www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): salam.men seferdeyem seferde ne qeder qalacagimi deqiq bilmrem 10 gun ya cox.men oruc tutmalyam?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Siz 10 gün qalmağınızı niyyət edə bilmədiyiniz üçün sizə oruc yoxdur.
Sual: Sualı ünvanlası (Ad yazılmayıb): Salam. Subh goz yumub destamaz alsan destamaz batil olurmu? burda aganin reyi namazinda nedir destamazdan qabag gozu yumag şertdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Dəstəmaz alarkən gözü yummağın eybi yoxdur. Lakin namaz qılarkən gözləri yummaq məkruhdur. (Yəni bəyənilmir.)
Sual: Sualı ünvanladı Anar: Salam. rus qadinla müveqqeti kebin kesdirib yaxinliq etmek olar?2 bir kisi neçe qadinla müveqqeti kebin kesdire biler eyni zamanda?tewekül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Kitab əhli ilə müvəqqəti nikaha girmək olar. Şəriət tərəfindən hansısa say təyin olunmayıb. İxtiyar sahibisiz.
Sual: Sualı ünvanladı Malik Əsədov: Salam. destamaz zamani eli ayaga ceke-ceke mesh cekib qurtaramamiş uzun suyu bas barmaga duşse destamaz batil olur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Məsin suyu həmin suya qələbə çalsa işğalı yoxdur. (Sayt tərəfindən: Qələbə çalsa yəni məsin suyu o sudan çox olub, ona üstünlük təşkil etsə.)
Sual: Sualı ünvanladı Qadir: ESSELAMU ALEYKUM VE REHMETULLAHI ! ORUC NAMAZINIZ VE DUALARINIZI TANRI QEBUL ETSIN INSAALLAH ! Sual- destemaz alarken saq qola bir dirsekden ( vacib ) birde bukuyden su tokub yumaq mustehebdir, deyirler ki sol qola bukuyden yeni musteheb yumaq olmaz cunki vacib meshler ki var bas ve ayaqlar onlari gerekdir vacibin suyu ile mess edesen musteheble olmaz, bu ne derecede duzdur ? tesekkur edirem.
Cavab: Salam. Sual nə bizə aydn oldu və nə də ki, dəftərxanada aydınlaşdırıla bildi. Siz bu məsələni haradan bu formada örgənibsiz? Risalədən bizə ünvan verin, biz baxıb, aydınlaşdıraq.
Sual: Sualı ünvanladı Mustafa: "Salam. Mən Azərbaycanda yaşayıram. Ölkəmdə alimlər musiqi barədə müxtəlif fikirlər irəli sürürlər. Bizim toy məclislərimiz olur, hansı ki, orda müştərək (həm halal, həmdə haram məclislərdə istifadə olunan) alətlərdən istifadə olunur və Əhli-Beyt yad edilir.Dini mahnılar oxunur, halbuki alət haram alətdir. Bu caizdirmi? Bunu qeyd etmək lazımdır ki, bu növ məclislər ürfdə halal məclis kimi tanınır. Xahiş edirəm bu barədə 6 müctəhidin də rəyini qeyd edin. Cavab bir neçə gün geciksə də eybi yoxdur.Allah sizi hifz etsin.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Həm halal və həmda haramda istifadə oluna bilinən musiqi aləti, haram musiqi aləti sayılmır. Haram musiqi aləti o alət olar ki, onu halalda istifadə etmək olmasın. Əgər həmin məclsilərdə halal üçün istifadə olarsa və məclisdə digər elə şeylər olmazsa ki, həmin məclis haram məclis olsun, onda halal sayılır.
Sual: Sualı ünvanladı İslam: Əzadarlıq məclislərində insan başını yara bilərmi? Qəmə vurub qan çıxarda bilərmi? Kəsici alətlərlə bədənini kəsə bilərmi? Zəncir vura bilərmi?
Cavab: Salam. Üzrlü sayn, mərhum Ayətullah Fazilin dəftərxanası ilə əlaqəmiz mümkün olmadı. Sualı münasib vaxtda təkrar ünvanlayın.
Sual: Sualı ünvanladı Cavid: Salam aleykum.ayaga mesh cekende elin nemliyi ayagin ustunde gorsenmir bu destemazin duzgun olmasina xelel getirir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, xələl gətirmir.
Sual: Sualı ünvanladı Mustafa: Bax bir nece gun once mene bir nefer sual unvanladiki zina etmisen paltarimda eynimde olub ancaq paltara hecne bulashmayib cimdikdeb sonra paltari geyine bilerem? Men bir nece neferden maraqlandim bir nefer mene dediki eger hemen vaxti terleyibse paltari ter bulasibsa demeli necisdir cimdikdeb sonra deyishmelidir hokmen. Bir nece neferde dediki ehtiyac yoxdur deyismeye qusul almasi kifayet edir. zina eden shexs qusl alib yeniden hemen paltari geyine bilermi? Yoxsa paltar necis sayilir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Həmin paltar pakdır və o paltarla namaz da qılmaq olar.
Sual: Sualı ünvanladı Mustafa: Salam aleykum.. Men Sistani ağanın müqəllidiyəm. Hemd olsun Bu gunumuze, maddi veziyyetim awagidir, Suvagciyam demey olarki iwsiz qalmiram Allaha wukr iwleyirem. Amma borcdan qurtara bilmirem. yeni iwlediyim ailemin dolaniwigina gucle bes edir. 40 yawim var, Seyyid peygember ovladiyam. 2 azyawli ovladim var.. iwlemeye mecburam. cunki iwlemesem ehtiyatim yoxdur ve ailem ac qalacag. Iwim agir oldugu ucun iwlesem oruc tuta bilmirem taqetim catmir.. iwlemesem tutaram Amma ailem ac qalacaq..Evveller hemiwe orucumu tutmuwam. indi yay feslidi, hemdeki artiq yaw oz sozunu deyir.. men neyneyim? iwleyim Orucumu tutmasam bunu hokmu nedir? mumkunse Allah xatirine cavablandirardiniz.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Siz orucu tutun və işə gedin. İşə başlayın. İş üçün taqətiniz kifayət etməyəndə orucunuzu açıb, zərurət miqdarında yeyib-için. Qışda və ya imkanınız olan zamanda, orucu yediyiniz bu günlərin əvəzində, yəni hər günün müqabilində bir gün olmaqla qəza orucu tutun.



(Sayt tərəfindən: Əlbəttə əgər başqa yüngül iş varsa siz bu bir ayı işinizi dəyişib, yüngül işdə işləməklə orucunuzu tutmalısınız. Üstəki cavab, digər münasib iş olmadıqda, olan cavabdır.)
Sual: Sualı ünvanladı İslam: Salam Aleykum. Bir nəfər voyenkomatda cagiriw şöbəsinin rəisidi.ona cox valideynler muraciet edirler ki ovladladini 10 gun ya 15 gun gec gondersinler ve buma gore de ona pul teklif edirler.bunu pulu goturub bunu elese ruwvetdirmi, yeni haram sayili?
Cavab: Salam. Ayətullah Sistani dəftərxana: Vacib-ehtiyata əsasən bu iş haramdır.
Sual: Sualı ünvanladı Eyvaz: salamun aleykum sual aga siyistani defterine unvanlanir bir adam toylarda vidyo cekmekl ve onunla pul qazanmaqi ozine pese hesab edib bu isde haramliq varmi tesekkur ediram
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Video çəkərkən açıq-saçıq geyimli naməhrəmləri görürsə və yaxud onların rəqs etməsini görürsə və digər haramlara mürtəkib olursa, onda bu işdə işləmək caiz deyil.
Sual: Sualı ünvanladı Şahmar: Salam qardas . Oruc tutarken yemeyden sonra niyet olarmi ? Yeni men oruc yeyerken niyet yadimdan cixir . Sup namazinda dua edib niyet edirem olarmi ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Nə etdiyinizi bilirsinizsə, bu elə sizin niyyətinizdir. Siz fikirləşən kimi niyyət müstəhəbdir.
Sual: Sualı ünvanladı Anar: Salam.xaiw edirem mene ölüye quran oxuyumaqi nece olmalidir nece niyet edib ve nece bitirmeyi ve hansi sureni oxumaliyiq onu bawa salin cox cox xaiw edirem.tewekül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Quranın istənilən yerini oxuyub, savabını həmin şəxsin ruhu üçün niyyət edin.
Sual: Sualı ünvanladı Anar: Salam.menim 9 il qeza namazim var onu qilarken tesbiyati erbeni 1defe deye bilerem.hemde qunutu demesem olar.tewekül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, sualınız kimi etməyiniz caizdir. Yəni, olar!
Sual: Sualı ünvanladı Mahir: Məkarim Şirazinin qəmə vurub qan çıxartmaq, baş yarmaq və bu qəbildən oan məsələlərə münasibəti necədir. Bu cür iş caizdirmi?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Caiz deyil, olmaz.
Sual: Sualı ünvanladı Mahir: Rənglənmiş taxtaya (üstü rəngli olan taxtaya) səcdə etmək olamı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, olmaz.
Sual: Sualı ünvanladı Mahir: Eşşək südü halaldırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Haram deyil.
Sual: Sualı ünvanladı Mair: Əgər bir məmləkətdə əsgərlikdə aşağıda göstərilən problemlər varsa, o ölkədə insanlar əsgərliyə getməyib, pul qarşılığında hərbi bilet.........
Cavab: (Salam. Sayt tərəfindən: Bu suala cavab verdik. Xahiş edirik təkrar ünvanlamayın.)
Sual: Sualı ünvanladı Samir: Salam aleykum..subh namazindan sora yuxu halindayken qusl pozularsa oruc batil olurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, batil olmur.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı