www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Qadir: ESSELAMU ALEYKUM VE REHMETULLAHI ! 2-ci qrup elilem ve sonuncu 2 ili oruc tutmaqa qadir deyilem, ve men fidyenin deqiqliyini bilmek isterdim. sual beledir- bir mud ne qederdir ve bunu bizim AZERBAYCAN milli pulu ile deyebilseniz men rahatliq tapardim INSAALLAH . ALLAH SIZLERDEN RAZI OLSUN, TESEKKUR EDIREM.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: 1 mud 750 qramdır. Siz gələn il Ramazan ayına kimi bu orucların qəzasını edə bilməsəz onda sonra kəffarəni verəcəksiniz. (Yəni inşallah şəfa taparsız və oruclarınızın qəzasını edərsiz. Allah etməsin əgər şəfa tapmasaz və gələn Ramazan yetişsə, onda kəffarə boynunuza gəlir.)



Sayt tərəfindən: Bazara girib buğdanın qiymətini örgənin, beləcə, rahat, özünüz təyin edin. Çünki orda buğda neciyədi, biz bilmirik.
Sual: Sualı ünvanladı İlkin: Salam aleykum.agaya sualim budurki Qarabag muharibesi doneminde ne sebebe cihad fetvasi vermeyib?? birde xais edirem Felestine gore niye cihad fetvasi vermir? bu suali yazmisdim cavab gelmiyib bunuda cavablandirin...
Cavab: Salam.



Sayt tərəfindən: İran-İraq müharibəsində də İmam Xomeyni cihad fətvası verməyib. Bugün İraqa, Suriyaya da dediyiniz fətvadan verilməyib. Gözlədiyiniz bu fətva hara verilibki?! Cavabların içinə baxın, aşağıda daha ətraflı cavab verilib.



SalamNews İnformasiya Agentliyinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı İranın ali dini lideri Ayətullah Xameneiyə ünvanladığı sorğusuna cavab verilib. Tehranın Azərbaycan xiyabanında yerləşən İranın dini liderinin baş ofisi Qarabağ münaqişəsi ilə bağlı öz fətva və siyasi mövqeyini açıqlayıb.

“Ayətullah Xamneyinin Qarabağ məsələsinə mövqeyi ilk gündən çox açıq və konkret olub. Qarabağ müsəlman torpaqlarıdır. Onun azadlığı uğrunda ölənlər şəhiddirlər"
Sual: Sualı ünvanladı Mustafa: Bu gun Felestinde gunahsz usaqlar korpeler qadin ve qocalar Islam dusmenleri terefinden sie sunni demeden vehwisesne qetle yetirilir.Bizim bu gunku gunde Felestine ve Felestinlilere qarwi vezifemiz nedir?
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana: Hər bir müsəlman öz ölkəsinin daxilində və ölkəsindən xaricdə olan məzluma kömək etməlidir. Siz də Fələstin xalqına əlinizdən gələn köməkliyi əsirgəməyin.
Sual: Sualı ünvanladı Mustafa: Bu günkü gündə Fələstində günahsız uşaqlar, körpələr, qadın və qocalar İslam düşmənləri tərəfindən şiə sünni demədən vəhşicəsinə qətlə yetirilir. Bizim bu günkü gündə, Fələstinə və Fələstinlilərə qarşı vəzifəmiz nədir?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Bu barədə ağanın nəzəri əlimizdə yoxdur.



Sayt tərəfindən: Bu sualı Ayətullah Vəhid Xorasaninin saytımızda tanıtdırdığımız rəsmi saytına ünvanlayın.
Sual: Sualı ünvanladı Anar: Salam.cenabet qüsulun bele niyet etmek olar.(pak olmaq üçün cenabet qüsulu verirem vacib qürbeten iLALLAH)qüsul niyetin her defe niyetin tekrarlamaq yeni 3 defe basa su tökende 3 saqa 3 sola bir qüsulda niyeti tekrar demeliyik?ALLAH zehmetinizin ecrin versin
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, hər dəfə təkrarlamağa ehtiyac yoxdur. Əvvəldə bir dəfə dillə də deməyə ehtiyac yoxdur. Qəlbən bunu bilməyiniz kifayət edir.
Sual: Sualı ünvanladı Mustafa: Bu günkü gündə Fələstində günahsız uşaqlar, körpələr, qadın və qocalar İslam düşmənləri tərəfindən şiə sünni demədən vəhşicəsinə qətlə yetirilir. Bizim bu günkü gündə, Fələstinə və Fələstinlilərə qarşı vəzifəmiz nədir?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana:



1-İsrailin cinayətlərinə qarşı etiraz aksiyaları ilə Fələstinə dəstək olmaq;



2-Fələstin xalqına dua etməklə və onların düşmənlərinə lənət deməklə dəstək olmaq;



3-Maddi yardımlarla dəstək olmaq.
Sual: Sualı ünvanladı Mustafa: Bu günkü gündə Fələstində günahsız uşaqlar, körpələr, qadın və qocalar İslam düşmənləri tərəfindən şiə sünni demədən vəhşicəsinə qətlə yetirilir. Bizim bu günkü gündə, Fələstinə və Fələstinlilərə qarşı vəzifəmiz nədir?
Cavab: Salam. Ayətullah Fazil Lənkərani-dəftərxana: Əlinizdən gələn köməyi onlara əsirgəməyin.
Sual: Sualı ünvanladı Mustafa: Bu günkü gündə Fələstində günahsız uşaqlar, körpələr, qadın və qocalar İslam düşmənləri tərəfindən şiə sünni demədən vəhşicəsinə qətlə yetirilir. Bizim bu günkü gündə, Fələstinə və Fələstinlilərə qarşı vəzifəmiz nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:



Bu barədə ağanın nəzəri əlimizdə yoxdur. (Qumdakı dəftərxanada yoxdur, Nəcəfə müraciət olunsun.)
Sual: Sualı ünvanladı Ceyhun: salam aleykum.her seye sekk edirem.bilmrem ne edim.6 ,7 defe qusl verirem yene de sekk edirem.sekkime etina etmeyim deyrem amma xeyri yoxdu
Cavab: Salam.



Sayt tərəfindən: Əziz qardaş, özünüzü toplayın, bu şeytan vəsvəsələridir, sizi giriftar etmək istəyir. Fikir verməyin, etina etməyin. Namazlarınızda Allahdan istəyin ki, sizə bu müşküldən nicat versin.
Sual: Sualı ünvanladı Elmar: Salam Aleykum.Yay aylarinda evde hec kim islemir evde yalniz men atamla usta isinde isleyirik.Oruc tutmaq cox cetin olacaq.Oruc tutmayib isleyib daha sonra qeza tutsam olar?keffare de vermeliyem?yoxsa orucu tutum gorsem ki halim pisdi orucu pozum?nezere alin ki 7 8 gun qalib bayrama
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Orucu tutun. İşə başlayın və özünüzdə iş üçün zəiflik hiss etdikdə, taqətsizlik hiss etdikdə və zərurət yarandıqda lazım olan qədər yeyib-için, yəni zərurət qədərində, artıq yox. Sonra yediyiniz günlərin qəzasını tutarsınız. Kəffarəsi yoxdur.
Sual: Sualı ünvanladı Aqsin Qedirov: Salam Aleykum.bagislayin narahat etdiyime gore.Azerbaycan teqvimi ile Ramazan bayraminin hansi gune duseceyi melumati nece elde ede bileriy?
Cavab: Salam. Saytımızı izləyin. Cavbların altında bayram barəsində yazacıq.
Sual: Sualı ünvanladı Anar: Salam.ço$en kebir duasini kefene yazmaq olar ? Minnetdaram
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, oilar!
Sual: Sualı ünvanladı Yaşar: Spermani (meni) xaric etmek meqsedi ile erotik ve ya porno filmlere baxmaq istimna sayilir? Bir sertle ki, (meninin xaric etmekde) hec bir aletden istifade olunmasin. (el ve sair)
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Bu iş istimna sayılmır. Amma günahdır. Belə filmlərə baxmaq haramdır.
Sual: Sualı ünvanladı Qalib: Salamun aleykum qardasim/ bu suala cavab isteyirdim sizden. Namzda secde Allaha aidddirse orda Rebbi selli ela Muhemmedin ve ali Muhemmed demek olar ya yox? Alimlerimizn yeni risalelerden stat getirsez biraz tutarli cavab verez sevinerrdim. Onceden tesekkur
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, olar. Amma digər zikirlərdən bir mərtəbə deyin. Məsələn 3 dəfə Sübhanəllah.



Sayt tərəfindən: Namazda peyğəmbərə göndərilən salamın, namazın Allah üçün olması ilə ziddiyyəti yoxdur. Çünki peyğəmbərə salam göndərilməsi də Allahın Öz əmridir. Bu barədə Quran ayələri var.
Sual: Sualı ünvanladı İkram: destnamazda basa mesh cekende suyu tukun dibine catdirilmasi vacibdir? Ve bu her halda vacibdir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Vacib deyil.
Sual: Sualı ünvanladı Həsən: Salam aleykum. Bir kisi oz zozvcesi ile oruc ola ola opuse biler? ( Bir kişi öz zövcəsini oruc ağızla öpə bilər?!) Bu orucu batil edirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Oruc adamın öpməsi orucu batil etmir



Sayt tərəfindən: Burda öpüşməyin yox, öpməyin hökmü yazılıb. Əgər öpüşmək dedikdə, iki tərəfin ehtiraslı öpüşləri nəzərdə tutulursa, bunun hökmü fərq edə bilər. Belədirsə, onda sualı yenidən ünvanlayın! Biz belə fərz etmədik deyə, belə sual ünvanladıq: Bir kişi öz zövcəsini oruc ağızla öpə bilər?!
Sual: Sualı ünvanladı Anar: Salam. Qis aylarinda namazi vaxdinda qilmasam zohr ve esr namazlarim qeza olacaq?
Cavab: Salam. Sualınız aydın deyil. Lütfən aydın yazın.
Sual: Sualı ünvanladı Murad: salam mescidin torpagindan qonshuya yol vermek olar ya yox veqf olunmush torpaqdir
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Olmaz.
Sual: Sualı ünvanladı Xəyal: Salam Aleykum mənin mucretehidim Ayətullah Sistani Agadi.Menim boynuma qusul gəlmiş halda Namaz qildin əsselamda yadıma düşdü ki qusul var boynumda. Mümkünsə hökmü buyurardız. Vaxtınızı aldığıma görə üzür isdeyirem.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Namazınız batildir. Təzələyin.
Sual: Sualı ünvanladı Rövşən: Salam. Teqlidim Xamnei agayadir.Onun reyine esasen eger qadin heyz qani gorse orucunu hemin deqiqe aca biler yoxsa iftar vaxtini gozleyib sonra acmalidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Orucunu açmalıdır. İftar vaxtını gözləmək lazım deyil.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı