www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Samir: Əssalamu aleykum və rahmətullah. Allahdan sizə uzun ömr, can sağlığı və xoş aqibət arzu edirəm. 27 yaşımdan Namaza başlamışam, bu müddətə qədər baliğ olandan şəri qaydalarını bilmədən və vacibliyini dərk etmədən hər il bilmədiyim günlərin sayı qədər oruc tutmuşam, bunlardan bir neçə ili nəzərə almasaq hər il oruc tutmuşam. Gün sayını isə bilmirəm və təxmin də edə bilmirəm. birinci sualım odur ki. həmin dövr üçün(15-27 yaş) tutduğum oruclar sayılırmı? ikinci sualım isə budur ki, qəza oruclarımın sayını və kəffarələrimin nə qədər olduğunu necə bilə bilərəm? Əvvəlcədən sizə təşəkkür edirəm və müvəffəq olmağınızı Allahdan diləyirəm.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Təqribi bir nəticəyə gəlib həmin nəticənin azını yerinə yetirin. Məsələn bilmirsiz 10 gün qəzanız var, yoxsa 8 gün, onda 8 günü qəza edin.



Bilmədiyiniz vaxta etdiyiniz qəzalara görə kəffarə yoxdur. Elə adi qəzaları yerinə yetirin.



Sayt tərəfindən: Çalışdıq sualı aydınladıb ünvanlayaq, biraz qatışıq idi. Hər halda cavab məsələni həll etməsə yeni sual ünvanlayın.
Sual: Sualı ünvanladı Fərid: Salam, Ramazan ayınız mübarək, orucunuz qəbul olsun. Mən qulluqundayam (xidmət edirəm), oruc tuturam. Gün ərzində dətbirlərdə mütləq iştirak edirəm Sualım. Oruc vaxtı dötədbirə orucumu poza bilərəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər elə zəifləsəz ki, canınıza xətər olsun, onda zərurət miqdarında yeyib içə bilərsiz. Amma sonra qəza etməlisiz.
Sual: Sualı ünvanladı Elmar: Salam . Azan namazda nevaxt deyilmir ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Azan deməyiniz müstəhəbdir. İmkan olanda desəz yaxşıdır. Deməsəz də bir maneəsi yoxdur.
Sual: Sualı ünvanladı Azeriler: Ayətullah Xamenei ağanın bu suala verdiyi cavab bizə aydın olmadı. Niyə mıhz Rusiya? .............................
Cavab: Salam.



Sayt tərəfindən: Əziz qardaş, belə bir qərar yoxdur ki, təqlid etdiyimiz mərcənin dedikləri bizə aydın olsun. Əgər aydın olsaydı, onda elə özümüz mərcə imişik-xəbərimiz yox imiş. Qeyd edək ki, aşağıda bu suala daha ətraflı cavab vermişik.
Sual: Sualı ünvanladı Fariz: Sualıma görə üzr istəyirəm. Bu sualı mənə verdilər bilmədim nə cavab verim. Sual: Bir nəfər evə gəlib görsə ki, anası başqası ilə bir yataqdadır pis işlə məşğuldurlar. Anasını öldürə, cəzalandıra bilərmi? El arasında belə bir dəb var ki, birinin anası və ya bacısı və ya xanımı bu cür nalayiq iş tutsa gərək öldürülə. Sizin rəyiniz nədir? Bir nəfər öz anasını, bacısını, xanımını belə bir şəraitdə görsə vəzifəsi nədir, nə etməlidir? İmam Hüseyn (ə) müsibətində zəncir vurmaq və bu kimi işləri etməklə cana ziyan gəlsə bu işin hökmü necədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:



1-Öldürmək izni yoxdur.

2-Əza məclisində zəncir vurulması caizdir. Amma hansısa bir fərdin xəstəhal olarsa, elə bir halda ki, zəncirin ona zərəri olsun, onda həmin fərdə bu iş olmaz.
Sual: Sualı ünvanladı Adil: Əzadarlıq məclislərində insan başını yara bilərmi? Qəmə vurub qan çıxarda bilərmi? Kəsici alətlərlə bədənini kəsə bilərmi? Zəncir vura bilərmi? Bəziləri deyir ki, gizlin və xəlvət yerdə bu işi görmək olar haladır. Bəs bu iş gizlin və xəlvət olsa hökmü necədir?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Zəncir vurmağın eybi yoxdur. Qəmə vurmağın cana zərəri olmasa və dini şüarlardan sayılsa, onda eybi yoxdur. Yox əgər cana zərəri olsa, haramdır.
Sual: Sualı ünvanladı İlkin: İslam şəriətinə əsasən nağıl yazmağın hökmü nədir? Qeyd edim ki, nağıl da olmayan bir hadisəni olmuş kimi göstərmək, yalan və mübaliğə vardır. Bir sözlə şəxsin öz uydurdumasıdır. Şəriətdə bu iş haramdırmı? 3.İnsan kicik təharətə (sidiyə) çıxdıqdan sonra alətini- yəni sidik məhəllini ağızın suyu ilə (tüpürcəklə) təmizləsə pak olur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:



1-Roman yazmaq caizdir. (Fəsada xidmət edərsə haram olar. Məsələn əxlaqsızlığa yönəldən romanlar.)



2-Ağız suyu həmin yeri paklamaz.
Sual: Sualı ünvanladı Elmar: salam aleykum.bir neferun sualina bele cavab vermisiz ki sual-banka pul qoyub faizin istifade etmek olar? cavabiviz:rusiyanin Azerbaycandaki bankina pul qoyub faizinden istifade etmek olar yazmisiz.bele bir fetva ondan ireli gelir ki yeni qeyri muselmandan pulun faizin almaq caizdir?
Cavab: Salam.



Sayt tərəfindən: Konkret qeyd edin ki, məsələn hara? Biz sualı siz yazan kimi dəftərxanaya ünvanlayıb, cavab alaq. Amma bura kimi əldə etdiyimiz odur ki, həm Ayətullah-Sistani və həmdə ki, Ayətullah-Xameneinin dəftərxanları Azərbaycanda yerləşən Rusiya banklarına pul qoyub, aylıq qazanc alıb xərcləməyi caiz bilirlər.
Sual: Sualı ünvanladı Nahid: salamun əleykum mən 20 ildir müctehidləri oxuyuram hələ belə bir fitvaya rast gəlməmişəm Allah alış-verişi halal faizi isə haram qılıb bunu bütün dünya bilir bir şiə olaraq çox ütanc hissi keçirirə m xaiş edirəm fit vanizı əsaslandırın mümkünsə Qur`an ayəsi ilə rus banklarının faizi necə halal olur
Cavab: Salam.



Sayt tərəfindən: Nahid qardaş, sizə dərin hörmətlə, amma əfv edin ki, sizi cavablandırmalıyıq, şəriətdə əhkam "təəbbodi"dir. Yəni nə niyə belədir, söhbəti yoxdur. Allah əmridir, belə buyurub, sizdə bəndəsiz, vəssalam.



Qurandan dəlil istəməyiniz yersizdir. Məgər Quranda namaz kimi dini zərurətin necə olması buyurulub?!



Biz hökmü izah etmirik. Buna nə elmimiz çatır nədəki buna imkan yoxdur. Təsəvvür edin hər mərcei-təqlid oturub risaləsindəki hökmü necə və hardan ələ gətirməsini açıqlayır. Onsuzda bunu açıqlasa belə, kimsə nəsə anlamayacaq. Onu yalnız özü kimi 30 il dərs oxumuş digər mərcələr anlaya bilər. Adi insanlar yox.



Kimsə istəsə ki, hər bir hökmün xırdalıqlarına getsin, onda zəhmət çəkib hicrət etsin, 30 il dərs oxuduqdan sonra ictihad dərəcəsinə çatıb, bu şeylərdən baş açsın. Əlbəttə bu ictihad da elə-belə şey deyil ki, hər 30 il oxuyan ona yiyələnə bilsin.



Biz bu sualı Ayətullah Sistani ağaya da ünvanladıq.



Cavab: Azərbaycanda olan Rusiya Banklarına pul qoyub, həmin pul üçün aylıq verilən məbləğdən istifadə etmək olar, caizdir.



Sual: Sualı ünvanladı Ramin: Əssalamun aleykum. Xahiş edirəm mənə deyəsiniz mən xüms çıxardandan sonra mənim borclarda olan pulum qayıdır onlarada xüms düşür ya yox . Əvvəlcədən təşəkkürümü bildirirəm
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Əgər həmin borcu xums günündən öncə vermişdinizsə, onda xüms günündən sonra əlinizə gələn həmin pulların xümsünü verməlisiniz.
Sual: Sualı ünvanladı Kamil: Bildiyiniz kimi vəhhabilər müsəlmanlara hər bəhanə ilə zülm edir, incidir, inancını təhqir edir. Suriya və İraqda müsəlmanları öldürürlər. Belə bir vəziyyətdə vəzifəmiz nədir?
Cavab: Ayətullah Məkarim-dəftərxana: Onlarla rabitələrinizi kəsin.
Sual: Sualı ünvanladı Sahil: Salam. Mən Azərbaycanda yaşayıram. Ölkəmdə alimlər musiqi barədə müxtəlif fikirlər irəli sürürlər. Bizim toy məclislərimiz olur, hansı ki, orda müştərək (həm halal, həmdə haram məclislərdə istifadə olunan) alətlərdən istifadə olunur və Əhli-Beyt yad edilir.Dini mahnılar oxunur, halbuki alət haram alətdir. Bu caizdirmi? Bunu qeyd etmək lazımdır ki, bu növ məclislər ürfdə halal məclis kimi tanınır.
Cavab: Salam.



Sayt tərəfindən: Biz bu suala bir neçə gün qabaq digər mərcei-təqlid tərəfindən cavab verdik. Xahiş edirik yalnız öz mərcei-təqlidinizin nəzərini öyrənin. Bizim elə geniş imkanlarımız yoxdur ki, bir müqəllidə 6 mərcənin nəzərini öyrənib deyək..
Sual: Sualı ünvanladı Nahid: Əssəlamun əleykum ALLAH SİZDƏN RAZI OLSUN Əvvəla Admin rəhbərinə dərin təşəkkürümü bildirirəm ki, sualıma geniş şəkildə aydınnıq gətirdiniz. Düzünü desəm dəfdərxanadan gələn cavab məni qane etmədi onlar suallara qısa və kankret cavablar verillər mümkünsə ətraflı cavab versinlər.Bilirəm ki, suallar çoxdur hamıya ətraflı yazmaq çətindi amma onuda unutmaq lazım deyilki,suala verilən CAVAB sualdakı qaranlıq məqamlara və şübhələrə aydınlıq gətirməlidir əkis halda cavab mənasını itirər. Mən belə düşünürəm ki, Müctehidlər öz müqəllidlərinə verdikləri fitvalarla daqlı izahat verməyə borcludurlar ki, insan kimə və niyə inanmalı olduqunu özündə yəqinlik hasil etsin. mən alim deyləm ehtiyat əhliyəm hər müctehidin fikri mənim üçün önəmlidi, İnsanin şüphələri aydın olmayanda onu didər nəticədə insan yalniş düşüncələrə meyil edər ümüdvaram ki, bu münasibətlərimiz ALLAHİN YARDIMI İLƏ DAHADA inkişaf edəgək. Sualim südəmər qız uşağının nikaha salinmasi barıdıdi əgər uşaq həddi baliq olduqdan sonra ərindən boşanmasını tələb edib təlaq və mehrini ala bilərmi
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər atasının razılığı ilə olan həmin əqd onun həqiqi məsləhətinə uyğun olmayıbsa onda əqdin pozulmasını istəyə bilər.



Sayt tərəfindən: Qədrdanlığınıza görə minnətdarıq. Dəftərxanaya gün ərzində 10 minlərlə sual gəlir. Onlar bu həddə cavab verməyə güclə, zəhmətlə çatdırırlar. Onları nəzərə almaq zəruridir. Qaranlıq yer olduqda qeyd edin, biz aydınlaşdıraq, inşallah.
Sual: Sualı ünvanladı Seymur: SALAM. Remazan ayiniz mubarek. Sual budu: Gege saat 2de yatib saat 03:30 durub imsak acmaliydim amma is ele getirdiki 03:00da murci veziyyetinde saat baxdim dedim hele tezdi bir balacada dincelim qoyduqum vaxta dek,amma is ele getirdiki,yatib qaldim suhb namazi edaya getmisdi. Durub tez namaz qilib ise getdim,oruc tutmadim. Indi buna gore mene keffare dusurmu? Qeyd edimki, saqlamliq cehetden zeif adamam.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Siz həm 1 gün qəza orucu tutmalısınız və həm də orucu bilərəkdən pozduğunuz üçün kəffarəni ödəməlisiniz. 1 günün kəffarəsi, 60 fəqirə təam verməkdir. Hərəsinə 1 mud. 1 mud 750 qrama bərabərdir. Təam deyildikdə, buğda, düyü və bu kimi şeylər nəzərdə tutulur.
Sual: Sualı ünvanladı Anar: Salam.$er çaqi çörek yemek günahdir?tewekül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, günah deyil.



(Sayt tərəfindən: Belə söz-söhbətlər xalq arasında yayılmış xurafatdır, fikir verməyin.)
Sual: Sualı ünvanladı ibrahim: Salam Aleykum! Geceden fikirleşmişəmki oruc tutacağam ammaki imsaqa durmamışam.mənim indi oruc tutmağım düzğündür?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Düzgündür.
Sual: Sualı ünvanladı Röya: Orucu qesden pozmagin keffaresi ?Cox sag olun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: 1 gün qəsdən orucu pozmağın müqabilində, 1 gün oruc tutmalısız və bundan əlavə 60 fəqirin hərəsinə 1 mud (750 qram) olmaqla, təam verməlisiz. (Təam, yəni, buğda dügü və sair bu kimi şeylər)
Sual: Sualı ünvanladı Ədalət: Novruz bayramı haqqında rəyiniz nədir? Bu günü bayram kimi qeyd edə bilərikmi?
Cavab: Salam. Üzrlü sayn, Ayətullah Vəhidin dəftərxanası ilə əlaqə saxlaya bilmədik, sualı təkrar ünvanlayın, cavab alaq, inşallah. Bağışlayın.
Sual: Sualı ünvanladı Səma: Bu sualın cavabı mənə aydın olmadı təəssüf ki. Sual:Mənim orucluqla bağlı ciddi problemlərim yaranıb. Gah bilərəkdən oruc tutumuram, gah bilərəkdən pozuram, gah da ki qəza olur. Bütün proqramımlarım qarışıb bir-birinə. Mənim boynumda həm qəza həm kəffarə var.Amma bilmirəm nə qədər qəza və nə qədər kəffarə var. Bu məni narahat edir. Bu cəhətdən rahat olmaq üçün istəyirəm ki, həddi büluğ olandan ta indiyəcən bütün oruclarım üçün kəffarə verim. Bu cür etsəm həm qəza, həm də kəffarələrim boynumdan düşərmi? Birdə ki, bir gün kəffarə üçün nə qədər pul versəm kifayət edər? Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Siz hesablayın təqribi bir nəticəyə gəlib ən azına əməl edin. Əgər təqribi nəticəyə gəlsəz ki, ya 10 gün qəzam var ya 8 gün, onda səkkiz günə məl edin. Siz bilərəkdən orucunuzu yediyiniz günlərin əvəzində, hər günün müqabilində 1 gün oruc tutmalısız. Bu 1 gündən əlavə bilərəkdən orucu pozduğunuz üçün və ya bilərəkdən oruc tumadığınız üçün hər günün müqabilində (1 gün qəza orucundan əlavə) 60 fəqirə təam varməlisiz. Hər fəqirə "1 mud" təam ki, 3 kq-ya bərabərdir. Məsələn, buğda, dügü və bu kimi şeylərdən. Mən bu cavabda bir şeyi tam anlamadım. Cavabda deyilir: "Siz bilərəkdən orucunuzu yediyiniz günlərin əvəzində, hər günün müqabilində 1 gün oruc tutmalısız" Yəni əgər mən kəffarəni versəm belə yenə də qəza tutmalıyam hər gün üçün? Məsələn keçən il oruculuqda bəiz günləri bilərəkdən tutmamışam, bəzilərin də bilə-bilə ya yemişəm ya pozmuşam. Keçən il üçün kəffarəni verdikdən sonra əlavə olaraq bir ay da oruc tutmalıyam? Əgər kəffarə verirəmsə orucu niyə tutum? Əgər orucu tuta bilsəydim boynuma kəffarə gəlməzdi ki. Oruc tuta bilmədiyimə görə bu kəffarə gəlir boynuma. Xahiş bunu mənə aydınlaşdırın.
Cavab: Salam. Syat tərəfindən: Siz oruc tuta bilə-bilə tutmursunuz. Bu işin həm kəffarəsini verməyiniz vacibdir və həm də 1 gün qəzasını etməyiniz vacibdir. Kəffarə sizin oruc tutmadığınıza görə tənbeh olunmağınız üçündür. 1 günün əvəzində 60 fəqirə, hərəsinə 1 mud (750 qram) təam. (Buğda, dügü və sair)



Əgər oruc tutmadığınıza görə tutarlı səbəbiniz varsa, məsələn ağır xəstəsiz və sair-onda həmin səbəbi bizə yazmaqla sualı yenidən ünvanlayın ki, bizdə cavab alaq. Belə olsa hökm fərq edər.
Sual: Sualı ünvanladı Anar: Salam.keffareni buqda evezine indiki qiymetle hesablayib pulun vere bilerik?2 60 yox birneçe adama yeni 1 ya 5 adama vermek olar?tewekül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu şeyi öz mərcei-təqlidinizin dəftərxanasına həvalə edin. Onlar yerbəyer etsinlər.



(Sayt tərəfindən: Yəni siz 60 fəqiri tapa bilmirsizsə, həmin kəffarənin məbləğini öz mərcei-təqlidinizin dəftərxanasına çatdırın, onlar nəinki 60, bəlkə 60 min fəqir tanıyırlar ki, onlara çatdırsınlar.)
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı