www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Adil: 1.Xahis bu sualima tecili cavab verin. Seher ayilib gorduk ki pillekenlerimizin pillelerine insam necisi surtulub.dediler ki guya bu cadu emelidir.ve kimse bize cadu edib.Cadunu batil etmek ucun de necisi gerek basqa cadu ile nese edib sonra temizleyesen. Pillekenimiz o cur qalib hele de.Qorxuruq bilmirk ne edek. Bu cadudur? Ne edek? 2.Zerdust klonlarini boynumuzdan asa bilerik? 3.Zerdust klonlari boynumuzda oldugu halda namaz qila bilerikmi?
Cavab: Salam. Sualınız mövzumuza aid deyil. Üzrlü sayn və əfv edin. Bir iki kəlmədə bunu deyə bilərik ki, təqvalı tanıdığınız hansısa alimə müraciət edin, o sizə yol göstərsin.
Sual: Sualı ünvanladı Rahil: 1.Vəhhabilər İslam ümməti üçün təhlükəyə çevrilib. Vəhhabilər daha da azğınlaşaraq insanların namuslarına, müqəddəs bildikləri (şəxslər, ziyarətgah və ocaqlar, pirlər ) hər şeylərini ya təhqir ya da dağıdaraq məhv etməyə çalışır. Şiə sünni demədən müsəlmanları qırırlar. Onlara qarşı vəzifəmiz nədir? 2.Hansı bitgiyə zəkat düşür?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana:



1-Onlarla rabitələrinizi kəsin.



2-Buğda, arpa, xurma, kişmiş.
Sual: Sualı ünvanladı Serxan: 1.Anam oruc tutmur. Amma hər gün obaşdan durur və bizi oyadır, süfrəni qurur və biz yeməyi bitirənə qədər bizim qulluğumuzda durur. Onun bu işinin savabı var? Çünki hədisdə var ki, kim namaz qılmasa heç bir yaxşı əməli qəbul etməz Allah. 2.Ayetullah Sistani aganin Azerbaycanda numayendesi kimdir? Xwms ve ya keffaremizi defterxanya nece catdiraq? Bakida Ayetullah Xameneinin numayendesi Ocaq Nejad var. Eger o qebul etse, Sistani aga icaze verir ki ona verek?
Cavab: Salam.



Sayt tərəfindən: 1-ci sualınız, mövzumuza aid deyil, üzrlü sayn cavab əldə etmək imkanımız yoxdur. Allah ananızın zəhmətlərini qəbul etsin, amin!



2-ci sualınız, barəsində Ayətullah Sistaninin Qumdakı dəftərxanasına sual ünvanladıq, buyurdular ki, buna görə Nəcəfə müraciət edin. Bu da ki, bizim imkanlarımız dairəsindən xaricdir.



Sual: Sualı ünvanladı Sakit: 1.Həyətdə inəyə su verdiyimiz vedrədə itin su icdiyini gordum.Biz o vedreni evde ve diger islerde istifade etmirik deye onu paklamadim. Yene de icine su tokub ineye veririk. Bunu isgali var? Birde ki bir nece defe o vedreye su tokub inye versek vedre pak sayilir? 2.Mən dini hövzədə oxuyuram. Mən eşitmişəm ki, bir nəfər dini hövzədə oxuyursa və oranın şəraitindən sitifadə edirsə gərək oranın qayda qanunlarına mütləq şəkildə tabe olsun. Əks halda orda qıldığı namaz, dəstnamaz, qüsl hamısı işğallı olar. Oranın şəraitindən istifadə artıq ona haram olar. Bu düzdürmü və sizin rəyiniz nədir bu barədə? (sistani)
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:



1-Eybi yoxdur. (Sayt tərəfindən: Qabı paklamaq istəyirsinizsə, onu risalədə buyurulan qaydada suya çəkin.)



2-Hövzənin qanunlarına riayət etməyiniz lazımdır.



(Sayt tərəfindən: Sualınıza cavab aydın olamsa yenidən ünvanlayın. Müxtəsər cavab verilib. Bu niyyətlə ki, siz qanunlara əməl etsəz, sualınızın davamına lazım olan cavaba ehtiyac qalmır. Amma dəstəmaz və qüslün işğallı olması bəhsi sizə lazımlı olsa, lütfən birdə sual ünvanlayarsız.)
Sual: Sualı ünvanladı Fikrət: 1.Coca-Cola içkilərini içmək olar? Belə bir halda ki onu içməklə biz İslam düşmənlərinə yardım etmiş oluruq.Həmdə ki, tibbi baxımdan bunun bədənə ziyan olmasını açq-aşkar göstərən subutlar mövcuddur. Siz nə buyurursunuz içək ya yox? 2.İnternetdə, sosial şəbəkədə naməhrəm qadınla danışmaq, söhbət etmək, bəzən deyib gülmək. Bunun şəri cəhətdən hökmü nədir? 3.Bəzən olur ki, dini məsələlərdə söhbət edirik. Din barədə, şəriət barədə nəsə soruşur və mən də cavab verirəm. İstər dini söhbət istər qeyi dini söhbət. Hər iki halda vəzifəm nədir açıqlayın zəhmət olmasa.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:



1-Bu işiniz onların təsdiqi olarsa, onda olmaz.



Sayt tərəfindən: Tibbi baxımdan olan zərərə gəldikdə, şəriət ciddi zərəri nəzərdə tutur. Yoxsa insan həyatında elə problemlər yaranar ki, çox çətin olar. Çünki çox şeylər var ki, onlarda az zərər var və onlarsız həyatımız təsəvvür olunmur. Məsələn konpyuterin zərərli şüası və sair belə şeylər.



2-Naməhrəmlə deyib-gülmək olmaz.



3- Naməhrəmlərlə şəriət məsələləri barəsində müzakirə etməyin ortaya fəsadı çıxa bilərsə, günah ehtimalı ola bilərsə, bu işə də yaxın durmaq olmaz.



(Sayt tərəfindən: Bugün naməhrəmlər özlərinə lazım olan bütün məsələləri kitab vasitəsi ilə örgənə bilirlər. Yaxud saytlara sual yazıb cavab ala bilirlər. Oncun da naməhrəmlərlə şəriət bəhsi etməyə ehtiyac yoxdur. Əlbəttə elə bir hal olsa ki, bir insan naməhrəmdən öyrənməlidir, başqa yol yoxdur, onda bu iş lazımdır.)
Sual: Sualı ünvanladı Anar: salam alykum ağa bizdə meçidlərin çoxunda qədr gecələri 1 gün qabaqcadan kecirilir bizə də onlarla bir yerdə keçirmək olar yoxsa sizin fətvaya əsasən 1 gün sonra keçirək
Cavab: Salam.



Sayt tərəfindən: Bu sualın vaxtı keçib deyə, ünvanlamadıq. Əlbəttə siz öz mərcənizin nəzərinə əsasən əməl etməli idinz.
Sual: Sualı ünvanladı Nahid: 1.Salam ALeykum Men Sistani aganin muqellidiyem bir sualim variydi menim oz oldugum yerden oxudugum yere qesr dushmur bezi vaxtlarda bizi bashqa yere aparirlar konfrans tedbir v s o qeyd olan yerde qesr dushur men geri qaydanda oz qaldigim kendin dash divar ve azan sesini eshitmirem yeni kendimizi gormurem menim qildigim namazlar qesr olacaq ya butov cox sagolun 2.Men 1 ildi zavodda ishleyirem.ishe duzelende dediler ki namaz qilmaga icaze verirler. Sonra waye yayildiki wirket prezidenti icaze vermir,,amma menim reisim..tabe oldugum wexs icaze verir namaz qilmaga. Mekan sahibi halalliq vermir... Men orda namaz qila bilerem. Direktorun dediyin elesem zöhr esr namazlarim qeza olacag.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:



1-Qəsr düşən yerdə qəsr hökmündə ibadət etməlisiniz.



2-Sayt tərəfindən: Şayiəyə inanmayın, ibadətinizi edin. Yox əgər yəqinə çatsaz ki, məkanın sahibi icazə vermir namaz qılmağa, onda yeni sual ünvanlayın, cavab alaq.
Sual: Sualı ünvanladı Nahid: salamun əleykum ALLAH yoluvu açıq etsin get qardaş get ELİMİN arxasıyca gərəg Çi......
Cavab: Salam.



Sayt tərəfindən: O kod sualınıza veriləsi olan cavabın barəsində məlumat əldə etmək üçün, olmalıdır.
Sual: Sualı ünvanladı Anar: Salam.bizim eziyetimizi çekib suallarimiza cavab verenlerin ALLAH nezerinden salmasin.menim 3,4 sualim ünvanlanib size xaiw edire cavablandirasiz.tewekül edirem
Cavab: Salam. Heç əziyyəti yoxdur, xoşdur. Suallara cavab gecikdikdə əfv edin. Suallarınıza cavab verilib, lütfən diqqətlə cavabları axtarın.
Sual: Sualı ünvanladı Anar: Salam.1 zekat ne vaxt çixaq.2 ve adam sayina ne qeder pul çixaq.3 oruc olan adam iftardan qabaq qoyun cüce kese biler?tewekül edirem ALLAH ORUCUNUZU SALEH EMELLERINIZI QEBUL ELESIN AMIN.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:



1-Fitrə zəkatı Ramazan bayramı olan gündə çıxarılmalıdır.



3-Üç kq buğda və ya bukimi şeylər-pulu.



4-Kəsə bilər.
Sual: Sualı ünvanladı Vüsal: salamun aleykum. men qaynaqci iwdeyirem iwim agir oldugundan oruc tuta bilmedim bir gun tutdum acdim alinmadi ehengin tozu,svarkanin tusdusu bir yandan alinmadi cenin icinde iwdeyirem, istide bir yandan. qezasinida tuta bilmeyecem,cunki daimi iwimdi bu. kefaretin vermeyede gucum catmir. weriet hokmunde de deylirki,Bunuda ede bilmese, istigfar etsin bagiwdanmasini dilesin. Qelbinde 'Estegfirullah' dese kifayetdir. Men ne ede bilerem? Bu sualima xaiw edirem aciqlama vererdiniz.
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Siz hər gün orucu tutmalısız. İş görərkən taqətdən düşdükdə, yəni zərurət yarandıqda orucu açıb, zərurət miqdarında yeyib-içə bilərsiz. Oruc vəzifəsi sizin boynunuzdan götürülmür. İlk fürsətdə orucunu yediyiniz günlərin (zərurət miqdarına olsa belə) qəzalarını yerinə yetirməlisiz.
Sual: Sualı ünvanladı Ramin: Əssalamun aleykum. Oruc mməsəlsində təqlid vacibdir.?Əvvəlcədən təşəkkürümü bildirirəm Allah razı olsun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Özünüz yəqinə çata bilərsiz. Lakin yəqinə çatmaq yollarını mərcei-təqlidinizin risaləsi ilə təyin etməlisiz. Həmçinin mərcei-təqlid elan etdikdə, onun elan etdiyinə əməl etməlisiniz.
Sual: Sualı ünvanladı Nahid: salamun əleykum sual Mən 1982 05 07 də doğulmuşam öz doğum günümü hicri qəməri təqvimi ilə qed etmək istərdim bilmək istərdim bu tarix hicri qəməri təqvimi ilə nə vaxda düşür rayonumüzdakı Məscidlərə getdim təqvimləri olmadı mümkünsə kömək edəydiniz ALLAH RAZI OLSUN
Cavab: Salam.



Sayt tərəfindən: Üzrlü sayn, sualınız mövzumuza aid deyil.
Sual: Sualı ünvanladı Qismət: Vəhhabilərə qarşı bu günkü gündə münasibətimiz necə olmalıdır?
Cavab: Salam. Çox çalışsaqda sualınıza cavab ala bilmədik. Üzrlü sayın. Növbəti fürsətdə, təkrar ünvanlayın.
Sual: Sualı ünvanladı Dilqem: Salam. Mehkemede insan ozune pul muqabilinde vekil tuta biler ki, onu mudafie etsin?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, tuta bilər. Lakin onun mövqesi haqq olmalıdır və vəkil də onun haqqını müdafiə etməlidir.
Sual: Sualı ünvanladı İsmət: Salamun eleykum. Men Mikarim $irazi aqaya teqlid edirem. Bilmey isterdim ki, Riyakar ve riya üzünden yalan dani$an $exsin pi$inamaz olmasi ve bu cur $exse iqtida etmek ne derece munkundur?
Cavab: Salam. Ayətullah Məkarim dəftərxana: Bu adamın yalançılığı sizə dəqiq məlumdursa, yalan böyük günahlardan sayılır və ona iqtida etməyiniz olmaz.



Sayt tərəfindən: Həmçinin onun eybini açıb yaymağınız da olmaz.
Sual: Sualı ünvanladı Ramiz: Salam alekum Men salvar ucun bel kemeri (xatirladimki kemer deridendi) almiwam ama kemer Koreya istehsalidi ve ehtimal varki derisi haram olan heyvanin dersinden hazirlansin Bunu taxmagin ve onunla namaz qilmagin hokmun zehmet olmasa yazardiz Muctehidim Ayetullah el-uzma Mekarim Shirazi
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Azərbaycan bazarları müsəlman bazarları hesabındadır. Ordan alınan şey pak sayılır. İstisnadır o şey ki, onun pak olmaması barəsində yəqinə çatıbsız.
Sual: Sualı ünvanladı Mail: Salam bir memleketde iki ayri gunlerde bayram kecirmek duzgundu
Cavab: Salam.



Sayt tərəfindən: Sualınız mövzumuza aid deyil. Amma iki kəlmədə onu deyək ki, hər kəs öz mərcei-təqlidi buyurana əməl etsin. Yaxud da özü risalədə yazılan yollarla yəqinə çatsın ki, bayramdır ya yox.
Sual: Salam aleykum her vaxdiniz xeyir .Aga Felestinde olanlara gore cihad fetvasi ne sebebe verilmir?? cihad fetvasinin verilmesi ucun ne olmalidi Felestinde?
Cavab: Salam.



Sualınız mövzumuza aid deyil, lakin iki kəlmədə bunu deyək ki, ağalar nə İran-İraq müharibəsində, nə Suriyada və nə İraqda, hələki dünyaya səslənib, cihad cağırışı etməyiblər. Yalnız öz ölkələrinin daxilində, düşmənin hücumuna qarşı "müdafiə" hökmü veriblər.



Amma fərzən, sabah Ayətullah Xamenei fətva versə nə ola bilər? Müsəlman dünyası bu tərəfdən qalxar, məsihi dünyası da o biri tərəfdən yəhudilərə köməyə gələr, nəticədə üçüncü dünya müharibəsi başlayar ki, məsləhət deyil. Həmd olsun ki, Qəzzə xalqı bundan öncə də dəfələrlə İsraili məğlub edib, inşallah bu dəfə də məğlub edər. Bu da gün kimi aydın məsələdir ki, Xamenei ağa İran dövlətinin imkanları ilə Qəzzəyə mümkün olan bütün köməklikləri edir.
Sual: Sualı ünvanladı Cavid: Allahin salami olsun sizlere.bu boyuk xidmete gore Allah sizleri bagislasin insallah.men bilmek isteyirem ki namehrem qadinlardan kimlese el verib gorusmek olar ya yox?ama onuda deyim ki indiye qeder qohumlari deyirem hamisiynan gorusmuşem indi gorusmesem hem atam anam narazi qalir hetta kusurler hemcininde gorusmediyim insanlarinda qelbi qalir.teşekkür .
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu iş olmaz, günahdır.



(Sayt tərəfindən: Valideyn insanı Allahın əmrlərini pozmağa yönəldərsə, ona itaət etək olmaz.)
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı