Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Rza: Salamun aleykə əgər bir məntəqəd camaat namazı qılınırdısa (yenədə qılınır) daha sonra bir qurup şəxs imamın ədalətsiz olduğunu idda etsələr özləri üçün yüni camaat namazı qılsalar bu düzdir. Bir məsciddə 2pişnamaz şiə . İnsanlar 2ci camaat namazının qılınmasına narazıdır və söz söhbətə gətirib çıxarıb. Bunuda qeyd edim ki iddia edənlərki imam ədalətsiz di ama isbat olunmuyub
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Biri qıldıqdan sonra o biri qılırsa eybi yoxdur.
Sual: Sualı ünvanladı Elçin: Salam.Uzr isteyirem bu sualima gore.Men iftara 1 saat qalmiw..................... menden paltari isladacaq qeder maye hasil olub.Amma sicrayiwla olmayib.Ve sonra dayanib.Menim orucumun hokmu nedir?Tewekkur edirem.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Sıçrayışla və ləzzətlə yanaşı olmayıbsa (həmçinin maye xaric olduqdan sonra bədəniniz süstləşməyibsə) orucunuz səhihdir.
Sual: Sualı ünvanladı İlham: Bedene nakolka vurmaq caizdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu iş dərinin altına olduğu üçün dəstəmaz və qüsl kimi şeylərə maneəsi yoxdur. Lakin bu şeyin digər fəsadları olmamalıdır. Olarsa, haramdır.
Sual: Sualı ünvanladı Mustafa: Məndə bəzən olur ki sidiyimi saxlaya bilmirəm. Özümdən asılı olmayaraq sidik gəlir.Hətta nama zqılanda da bu iş baş verir. Hər dəfə də paltarı dəyişmək olmur. Mənim o paltarda namazım düzdür? Mən nə etməliyəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Hər namazınıza görə bir dəstəmaz alın. Namaz qılarkən özünüzə elə bir parça ya sellofan kimi bir şey qoyun ki sidiyin axıb yayılmasının qarşısını alsın.
Sual: Sualı ünvanladı Mustafa: Sual: Allahın salamı rəhmət və bərəkəti olsun siz möhtərəm ağalara. Belə bir sualımız var sizlərə. Sual: Mənim sosial şəbəkədə “Vahhabilərə Cavab” adlı bir səhifəm var. Səhifəmizin məqsədi İslam libasına bürünmüş vəhhabilər haqqında məlumatlar (şəkil, video və yazı) paylaşaraq insanları xəbərdar etməkdir.Nəzərinizə çatdırm ki, səhifədə olan bütün məlumatlar dəlil və subutlara söykənir. Səhifədə bütün üzvlərə bərabər huquq vermişik. Heç kimin digərini təhqir etməyə haqqı yoxdur.Belə bir hal olduqda dərhal səhifədən uzaqlaşdırılır.Bir sözlə məqsədimiz sırf insanları maarifləndirməkdir. Soruşmaq istəyirəm bu səhifəyə münasibətiniz necədir?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Yaxşıdır, lakin bu şərtlə ki, işlərinizə nəzarət edən alim olsun. Yoxsa səhvə yol vərərsiz, xəbəriniz olmaz. İxtilaflardan pəhriz edin, cavablarınız elmi olsun.
Sual: Sualı ünvanladı Mustafa: Salam. Mən Azərbaycanda yaşayıram. Ölkəmdə alimlər musiqi barədə müxtəlif fikirlər irəli sürürlər. Bizim toy məclislərimiz olur, hansı ki, orda müştərək (həm halal, həmdə haram məclislərdə istifadə olunan) alətlərdən istifadə olunur və Əhli-Beyt yad edilir.Dini mahnılar oxunur, halbuki alət haram alətdir. Bu caizdirmi? Bunu qeyd etmək lazımdır ki, bu növ məclislər ürfdə halal məclis kimi tanınır.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Halal musiqi olarsa eybi yoxdur.
Sual: Sualı ünvanladı Sahil: Salam men Turkiyeden yaziram. Aga sistani muqellidiyem. sualim budu bayrami Turkiyeye goremi yaparik? ele olsa biz İrana gore tutduq, nasil olacak? birde fitre ne qederdi kisi basi? (adam basi) Camiye yada alime verebileremmi? Sagolun indiden
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Təqlid etdiyiniz mərcənin risaləsində qeyd olunan yollarla bayramı təyin edin. Yaxud da öz mərcei-təqlidinizin fətvasına əməl edin.
Sayt tərəfindən: Bir sualın daxilində yalnız bir suala cavab veririk. Yeni qanundur, yoxsa qatışıqlıq düşür.
Sual: Sualı ünvanladı Habil: Üzr istəyirəm eyni sualı artıq üçüncü dəfədir ki göndərirəm.Zəhmət olmasa əvvəl sualı və cavabı oxuyun.
Mən bir nəfərdən pul oğurlamışam. Özünə deməyə utanıram.O pulu onun adından sədəqə versəm olarmı? Özünə deməyə xəcalət çəkirəm. Həm də istəmirəm boynumda haqqı qalsın. Nə edim?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Özünə qaytarın. Utanırsızsa, ona hədiyyə kimi verin. Xülasə bir yolla pul həmin insanın özünə çatmalıdır.
Sual:Mən istəmirəm bilsin ki ondan pul oğurlamışam.Bang hesabı da yoxdur onun.Həmin pulu gizlincə onun maşınına, paltarının cibinə, yolum düşsə evinə qoymaqla qoya bilərəm? Bunlar caizdir? Əgər bunlar mümkün olmasa sədəqə verim onun adından? Başqa yolum yoxdur.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Sizin vəzifəniz pulu həmin insanın özünə şatdırmaqdır. Hansı yolla çatdırırsızsa, özünüz təyin edin. Sədəqə verməyiniz olmaz.
Sual: Sualı ünvanladı Murad: Salam. Mən bilmək istəyirəm Məscidə vəqv olunmuş torpaqdan qonşuya yol vermək olar ya yox
Cavab: Salam. Sualınıza cavab verilib. Arxivdəki cavabların içini yaxşı axtarın.
Sual: Sualı ünvanladı Seymur: Salam Aga mene fitr nece cixardilir yaza bilersiz?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bayram günü 3 kq buğdanın pulunu çıxarın. Pulu fəqirə çatdırmalısız. Özünüz fəqir tanıyırsınızsa, ona çatdırın. Yox əgər tanımırsınızsa, onda pulu mötəbər bildiyiniz məscid imamına verin, o çatdırsın. Dəqiq vaxtı, əgər bayram namazı qılacaqsınızsa, onda bayram namazına kimi pulu çıxarmağınız məsləhətdir. Yox əgər bayram namazı qılmayacaqsınızsa (çünki müstəhəbdir-vacib deyil) onda zöhr namazına kimi bu pulu çıxarmağınız yaxşıdır. Yox əgər olmasa, axşama kimi çıxarın. Əgər sabaha qalsa belə, yenə də çıxarıb vəzifənizi yerinə yetirin.
Sual: Sualı ünvanladı Aqil: Salam. Verdiyim suala görə üzr istəyirəm. Səhv etmirəmsə peyğəmbərdən hədis var ki qonşu ilə zina etmək olmaz. Bəs müvəqqəti nikahda olmaq olar?
Cavab: Salam.
Sayt tərəfindən: Sualınız mövzumuza aid deyil. Amma iki kəlmədə bunu deyə bilərik ki, Allahın haram buyurduğu qonşu ilə də haramdır, uzaqda yaşayanlarla da haramdır. Allahın halal buyurduğu, qonşu ilə də halaldır, uzaqda yaşayanlarla da halaldır. Yəni Allah bu məsələdə qonşu və ya uzaqda yaşayanlar arasında fərq qoymayıb.
Sual: Sualı ünvanladı Seymur: Salam Aleykum men bilmek isteyirem ki Aga siqareti ve facebooku hara buyurub?
Cavab: Salam. Ayətullah Məkarim dəftərxana:
1-Siqaret çəkmək olmaz, haramdır.
2-Sayt tərəfindən: Ağanın Facebook-u haram buyurmasını əldə edə bilmədik. Lütfən bu sualı növbəti fürsətdə təkrar ünvanlayarsız.
Bizdə olan məlumata görə, bəli, haram buyurmuşdur. Əlbəttə istisnalar da var idi. Amma yenə sual ünvanlayın, dəqiqləşdirək. Ola bilsin fətva dəyişsin.
Həmçinin bir sualın daxilində yalnız bir suala cavab verilir. İki sualı bir sual kimi ünvanlamayın, qatışıqlıq düşür.
Sual: Sualı ünvanladı Seymur: Salam aleykum men Sistani agaya teqlid edirem. Indi teqlidimi deyiwmek isteyirem deyiwe bilerem ? cox zeruridi?
Cavab: Salam.
Sayt tərəfindən: Təqlid elə bir şey deyil ki, insan ürəyi istədiyini etsin. Dəlil lazımdır. Yəni sizin vəzifəniz ələmə (ən üstünə) təqlid etməkdir. Araşdırın görün ələm kimdirsə ona tqlid edin. Risaləyə baxın, bunu necə təyin etməyin yolları ətraflı surətdə yazılıb.
Sual: Sualı ünvanladı Seymur: Salam qesr nece km-dir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: 22,5 km.
Sual: Sualı ünvanladı Mustafa: Salam. Mən Azərbaycanda yaşayıram. Ölkəmdə alimlər musiqi barədə müxtəlif fikirlər irəli sürürlər. Bizim toy məclislərimiz olur, hansı ki, orda müştərək (həm halal, həmdə haram məclislərdə istifadə olunan) alətlərdən istifadə olunur və Əhli-Beyt yad edilir.Dini mahnılar oxunur, halbuki alət haram alətdir. Bu caizdirmi? Bunu qeyd etmək lazımdır ki, bu növ məclislər ürfdə halal məclis kimi tanınır.
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana: Caiz deyil, olmaz.
Sayt tərəfindən: Ayətullah Behcətin bu nəzəri bütün mərcei-təqlidlərdən fərqlidir. O musiqi alətini haram bilir və onlarla çalınan musiqiləri də caiz bilmir. Yəni ağanın nəzəri ilə musiqi alətlərindən istifadə olaraq ərsəyə gələn musiqilər bütünlüklə haramdır. Bu cavabı bizə ağanın dəftərxanasından buyurdular.
Sual: Sualı ünvanladı Mustafa: Coca-Cola içkilərini içmək olar? Belə bir halda ki onu içməklə biz İslam düşmənlərinə yardım etmiş oluruq.Həmdə ki, tibbi baxımdan bunun bədənə ziyan olmasını açq-aşkar göstərən subutlar mövcuddur. Siz nə buyurursunuz içək ya yox?
Cavab: Salam.
Sayt tərəfindən: Suala cavab ala bilmədik. Növbəti fürsətdə təkrar ünvanlayın. Əfv edin.
Sual: Sualı ünvanladı Mustafa: Coca-Cola içkilərini içmək olar? Belə bir halda ki onu içməklə biz İslam düşmənlərinə yardım etmiş oluruq.Həmdə ki, tibbi baxımdan bunun bədənə ziyan olmasını açq-aşkar göstərən subutlar mövcuddur. Siz nə buyurursunuz içək ya yox? (Vehid)
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Bu şeyə yəqininiz varsa, onda olmaz. Yox yəqininiz yoxdursa, onda içməyin eybi yoxdur.
Sual: Sualı ünvanladı Kamil: Salamun əleykum. Ayətullah Sistaninin vilayəti-fəqih barədə nəzərini bilmirik. Çox xahiş edirik, bizi məlumatlandırasınız. İkincisi isə budur ki, Vəliyye-fəqihə təqlid edənlər və etməyənlər üçün onun hökmünə itaət etmək vacibdirmi? (sistani)
Bu sualı yenidən ünvanlanmığımızı istəmişdiniz.Zəhmət olmasa kamil cavab vererdiniz.
Cavab: Salam.
Sayt tərəfindən: Təəssüflər olsun ki, bu dəfə də bu suala cavab ala bilmədik. Orucluqa aid olan günün sualları o qədər çox idi ki, bu sualı ünvanlaya bilmədik. Növbəti fürsətdə, təkrar ünvanlayın. Əfv edin.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Sual: Bir dostum var idi. Sonra dostlugumuz pozuldu. Ona vaxti ile men pul ve xeyli hediyye olaraq esya vermisdi. Amma o indi istemir ki o verdiklerinden istifade edim. Onalardan sitifade istifade etsem gunahdirmi? Pulunu da vermemisem heleki. Ne edim?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər sizdən tələb edirsə və onun verdiyi şey həminki kimi qalıbsa (əgər parça veribsə siz şalvar tikdiribsinizsə onda şamil deyil) qaytarmalısız. Pul barəsində sual qaranlıqdır. Pulu borc vermişdi? Yoxsa necə? Sualı aydınlaşdırıb yenidən ünvanlayın.
Sual: O daim mənə kömək edirdi.Kontur yukləyirdi telefonuma, özümə pul verirdi v. s. Mene hec demirdi ki borc verirem. Sadece mene eseblesib siddetli.Odur ki verdiyi pullari isteyir. Özü deyir ki borcumu qaytar. Qaytarmalıyam?
Cavab: Salam. Ayətullah-Sistani-dəftərxana: Bu pulları ona qaytarmağınız vacib deyil.
Sual: Sualı ünvanladı Mustafa: Coca cola ickilerini icmek olar? Bele bir halda ki, onu icmekle biz Islam dusmenlerine yardim etmis oluruq.Hem de ki, tibbi baximdan bunun bedene ziyan olmasini aciq-askar gosteren subutlar movcudtdur.Siz ne buyurursunuz, icek ya yox?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Əgər qeyd etdiyiniz kimi, sizin bu şeyə yəqininiz varsa, onda olmaz.
Sayt tərəfindən: Zərər söhbəti bu suallarda keçərli deyil. Niyəsini yazmışıq, aşağıdakı cavablara baxın.