Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam Alekum. Allah sizden razi olsun insanlara qaranliq qalan meselelere gore komeyliy edirsiniz.sualim belediki imsak subhe ne qeder qalmiw baglanmalidi? 2ci eyer imsak vaxdina az qalmiw boynuna cenabet qusulu duwurse onda neynemek lazimdi?
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
1. İmsak ilə sübh azanı eyni vaxtdadır. Yəni sübh azanı vaxtında artıq imsak edilmiş olmalıdır.
2. Əgər qüsl almağa vaxt olmazsa təyəmmüm etmək lazımdır.
Təşəkkürlər.
Sual: Salam Aleykum.Lazer epilyasiya xanim başqa bir xanima övretini eletdire biler? Teşekkür edirem.
Cavab: Aleykum salam.
Ayətullah Sistani-dəftərxana:
İcazəli deyil.
Təşəkkürlər.
Sual: Salam aleykum.Yazib sizden oyrenmek isteyirdim ki,8 heftelik nutfeni abort etdirmek olar?
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Əgər ananın həyatı təhlükədə deyilsə bu iş icazəli deyil. Əgər ana üçün ölüm təhlükəsi varsa uşağa ruh üfürülməmişdən əvvəl abort etdirmək icazəlidir.
Təşəkkürlər.
Sual: Müctəhidim Rəhbərimizdir.
SUALIM: Mənim qarnımın ön divarında doğuşlardan sonra yaranan, yoldaşımla olan münasibətimdə, eləcə də mənim özümü cavan xanım kimi utandıran və kompleksə salan sallanma var.
Qarnımdakı bu sallanmanı plastik əməliyyatla götürtsəm, bu haram iş sayılarmı? Yoldaşım bu işə əvvəlcə razılıq verdi, sonra isə hardansa öyrəndi ki, bu iş haramdır.
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Bu iş öz-özlüyündə haram deyil lakin haram baxış kimi bir günaha səbəb olarsa icazəli deyil.
Təşəkkürlər.
Sual: Salam olsun. Sualım belədi. Daimi kəbndə xanım kişidən mehriyə kimi hər nəs isdəsə olar yoxsa ki necə? Məsələn nağd pul istəyə bilər? Mümkünsə ətraflı izah edərdiz. Təşəkkür edirəm.
Cavab: Aleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Qadın mehriyyə ünvanı istədiyi şeyi tələb edə bilər. İstər nağd pul olsun istərsə də başqa bir şey. Lakin mehriyyə şəriətdə halal olan və müsəlmanın malik ola bildiyi şeylərdən olmalıdır.
Təşəkkürlər.
Sual: Salam aleykum.kişi qadınına talaq verəndə necə deməlidir.Ərəbcə nəsə talaq duası oxumalıdır yoxsa sadəcə səni boşadım,artıq mənim qadınım deyilsən desə lifaət edər.Xaiş edirəm talaqın necə verilməsi barəsində məlumat verərdiz.Birdə ki, talaqı ərlə arvad öz aralarında verə bilərmi yoxsa mütləq nollaya yaxud kiməsə oxutdurmalıdırlar.Mütləqdirmi ki,2 şahid olsun yoxsa şahid olmasa da olar?Yəni öz aralarında talaqı vermək kifaət edər yoxsa mütləq şahid də olsun.Məncə Allahın şahiddiyi yetər hər halda Allah hər şeyə şahiddir hər şeyi görən və biləndir.Əvvəlcədən təşəklür edirəm
Cavab: Aleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Təlaq ərəbcə düzgün şəkildə oxunmalıdır. Başqa dildə oxunarsa kifayət deyil. Həmçinin iki adil şəxs şahid olmalıdır.
Təşəkkürlər.
Sual: Salam aleykum.. Bir nəfər ayət namazının qəzalarını bilmədən ayət qüslü almadan qılıb.. Həmin şəxs ayət namazlarının qəzaların yenilənməlidir qüsl alaraq yoxsa buna ehtiyac yoxdu?.
Cavab: Aleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Əgər vəzifəsi qüsl almaq idisə (yəni, tutulmadan xəbərdar idi və qəsdən qılmamışdısa və tutulma kamil idisə) vacib ehtiyata əsasən qüsl alıb yenidən qılmalıdır.
Təşəkkürlər.
Sual: Salam aleykum Kişi bir naməhrəm qadınla cinsi əlaqədə olmadan əyər onunla sadəcə öpüşərsə və bu zaman kişidən məni xaric olarsa kişi vı qadın zina etmjş sayılırlar yoxsa ancaq günah yazılır olara?.Əlbətdə bunub günah olduğunu bilirik sadəcə zina olub olmamasını dəqiqləşdirmək isdiyidik.
Cavab: Aleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Bu iş zina deyil, lakin günah və haramdır.
Təşəkkürlər.
Sual: Salam mən sualıma görə üzür istəyirəm 6 günlük hamiləyəm gözümdən əməliyyat olduğum üçün mənə 6 kq-dan artıq qaldırmaq olmaz uşaq dunyaya gələrsə böyüyürsə mən qucağıma aldığım zaman gözüm ucun zərər olar yoldaşım da icazə vermir yoldaşımdan icazəsiz aldıran bilərəm?
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Uşağı aldırmaq icazəli deyil.
Təşəkkürlər.
Sual: Salam aleykum.Kişi həyat yoldaşına talaq verib onunla aralarında heç bir yaxınlıq olmadan bir yerdə yaşamaq üçün nəsə qohumluq siğəsi olsun dəqiq onu bilmirəm də yəni ki bir birilərinə məhrəm olmalırı üçün bağlaya bilərlərni?Müvəqqəti nigahdan söhbət gedmir o haqda məlumat almışam sizdən.Onun şərtdərini bilirəm ki iddə müddəti bitənnən sonra müvəqqəti nigah bağlaya bilərlər.Bu dəfə ki sualıma cavab başqa bir məhrəmlik nigahı varmı amma aralarında cinsi əlaqə olmadan yaşasınlar?Xatırladaq ki, bu ailənin uşaqları var və ona görə də uşaqlara görə kişi yoldaşınnan tam ayrılmaq isdəmir.Həm də uşaqlar savah kjminsə yanında başı aşağı olmasınlar ki,görəsən bu uşaqlarln ailəsi nəyə görə dağılıb?Sadəcə yoldaşını bir neçə dəfə zina etdiyini bilib ona görə də onunla daimi nigahı pozmaq isdəyir. Gələcəkdə sonra yoldaşı tpvbə edərsə yenidən daimi nigah bağlayarlar ya da ki, müvəqqəti nigah.
Cavab: Aleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Belə bir nikah yoxdur.
Təşəkkürlər.
Sual: Salam, istimnanın kəffarəsi nədir?
Cavab: Aleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Əgər Ramazan ayının gündüzündə və ya günü müəyyən olan nəzr orucu günündə bu işin orucu batil etdiyini bildiyi halda istimna edərsə kəffarəsi iki şeydən biridir, ya risalədə göstərilən şəkildə 60 gün oruc tutmalı və ya 60 fəqirə hərəsinə bir müdd (750 qr.) təam verməlidir. Əgər Ramazan ayının qəzasını tutduğu gün zöhrdən sonra istimna edərsə kəffarəsi 10 fəqir şəxsin hərəsinə bir müdd təam verməlidir. Əgər buna imkanı olmazsa 3 gün oruc tutmalıdır.
Bu üç yerdən başqa yerlərdə istimna günah olsa da kəffarəsi yoxdur. Və insan tövbə edib Allahdan bağışlanmaq istəməlidir.
Təşəkkürlər.
Sual: Salam aleykum.Əyər kişi həyat yoldaşlnı zinaya görə boşayarsa yenə də mehriyəsini verməlidir?
Cavab: Aleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Bəli, mehriyyəsini verməlidir.
Təşəkkürlər.
Sual: Salam, ərinə xəyanət edən qadın, subay ola-ola zina etmiş qız, zina etmiş kişi, transgender və həmcinsbazlar. Bu insanlar üçün şəri hökümlər nələrdir?
Hörmətlə
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Bu günahların bəzisinin cəzası şəriətdə göstərilən şəkildə edam, bəzisinin cəzası isə şallaqdır. Lakin şəri hakimin əmri ilə yerinə yetirilməlidir.
Təşəkkürlər.
Sual: Salam aleykum.Kişi öz həyat yoldaşına zina etdiyinə görə talaq verdikdən sonra iddə müddəti bitənnən sonra dediz ki,təzədən həmin xanımla yəni talaqını vermiş xanımı ilə müvəqqəti nigah bağlaya bilər.Bəs əyər bu iddə müddətində qadın yenə zina eləmiş olsa onunla müvəqqəti nigah bağlaya bilərni?Birdə ki,əyər lap iddəsi başa çatmış olsa amma yenə də başqa kişi ilə zina eləmiş olsa onunla müvəqqəti nigah bağlaya bilərmi?
Cavab: Aleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Əgər zina ilə məşhur deyilsə onunla nikah bağlaya bilər. Və mümkün qədər onu bu haramdan çəkindirməlidir.
Təşəkkürlər.
Sual: Həmişə qüsl alarken birininci basi yumusam. Mene ele oyredibler. İndi oyrenmisem ki basi evvel yumaq lazımdır. Tutdugum oruclar ve qildigim namaz batilmi sayılır?
Cavab: Aleykum salam.
Sual aydın deyil. Zəhmət olmasa biraz aydın şəkildə yazın.
Təşəkkürlər.
Sual: Salam AĞACAN menim yoldaşım borç pul alıb qaytarmırsa onun mene günahı çatır?
Cavab: Aleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Sizə günah yazılmır, lakin borc sahibi pulunu tələb etdiyi halda pulu ola-ola borcunu qaytarmırsa günah edir. Əgər sözünüzün təsirli olması ehtimalı varsa onu bu işdən çəkindirmək lazımdır.
Təşəkkürlər.
Sual: Salam Aga
Mən cənabət quslu alandan sonra,yəni hamamdan cixandan sonra,ürəyimə şəklə dolur,( elə bilirəm su ayagima catmayib,və yaxud catib,) qusuldan sonra coxlu şəkk edirəm.Deyirlər əhəmiyyət vermə,əgər bilmədən və yaxud səhv almişamsa ,yəni bu kimi şəklər,mən nə etməliyəm?
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Qüsldan sonra şəkk etsəz şəkkinizə etina etməyin, qüslunuz səhih hökmündədir.
Təşəkkürlər.
Sual: Mən yoldaşımın işi ilə əlaqəli olaraq rayonda qalıram amma demək olar ki hər ay Bakıya gəlirəm o zaman mən namazı rayonda və Bakıda necə qılmalıyam.artıq 2 ildi ki rayondayıq həmən 2 ilin hər ayı 5-10 günlük gəlirik bakıya
Cavab: Salam.
Ayətullah Xamenei-dəftərxana:
Əgər Bakı sizin vətəninizdirsə orada namazlarınız tamdır, hətta bir neçə gün qalıb qayıtsaz belə. Həmçinin rayonda 10 gün və ya daha artıq qalacağınız təqdirdə namazlarınızı tam qılmalısız. Əgər Bakıdan rayona qədər məsafə 41 km. və ya daha artıq olarsa yolda namazlarınızı qəsr qılmalısız. Əks halda yolda da tam qılmalısız.
Təşəkkürlər.
Sual: Salam aleykum. Zehmet olmasa suallrima cavab verediz.
1ci sualim: men 2 usagim var amna yene usaq isteyirem yoldasim ise istemir. Erim menim haqqima girir? Ve o qorunur cinsi elaqeden sonra men ondan gizlince kenara atdigi menini (spermani) usaga qalmaq ucun istifade ede bilerem? Ozunun xeberi olmadan?
2ci sualim: tanidigim 1 qadin hamiledir ve onun da ailesinde 3cu usagi istemirler ve eger xeber tutsalar abort eletdirecekler. Ona gorede yalandan hamile olmadigini deyir ve gozleyir ki usaq biraz boyusun sonra uze cixartsin ki daha abort eletdire bilmesinler. Sizden sorusmaq isteyirem ki bu halda hem erine hem anasina hem de qayinanasina yalan danismaq gunahdir?
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
1. Kişi bu işlə günaha batmır. Və sizin də onun mənisini uşağa qalmaq üçün istifadə etməyiniz öz-özlüyündə haram deyil.
2. Əgər doğru danışacağı təqdirdə övladının tələf ediləcəyini bilirsə yalan danışması haram deyil.
Sual: Asssalamun Aleykum sualim indiki zamanda Lazer gunahdi?
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Əgər haram baxış və ya başqa bir günaha səbəb olacaqsa icazəli deyil. Əks halda öz-özlüyündə maneəsi yoxdur.
Təşəkkürlər.