Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Elmar: Kafirin qanını müsəlmana köçürtmək olarmı?
Cavab: Ayətullah Sistani-dəftərxana: Müsəlman qanı köçürülməsi daha məsləhətlidir. Amma kafir qanı köçrülməsi də caizdir.
Sual: Sualı ünvanladı Lalə: Eger qarga su quyusuna duwse hemin quyunu nece paklayaq?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qarğanın ölüsünü çıxarın, yetər.
Sual: Sualı ünvanladı Zaur: Denizin suyu muzaf su hokmundedir?
Cavab: Ayətullah Sistani-dəftərxana: Xeyir.
Sual: Sualı ünvanladı Məryəm: salam onceden tewekkur edirem men uwaga peyvend vurdurmaq isteyirdim ama hormet sahibi olan bir aga var axunddur o deyib ki uwaqlara peyvend vurdurmayin cunki peyvendler israilden gelir ve bu uwaqlar ucun yaxwi deyil.indi bunu nezere almaq duzgundurmu?peyvend etmek caizdirmi?
Cavab: Salam.
Sayt tərəfindən: Dəftərxanadan bildirdilər ki, bu iş İran İslam Respublikasında qadağandır. Amma sizə gəldikdə, dəftərxana münasibət bildirmədi və özünüzün qərar vermənizi buyurdular.
Sual: Sualı ünvanladı Davud: Qadinlardan ibaret ilahi (srud) qruplari var.Onlar toylarda oxuyurlar.Veya studiyada oxuyub internete qoyurlar ki o videolara ve ya sesleri (mahnilari) gorsunler.Bu duzgundur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Cəm halında oxumaqlarına baxmayaraq bu işin fəsadı olarsa, naməhrəmləri təhrik edərsə olmaz.
Sual: Sualı ünvanladı Asim: Televizorda canli efirde xeberlerde ve ya diger televiziya proqramlarinda salam verilir,salavat cekilir.Biz o salama cavab vermeliyik? Salavat cekmeliyik?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Belə salamın cavabını almaq vacib deyil. Amma salavat deyiləsi yer olduqda salavat deməniz müstəhəbdir.
Sual: Sualı ünvanladı Məryəm: salamun eleykum.biz bir evde 3 aile qaliriq.bele yawamaq cox cetindi bizim de negd pulumuz yoxduki torpaq alaq gerek bankdan pul goturub ev tikek bize caiz olurmu ki bankdan pul goturek?Allah razi olsun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Zərurət olarsa onda caizdir. Zərurətin olub-olmamasını təyin etmək sizin öz öhdənizədir.
Sual: Sualı ünvanladı Saqi: Men sistani agaya teqlid edirem yalniz bir fetvanin hokmunde rehbere teqli ede bileremmi
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər Sistani ağa həmin məsələyə aid "ehtiyat" hökmü verərsə onda olar. Yoxsa olmaz.
Sual: Sualı ünvanladı Fazil: Weher yerlerinde ayaqyolularin axib getdiyi yer esasen umumidir.Bir neferin elinden oz evindeki ayaqyoluna Quran ve ya Quranin bir sehifesi ve ya turbet dusur.O hemin evin ayaqyolunda qalmir axir gedir o umumi ayaqyoluna.Indi butun weher gerek o ayaqyolundan istifade etmesin? O weher ehlinin ve o ev ki ora Quran dusub vezifeleri nedir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bir şəxs bir ayaqyoluna Quranın düşdüyünü bilsə gərək o ayaqyolundan istifadə etməsin, oranı bağlasın. Başqalarına nəsə çatdırmaq kimi vəzifəniz yoxdur.
Sual: Sualı ünvanladı Kazım: Iraqda mesumlarin zerihine pul atmaq olarmi? Bele bir halda ki,ora Iraq hokumetinin ixtiyarindadir.Olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, olar.
Sual: Sualı ünvanladı Mustafa İslam: Salamun əleykum. Ayətullah Behcətin vilayəti-fəqih barədə nəzəri necədir? Vəliyye-fəqihə təqlid edənlər və etməyənlər üçün onun hökmünə itaət etmək vacibdirmi?
Cavab: Salam.
Sayt tərəfindən: Dəfələrlə çalışsaq da suala cavab ala bilmədik. Üzrlü sayn. Sualı növbəti fürsətdə ünvanlayın.
Sual: Sualı ünvanladı Malik: Icerisinde Quran (sesli ve ya yazili) , mersiye,moize,dini sekiller olan mobil telefon ayaqyoluna duwse o ayaq yolundan istifade etmek olar? Bezi telefonlar var ki hetta suya (veya ayaq yolu kimi yerlere) dusende de sonmur.bir muddet normal halda-islek veziyyetde olur.Her iki halda o ayaqyolundan istifade etmek olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Olar.
Sual: Sualı ünvanladı Ayla: Salam. Men yoldawimnan 4 ildiki mehkeme yolu ile bowanmiwam amma kebini talag etmemiwm. Ele bilmiwem ki kebini talag vacib deyil hemde bawa salan olmuyub. Sonra bir muddetden sonra bir nefer ile qoruwub cinsi elaqede olmuwam uzun muddet yawamiwiq. Sonra bildim ki kebini legv etmeden mene qunahdi. Kebini tezeliycen talag etdim mescide. Men bilirdim ki zina edirem. Indi bilmey isterdim ki tovbe etsem tovbem qebul olunacag yoxsa yox. Mene sonra bawa saldilar ki kebinli kebinli sen cinsi elaqede olmusansa sen o kiwiye haramsan omurluk . Men bilmiyib bunlari etmiwem yenede men o insana haram sayiliram qunahlarimda bagiwlanmayacag. hansi qusulu almaliyam tovbe etmek ucun. Birde menim qunahim bagiwlanacag axi men yenede diyirem bilmeden etmiwem bunlari. Tewekur edirem Allah razi olsun.
Cavab: Salam. Ayətullah Sistani və Ayətullah Xamenei-dəftərxana: Başqasının kəbinində ola-ola cinsi rabitə qurduğunuz şəxs sizə əbədi haramdır. (Bilməyərəkdən olsa belə.) Kəbinin təlağını ərinizin icazəsi ilə oxumalıdırlar. Yoxsa bu mollanın oxuduğu təlaq batildir və siz hələ də əvvəlki kəbində qalıbsınız.
Sayt tərəfindən: Əgər əriniz sizə təlaq vermirsə, onda məsələni yenidən bizə yazın və qeyd edin ki, problem nədədir və biz sizə cavab yazaq.
Lütfən sualı ünvanlayarkən alimlərdən birini seçməyi unutmayın.
Sual: Sualı ünvanladı Sərxan: Risalələrdə və bəzi məsələlərin izahında "islam ölkəsi" ifadəsi gəlir. Islam ölkəsi deyildikdə nə nəzərdə tutulur? islam ölkəsinin meyarı nədir? oradakı insanlar ya hökumət?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ümumi baxışla məmləkətə müsəlmanların məmləkəti kimi baxılırsa yetər. Məsələn İraq, İran və Azərbaycan kimi.
Sual: Sualı ünvanladı Malik: Hekimin mesleheti ile agzi icki ile yaxalamaq olar? Bu isi encam veren agzini nece paklasin?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ağızın içini tüpürməklə paklaya bilər, çölünü isə suya çəkməlidir.
Sual: Sualı ünvanladı Malik: Necis olmus suyu ineye (mal-qaraya) vermeyin isgali var? Bele bir halda ki onlardan sud ve sud mehsullari elde edilir.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, yoxdur.
Sual: Sualı ünvanladı Malik: Necis olmus suyu ineye (mal-qaraya) vermeyin isgali var? Bele bir halda ki onlardan sud ve sud mehsullari elde edilir.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, yoxdur.
Sual: Sualı ünvanladı Malik: Heddi bulug olmayan wexs teqlid ede bilermi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər "müməyyiz"dirsə edə bilər. (Yəni həddi-bülüuğ olmasa da anlamaq gücünə malikdir.)
Sual: Sualı ünvanladı Mailk: Necis paltarla normal cirkli paltari paltar yuyan masinda birge yuduqda butun paltarlar pak olur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Pak edər.
Sual: Sualı ünvanladı Malik: Qezza,Felestin,Qarabag ve bu kimi yerlerde kutlevi sekilde insanlar oldurulur,bombardman edilir.Bu kimi yerlerde olenler cengde olmus kimidueler? Onlara qusl vermeliyik?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Şəhidlik üçün lazım olan şərtlərə malik olan istənilən şəxs müharibə meydanında dünyadan köçərsə ona qüsl lazım deyil.