Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Mahir: Sual: Həyətimizdə it saxlayırıq.İt həyətdə gəzərkən, qaçarkən həyətdəki otlara sürtülür.Bizdə həyətdə gəzəndə paltarımız həmin otlara dəyir.Paltar nəcis olurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, olmur.
Sual: Sualı Ünvanladı Anar: Salam.1 vehabiler necis sayilir onlara elin deyse desdamazi pozur?2 azerbaycanda halal bilib yediyim mesullari rusiyada da yeye bilerem?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər Əhli-beytə (ə) düşmən olsalar, onda nəcis sayılırlar.
Bəli, yeyə bilərsiniz. Lakin o şeylər ki, zibh olunmalıdır, (yəni başı kəsilməlidir) gərək onların şəri qaydada zibh olunmasını biləsiniz.
Sual: Sualı ünvanladı Zeynəb: Salamun eleykum. Ramazan ayinin gelisi munasibeti ile sizleri tebrik edirem.1) Sileyi rehmi heyata kecirmekcun qohumlarimin evine gedirem. Amma sohbet esnasinda gunaha murtekib olmaqdan qorxdugum ucun (bu qorxum bosuna deyil) valideynlerim sohbet ederken basqa otaqda oturmaq ev sahibine hormetsizlik sayilsa gunahdi? 2) Atamla aramizda "perde" var. Hemise sozumu ona anam vasitesile catdirmisam. Buna gore gunah is gorende emr be meruf etmeye cetinlik cekirem. Ne vaxt emr be meruf etmeye cesaret tapsam gulub kecir. Bu haldada emr be meruf etmek vacibdi? Eger sozumu ona anam vasitesile catdirsam boynumdan bu yuk goturulur? 3) Boyuk hevesle musteheb ve vacib ibadetleri yerine yetirdiyim vaxtlarda, gozlenilmeden etdiyim gunah meni cox meyus edir. Artiq hemin ibadetlere qayitmaga utaniram. Bu hali ozumden uzaqlasdirmaga calissamda hec bir netice vermir. Bezen gunlerle uzanir. Xahis edirem mene nesihet verin... Allah razi olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1-Günaha düşmək ehtimalı olan şeydən çəkinin.
2-Əgər ehtimal verirsinizsə ki, ananızın vasitəsi ilə atanızı yaxşılığa dəvət nəticə verəcək, onda edin. Yox ehtimal yoxdursa, sadəcə özünüzü onun bu işindən narahat olan göstərin, yetər.
3-Allah günahları bağışlayandır. Hədislərdə buyurulur ki, Allah çox günah edib, çox tövbə edən bəndəsini sevir. Yəni günah təkrar-təkrar etsəz belə, tövbə edin, ümidsiz olmayın. Allah sizin günahlarınızdan keçir və sizi pak halda qəbul edir. yəni tövbədən sonra pak halınızla ibadətlərinizi davam etdirin.
Sual: Sualı ünvanladı Nail: Sualı ünvanladı Nail: salam aleykum mənim ata anam möminlərlə görüşməyimə razı deyilər. (möminlərlə əlaqəni kəsəm onları dinimizi məhv etmək üçün çalşan düşmənlər müqabilində tək buraxmş olacağam ) eş işrət( toy ) məclislərinə get məməyimə görə narazıdılar deyirlər sən namaz qıl oruc tut amma zalim muqabilində heçnə demə sakit qal.əmr be məruf nəhy əz münkər.təvəlla təbəra kimin işlərdən çəkindirirlər onlara itaət etmədiyim təqdirdə aq valideyin olurammı, mən nə etməliyəm.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ağ valideyn olmursuz. Amma imkan həddində onların razılığını qazanın.
Sual: Sualı ünvanladı Mahir: Bu günkü günümüzdə vəhhabilərə qarşı münasibətimiz necə olamlıdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Onlar küfr həddindədirlər, onlarla rabitə kəsilməlidir.
Sual: Sualı ünvanladı Mahir: Allahın salamı olsun siz möhtərəmə. Sizin adınızdan sosial şəbəkələrdə deyirlər ki, guya siz qəmə vurmağı, qan çıxardıb baş yarmağı, caiz bilirsiniz. Sizin nəzərinizdə bu cür işlərin (qəmə vurmaq, baş yarmaq, öz bədənini kəsici alətlərlə kəsmək və bu yolla qan çıxartmaq) halaldırmı? Bu haqda fətvanız nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ağa nə caizliyini deyib, nə də haramlığını. Ağa bu suala sükut edib. (Yəni cavab verməyib)
Sual: Sualı ünvanladı Mahir: Vəhhabilərə qarşı münasibətimiz necə olmalıdir?
Cavab: Salam. Üzrlü sayn, əlaqə saxlaya bilmədik. Sualı növbəti fürsətdə təkrar ünvanlayın.
Sual: Sualı ünvanladı Mahir: Bilmək istəyirdik Ayətullah Behcətin Novruz bayramı barədə nəzəri nədir?
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana: Olar!
Sual: Sualı ünvanladı derya: Salam.Sualim toy barəsindədir.Əyər mən toyumu dini edirəmsə və ozumdən başqa kimsə mənimlə razilaşmir.Yəni urəkləriycə deyil.və bu mənim demək olarki butun gunumu qəmgin edir.Toyumu dini etsəm belə çalgi toyuna gedəcəm toydan sonra.Bilirəm günahdir amma imanin zəifliyindəndir.Olarmi mən toyumu çalgi edim?Qadin kişi ayri.Nə atam gili nə də qaynatam gili dinlə maraqlanan deyil.yəni onlara maraqli deyil bu toy.Atam deyir soz sohbət olmasin onlarin bir qardasi var arzulari var urəklərində qoyma arzularini.Birdəki mənə deyirlər sən lap dindardan deyilsən toyun dini edib çalğı toyuna gedəcəksənsə bunun nə mənasi var!?.Adamlarininda sozun yerə salirsan.Bizim çagirdigimiz qurup ilahi qurupu sintizatorsuz gəlmir.İnsanlarda belə toyu lag edir.Yəni calgi varsa elə calgili etdə toyunu deyirlər.Onlar məni gorəndə çalgi toyunda gorublər.yəni toyun çalgili olacagini zənn edirdilər.Ona gorə məyus oldular.Məndə sonradan fikrimi dəyismisəm.Onlarinda haqqina girmis kimi fikirləsirm.Çünki belkədə belə oldugun bilsəydilər bizə elçiliyə gəlməzdilər.Sual movzumuza adi deyil yazmayin çox xaiş edirəm.Mən çox fikir edirəm.Məndən sorusanda çalgiya gedirsən niyə belə edirsən?mən deyirdimki Allaha gorə edirəm.Amma indi fikirləsirəmki,çalgi toya gedirəmsə onlara zülm etməyə nə haqqim var.Ramazan ayidir amma mən bu fikirdən yetərincə sevinib ibadət edə bilmirəm.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Haram musiqi olan yerdə hüzur tapmaq olmaz.
(Sayt tərəfindən: Bu suala cavab vermək dəftərxananın işi deyil. Çünki onlar nəyinsə halal və ya haram olduğunu deyirlər. Sizin haram musiqilər olan toya getməniz günahdır. Həmçinin öz toyunuzu da haram musiqilərin çalınması ilə keçirməniz günahdır. Günah edib-etməməkdə ixtiyar sahibisiniz. Yəni heç bir mərcei-təqlid sizə günah etməyi halal edə bilməz. Onçun da bu sual dəftərxanalıq deyil. Üzrlü sayn, əlimizdən nəsə gəlmir.)
Sual: Sualı ünvanladı Mahir: Allahın salamı olsun siz möhtərəmə. Sizin adınızdan sosial şəbəkələrdə deyirlər ki, guya siz qəmə vurmağı, qan çıxardıb baş yarmağı, halal bilirsiz. Sizin nəzərinizdə bu cür işlərin (qəmə vurmaq, baş yarmaq, öz bədənini kəsici alətlərlə kəsmək və bu yolla qan çıxartmaq) halaldırmı?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Bu suala indi cavab verə bilmərik. Aşuraya az qalmış sual verərsiz, onda cavab verərik.
Sual: Sualı ünvanladı Mahir: Şəriət baxımından Novruzu qeyd etmək olarmı?
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana: Bəli, olar!
Sual: Sualı ünvanladı Mahir: Novruz bayramını bayram kimi qeyd etmək olarmı?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Bəli, olar!
Sual: Sualı ünvanladı Afet: salam aleykum.onceden suallarimiza cavab verdiyiniz ucun cox minnetdariq.1.men stomatoloqam,nece iller islemisem,bu yaxinlarda mene dedilerki,yalniz qadinlarla islemeyim yaxsidir.azerbay.da bu cur klinika hele tapa bilmemisem.sistaniye gore men kisilerle isleye bileremmi?hicabim var,bir problemim varki,tek yoldasimin isi ile cox sukur dolana bilirik.ama belke esitmis olasiz autizmden eziyyet ceken 1usagimiz oldugu ucun ona xeyli pul lazim olur,reabilitasiyasi ucun.daha saglam seyler yemeli,xususi psixoloqlarla islemelidir.bunlari catdirmaq ucun menim islemeyime ehtiyac olur.bu halida nezere alaraq cavab verin zehmet olmasa.eger bu xestelik haqqinda melumatiniz varsa buna aid dua,namaz ne bilsez mene yazin Allah xetrine.2sualim.1nece ay olarki,pula ehtiyacim oldugu ucun melun vehabi qadinlari ile islemisem.son iraqdakilardan sonra lap iyrenirem onlardan,islemeyim,onlardan pul almagim gunahdirmi.onlari qebul etmekden imtina etmeliyemmi?cox sag olun Allah razi olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1-Sələfi-vəhhabilərin dişlərini təmir etmənizin öz-özlüyündə eybi yoxdur.
2-Xəstəniz var deyə nazik olmayan əlcəklərdən istifadə edib müvəqqəti keçinin. Amma ilk fürsətdə işinizi elə qurun ki, naməhrəmlərlə belə rabitəniz olmasın.
(Sayt tərəfindən: Allah övladınıza tezliklə şəfa versin. "Məfatihul-Cinan" kitabının 100-cü səhifəsində "Cəfəri-Təyyar namazı" adlı bir namaz var. O namaz qılındıqdan sonra insan Allahdan hacətini istəyir. Siz o namazı qılın və övladınıza şəfa diləyin. Namazın necə qılınması həmin kitabda təfzilatı ilə yazılıb. Təşəkkürünüzə görə biz də sizə minnətdarıq.)
Sual: Sualı ünvanladı Ramil: Allahin salami olsun necefde zehnini artiranlara ve defterxanada isleyenlere ramazanimiz mubarek.Sual.(1).men dislerimden mualice gotururem her gun dislerime 4 5 eded iyne vurulur dislerim yonulur.bilmek isteyerdi menim oruc tuta bilerem ya mualiceden sonra qezasini tutum?sual(2) men 1 ayda 5 10 gun arasi seferde oluram gedim gelirem bundada orucum baresinde mene komek edin
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1-Dişinizi düzəltdirərkən oruc tuta bilərsiniz, lakin ağzınızdakı qanlı və ya dərmanlı suyu udmayın.
2-Bu sualı ünvanladıq, dəftərxanadan buyurdular ki, sualı dəqiqləşdirək. Siz bu suallara cavab yazmaqla sualı bizə təkrar ünvanlayın:
-Dəqiq necə gün səfərdə olursuz?
-Hər ay səfərdə olursuz, yoxsa necə?
-Neçə il belə səfərdə olacaqsınız?
Sual: Sualı ünvanladı Zəka: Salam. Bu gecə ramazan niyyəti etmadan yatıb qalmışam seherde obaşdana qalxa bilməmişəm. Mən bugun orucumu tuta bilərəm
Cavab: Salam. Mərcei-təqlid seçməmisiniz. Lütfən mərcei-təqlid seçib, sualı təkrar ünvanlayın.
Sual: Sualı ünvanladı Nahid: salamun əleykum ALLAH sizdən razı olsun. Məni bir sual düşündürür adını müsəlman qoyub özünün müsəlmançılıqdan xəbəri olmayan müsəlman tərziylə yaşamıyan bir kəsə öldükdən sonra müsəlman adəti ilə dəfin etmək düşürmü ona Meyyid namazı və qüsulu vacibdirmi Bildiyim qədəri ilə QUR`ANDA YALNIZ müsəlmana müsəlman adəti ilə dəfin vacibdir TÖBƏ sürəsi 84 cu ayədə qeyri müsəlmana meyid namazını qilmaq qadağan edilmişdir. Bu barədə sizin fikirinizi örgənmək istərdim. Bİr də ömrü boyu namaz qılmayan qüsul almayan kəsə meyid namazı qilsan nə olur qilmasan nə olur meyid qüsulu versən nə olur verməsən nə olur. ALLAHIN YARDIMI ilə həqiqət bəlli olur İNŞƏƏLLAH saqolun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Zahirən müsəlman olsalar belə, onları kəfənləmək, onlara meyit namazı qılmaq vacibdir.
Sual: Sualı ünvanladı Mahir: Azərbaycanda bəzi gənclər aşağıdakı səbəbləri dəlil gətirərək əsgərlikdən boyun qaçırır və pul qarşılığındaa hərbi bilet alırlar.
1.Əsgərlikdə namaz,oruc kimi dini vəzifəsini yerinə yetirə bilmədiyi üçün;
2.Əsgərlik abu-havasının(nahaq yerə döyülmək və söyüş kimi) ruhunda psi təsir qoymasını;
3.Əsgərlikdə yeyəcək, geyəcək və xüsusən yatacaq yerin aşağı səviyyədə olduğundan bir sıra xəstəliklərə (vərəm, böyrək və cigər xəstəliyi və s) tutulacağını;
Qeyd: Azərbaycanın bugünkü müharibə şəraitini nəzərə alsaq, bu kimi səbəblərə görə əsgərliyə getməmək olarmı?
Cavab: Salam. Sayt tərəfindən: Biz bu sualı siz ünvanlayan kimi ünvanlamadır. Çünki bu şey iki dövlət arasında münasibətə xələl gətirər.
Sualı belə ünvanladıq: Bir məmləkətdə əsgərliyə gedənlərə ibadət qadağandırsa, həmin ölkə vətəndaşları əsgərliyə getməyə bilərmi?
Ayətullah Xamanei-dəftərxana: Bilər!
Sual: Sualı ünvanladı Anar: Salam.xaricde kompas gösteren terefe inanib namaz qila bilerem?tewekür
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər sizə yəqin hasil olsa ki, bəli, qiblə bu istiqamətdədir, onda qıla bilərsiz.
Sual: Sualı ünvanladı Anar: Salam.sizden artiq derecede xaiw edirem bu barede meni bawa salin ( adam axwam ölende ve xa gec defin edende o ölüye ne üçün qarol çekirler?tewekül
Cavab: Salam. Sual mövzumuza aid deyil. Üzrlü sayn, əfv edin.
Sual: Sualı ünvanladı Mahir: Novruz bayramını bayram kimi qeyd etmək olarmı? Müxtəlif şirniyyatlar bişirib, şənlənmək olarmı?
Cavab: Salam. Sual çoxluğundan cavab ala bilmədik. Xahiş edirik sualı təkrar ünvanlayın.