www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Qadir: ESSELAMU ALEYKUM VE REHMETULLAHI ! Her vaxtiniz xeyr olsun. Size sual vermisdim 20-22 gun evvel cavab geldi ki 1-2 hefteden sonra suali tekrarlayim ve Siz bu muddetde cavabi tercume edersiniz. sual- oz cinsinde ozunu narahat hiss eden eks cinse meyilli olan cinsini deyise bilermi ? Mubahise doqurmus bu suala gore cox uzr isteyirem. SISTANI AQAMIZIN reyi ve mumkunse umumen bu meselede MUCTEHIDLERIN reyi barede qisa melumat vermenizi xahis edirik. Narahat etdiyimize gore uzr isteyirik ve cavablariniza gore de tesekkur edirik. Qarsidan gelen MUBAREK ayiniz mubarek olsun, ve bu ayda TANRI butun dualarinizi qebul etsin. bizlerede dua edin.
Cavab: Salam. Sayt tərəfindən: Biz həmin cavabı tərcüməyə göndərdik, tərcümədən gələn kimi efirə verəcəyik. Ehtimal, bir həftə cəkər, saytı izləyin. Tərcümə olmuş cavabı arxivdə saxlayacıq. Əgər saytda bu cavabı tapa bilməsəz, sualı birdə ünvanlayın, biz arxivdən cavabı sizə təqdim edək. Nöqsanlarımıza görə əfv edin, imkanlar məhdudur deyə, belə problemlər yaşanır.
Sual: Sualı ünvanladı Ali: Allahin salami olsun sizlere ! Men bunu bilmek isteyirem namaz qiliram ancaq bezi vaxtlarda(meni bagiwlayin) ureyim hedsiz derecede masturbasiya etmek zina yox sadece masturbasiya bu namazi nece batil edir xais edirem bunu mene izah edin
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu iş haramdır, tərk edin. Namazı batil etməz, amma günah edirsiniz.
Sual: Sualı ünvanladı Zeynəb: Salam eleykum. 1. Meyveni saplagiyla beraber satmaq (meselen: albali) gess alveri sayilir? 2. Eger bugdaya ya da basqa erzaqa xalq arasinda kutlevi ehtiyac yoxdursa, bir muddet saxlayib bahalasanda satmaq gunahdi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:



1-Meyvəni saplağı ilə satmaq caizdir. Lakin bu saplaqlar təbii həddə olsun. Daha çəkini ağırlaşdırmaq üçün təbii həddən çox olmasın. (Sayt tərəfindən: Məsələn ağacın xol-budağları və ya yarpaqları meyvəyə qatılmasın.)



2-Dediyiniz kimi, caizdir.
Sual: Sualı ünvanladı Anar: Salam men ramazan orucun 1 defe niyet etmek olar meselen 1ay ramazan ayinin orucunu tuturam vacib qürbeten illellah?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Olar!
Sual: Sualı ünvanladı Anar: Salam 1 baliq konservasi halaldir. 2 tesbehle nece istixare edilir qaydasini bilmek isteyirem.tewekül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:



1-Balığ konservası halaldır, bu şərtlə ki, onun içində olan balığ əti halal balığın əti olsun.



(2-Sayt tərəfindən: Bu işi sizə yaxın olan məscidlərdən birinin İmamından öyrənin.)
Sual: Sualı ünvanladı Xanım: salam aleykum.size 3 sualim var cox xahis edirem cavab verin.cox narahtm.1.reside olmaq ne demekdir ve yas mehdudiyyeti varmi?2.aileli olmamism.22 yasim var ali tehsilliym cox sukur hicabliyam bacardigim qedr duzgun yollarla allaha catmaq niyyetindeym.sevdiyime ailem HELEKI RAZI DEYIL onunla mute eletdirmeyime allah icaze verermi ve sirazi aga bu ise nece yanasir?3.dusunuremki olkemizde subh azaninn verilmesi vaxti heqiqi dan yeri sokulmesinde oxunmur.ona gore sabiqun.az saytindan yararlaniram lakin bunu duzgun dusunub dusunmediyime aganin fikrini bilmek isteyirem muselman qardasim cox xahis edirem suallarima etrafli cavab axtar.allahin en razi qaldigi wexslerden olasiniz..amin.minnetdaram
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana:



1.Rəşidə olmaq yəni ağıl elə həddə olsun ki, öz xeyirini təyin edə bilsin. Yaş məhdudiyyəti yoxdur. (Əlbəttə "yaş məhdudiyyəti yoxdur" yəni deyilmir ki, 25 yaşı keçsin.)



2.Bakirə qızın mütə nikahına girməsi caiz deyil.



3.(Sayt tərəfindən: Azan vaxtını Deyerler.org saytı ilə müəyyən ediniz. Bizim bildiyimizə görə bu saytda olan azan vaxtları daha mötəbərdir.)



(Sayt tərəfindən: Siz çalışın ailənizi razı salın. Sizi kimi xanımlara mutə nikahına icazə verilmir. Çünki atanızın razılığı olmadan bu iş olmaz. Çoxvaxt belə sevgilərin sonu ayrılıq olur. Allah etməsin, bu nikaha icazə verilsə və sonra sizində başınıza ayrılıq kimi acı bir hadisə gəlsə, böyük ziyan görərsiz. Oncunda bu nikah fikirindən daşınıb, səbrli olun və ailənizi razı salmağa çalışın. Allah sizi öz istəklinizə qovuşdursun, Amin!)
Sual: Sualı ünvanladı Qadir: ESSELAMU ALEYKUM, HER VAXTINIZ ZEYR OLSUN ! Narahat etdiyime qore uzr isteyirem. Size QURBAN kesmek movzusunda sual verib cavab aldim, tesekkur edirem, Siz buyurdunuzki eqer siqe oxunmayibsa / qurban demekde / bu dediyiniz siqe barede melumatlanmaq istedim ,cavab tapa bilmedim, mumkunse bu haqda mene melumat verin, ve ya o melumati men haradan alabilerem, mene istiqamet vermenizi xahis edirem. TESEKKURLER !
Cavab: Salam. Bu siğə (nəzr siğəsi) Azərbaycan dilində belə olur: "Allah üçündür mənim öhdəmdə filan işi (məsələn, bir kasıba ev alıb bağışlamaq) etmək."
Sual: Sualı ünvanladı Qorqud: Salam aleykum.Çində ishleyirem hazirda. Doner hazirlayib satiram dukanda. Bize toyuq eti getiriller ve dediklerine gore sertifilatlari var ki halaldir. Men onlarin dediklerine inanib bu etden istifade etmeyimin ishkali var? Diger bir terefden bildirmek isteyirem ki hemin shirket toyuqlari dezgahla kesir ve Bismillah deyilir uzu qibleye oldugu halda. Amma bilmek isteyirem ki toyuqlar kesilenden sonra onun tuklerinin qaynar ve ya soyuq suda temizlenmesi onun haram olmasina sebeb olur. Bu meseleni deqiqleshdirib cvb yazmaginizi xahish edirem?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər sizə yəqin hasil olsa ki, doğurdan da onlar şəriət buyuran kimi ediblər, onda bu ətdən istifadə etməyinizin eybi yoxdur. Qaynar və soyuq su məsələsinin halal-haramlığa aidiyyatı yoxdur.
Sual: Sualı ünvanladı Şahin: Allahın Salamı olsun sizlərə, əmyvizi və haqqıvızı halal eləyin. Sualım budur ki namaz vaxtı gözlər yumulu yoxsa açıq olmalıdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Gözləri yummaq günah deyil, amma bu iş bəyənilməyən işdir, yəni məkruhdur, etməsəz yaxşıdır.
Sual: Sualı ünvanladı Qadir: ESSELAMU ALEYKUM VE REHMETULLAHI ! Her vaxtiniz XEYR olsun ! Bir nefer nezr edib bir SEYYIDE XANIM ucun QURBAN keser. ALHEMDULILLAH nezri qebul olub. nezr etdiyi XANIM ise vefat edib ALLAH REHMET ELESIN. sual edir- qurbanliq evezine O XANIM ucun QURAN oxutdura bilermi, ve ya ne etsinki boynunda XANIMIN haqqi qalmasin ? / qeyd--qurbanliq siqeden melumatlari yoxdur / narahat etdiyim ucun uzr isteyirem, ve cavabiniz ucun evvelceden tesekkur edirem.
Cavab: Salam. Sayt tərəfindən: Biz dəfələrlə bu barədə suala cavab almışıq və deyiblər ki, nəzr siğəsi oxunmadan olunan nəzrə əməl etməmək günah gətirməz. Amma bu məsələ elədir ki, əgər nəzr edən şəxs vicdanın rahatlaşdırmaq istəyirsə, həmin nəzrin məbləğində pulu kasıb-kusuba yardım edib, savabını həmin rəhmətə gedən xanıma ehsan etsin.
Sual: Sualı ünvanladı Şahin: assalamun aleykum sual beledir oruc tuturam gunduz yatib subh namazina kimi yatib qadavamlmisam orucumu yene orucumu yene davam etdim bele halda orucum qebuldumu evvelceden tesekkur edirem Allahin salami sizlere olsun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər sualda məqsədiniz budursa ki, sübh yemək yeyib içmədən yuxuya qalıb, bu halda oruc tutubsunuz-orucunuz səhihdir.
Sual: Sualı ünvanladı Səma: 1.esselamu eleykum xahis edirem Sistani aganin fetvalari esasinda cavab verilsin.ehtiyaci olan evi almaq ucun yigilan pula xums dusurmu biz 5il kvartirant qalib sonra ev almisiq bu 5il erzinde xums vermemisik ne etmeliyik 2.evi temir etmek ucun yigilan pula xums dusurmu evdeki puldan temirin pulunu cixip xumsunu vermek olarmi 3.yoldasim xumsu vermek istemir men ne etmeliyem onu mecbur etmeliyem ya sadece demeliyem eger yene vermese menim gunahim nedir 4.men bilmirem yoldasim eve haram pul getirir ya yox ama nedense hiss edirem ki qazqncinda haram var men ne etmeliyem
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:



1-Əgər pul bir illik xərcdən artıq qalıbsa, xüms düşür. Ev almaq üçün saxlanılsa belə xümsü var. Amma bir şey etmək olar ki, xüms gününə çatmamış, həmin pula gedib evin divarını hörəsiniz, qalanını imkan olanda edərsiniz. Belə etsəniz pul qalmadığı üçün xüms gəlməz. Amma pulun özü qalarsa xümsünün verilməsi vacibdir.



2-Ev təmir etmək üçün yığılan pula xüms düşür.



3-Məcburiyyət yoxdur və lazım deyil. Siz nəsihət edib, yaxşılığa dəvət edin və pislikdən çəkindirin.



4-Bilmədiyiniz şeyə görə vəzifəniz yoxdur və o gətirən puldan istifadə etmək sizə halaldır.
Sual: Sualı ünvanladı Qorqud: Salam aleykum. Xaricde(chinde) ishleyirem hazirda. Doner hazirlayib satiram dukanda. Bize toyuq eti getiriller ve dediklerine gore sertifilatlari var ki halaldir. Men onlarin dediklerine inanib bu etden istifade etmeyimin ishkali var? Diger bir terefden bildirmek isteyirem ki hemin shirket toyuqlari dezgahla kesir ve Bismillah deyilir uzu qibleye oldugu halda. Amma bilmek isteyirem ki toyuqlar kesilenden sonra onun tuklerinin qaynar ve ya soyuq suda temizlenmesi onun haram olmasina sebeb olur. Bu meseleni deqiqleshdirib cvb yazmaginizi xahish edirem?
Cavab: Salam. Xaricdə deyərkən, hansı ölkəni nəzərdə tutursuz? Müsəlman ölkəsidir yoxsa, məsihi və ya nə? Bu suala cavab verin. Sonra biz sizə cavab verək, inşallah. Həmdəki, suala hansı mərcei-təqlidin dəftərxanasından cavab alaq? Bunu da qeyd etməyi unutmayın.
Sual: Sualı ünvanladı Anar: Salam.qunutda ferec duasin demek olar olarsa necedi qaydasi.tewekül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, olar.
Sual: Sualı ünvanladı Qadir: ESSELAMU ALEYKUM VE REHMETULLAHI ! Sual- etibarli qorunmasi niyyetinde banka pul qoyulur, orada onun ustune mueyyen faiz gelir, o elave pulu / faizi / istifade etmek olarmi ? -eger olmazsa o pulu / faizi /ne etsin ? narahat etdiyime gore uzr isteyirem, ve SIZLERE tesekkur edirem.
Cavab: Salam. Ayətullah Sistani-dətərxana: Bu iş caizdir.
Sual: Sualı ünvanladı Qadir: ESSELAMU ALEYKUM VE REHMETULLAHI VE BEREKATUHU ! 1-Sizin bir sual cavabinizda bir movzuya rast qeldim mueyyen sertler esasinda ki, abort etmek olar bu vaxt diye odenilmelidir, sual-bu diyeni kim ve kime odemelidir. 2-eqer tesehud yaddan cixibsa qezasini edib ve bir cut secdeyi sehv ederem, bes eqer tesehudun SALAVATINI dememisem /esitdiyimden 2-ci halda namaz batil olar, bu duzdurmu &. 4- 3-4-cu ruketlerde adetim tesbihati erbeedir, men ehtiyat namazi qilanda tek HEMD-i demeliyem yoxsa tesbihati erbeeni deye bilerem. 4- qadin kebin oxuyub basqa birisi ucun caizdirmi- yoxsa hemen kebin tekrar oxutdurmaq lazimdir.. tesekkur edirem,-xahis edirem nezere alasiniz ki 60 yasim var, ve kompyuter-internet bunlari 1-2 ay var oqrenmisem ne qeletim olsa efv edin.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:



1-Əgər uşağın siqt (düşürülməsinə) olmasına lazım olan əməl atadan baş veribsə, onda diyə anaya ödənməlidir. Amma əgər ana edibsə, onda ataya ödənməlidir. Yox əgər bu işi həkim edibsə, onda həkim diyəni siqt olunmuş uşağın valideyninə ödəməlidir.



2-Əgər (səcdeyi-səhvdə) təşəhhüddə salavatı bilmədən deməyibsizsə, onda eybi yoxdur. Yox bilərəkdən deməyibsizsə onda yenidən iki səcdeyi-səhv etməlisiniz.



3-Tək həmd deyilməlidir.



4-Əgər həmin qadına kəbini oxutduran hər iki tərəf vəkalət veribsə, onda kəbin shihdir.



Sayt tərəfindən: Gözəl suallarınıza görə təşəkkür edirik, heç bir səhv yoxdur və suallarınız bizə xoşdur. Allah sizə uzun ömr və can salığı ilə yanaşı dünya və axirət səadəti nəsib etsin.



Sual: Sualı ünvanladı Nicat: salam aleykum...namehremlerle internetde yazismaq haramdirmi? allah sizden razi olsun
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Bu işin fəsadı var və haramdır.
Sual: Ünvanladı Qədir: Asselamu aleykum ve rehmetullahi ! Aqamiz basda olmaqla TANRININ REHMET,BEREKET ve NEZERI ustunuzden eskik olmasin INSAALLAH ! Sizlerin bu qozel sayti acmaqla ne qozel is qorduyunuze layiqli tesekkur etmekde acizem yalniz onu edebiliremki, her ibadetde sizlere AQA basda olmaqla , XALIQDEN sizler ucun bu ve axiretinize ECR dileyim.
Cavab: Salam. Çoxsağolun, biz öz vəzifə borcumuzu yerinə yetiririk. Əksinə bizlər ruhani olaraq sizə təşəkkür edirik ki, öz dininizə belə diqqətlisiniz və din hökmlərini öyrənmək üçün çalışırsız. Allah hamınızı hifz etsin!
Sual: Sualı ünvanladı Elmar: Salam aleykum.Sualla cavab ne vaxt gelecek.
Cavab: Salam. Sayt tərəfindən: İmkan edən kimi cavab veririk. Bir həftə içində iki dəfə cavablar sayta çıxır. Amma bu bir qanun deyil. Bəzən gec və ya tez ola bilir.
Sual: Sualı ünvanladı Anar: Salam.men pis yuxlar görürem ümumiyetle yuxun görende ne etmeliyik?tewekül
Cavab: Salam. Sualınız mövzumuza aid deyil. Amma iki kəlmədə bunu deyə bilərik ki, pis yuxu gördüyünüz zaman, yuxudan qaldıqdan sonra sədəqə verin. Bu sədəqə bais olur ki, insan təhlükələrdən hifz olsun.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı