www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Mais: Əssəlamu Aleykum və rəhmətullah. Mən əhli sünnəyəm. Əvvəlcədən xatırladım ki, mən nə sələfi nə də vəhhabi deyiləm....................
Cavab: Salam. Sualınız mövzumuza aid deyil. Lakin sualınızın içində olan bir-iki şey var ki, onlara sizdən qabaq cavab verilib. Onun biri budur:



Ayətullah Xamenei-dəftərxana: Söyüş haramdır.

Ayətullah Sistani-dəftərxana: Söyüş haramdır.

Ayətullah Məkarim-dəftərxana: Söyüş haramdır.

Ayətullah Fazil-dəftərxana: Söyüş haramdır.

Ayətullah Vəhid-dəftərxana: Söyüş haramdır.

Ayətullah Behcət-dəftərxana: Söyüş haramdır.



Digər biri isə budur, Ayətullah Xamenei-dəftərxana: Müsəlmanların arasında ixtilaf yaradan hər bir iş haramdır.



Sayt tərəfindən: Sualınızın bəzi yerlərini sildik. Çünki biz nə o işləri görürük nə də görənləri dəstəkləyirik. Əlavə olaraq belə şeylərin orda-burda yazılıb təfriqə yaratmasını da istəmirik.

Sual: Sualı ünvanladı İdris: Mən əhli sünnəyəm. Mən internetdən gördüm ki, Ayətullah Sistani guya belə deyib? Ayətullah Sistani: “Əhli sünnə sizin canınız özünüzdür.” “Mənə əhli sünnətin qardaşımız olduğunu deməyin. Əhli sünnət bizim canımız və özümüzdür.” O həqiqətən də bu sözü deyib? Əgər deyibsə o həqiqətən bunu ürəkdən deyir ya vəhdətə xatir deyilən sözdür?
Cavab: Salam. Sualınız mövzumuza aid deyil. Amma iki kəlmədə bunu deyə bilərik ki, Sistani ağa vəhdətə xatir özündə olmayan şeyi deməkdən, çox-çox pak bir insandır.
Sual: Sualı ünvanladı Nahid: Əssaləmun əleykum ALLAH SİZDƏN RAZI OLSUN sualım torpağı yemək barədədir fitvalarda deyilir ki, torpağı yemək olmaz amma imam HÜSEYNİN TÜRBƏT torpağın yemək olar əgər hamı türbət torpağını yeyərsə orda torpaq qurtarmazmı kənardan ora tökülən torpaq türbət torpaqı sayılırmı bunun nə mənası var?
Cavab: Salam. Sualınız mövzumuza aid deyil. Lakin bir iki kəlmədə bunu deyək ki, bu torpağı hamı yemək əvəzi doyunca yemir ki, torpaq qurtarsın. Bu torpağı yalnız çarəsiz xəstələr təbərrük kimi bir iki qram işlədib, bu vasitə ilə Allahdan şəfa alırlar. Necəki, Yusif peyğəmbərin köynəyini gözlərinə sürtməklə onun atası Yaqub peyğəmbərin ağlamaqdan kor olmuş gözləri açıldı. Bu hadisə Quranda da var və İslamda övliyalardan olan əlamətlərə təbərrük etmək mövcuddur.
Sual: Sualı ünvanladı Anar: Salam.möhür olmasa elimin üstüne sejde ede bilerem? tewekül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu zərurət halında olar. Möhür olmasa yerdən sayılan bir şeyə səcdə olunmalıdır. Məsələn taxta (çübuq) kimi şeylə.
Sual: Sualı ünvanladı Məryəm: Salamun eleykum.evvelce size cox tewekku edirem.Allah sizleri oz nezerinde saxlasin.menim bir nece sualim var mumkunse cavablandirardiniz.1.bankdan hansi hallarda pul goturmek olar xahis edirem istisna hallari qeyd edesiz.2.banka pul qoymaq olar mesel ucun men evde pul yiga bilmirem xercleyirem banka ona gore qoymaq isteyirem ki pulu xerclemeyim ve eger bu is caizdirse butun banklarda faiz verilir ve onun faizinden istifade etmek caizdirmi?3.men evliyem niwan uzuyu taxa bileremmi bir haldaki namehremler gore biler?4.azerbaycanda butun toyuq broylerinin ustune halal yazilir bu toyuqlar halal hokmundedirmi ?bir haldaki bismillahsiz kesile biler,hemcinin sosiska ve kolbasalarinda ustunde halal yazilir bu et mehsullarindan istifade etmek olar ?ama yene de emin deyillik ki halaldi yoxsa yox ama ustunde halal yazilir.suallarimin coxluguna gore sizlerden cox uzr isteyirem haqqinizi halal edin sizlere cox eziyyet verdim onceden cox tewekkur edirem Allah komeyiniz olsun inwaallah amin rebbel elemin.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:



1-Yalnız zərurət halında bankdan pul götürmək caizdir. (Məsələn, kiminsə borcu ola, pul sahibi gəlib tələb edə, səs kuy sala, abır apara və ya xəstəsi ola və digər bu kimi zərurətlər...)



2-Rusiyanın Azərbaycanda olan bankına pul qoyub faiz almaq olar və faizdən istifadə caizdir.



3-Nişan üzüyü naməhrəmdən örtülməlidir.



4-Onlar halal hökmündədir, istifadə edə bilərsiz.
Sual: Sualı ünvanladı Qadir: ESSELAMU ALEYKUM ! ORUC NAMAZINIZ QEBUL OLSUN . Oten defe suali duzgun aydinladmadiqima gore uzr isteyirem. Sual beledir- destamaz alarken uz ve qollari birdefe vacib ikinci yuma mustehebdir- amma deyirlerki sol qolu ikinci defe yumaq olmaz, cunki vacib ( bas ve ayaq ) mesleri mustehebin suyu ile olmaz ,ona gorede sol qolu ikinci defe ( musteneb ) yuma . . . IKINCI sualim beledir- deyirler ki, eger suyu eline alib qoluna tokursense - kisiler suyu dirsekden toker amma qadinlar qolun ic terefden bukuyden tokerler . Bilmek isterdim bu deyilenler nederecede duzdur, risalelerde tapa bilmedim . Narahatciliqa gore uzr isteyirem. TESEKKURLER !
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:



1-Solu da ikinci dəfə yumaq olar, heç bir eybi yoxdur.



2-Bu şey müstəhəbdir. Qadınların iç tərəfdən, yəni bükükdən su tökməsi.
Sual: Sualı ünvanladı Anar: Salam.1 dirnaqi qirxdiqdan sonra onu torpaqa bastirmaliyiq?2 iluzuya ile mesqul olmaq haramdir ? Tewekül
Cavab: Salam. Sualınız mövzumuza aid deyil. Amma iki kəlmədə bunu deyə bilərik ki, dırnağın basdırılması kimi dini göstəriş bizə rast gəlməyib. Sulınızın ikincisi hissəsi aydın olmadı. Lütfən daha ətraflı yazın.
Sual: Sualı ünvanladı Anar: Salam.MAIDA SURESI 55 DE BUYULUR KI.HEQIQETEN SIZIN BASÇINIZ VE ISLERINIZÌN IXTIYAR SAHIBI YALNIZ ALLAH ONUN PEQENBERI VE IMAN GETIRENLER NAMAZ QILIB RÜKU HALINDA ZEKAT VEREN KESLERDIR.Bele olan halda sünnüler neyi qebul etmirler?tewekül
Cavab: Salam. Sualınız mövzumuza aid deyil. Üzrlü sayn, əfv edin!
Sual: Sualı ünvanladı Hüseyn: İmam Hüseynə (ə) xatir xəlvət yerdə, xəlvətdə baş yarmaq, qəmə vurmaq bədəndən qan çıxartmaq olarmı? Bu işi edərkən məni heç kim gömür.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ağa bu sualın qarşısında sükut edib, cavab verməyib.
Sual: Sualı ünvanladı İdrak: Bəziləri xristianlarla müsəlmanların qardaş olduqlarını deyir.İslam şəriətində, Quran məntiqində Xristianlarla müsəlmanlar qardaş hesab olunur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Onlar bizim insani qardaşlarımızdır. Dini qardaşlarımız deyil.
Sual: Sualı ünvanladı Mais: Xahiş edirəm əvvəl hədisi oxuyun sonra sualıma cavab vein. Hədis: İmam Sadiq (ə) buyurur: “Hüseyn (ə) kimi məzluma gərək ağlayanlar ağlasınlar.Hüseyn (ə) kimi məzluma gərək paltarlar cırılısın. Hüseyn (ə) kimi məzluma gərək üzlər cırılsın.” Sual: Bəziləri bu hədisi əlində rəhbər tutaraq insanları İmam Hüseyn məclislərində baş yarmağa, zəncir və qəmə vurub qan çıxartmağa təşviq edir. Bu nə dərəcədə düzgündür?
Cavab: Salam. Sualınız mövzumuza aid deyil. Yəni biz hədislə necə istinbat edilməsini araşdıra bilmərik. Qısaca, qəmə vurmaq olar ya yox? Ayətullah Sistani-dəftərxana: Ağa bu sualın qarşısında sükut edib, cavab verməyib.
Sual: Suall ünvanladı Adil: Bəziləri ayı görəndə salavat çəkirlər və deyirlər ki ayı görəndə mütləqdir ki, peyğəmbəri xatırlayasan. İslamda və ya peyğəmbərin (s) hədislərində belə bir iş varmı? Yoxsa bu da insanların özlərindən uydurduğu bir xürafatdır?
Cavab: Salam. Sualınız mövzumuza aid deyil. Amma iki kəlmədə bunu deyə bilərik ki, Allahın ayətlərini görərkən salavat çəkmək yaxşı işdir.
Sual: Sualı ünvanladı Səma: 1Mənim orucluqla bağlı ciddi problemlərim yaranıb. Gah bilərəkdən oruc tutumuram, gah bilərəkdən pozuram, gah da ki qəza olur. Bütün proqramımlarım qarışıb bir-birinə. Mənim boynumda həm qəza həm kəffarə var.Amma bilmirəm nə qədər qəza və nə qədər kəffarə var. Bu məni narahat edir. Bu cəhətdən rahat olmaq üçün istəyirəm ki, həddi büluğ olandan ta indiyəcən bütün oruclarım üçün kəffarə verim. Bu cür etsəm həm qəza, həm də kəffarələrim boynumdan düşərmi? Birdə ki, bir gün kəffarə üçün nə qədər pul versəm kifayət edər?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Siz hesablayın təqribi bir nəticəyə gəlib ən azına əməl edin. Əgər təqribi nəticəyə gəlsəz ki, ya 10 gün qəzam var ya 8 gün, onda səkkiz günə məl edin.



Siz bilərəkdən orucunuzu yediyiniz günlərin əvəzində, hər günün müqabilində 1 gün oruc tutmalısız. Bu 1 gündən əlavə bilərəkdən orucu pozduğunuz üçün və ya bilərəkdən oruc tumadığınız üçün hər günün müqabilində (1 gün qəza orucundan əlavə) 60 fəqirə təam varməlisiz. Hər fəqirə "1 mud" təam ki, 750 qrama bərabərdir. Məsələn, buğda, dügü və bu kimi şeylərdən.
Sual: Sualı ünvanladı Novruzov: Salam.vacib orucu tutan oqlan günüz özünden sperma xaric etse onun boynuna hansi haqq gelir? Minnetdaram
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Həmin günün qəzasını tutmalıdır və bundan əlavə 60 fəqirə, hərəsinə 1mud təam verməlidir. (Hərəsinə 1 mud yəni hərəsinə 750 qram olmaqla, buğda, dügü və digər bu kimi yeyinti məhsulu)
Sual: Sualı ünvanladı Nahid: Əssalamun əleykum bu fəzilətli ayda ALLAHIN RƏHMƏTİ zizlərlə olsun sualım şiə RAFİZİLƏR barədədi bu təriqət barədə məlumatım yoxdur onlar şiədilərmi onların 3 xəlifə və HƏZ AİŞƏYƏ LƏNƏT oxumasına münasibətinizi bilmək istərdim Umumən şiə firqələrindən hansıları doğrudur Bildiyim qədəriylə ikisi də var ki onlar ZEYYİDİLƏR VƏ İSMAİLLİLƏR ADLANIR ONLAR şiə aləmində qəbul olunurmu.Sağ olun ALLAH RAZIolsun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Müsəlmanların arasında ixtilaf yaradan hər bir iş haramdır.



(Sayt tərəfindən: Əziz qardaş, şiələrə Rafizi sözü əslində Vəhhabilər və Xəvariclərlə yanaşı Təkfirçilər tərəfindən böhtan deyilir. Şiə elə, Şiədir. Əhlü sünnə qardaşların arasında məzhəblər olduğu kimi, şiələrin də arasında Zeydilər və İsmaililər var. Necə ki, əhli-sünnə qardaşlarla bir problem yoxdur, həmçinin Zeydilər və İsmaililərlə də bir problem yoxdur.



Baxıb hətta Suruyada və İraqda olan xaricdəngəlmə Sələfilərdə də (əlbəttə sələfilərin bu dəstələrə qatılmayan yaxşıları da var) həm Nusra cəbhəsi var və həm İŞİD terrorçuları.



Biz ümmətin vəhdətini istəyirik. Şiələrin Fələstinə neçə illər etdiyi kömək də bizim sünni qardaşlara olan müsbət və qardaşlıq münasibətimizin bariz nümunəsidir. Bütün məzhəblər müsəlmandır və bir-birinə qardaşdır. Ortada bir düşmən var o da müsəlman qanı tökənlərdir. İstəyir Qəzzədə Fələstinlilərin qanını tökən İsrail olsun, istəyir Suriyada və İraqda müsəlmanların qanını tökən Nüsra və ya İŞİD. Müsəlman qanı tökən Xəvariclər və Təkvirçilərlə müsəlman qanı tökən Sionist Yəhudilərin arasında bir fərq yoxdur. İkisidə Allahın düşmənidir.
Sual: Sualı ünvanladı Vəfa: salam. men usag yedirirem ana suduyle. bir gun oruc tutdum axsama sudum tam azaldi. sehrisi tutmadim. sonra axsam coxlu yedimki bu gune sudum olsun oruc tutdum. bu gunde sudum cox deyil. ancag bu gun ad gunu var idi qizlar devet etdi menede inadla orucnu poz sen sud verirsen dediler bunlarin sozu meni lap qorxutduki men sirf neyinse xatirine orucmu pozmus olaram. eyer men gozlesem gunortaycan sudum tam olarag qurtarsa usag basqa hec ne yemir ana suduend basqa orucmu poza bilerem. sadece sudum qurtardigi ucun edecem bunu ve orucmuda orda pozsam gunah geler mene? qezasi ne olacag?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Sizə orucunuzu yemək caizdir. Sonra, münasib olan zamanda 1 günün müqabilində 1 gün olmaqla qəza edərsiz.
Sual: Sualı ünvanladı Anar: Salam.tek ve cüt sebir haqqinda bilmek isteyirem sebir getirende ona inanmaq lazimdir?tewekül
Cavab: Salam. Sual mövzumuza aid deyil, amma iki kəlmədə bunu deyə bilərik ki, bu şeylərə fikir verməyin, mənasız söhbətlərdir.
Sual: Sualı ünvanladı ilkin: Salam. Xahiş edirəm bu suallarıma cavab verin. 1.Mən şiəyəm. Evimizdə də bunu heç kim bilmir.Bəzi şəri məsələlərdə problemim olur.Əsasən dəstnamaz və namaz məsələlərində. Mən məcburam ki əhli sünnə qaydası ilə dəstnmaz alım, çünki görən olsa evdə problem yaranar. Namaz qıldıqda yenə əli bağlı, və möhürsüz qılıram. Namazın təkcə sözlərini şiə əqidəsinə uyğun yerinə yetirə bilirəm.Səcdəyə gedərkən alnımı polun taxatsına qoyurdum. Polun taxtası da rənglənib. Sistani ağanın fətvasına əsasən rənglənmiş taxtaya da səcdə caiz deyil. Mənə yol göstərin mən sizin müqəllidinizəm.Vəzifəm nədir? Dəstnamaz və namazımı o cür qılsam olarmı? Evdəkilər şiə olduğumu bilsələr məni incidərlər.Mən nə edim? 2.Mən təzə şiə olmuşam, əhli sünnə olduğum vaxtlarda namaz və oruc qəzam var. Kəffarədə gəlib boynuma. Namazlarımın qəzasın yerinə yetirməliyəm? Orucun kəffarəsin necə edim? Mən Şafii məzhəbində olmuşam. O kəffarələri sizin fətvalarınıza uyğun verim ya əvvəlki məzhəbdə olduğum Şafiinin? Çünki kəffarə o məzhəbdə olduğum vaxt boynuma gəlib. 3.Mən əhli sünnə olanda demişdilər ki, 40 gündən bir istimna olar. Üzr istəyirəm məndə inanıb etmişəm.Və çox təəssüf adət etmişəm. Hətta mübarək Ramazanda da buna görə boynuma kəffarə gəlir.Orucum naqis olur.Bilmirəm necə tərgidim.Mənə yol göstərin.Necə tərgidim?Əhli sünnə olduğum zamanlarda etdiyimə görə günah daşıyırammı? Xahiş edirəm məni dua edin qoy bu çirkin əməlimdən əl çəkə bilim. 4.Əhli sünnə məzhəbində olduğum vaxt qıldığım namazları qəza edim? Suallara cavablara görə sizlərə dərin minnətdarlığımı bildirirəm.Allah sizi qorusun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:



1-O cür qılsaz olar. Sizə caizdir.



2-Namazların qəzasını yerinə yetirin və kəffarələrinizi hazırda təqlid etdiyiniz mərcənin fətvasına uyğun ödəyin.



3-Etdiyiniz günaha gəldikdə, əqidənizi dəyişməyiniz sizə tövbə hesabındadır və o əqidədə olan xətalar, (bilərəkdən və ya bilməyərəkdən) bu tövbənizlə bağışlanar-inşallah! Amma hal-hazırda bu günahı təcili tərk edin.



4-O məzhəbdə olduğunuz vaxt qıldığınız namazları qəza etməyiniz lazım deyil.



Sayt tərəfindən: Özündən sperma çıxarmaq tam haram işdir və heç bir güzəştə sahib deyil. Siz bu işi tərk edin. Sizə bu barədə bir sual-cavabı təqdim edirik, faydalanın:



Təəssüflə deyək ki, əgər kimsə çox istima (özündən sperma xaric edirsə) edirsə bu işin qarşısını almağın yolu necə mümkündür və şəri cəhətdən onunla mübarizə nədir və bu işin nəkimi aqibəti var?



İstimnanı (özündən sperma xaric etməyi) terk etməyin yolu



Paklıq və təharət hər bir insanın sevdiyi şey və hədəfidir. Elə bir kəs tapılmaz ki, o bu şeyləri istəməsin. Bu şeylər də çalışmadan və ölçüb-biçmədən, səbr və hövsələli olmadan və ilahi tövfiqlər olmadan ələ gəlməz. Bu səbəbdən də ilahi tövfiqlərə arxalanaraq və ilahi dərgahdan kömək diləməklə aşağıda bir sıra tövsiyələri bəyan edirik. Onlara kamil, dəqiq və ardıcıllı formada əməl edin ki, Allaha ümid ilə hədəfə yetişək. Yenə də təkid edirik ki, bu qeyd etdiklərimizdən bəzilərinə əməl etmək bəs etmir və kifayət deyil. Yəni onların hamısına kamil və dəqiq əməl etmək lazımdır. Əks təqdirdə bu iş nəticəsiz olacaq və bununla yanaşı sizi yoracaq və qəlbiniz bu işlərdən soyuyacaqdır. Üstə qeyd etdiklərimizə təkid etməklə yanaşı aşağıda bir sıra əməli göstərişlər bəyan edirik. Qeyd etdiklərimiz şəhvətin kontrolunda və onun günah yolu ilə təmin olunmamasında təsirli olar, inşaallah:



1.Çalışın yatan zaman sizin mədəniz orta həddindən çox dolu olmasın;

2.Gecələr yatmaq istəyən zaman tam yuxunuz gəlməmiş yatağa girməyin və çalışın ki, yuxudan öncə özünüzü hər hansı bir işlə məşğul edəsiniz;

3.Dar paltarlardan, yəni bədənə yapışan paltarları geyməkdən pəhriz edin;

4.Şəhvəti təhrik edən mənzərələrə, filimlərə və şəkillərə baxmaqdan ciddi surətdə pəhriz edin. Bu şeylərlə rastlaşan an gözlərinizi bağlayın və ya başqa yerə baxın ki, onları görməyəsiniz;

5.Cinsi məsələlər barəsində söhbət dinləməkdən və ya bu barədə mütaliyə etməkdən, hətta cinsi təhrikedici zarafatlar etməkdən və bu şeylər barəsində fikirləşməkdə ciddi pəhriz edin;

6.Güclü qidalardan və hərəkətverici yeməklərdən sayılan şeylərdən pəhriz edin və onları zərurət həddində meyl edin. Məsələn: Xurma, soğan, istiot, yumurta, qırmızı ət və yağlı yeməklər;

7.Yuxudan öncə sidiyə gedin və sidik kisəsi boş halda yatın;

8.Həddindən çox su və digər mayeləri qəbul etməkdən pəhriz edin.(Xususi ilə gecələr və yuxudan öncə);

9.Heçzaman öz üryan bədəninizə güzgüdə baxmayın;

10.Öz cinsi orqanınıza əl sürtməkdən çəkinin və heç bir şəraitdə bu işi görməyin;

11.Yatarkən, heçzaman ağzı üstə yatmayın;

12.Bədənin artıq enerjisini boşaltmaq üçün münəzzəm olaraq çoxlu idman edin;

13.Heçzaman bekar olmayın, və boş vaxtlarınız üçün hər hansı bir proqramınız olsun. Daha gözəl olar ki, boş vaxtlarınızı mütaliə, idman ziyarət və ibadətlərlə keçirəsiniz;

14.Heçzaman xəlvət bir yerdə tənha və digərlərinin nəzərindən uzaq olmayın;

15.Cinsi istəklər sizə hücum edən istənilən an xəlvətə çəkilməyin və digərlərinin nəzərindən uzaq olmayın. Siz bunun tam əksinə olaraq, ümumi məclislərə gedin və ümumi məclislərdə öz vaxtınızı keçirin;

16.Həftənin bu iki günündən birini, (Azərbaycanda qeyd olunan həftə günləri ilə) yəni, ya birirnci gün və ya cümə günü müstəhəb oruc tutun. Əgər müstəhəb oruc tutmağı bacarmırsınızsa, onda əxlaqi oruc tutun. (Əxlaqi oruc yəni ki, meyl etdiyiniz yeməklərin miqadarını azaldın, yeməklər arasında zaman fasiləsini artırın və yeməyin dəfələrini də azaldın. Məsələn gündə 4 dəfə yox, 3 dəfə yemək meyl edin.)

17.Naməhrəmlərlə təkəbbürlü davranın. Onlarla yumşaq danışıqdan çəkinin və onlarla danışıqda axa-axa danışmayın.

18.Heçvaxt naməhrəmlə xəlvət məkanda və başqalarının gözündən uzaq bir yerdə olmayın. Hətta nəsə öyrənmək üçün olsa belə.

19.Çoxlu Quran oxuyun və Quran ayələrinin mənası barəsində təfəkkür edin.



İstimna yolu ilə (insanın özünün-özündən sperma xaric etmə və yaxud masturbasiya ilə) özünü boşaltmağın acı aqibəti...



Masturbasiya yolu ilə özünü boşaltmağın nəticəsinə diqqət səbəb olar ki, insan bu işi görməməkdə daha ciddi olsun və daha iradə ilə bu günahdan uzaq durmağa çalışsın. Əlbəttə bu günahın pis aqibəti və mənfi nəticələri günah olmasından əlavə o qədər pisdir ki, və elə acı nəticələrə aparıb çıxarır ki, onları çətin ki, sadalamaq olsun. Biz burada yalnız onların bir neçəsini qeyd etməklə kifayətlənirik:



1.Cismi zərərlər: Gözün zəifləməsi, cismi qüvvənin itməsi, sonsuzluq və dünyaya övlad gətirməkdə acizlik. Tez yetişən qocalıq, oynaqların zəifləməsi, əlin əsməsi, simanın eybəcərliyi və surətdə olan təravətin itməsi.

2.Ruhi nəticələr: Hafizənin zəifləməsi və diqqətin itməsi, iztirab, üz döndərmək və guşənişinlik, əfsuslanmaq, təravətsizlik və həyatdan ləzzət almamaq, kobud danışıqla yanaşı pis əxlaqlı və tünd olmaq, daimi süstlük və iradə zəifliyi.

3.İctimai nəticələr: Ailə ilə uyğunlaşmamaq, həyat yoldaşına və ailə qurmağa meylsizlik, müxalif cinsə yəni həyat yoldaşına münasibətdə bacarıqsızlıq, rəğbətsiz olmaq, uzaqlaşmaq hissi, izzətin aradan getməsi, paklığın şərafətin və ictimai mövqenin aradan getməsi, gec ailə həyatı qurmaq və müşdərək həyatdan ləzzət almamaq.



Zəruri xəbərdarlıq:

1.Diqqətli olaq ki, bu işlərə tam riayət etmək yəni heç nəyi azaldıb-artırmadan ardıcıl olaraq əməl etmək nəticəli olasıdır.

2.Günah etdiyiniz və günaha yenidən düçar olduğunuz zaman ilahi rəhmətdən məyus olmayın, tövbə etməklə yenidən paklığa, pak yola qayıdın. Çalışın ki, bir daha günahı təkrarlamayasız.

3.İmkan olan zaman qeyri zəruri xərcləri azaldıb aradan aparmaqla az xərclə ailə həyatı qurun. (Yəni gözləməyin ki, imkanınız artsın və dəbdəbəli formada ailə həyatı qurasınız)

4.Bütün hallarda Allahdan paklığı hifz edib qorumaq üçün kömək istəyin.

Əmin olun ki, bu problem həll olunası problemdir. Lakin bu şərtlə ki, möhkəm qərara gələsiniz və bu qərarın ardınca çalışasınız. Yəni qeyd olunmuş göstərişləri yerinə yetirəsiniz. Bu müşkülün mənşəsi insan vücudunda qərarlaşdırılmış həqiqi ehtiyaclardan biridir, gərək təbii və düzgün surətdə təmin olunsun. (Yəni ailə həyatı qurmaq yolu ilə) Əgər bu təbbi şey düzgün təmin olunmazsa, onda xətalara və günahlara düçar olasıdır. Bu işin pis aqibəti fərdin özünü pis hala salasıdır. Deməli ailə qurmaq üçün şərait yaranarsa bu işi görmək lazımdır. Əgər bu şərait yaranmazsa onda müvəqqəti olaraq qeyd etdiyimiz göstərişlərə əməl etməklə günahdan uzaq qalın.



Sual: Sualı ünvanladı Ədalət: Allahın salamı olsun sizə. Ayətullah Behcətin adından belə deyirlər; Deyirlər ki, Ayətullah Behcətə sual verdilər ki, “Ağa bizə Hüseyn (ə) müsibətində qan çıxartmağı haram deyirlər.Sən bu barədə nə deyə bilərsən? Ayətullah Behcət deyib: Bu fiqhi məsələ deyil ki, mən ona halal və ya haram deyim.Bu əqidə məsələsidir, ürəkdən gələn bir məsələdir.Ürəyindən gəlirsə İmam Hüseynə (ə) əza saxlamaq, sənə İmam Hüseynə (ə) bu cür əza saxlmaq ürəyindən gəlirsə edəcəksən.Bu dəstnamaz deyil ki, deyim suyu burdan tökmə ordan tök.Bu fiqhi məsələ deyil.” Ayətullah Behcətə belə bir sual verilib? Və o bu suala belə cavab verib? Ayətullah Behcətin İmam Hüseyn əzasında qəmə vurub, qan çıxartmaq barədə fətvası necədir?
Cavab: Salam. Sualı ünvanlaya bilmədik, əfv edin və növbəti fürsətdə sualı təkrar ünvanlayın.
Sual: Sualı ünvanladı Anar: Salam.1xiristiyan qadinla sige elemek olar?2 eyni zamanda neçe qadinla sige elemek olar?tewekül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, kitab əhli ilə müvəqqəti nikaha girmək olar və neçə qadınla istəsəz müvəqqəti nikaha girə bilərsiz. Şəriət hansısa hədd təyin etməyib.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı