www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Samir: Əssalamu Əleykum. Ağa Sistaninin müqəllidi olaraq, Ağa Xameneinin verdiyi fətva ilə Ramazan ayının başlanğıcını və bayramını qeyd edə bilərəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir!
Sual: Sualı ünvanladı Axund: Salam. Siz mənim bu sualıma cavab vermədiz. Mən kəndin ruhanisiyəm. Məsciddə möminlər məndən soruşur bu barədə. Hamı da eyni müctəhidə təqlid etmir ki sizə qurban. O baxımdan eyni sualı hər mücəthidin fətvasına uyğun istəyirdim.Yoxsa sizə əziyyət vermək kimi bir məqsədim yoxdur.Siz əzizlərə etibar edib onlara söz vermişdim. Kəndə yaşayırıq əlimiz çatmır çox yerə.Bu sualları da kənddən 5 km uzaqlıqda yerləşən rayonunumuzun internet klubundan sizə göndərirəm. Hər sualı sizə göndərmək və cavabını öyrənmək üçün bu yolu qət edirəm. Məqəsədim camaata doğru mənbədən çatdırmaqdır bu dəyərli fətvaları. Suallarımı “AXUND” adı ilə göndərəcəm siz əzizlərimə.Biz sizə ancaq dua edə bilərik.Duadan başqa bir şey gəlməz əlimizdən. Bu sualıma Ayətullah Xamneidən cavab gəlib.Digər 5 müctəhidin də rəyini yazmağınızı rica edirəm. Sual: "Salam. Mən Azərbaycanda yaşayıram. Ölkəmdə alimlər musiqi barədə müxtəlif fikirlər irəli sürürlər. Bizim toy məclislərimiz olur, hansı ki, orda müştərək (həm halal, həmdə haram məclislərdə istifadə olunan) alətlərdən istifadə olunur və Əhli-Beyt yad edilir.Dini mahnılar oxunur, halbuki alət haram alətdir. Bu caizdirmi? Bunu qeyd etmək lazımdır ki, bu növ məclislər ürfdə halal məclis kimi tanınır.
Cavab: Salam. Sayt tərəfindən: Saytımızdakı bütün mərcei-təqlidlər musiqini iki yerə bölür. Halal musiqi və haram musiqilər. Əgər sizin məclislərdə olan musiqi halal olarsa, eybi yoxdur.
Sual: Sualı ünvanladı İlkin: Salam aleykum her vaxdiniz xeyir.Aga Azeribaycan teqvimiyle ilk qedr gecesi ne vaxtdi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: 17 iyuldan 18 iyula keçən gecə ilk qədr gecəsi sayılır.



Sual: Sualı ünvanladı Anar: Salam.Ramazan bayrami günü hansi xüsusi emelleri etmeyimiz gözel olar?tewekül
Cavab: Salam. Sual mövzumuza aid deyil, lakin iki kəlmədə bunu deyə bilərik ki, məscidə gedib, bayram namazında iştirak edə bilərsiz. Həmçinin "Məfatihul-Cinan" kitabında bu günün əməlləri var. Ora müraciət edin.
Sual: Sualı ünvanladı Heydər: İmam Hüseyn (ə) müsibətində qəmə vurmaq, baş yarmaq, bədəndən qan çıxartmaq caizdirmi? Bəs bu işi gizlin və xəlvət yerdə görmək caizdir? Bu iş gizlin və xəlvət olsa hökmü necədir?
Cavab: Salam.



Sayt tərəfindən: Bu suala cavab verilmir. Yalnız məhərrəmlik öncəsi cavab verilə bilər. Səbəb də budur ki, vəhdətə xələl gəlməsin.
Sual: Sualı ünvanladı Nail: Xahiş edirəm sualıma cavab verin.Sİz sualıma cavab vermədiz ki, Aşuraya yaxın veriləcək.Mənim o vaxt bu sualı göndərmək imkanım olmaycaq. Allah xatir suala cavab verin.Mən sizin müqəllidinizəm və sualımın cavabını bilmək istəyirəm. Sual: Sizin adınızdan sosial şəbəkələrdə deyirlər ki, guya siz qəmə vurmağı, qan çıxardıb baş yarmağı, halal bilirsiz. Sizin nəzərinizdə bu cür işlərin (qəmə vurmaq, baş yarmaq, öz bədənini kəsici alətlərlə kəsmək və bu yolla qan çıxartmaq) halaldırmı? Əgər kimsə bu işi gizlin-xəlvət görsə onda hökmü necədir?
Cavab: Salam.



Sayt tərəfindən: Bu suallar yalnız Məhərrəmlik öncəsi cavablandırıla bilər.
Sual: Sualı ünvanladı Habil: 1.Mən bir mədrəsəyə məxsus kitabı pul ilə almışam.Neçə il sonra o kitabda mədrəsənin möhürünü gördüm və fikirləşdim ki, bu vəqf malı ola bilər. O kitablar hələ də məndədir. O kitablara pul verib almışam. Kitabları qaytarmalıyam? 2. Bir tərəfdən də utanıram qaytarmağa. Gedib o kitabları o mədrəsəyə gizlin qoysan olarmı? 3 .Mən bir nəfərdən pul oğurlamışam. Özünə deməyə utanıram.O pulu onun adından sədəqə versəm olarmı? Özünə deməyə xəcalət çəkirəm. Həm də istəmirəm boynumda haqqı qalsın. Nə edim? 4. Əgər bir hicablı bir gün liftə minr ve bir naməhrəm də orda var. Anidən lift xarab oldu və qəza nəticəsində oglanın ayağı yaralandı və qanı axmağa başladı.Kömək edəcək kimsə yox idi. Ayağını bağlamaq və qanını durdurmaq üçün hicabımı açdım və onunla ayağını bağladım.Çünki bilmədik liftin təmiri gec olar ya tez. Həmdə ki qanı axırdı onun. Bütün bunları nəzərə alıb bu işi gördüm. Bunu etdiyimə görə günah daşıyıram? Mən düz iş görmüşəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:



1-Əgər yəqininiz olsa ki, vəqfdir qaytarmalısız.



2-Olar.



3-Özünə qaytarın. Utanırsızsa, ona hədiyyə kimi verin. Xülasə bir yolla pul həmin insanın özünə çatmalıdır.



4-Sayt tərəfindən: Bu sual mövzumuza aid deyil. Bu şeytani "romantik" olan bir xəyaldı. Real deyil. Amma iki kəlmədə onu deyə bilərik ki, əgər belə hal olarsa oğlan köynəyini sıxarıb qanı saxlasın. Başı açma olmaz, haramdır.
Sual: Sualı ünvanladı Akif: Salam. Mən bilmək istəyirəm k, oruc tutan zaman ağızda olan ağız suyunu udmaq olar? Mən oruc tutanda ağız suyu məndə çox ifraz olunur. Ağzımda saxlıya bilmirəm. Tez tez ağzımdan təmizliyirəm. Buna görədə namaz qıla bilmirəm. Ya gərək oruc tutsam namaz qılmıyım. Yada namaz qılsam oruc tutmuyum. Zəhmət olmasa aydınlıq gətirərdiniz.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ağız suyunu udmağ heç eybi yoxdur.
Sual: Sualı ünvanladı Asiman: Qəmə vurmaq, baş yarmaq, bədəndən qan çıxartmaq, zəncir vurmaq və bu kimi kimi işlər əgər xəlvətdə olsa hökmü necədir, olarmı?
Cavab: Salam.



Sayt tərəfindən: Bu suallara cavab verilmir. Məhərrəmlik öncəsi cavab veriləcək.
Sual: Sualı ünvanladı İlkin: 1.Salam. Əlim kəsilibdir, Sağ əlimin, baş barmağının ucu kəsilib, tikiş vurublar əlimə. Ovcumu tam aça bilmirəm.Dəstnamazı necə alım? Mən solnan alıram. Dəstnamazım düzgündür? Solnan dəstnamaz almağımın hər hansı bir müşkülü varmı? Mən həm də salavat çevirəndə də əlimi (sağ əlimi ovcumu) tam aça bilmirəm. 2.Mən oruc tuta bilmirəm.Problemim də istimna etməkdir.Bacarmıram özümlə.Boynuma kəffarə gəlir.Bilmək istəyirəm bu mənim üçün üzr sayıla bilər? Yəni oruc tutmasam yenə də kəffarə gəlir boynuma? Bəs qəza necə. Tutmadığım günlərin sayı qədər oruc da tutmalıyam? 3. Ailəmiz əhli sünnədir. Evdə üzüm mürəbbəsini şiə fiqhində deyildiyi kimi bişirmirlər.Bunu özlərinə də deyə bilmirəm.Hər dəfə də qabağıma qoyulur ki, yeyim.Mən də bir neçə dəfə yemişəm. Bu işdə mənim boynuma günah gəlirmi? 4. Siz sualıma düzgün cavab vermədiniz. Mən sizdən nağılın hökmünü soruşdum romanın yox. Roman və nağıl fərqlidir. Roman yazılı ədəbiyyatın və epik növün ən iri həcmli janrıdır. Nağıl isə adətən əfsanəvi, fantastikqüvvələrin iştirakı ilə cərəyan edən uydurma hadisələr və şəxslər haqqında hekayə,rəvayətdir.Nağıl və romanın fərqini nəzərə alıb sualıma yenidən cavab verin zəhmət olmasa. Sual: Sualı ünvanladı İlkin: İslam şəriətinə əsasən nağıl yazmağın hökmü nədir? Qeyd edim ki, nağıl da olmayan bir hadisəni olmuş kimi göstərmək, yalan və mübaliğə vardır. Bir sözlə şəxsin öz uydurdumasıdır. Şəriətdə bu iş haramdırmı?
Cavab: Sualı ünvanladı İlkin:



1-Yaranız sağalana qədər sol əldən istifadə edə bilərsiz. Salavat deyərkən əlinizi üzünüzə çəkməsəz heç eybi yoxdur.



2-Bu şey üzr saylmır. Əslində həm günah edirsiz və həm kəffarələr sizin boynunuza gəlir. Qəzanı da ki, yerinə yetirməyiniz vacibdir.



3-Məcbur olduğunuz təqdirdə zərurət miqdarında yeməyinizin eybi yoxdur.



4-Nağıl yazmağın eybi yoxdur. (Həm roman və həm nağılda şərt budur ki, bu iş digər haram işə gedib çıxmasın. Yəni

mənfi şeylər yazılmasın.)



Sayt tərəfindən: Romanlar da həqiqətdə olmuş hadisələrdən qaynaqlanmaya bilir. Yaxud hadisələrə yalanlar artırılır, şişirdilir. Bu baxımdan nağılla eyni olduğu üçün romanın hökmünü demişdik.
Sual: Sualı ünvanladı Şahin: Allahın Salamı olsun sizlərə., bəlkədə sualım mövzuya aid deyil ama öyrənsəz şad olardım. siz dediyinizə görə 1 müdd- 3 kqdır. ama mən neçə yerdə rast gəlmişəmki 1 müdd - 750 qramdır.. zəhmət deyilsə araşdırardız bunu. ALLAH sizdən razı olsun.
Cavab: Salam.



Sayt tərəfindən: Texniki səhv olmuşdu, islah etdik. Diqqətinizə və saytın xüsusi vaxtda sual qəbul etdiyinə baxmayaraq, əziyyət çəkib bunu biə yazmağınıza görə təşəkkür edirik.
Sual: Sualı ünvanladı Murad: Salam. Xahis edirəm suallara cavab verin. Evimizdə internet xətti olmadığından hər dəfə sizə sual göndərə bilmirəm.Odur bir neçəsin bir yerdə göndərdim. Sual çoxluğuna görə üzr istəyirəm.Allah sizi işinizdə müvəffəq etdin qardaşlar. İltimasi dua. 1.Biz kənddə yaşayırıq. Cücə saxlayırıq. Qarğaya bənzər bir quş cücələrimizi aparır. Artıq 20 -ə yaxın cücəmizi aparıb və davam edir bu işə. Bu heyvanı öldürə bilərik? Çünki ehtimal var ki balası ola. Qorxuruq ki, onu öldürsək, balaları d acından ölsünlər. Vəzifəmiz nədir? 2.Həyətimizdə saxladığımız it vərdiş edib ki, ayaqqabılarla oynasın.Ayaqqabılarımızla oynayır, çeynəyir və s. Və ağzının suyu o ayaqqabılara bulaşır. O ayaqqabıara toxunduqda əlimiz nəcis olur? Bəzən bu işi gecə gördükdə, külək və başqa vasitələr ayaqqabını qurutmuş olur. Və biz itin bu işinə əsəbləşin ayaqqabını ona vururuq ki bu işin tərgitsin. Bu iş itə zülm sayılır? 3. Xahiş edirəm siğə edərkən oxunan duanı və oxunma qaydasını yazın. 4. Sual: Evimizdə üzərində Coca-Cola yazısı olan köynəklər var. Onu geyinməyin və onla namaz qılmağın işğalı var? 5.Sual: Mənim sosial şəbəkədə “Vahhabilərə Cavab” adlı bir səhifəm var. Səhifəmizin məqsədi İslam libasına bürünmüş vəhhabilər haqqında məlumatlar (şəkil, video və yazı) paylaşaraq insanları xəbərdar etməkdir.Nəzərinizə çatdırm ki, səhifədə olan bütün məlumatlar dəlil və subutlara söykənir. Səhifədə bütün üzvlərə bərabər huquq vermişik. Heç kimin digərini təhqir etməyə haqqı yoxdur.Belə bir hal olduqda dərhal səhifədən uzaqlaşdırılır.Bir sözlə məqsədimiz sırf insanları maarifləndirməkdir. Soruşmaq istəyirəm bu səhifəyə münasibətiniz necədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:



1-Cücələri oğurlayan quşu öldürə bilərsiz, eybi yoxdur.



2-Bəli, rütubətli olarsa nəcis olur. İti bu işinə görə tənbeh etmək caizdir.



3-Sayt tərəfindən: Bu şey əməliyyə risaləsində dəqiqliyi ilə mövcuddur. Lütfən müraciət edin.



4-Bu işin öz-özlüyündə eybi yoxdur. Yəni hansısa digər bir haram işə gedib çıxmırsa, eybi yoxdur.



5-Yaxşıdır, Allah əcrinizi versin.
Sual: Sualı ünvanladı MirhHüseyn: Salam aleykum sualim beledi Iranda Ayetullah Esedullah Beyat Zencani adli mucdehidin bele bir ......
Cavab: Salam.



Sayt tərəfindən: Üzrlü sayn, bizim belə bir əlaqəmiz yoxdur.
Sual: Sualı ünvanladı Lale: Salam. Mən Azərbaycanda yaşayıram. Ölkəmdə alimlər musiqi barədə müxtəlif fikirlər irəli sürürlər. Bizim toy məclislərimiz olur, hansı ki, orda müştərək (həm halal, həmdə haram məclislərdə istifadə olunan) alətlərdən istifadə olunur və Əhli-Beyt yad edilir.Dini mahnılar oxunur, halbuki alət haram alətdir. Bu caizdirmi? Bunu qeyd etmək lazımdır ki, bu növ məclislər ürfdə halal məclis kimi tanınır.
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Əgər musiqi halal musiqi olarsa, eybi yoxdur.
Sual: Sualı ünvanladı Bedir: İmam Hüseyn (ə) müsibətində, İmam Hüseynə (ə) xatir qəmə vurmaq, qan çıxartmaq, baş yarmaq, zəncir vurmaq olarmı? Bəziləri deyir ki, gizlin və xəlvət yerdə bu işi görmək olar haladır. Bəs bu iş gizlin və xəlvət olsa hökmü necədir?
Cavab: Salam.



Sayt tərəfindən: Sosial şəbəkələrdə bu barədə ixtilaf yarandığı üçün "İsar Birliyi"nin rəhbərliyi tərəfindən bu suala cavab verməmək tapşırığı gəlib. Sizlərdən də xahişimiz budur ki, ixtilaflı mövzuları qurdalayıb, ümmətin bu çətin vəziyyətində daha da pis vəziyyətlər yaratmayaq. Bu suala Məhərrəm ayına yaxın zamanda cavab veriləcək. Çox-çox bağışlayın.
Sual: Sualı ünvanladı Kerim: Bildiyiniz kimi vəhhabilər müsəlmanlara hər bəhanə ilə zülm edir, incidir, inancını təhqir edir. Suriya və İraqda müsəlmanları öldürürlər. Belə bir vəziyyətdə vəzifəmiz nədir?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Onlarla rabitələrinizi kəsin.
Sual: Sualı ünvanladı Daşqın: 1.Novruz bayramı haqqında rəyiniz nədir? Bu günü bayram kimi qeyd edə bilərikmi?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Bəli, olar, qohum-əqrəbaya baş çəkmək kimi gözəl işləri olduğu üçün bəyəniləndir. Amma bu şərtlə ki, içində olan mənfi şeylər tərk olunsun. Məsələn bahalı paltar alıb özünü, var-dövlətini digərlərinin gözünə çəkmək və digər bəyənilməyən şeylər.
Sual: Sualı ünvanladı Taryer: Salam aleykum ve rahmetullah.Mən bilmək istəyirəm Ayətullah Sistaninin Rusiya və Azərbaycandakı nümayəndəsi Məhəmməd Əli Mosulidirmi? Çünki İranda yaşayan.............................
Cavab: Salam. Biz Qum şəhərində olan dəftərxana ilə əlaqədəyik. Bu iş üçün siz Nəcəf şəhərində olan dəftərxana ilə əlaqə saxlamalısız. Biz bura ilə əlaqə saxladıq, burda o barədə məlumatsız olduqlarını söylədilər.
Sual: Sualı ünvanladı Şahin: Allahın Salamı olsun sizlərə, Allah sizlərdən razı olsun. Müqəddəs Ramazan ayı günləriniz mübarək olsun, sualım belədiki: Mən Ramazan ayında səfərə cıxmalı oldum , səfərə səhər cıxdığıma görə həmin gün üçün əvvəlcədən niyyət eləmədim, yəni yuxudan oyannan oruc olmadim sonra bir saat sonra səfərə cıxdım... bilməy istəyirəm düz etmişəm yoxsa niyyət edib şəhəri cıxanda açmalıydım? bu barədə hökmü bilmirəm..
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şərt odur ki, məsafəni keçməyənə qədər bir şey meyl etməyəsiniz və sizin etdiyinizin eybi yoxdur.
Sual: Sualı ünvanladı İsi: Salam. Ayetel kursu hara qeder oxunsa yaxsidir Eliyyul Ezime qeder yoxsa Fiha Xaliduna qeder? xahis edirem bu ayetel kursu barede etrafli yazardiz
Cavab: Salam. Bu bəzi yerlərdə fərq edə bilər. Amma ümdəsi "Fiha-xalidun"a qədərdir.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı