www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. Paltar yuyan masinda yuyulan necis paltar pak olur? Necis olmus paltarla,kirlenmis paltarlari birge yuduqda butun paltarlar pak hokmundedir? (Sistani)
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Pak olur.



(Sayt tərəfindən: Sualınızın ikinci hissəsində bir məna yoxdur. Əgər iki paltarı bir yerdə yumaq istəmirsinizsə onda iki paltaryuyandan istifadə edin. Bu şəxsi səliqənizdir. Şəri baxımdan paklığa gələndə məsələ aydındır. Yəni paltaryuyanda nə paltar varsa paklanır.)
Sual: Sualı ünvanladı Akif: Salam Aleykum. bilmek isterdim haram pulu ne etmek lazimdir tullamaq yoxsa nezire qoymaq
Cavab: Salam.



Sayt tərəfindən: Pul hansı yolla ələ gəlib? Həmin pulu haram yolla əldə etdiyiniz şəxsi tapmaq imkanı var ya yox. Bu suallarımıza cavab verin və biz sizə deyək ki, həmin pulu neynəyin.
Sual: Sualı ünvanladı Akif: assalamu aleykum. Bagiwliyin sizi narahat edirem. bilmek isterdim yerden tapilan pulun hokmu nedir. eger bilmeyerekden goturub xerclenibse keffaresi nedir. xahis edirem etrafli cvb vererdiz. cox sag olun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər kiçik bir məbləğ olarsa, xərcləməyinizin eybi yoxdur. (Bu günün tarixində İran pulu ilə 4000 tümənə kimi) Amma böyük məbləğ olsa, elan edin və bir il gözləyin. Bir ilə pulun sahibi gəlib çıxmasa və siz onun gəlməyindən naümid olsanız həmin pulu pul sahibinin tərəfindən sədəqə verin. Bilməyərəkdən xərcləyibsinizsə də bu şətləri bərpa edin və yazılana əməl edin.
Sual: Sualı ünvanladı Elşən Khadirov: Salam,Nefsin saflasdirilmasinda bu yol olar(bu yolla mumkundur?):1-ci gun Namazlarda calisiram Allaha diqqet edib ancaq ona.2-ci gun calisiram Her hansi bir pis exlaq ozumden uzaqlasdirim.bele bele ....cunki,birden-bire cox cetindi terk etmek.adamda quvve lazimdi buna.Allah razi olsun.
Cavab: Salam.



Sayt tərəfindən: Bu sual mövzumuza aid deyil. Allah sizə tutduğunuz yolda müvəffəqiyyət nəsib etsin.
Sual: Sualı ünvanladı Nicat: Salam aleykum....1.gece namazini 1gun qilib 1 gun qilmamagin eybi varmi?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Gecə namazı müstəhəbdir. Bir gün qılıb, bir gün qılmamağın eybi yoxdur.
Sual: Sualı ünvanladı Məryəm: salamun eleykum.onceden tewekkur edirem.bilmek isterdim ki uwaga soska vermek gunahdi?bir wertle ki analar aglamasin deyene verib uwaqlar aldadirlar,ama bezi analarda sadece yemey yedizdirdikden sonra verirlerki yediyi yemey medede yaxwi hezm olsun hemde ki aglamasinlar xahiw edirem qisa da olsa cavab veresiniz.Allah nezerinden kenarda qalamayasiniz inwaallah.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu iş caizdir.
Sual: Sualı ünvanladı Sebuhi: Salam aleykum aga peygemberin(s)ve imamlarin (e)sekillerin cekmek ve o sekilleri bu imamin seklidi diye adlandirmaq olarmi?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Belə nisbətlər vermək bəyənilmir.
Sual: Sualı ünvanladı Nail: salam aleykum biz 10-15 nefer bir yerde işleyirik içimizden bir nefer secib camat namazı qla bilerik
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər seçdiyiniz şəxsdə ədalət və qiraətin səhihliyi olarsa, onda olar. Əks təqdirdə olmaz.
Sual: Sualı ünvanladı İlkin: salam aleykum.sualim budurki.Azerbaycanda broyler toyuqlarinin yeyilmesinin hokmu nedir.onuda deyimki toyuqlarin kesimi hansisa aparat vasitesi ile bawi awagi Allahin adi deyilmeden kesilir.bucur kesimin yeqinindeyem.hemin toyuqlari yemek olar.eziyetinizi halal edin.sagolun Allah ammaninda
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu toyuqların hökmü halaldır. İstisnadır özünüz gözünüzlə görəsiniz ki, məsələn bu beş toyuqun başını harama səbəb olan qaydada kəsdilər. Amma bu şey yalnız gördüyünüz beş toyuqa şamildir. Görmədiklərinizə şamil deyil və onlar sizə halal hökmündədir.
Sual: Sualı ünvanladı Nicat: Salam aleykum....aganin vilayeti feqih haqqinda reyi nedir? Allah sizlerden razi olsun..dualarinizi bizden eskik elemeyin
Cavab: Salam.



Sayt tərəfindən: Ağanın "İstiftaatında" bu barəsə verilən suallara cabav var. Lütfən ora müraciət edin.
Sual: Sualı ünvanladı Nicat: Salam aleykum...1. sionistlerle edilen alis veris haramdirmi? 2. coca-colaya mexsus sulari almaq haramdir yoxsa icmek? Allah sizlerden razi olsun
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Sionistlə edilən alış-veriş haramdır. Qeyd etdiyiniz şirkət İslam düşmənlərinin mənafesinə xidmət edərsə, onda olmaz. Əks təqdirdə eybi yoxdur.
Sual: Sualı ünvanladı Həsən: Bismillah. salamun əleykum. nərd oyununun hökmünü deyərdiz.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qumar aləti kimi tanınmazsa eybi yoxdur.
Sual: Ən son: Diqqət Diqqət! Sayta gələn bütün suallara cavab verildi. Son 100 sualın içində cavablarınızı tapa bilərsiz. Ayətullah Behcət və Ayətullah Fazil Lənkəraninin dəftərxanaları ilə əlaq saxlamağa çalışdıq. Əlaqəmiz alınmadı. Buna görə onların Ramazan bayramı barədə açıqlamasını əldə edə bilmədik. Əgər sabah əlaqəmiz alınsa, cavabları alıb aşağıya əlavə edəcəyik. Zəruri qeyd: Bir sualın daxilində yalnız bir sual ünvanlayın. İki sual olduqda cavab verilməyəcək. Bura qədər, bəzən bir sualın daxilində iki suala cavab verdik. (Cavab çox qısa, çox sadə olduğu üçün.) Amma bu tarixdən (29 iyul) sonra istisnasız, (hətta iki kəlməlik sadə cavab olsa belə) bir sualın daxilində iki və ya daha çox suala cavab verilməyəcək. Belə etməklə qatışıqlıq yaranmamasını istəyirik. Üzrlü sayn, əfv edin. Bu sualın aşağısından cavablarınızı oxuyun.Biz bu sualı önə çıxartdıq ki, Ramazan bayramının olub-olmaması barəsində Mərcei-təqlidlərin rəylərini burda yerləşdirək. Gün boyu izləyin, yeni nəzər olduqca, məlumat yenilənəcək. Ramazan bayramı nə zamandır?
Cavab: Cavab: Ayətullah Xamenei-dəftərxana: Ramazanın başlanğıc günü Ayətullah Xameneiyə həm silahlanmış gözlə (teleskopla) həm də adi gözlə məlum olduğu üçün, sabah 29 iyul bayram günüdür. Bugün, yəni 28 iyul Ramazan ayının 30-cu günü olduğu üçün, bayramın sabah olması dəqiqdir.



Cavab: Ayətullah Məkarim-dəftərxana: Bugün (28 iyul) Ramazan ayının sonuncu günüdür. Sabah (29 iyul) Ramazan bayramıdır.



Cavab: Ayətullah Vəhid-dəftərxana: Sabah (29 iyul) Ramazan bayramıdır.



Cavab: Ayətullah Sistani-dəftərxana: 30 iyul Ramazan bayramıdır.



Cavab: Ayətullah Lənkərani-dəftərxana: 29 iyul Ramazan bayramdır.



Cavab: Ayətullah Behcət-dəftərxana 29 iyul Ramazan bayramdır.

















Sualı ünvanladı Xəyal: Assalamun Aleykum.Aga Bedene Nakolka vurmaga ne deyir?



2...3....4...





Salam. Ayətullah Məkarim-dəftərxana: Bu iş sizə olmaz. (Qadınlarda bəzi istisnalar var.)



Sayt tərəfindən: Bir sualın daxilində yalnız bir suala cavab verilir. İki və ya üç suala cavab verildikdə qatışıqlıq olur. Əfv edin.





Sual: Sualı ünvanladı Xalid: 1..................?sual 2 namaz qila bilen ama namaz qilmayan boyuk qardas ucun kicik qardas namaz qila biler ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, qardaşınızın namazını qıla bilməzsiniz.



Sayt tərəfindən: Bir sualın daxilində yalnız bir suala cavab veririk. Yeni qanundur, yoxsa qatışıqlıq düşür.
Sual: Sualı ünvanladı Mustafa: Salam. Mən Azərbaycanda yaşayıram. Ölkəmdə alimlər musiqi barədə müxtəlif fikirlər irəli sürürlər. Bizim toy məclislərimiz olur, hansı ki, orda müştərək (həm halal, həmdə haram məclislərdə istifadə olunan) alətlərdən istifadə olunur və Əhli-Beyt yad edilir.Dini mahnılar oxunur, halbuki alət haram alətdir. Bu caizdirmi? Bunu qeyd etmək lazımdır ki, bu növ məclislər ürfdə halal məclis kimi tanınır
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Əgər musiqi fəsad məclislərinə uyğun olmazsa, eybi yoxdur.
Sual: Sualı ünvanladı Mustafa: İslam libasına bürünən və dini məhv etməyə çalışan din düşmənləri vəhhabilərə qarşı vəzifəmiz nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Onlarla rabitələrinizi kəsmək əqlani olarsa, onda rabitələrinizi kəsin.
Sual: Sualı ünvanladı Turan: Salam Aleykum . Teqlidim Ayetullah Vahid Xorasani agadir .Suallara cavab1. Namaza 36 gune yaxindibashlamisham amma bezen Namaz qilanda fikrime bashqa sheyler gelir. Namazimi qiliram sadece fikirlioluram bu halda Namazim duzgundur ? Ve nece qilsam Namazi vaxtinda qilmish olaram , Azan verilenkimi ve ya 10 deq sonra ? 2 .Namehreme baxmaq haramdir ,bes yolda gederken goz birden bilmeden satashir ? , fesbukda sehifelerin paylashiminda bezen hicabli qadin shekilleri paylashilir bunlari gozum gorur , televizorda dini filimlere baxanda qadinlar olur ve yaxeberlerde v.s bunlarin hokmu necedir ? 3. Musiqi haramdir bes men takside gedende shofer oxudur , demeliyem sondur ? eger sondurmese ? Ve ya filmlerde qisa musiqi olur bunda menim hokmum necedir ?4. Namazdan sonra ne etsem mustehebdir ? ve dua ederken alnimi secdeye qoyum edim yoxsa nece? 5. valideyine itaet vacibdirmi ? 6. Mehrem kimlerdir ? 7 . Istimna haramdirmi ? ve siqaret ?8. 7. Ayetullah Vahid Xorasani Aganin haram buyurduglarni nece orgene bilerem ? ALLAH AMANINDA.
Cavab: Salam.



Sayt tərəfindən: Əziz Turan qardaşımız, namaza yeni başlamısız. Bu böyük səadətdir. Bu münasibətlə sizi təbrik edirik.

Suallarınızdan hələlik birinə cavab verə biləcəyik. Çünki saytımızda bir sualın daxilində bir neçə suala cavab verdikdə, qatışıqlıq yaranır. Əvvəllər belə edərdik, amma qatışıqlıq yaranır deyə daha etmirik.



İlk sualınızın cavabı: Namazda fikirin ora-bura qaçması əksər insanlarda olan haldı. Narahat olmayın. Bu şeyi yavaş-yavaş islah edib, düzəltmək olur. İlk öncə fikirinizi namazın sözlərinə yönəldin. Çalışın namazın sözlərinin tərcüməsini əzbərləyəsiz. Belə ki, artıq siz ərəb dilində namaz qılarkən, öz dilimizdə də nə dediyinizi anlayacaqsız. Bu sizə fikirinizi namazda saxlamağa kömək edəcək. Bundan əlavə haçansa qəflətən özünüzə diqqət verdikdə duysaz ki, fikiriniz namazdan ayırılıb, onda siz fikirinizi namaza qaytarın. Fikir şaxələnə şaxələnə gedirsə, onun şaxələrini budayıb, kökə, yəni Allahla rabitəyə qayıdın. Həmçinin gün boyu Allahı zikr etməyiniz də bu işə təsirlidir.
Sual: Sualı ünvanladı Mustafa: Sual: Allahın salamı rəhmət və bərəkəti olsun siz möhtərəm ağalara. Belə bir sualımız var sizlərə. Sual: Mənim sosial şəbəkədə “Vahhabilərə Cavab” adlı bir səhifəm var. Səhifəmizin məqsədi İslam libasına bürünmüş vəhhabilər haqqında məlumatlar (şəkil, video və yazı) paylaşaraq insanları xəbərdar etməkdir.Nəzərinizə çatdırm ki, səhifədə olan bütün məlumatlar dəlil və subutlara söykənir. Səhifədə bütün üzvlərə bərabər huquq vermişik. Heç kimin digərini təhqir etməyə haqqı yoxdur.Belə bir hal olduqda dərhal səhifədən uzaqlaşdırılır.Bir sözlə məqsədimiz sırf insanları maarifləndirməkdir. Soruşmaq istəyirəm bu səhifəyə münasibətiniz necədir?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Ağa belə şeylər barəsində açıqlama vermir. Yəni öz işinizdir, necə məsləhətdir.
Sual: Sualı ünvanladı Mustafa: Salamun əleykum. Ayətullah Behcətin vilayəti-fəqih barədə nəzəri necə idi? Vəliyye-fəqihə təqlid edənlər və etməyənlər üçün onun hökmünə itaət etmək vacibdirmi?
Cavab: Salam.



Sayt tərəfindən: Çox çalışdıq, amma suala cavab ala bilmədik. Əfv edin.
Sual: Sualı ünvanladı Nəsr: Oruclu ikən elektron siqaret çəkmək olarmi? (sistani)
Cavab: Salam.



Sayt tərəfindən: Cavab ala bilmədik. Əfv edin. Növbəti fürsətdə sualı ünvanlayın.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı