evvela Allah her birinizden razi olsun insaallah Sualim beledir Namaz qilanda sozlerin teleffusunu yazildigi kimi demek namazi batil edir yoxsa duzgundur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Batil etmir.
Sual: Sualı ünvanladı Fikrət: Mən vərdiş etmişəm ki, bəzən dodağımı çeynəyirəm. Və dişimlə dodağımın dərisini,ətini qopardıram.Bu dişimlə qopartdıqlarım bəzən mədəmə gedir.Bəzən ağzımda və ya paltarımda qalır.Hətta bu işim namaz qılarkən də baş verir.Mən dünən eşitdim ki, bu dişimlə qopartdıqlarım nəcis imiş. Bu düzdür? Mən bilməmişəm bunu əvvəl.Bəs bu halda qıldığım namazlarımın hökmü nədir? Bu məsələni izah edin zəhmət olmasa.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Nəcis deyil. Namazlarınız səhihdir.
Sual: Sualı ünvanladı Elmar: Bir nəfər dəstnamaz alarkən dəstnamazı qürbətən iləllah olmasa,yəni riya olsa, kiməsə görə etsə o dəstnamazla namaz qıla bilər? Çünki zahirdə dəstnamaz alıb və dəstnamazı var, amma niyyətində problem var.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu şeyə diqqət verməyin, dəstəmazınız səhihdir. Bu şey niyyətdə çoxlu şəklərə düçar olmaqdır ki, buna diqqət sizə lazımsız problemlər yaradar.
Sual: Sualı ünvanladı Javid: Bir şəxs sidiyini saxlaya bilmir. Təharətə getdikdən sonra istibra da edir. Amma ayağa qalxdıqdan sonra eləki paltarn geyinir və eləki sidiyi paltarına sirayət etməsin deyə parçanı qoyur sidik gəlir. O sidiklə nəcis olmuş parça ilə də dəstnamaz alıb namaz qılıram. Çünki bu hal onsuzda davam edir gün boyunca. Vəzifəm nədir? Bunu necə müalicə edim ki bu hal məndə olmasın. Bilirsizsə yazln zəhmət olmasa
Cavab: Salam. Ayətullah Sistani dəftərxana: Əgər çox çətinlik yaradırsa ona elə həmin əski ilə namazı qılın. Yəni hər namazda dəyişməyin.
Sual: Sualı ünvanladı Elçin: Esselamu aleykum.Bir qadin eri ile kebinde ola-ola meni aldadaraq menimle menimle mute baglayib ve elaqede olub.Sonra zaksi mueyyen sebeblerden (uwaga gore) legv ede bilmeyib amma eri ile uzun muddet (2 il) hec bir munasibetde olmayib.Faktiki olaraq ayri yawayirlar.Ve eri de bu munasineti bele qebul edir.Xanim molla yanina gedib kebini geri oxutdurub erinden xebersiz ve menimle mute edib.Indi men bilmek isteyirem bu mute halaldirmi?Ve yaxud qadinin ve menim hansimiza haramdir?Coxsagol Aga.Allah sizi cennetle mujdelesin.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: O qadın sizə əbədi haram olub. Həmçinin ərindən xəbərsiz mollanın oxuduğu təlaq batildir və təlağı qadının əri verməlidir.
Sayt tərəfindən: Əgər ər haqsız yerə təlaq vermirsə onda sualı mövcud problemlə birlikdə yazın biz cavab alaq. Çünki bu halda başqa yol göstəriləcək. Yəni ər ola-ola ona demədən gedib mollaya təlaq oxutdurmaq batildir.
Sual: Sualı ünvanladı Əhməd: Mən əvvəl sünni namazı qılmışam. İndi daha şiə namazı qılıram.Amma uzun illər sünni namazı qıldığımdan bir çox əməlləri tərk etmək rahat olmur mənə. Məsələn rukuya səcdəyə fedərkən Allahu Əkbəri hərəkət halında demək kimi. Özüm də cəhd edirəm tərk edim.eləki əncam verirəm yadma düşür ki səhv etdim. Namazım pozulur? Vəzifəm nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu iş namazı batil etmir. Çalışın tədricən bunları da islah edin.
Sual: Sualı ünvanladı Zeynəb: Salam eleykum agacan. Bir nefer basqa birine mexsus mali satir. Mes, eger 5 man-a satibsa, mal sahibine 4 man deyir. Ozune goturduyu 1 man pul ogurluq pul sayilir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Mal sahibinə deyilməsə, olmaz. Həmdə bu iş yalandır. 5-ə satdığı halda 4-ə deyir. Götürdüyü pul da gizlindir, yalanla ələ gəlib, haramdır.