www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Anar: Salam.ramazanin evvelinde niyet axsami oyaq qalmaliyiq saat neçeden sonra niyet edilir?tewekül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ramazanın əvvəlində bir ayı niyyət edin. Əlbəttə bu müstəhəbdir. Yəni əgər bilmədən belə niyyət etməyibsizsə, eybi yoxdur. Biləndən sonra qalan günlər üçün belə niyyət edə bilərsiz. Niyyət üçün oyaq qalmaq lazım deyil.
Sual: Sualı ünvanladı Mahir: 8 Martı bayram kimi qeyd edib,qadına məhz həmin gündə hədiyyə vermək olarmı?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Olmaz!
Sual: Sualı ünvanladı Mahir: Vəhhabilərə qarşı münasibətimiz necə olmalıdır?
Cavab: Salam. Dəftərxana ilə əlaqə saxlasaq da sual çoxluğundan cavab ala bilmədik. Lütfən sualı təkrar ünvanlayın. Biz belə etməyə məcburuq. Yoxsa sual çoxalır və cavab almaq mümkünsüz olur. Yəni cavab ala bilsək də, bilməsək də, biz sual sizə qaytarmalıyıq ki, sual çoxluğu yaranmasın. Bunun üçün də sualı yenidən ünvanlamanızı rica edirik. İlk fürsətdə sualı yenidən dəftərxanaya ünvanlayacıq. Üzrlü syn, əfv edin.
Sual: Sualı ünvanladı Mahir: Həyətimizdə it saxlayırıq.İt həyətdə gəzərkən, qaçarkən həyətdəki otlara sürtülür.Bizdə həyətdə gəzəndə paltarımız həmin otlara dəyir.Paltar nəcis olurmu?
Cavab: Salam. Lütfən sualı təkrar ünvanlayın, sual çoxluğundan cavab ala bilmədik. Üzrlü sayn.
Sual: Sualı ünvanladı Anar: Salam.rasiyada burda halal bilib yediyimnen yeye bilerem.tewekül
Cavab: Salam. Sualı təkrar ünvanlayın. Üzrlü sayn, sual çoxluğundan cavab ala bilmdədik.
Sual: Sualı ünvanladı Anar: Salam.azerbaycan teqvimi ile rastov seherinin ne qeder ferqi olmalidir xaiw edirem bunu mene deqiq deyin.tewekür
Cavab: Salam. (Sayt tərəfindən: Orda yaşayan müsəlmanlarla vaxtı təyin edin.)
Sual: Sualı ünvanladı Anar: Salam.xiristiyanla el tutusub görüwmek desdamazi pozur
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, kitab əhli pakdır.
Sual: Sualı ünvanladı Yaşar: salam keza namazinda baslangicda eselat demek olarmi.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Buna ehtiyac yoxdur.
Sual: Sualı ünvanladı Mahir: Vəhhabilərə qarşı münasibətimiz necə olamlıdır?
Cavab: Salam. Dəftərxana ilə əlaqə saxlaya bilmədik, sualı təkrar ünvanlayın. Əfv edin!
Sual: Vəhhabilərə qarşı münasibətimiz necə olamlıdır?
Cavab: Salam. Dəftərxana ilə əlaqə saxlasaq da sual çoxluğundan cavab ala bilmədik. Lütfən sualı təkrar ünvanlayın. Biz belə etməyə məcburuq. Yoxsa sual çoxalır və cavab almaq mümkünsüz olur. Yəni cavab ala bilsək də, bilməsək də, biz sual sizə qaytarmalıyıq ki, sual çoxluğu yaranmasın. Bunun üçün də sualı yenidən ünvanlamanızı rica edirik. İlk fürsətdə sualı yenidən dəftərxanaya ünvanlayacıq. Üzrlü syn, əfv edin.
Sual: Syalı ünvanladı Mahir: Novruz bayramını bayram kimi qeyd etmək, şənlik keçirtmək olarmı?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Bayram kimi qeyd etməyin eybi yoxdur. Lakin haram işlərə yol verilməsin.
Sual: Sualı ünvanladı Mahir: 8 Martı qeyd etmək, bu münasibət ilə qadına hədiyyə vermək, hədiyyə almaq olarmı?
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana: Olmaz.
Sual: Sualı ünvanladı Mahir: Bildiyiniz kimi vəhhabilər şiə-sünni demədən bütün müsəlmanları qırır? Müqəddəs məkanlarını dağıdır, namuslarına təcavüz edir, və bir sıra əməllər ki hamıya məlumdur. Belə hallarda vəhhanilərə qarşı münasibtimiz necə olmalıdır?
Cavab: Salam. Əlaqə saxlasaq da sual çoxluğundan cavab ala bilmədik. Lütfən sualı təkrar ünvanlayın. Biz belə etməyə məcburuq. Yoxsa sual çoxalır və cavab almaq mümkünsüz olur. Yəni cavab ala bilsək də, bilməsək də, biz sual sizə qaytarmalıyıq ki, sual çoxluğu yaranmasın. Bunun üçün də sualı yenidən ünvanlamanızı rica edirik. İlk fürsətdə sualı yenidən dəftərxanaya ünvanlayacıq. Üzrlü syn, əfv edin.
Sual: Sualı ünvanladı Anar: Salam.1..... meyit qüsulunu nece verirker. 2..... vacib orucu tutarken meyit yumaq olar orucu batil edir.....3 açiq geyinen xanim görende aletimden su gelir bu mayeye qüsul düsür.tewekül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:



1.Əvvəl sidrli su ilə, sonra kafurlu su ilə, sonra isə adi, saf su ilə, birinci baş və boyun, ikinci sağ tərəf, üçüncü sol tərəf.



2. Xeyir, oruc batil olmur.



3.Dediyiniz mayeyə qüsl düşmür.
Sual: Sualı ünvanladı Elçin: Men 2 aydir sual vermiwem cavab gelmiyib.XAiw edirem cavab veresiz 1.piano calmaq,wahmat oynamaq,heykeltarasliq gunahdirmi? 2.Hicabli qadinin ayaqyalin hicab ne derecede duzgundur? Xaiw edirem cavablari tez ve Sistani agadan veresiniz
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:



1.Pianino halal üçün istifadə olsa, caizdir.



2.Şahmat haramdır.



3.Heykəltaraşlıqda, insan və heyvan mücəssəmələri düzəltmək, vacib-ehtiyata əsasən haramdır.



4.Ayağları bağlamaq vacibdir. Ayaqlarını açıq qoyan qadın, harama düşüb günah etmiş olur.
Sual: Sualı ünvanladı Xanım: Essalamu aleykum.qardas belke etrafli melumat versem serietin bize muteye icaze verdiyini tesdiqleyersiniz..eslinde onlar mene elci dusub.amma atam evvel razi olmadi sonra dediki esger gedib gelsin sonra nisan qoyarq.bu sozu deyib.belelikle atam mamam menim xalalarim bezi xala usaqlari bibim onun butun qohumlari bilirlerki biz elaqedeyik.birlikde 4 il oxumusuq .bu il bitirmisik.eger seriet muteye izace vermese bes onda menim onla 3-5 kelmeden artiq sohbetim hetda baxislarimiz bele haram zina deyilmi??2.mekarim s.nin seriet kitabinda mesele 2037de deyilirki eger qiz residedirse onun ucun munasib insan tapilibsa mute etmesi ucun atanin raziligina ehtiyac yoxdur.men bu izahi esas goturub mutenin aramizda halal olacagini dusunurem ele deyil?xahis edirem mene cox etrafli deqiq cavab alin sirazinin defterxanasindan.bu sey meni ya cehenneme aparar yada..ne deyim..tesekkur edirem...
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Qeyd etdiyiniz məsələ barəsində Ayətullah Məkarimin yeni nəzəri budur ki, aga (yəni 2037 məsləyə) bu işə icazə vermir. Siz atanızı razılığa gətirib kəbinə icazə almalısınız.



Sual: Sualı ünvanladı Elvin: Salamun Əleykum.Uzun müddətdir ki səhhətimlə əlaqədar həkim icazə verməsədə mübarək Ramazan aylarında oruc tutmuşam.Bilmək istəyirəm ki tutduğum oruclar səhihdirmi?Əgər səhih deyilsə nə edə bilərəm?
Cavab: Salam. Ayətullah Xamenei-dfətərxana: Əgər yəqininiz varsa ki, orucun sizə zərəri yoxdur, onda oruc tutmağınızın eybi yoxdur.
Sual: Sualı ünvanladı Abdullah: Salam Aleykum ve rehmetullah.Iraqdaki Cihad fetvasinin Azerbaycanda yashayan muselmanlara ne derecede adiyyati var?bize ne vaxt shamil olacaq?
Cavab: Salam, (Sayt tərəfindən: Hələki yalnız İraq əhlinə aiddir. Əgər dünya müsəlmanlarına aid olsa, Ayətullah Sistanidən yeni fətva gələr.)
Sual: Sualı ünvanladı Elmar: salam aleykum.Sistani aqanin cihat fetvasina getmek vacibdi yoxsa musteheb?
Cavab: Salam. Sayt tərəfindən: Bir mərcei-təqlid fətva verərkən, ilk öncə o fətva həmin mərcei-təqlidin bütün müqəllidlərinə şamil olur və vacibdir. Lakin mərcei-təqlid öz fətvasının kənarında qeyd etsə ki, bu fətva filan kəslərə aiddir, onda həmin hökm digərlərindən saqit olur.



Ayətullah Sistani-dəftərxana: Hələki bu fətva İraq əhlinə aiddir. (Sayt tərəfindən: Yəni digərlərinə şamil deyil. "Hələki" kəlməsi onu göstərir ki, əgər ehtiyac olsa, İmam Hüseynin (ə) Müqəddəs hərəmini məlun vəhhabilərdən qorumaq üçün, fətva bütün dünya əhlinə şamil ola bilər. Əlbəttə dünya əhlindən olan, Sistani ağanın müqəllidlərinə.)
Sual: Sualı ünvanladı Bendə: Salamun əleykum. Ayətullah Vəhidin vilayəti-fəqih barədə nəzərini bilmirik. Çox xahiş edirik, bizi məlumatlandırasınız.
Cavab: Salam. Sayt tərəfindən: Sualı ünvanladıq, lakin sual cavabsız qaldı. Sualı təkrar ünvanlamayın, cavab vermirlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı