www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Anar: Salam.efirde oynanan latarya oynanilir onnan udulmus pul haramdir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu iş haramdır.
Sual: Sualı ünvanladı Şahin: Allahın Salamı olsun sizə. Mövludlarımız mübarək olsun... Mən bilməy istəyirəm, dini toylarda vəya əhlibeyt məclislərində, mövludlarda, əl çalmaq icazəlidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu iş orta həddə olarsa caizdir. (Sayt tərəfindən: Yəni həddi aşmadan və ifrata varmadan.)
Sual: Sualı ünvanladı Aydın: Qesr meselesinde axirinci ev nece mueyyen olunur, cavablari Sistani ve Xamenei aganin nezerine uygun cavablandirardiz zehmet olmasa etrafli yazardiz.
Cavab: Salam. Ayətullah Xamenei və Ayətullah Sistani-dəftərxana: Şəhərin çıxışında olan sonuncu yaşayış evləri ilə ölçülür.
Sual: Sualı ünvanladı Elmar: salam aleykum.1)size verilen suallara birbasa muctehidlerin saytindan cavab alirsiz?yeni rehbere teqlid edenin sualina cavabi leadet.ir saytindan cavab alirsiz yoxsa nece?
Cavab: Salam. Sayt tərəfindən: Biz mərcəi-təqlidlərin Qumda yerləşən dəftərxanalarından cavab alırıq.
Sual: Sualı ünvanladı Elçin: Salam.Wahmat oynamaq ve piano calmaq gunahdi?niye? Heykeltarawliq gunahdi?niye? Xahis edirem cavabi Sistani Agadan veresiniz.
Cavab: Salam. Sayt tərəfindən: Biz əhkamların nə üçün belə olduğu səbəbinə cavab verə bilmirik. Çünki bu iş bir ömür vaxt istəyir. Bunun üçün uzun müddət dərs oxuyub ictihada çatan müctehidə itaət lazımdır.
Sual: Sualı ünvanladı Elşən: Salam,Uzun səcdə etmək olar?Vacib namazlarda 3 dəfə yox daha çox zikr etmək olar ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, olar.
Sual: Sualı ünvanladı Anar: Salam.cemi wehidlerimizin ruhuna hediye namazi qilmaq olar bele cemi wehidlerimizin ruhuna 2 rüket hediye namazi qilhram qürbeten ilellah?tewekül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, olar.
Sual: Sualı ünvanladı Aybəniz: salam. menim yoldasimin xalasi teze rehmete gedib 40 hele cixmayib . menim anamin ad gunune gede bileremmi? ad gunu restoranda olacaq. amma yoldasim mene icaze verir getmeye. ozu ise yas saxlayir
Cavab: Salam. Sayt tərəfindən: Sualınız mövzumuza aid deyil. Amma iki kəlmədə bunu deyə bilərik ki, ananız sizi başa düşüb ora getməmənizdən inciməzsə, getməsəniz yaxşıdır. Çünki bu şey ər evində sizə qarşı münasibəti mənfiləşdirə bilər.
Sual: Sualı ünvanladı Zeynəb: Salam eleykum. Bezen olurki emr be merufu yerine yetire bilmirem. Ya sohbeti sonradan derk edirem, ya demeye imkan olmur ya da bawqa sebeblerden vezifemi icra ede bilmirem. Bu halda gunah etmis sayiliram?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: O yerdə ki, yaxşılığa dəvət etməlisiz, amma bunu etmirsiz, ondan sonra istiğfar edib bağışlanma diləyin.
Sual: Sualı ünvanladı Qədir: ESSELAMU ALEYKUM VE REHMETULLAHI ! AQA BAKIDAN QEDIR VE AILESI ELLERINIZI OPUR VE XIDMETINIZDE DURANLARADA SELAM YETIRIR. SUALLARIM BELEDI ; 1- SUBH OYANDIM HAVA ISIQLANIB EDA-QEZA AYDIN EDE BILMEDIM, NIYYETI NECE EDIM. 2-BIR AILE KORPESINE QORA QURBANLIQ NEZR EDIB, NEZRI QEBUL OLUB ELHEMDU LILLAHI. NEZRI VAXTINDA ICRA ETMEYIBLER, AILENIN SAHIBI DE DUNYASINI DEYISIB, QADIN 2 YETIM SAXLAYIR, BIR QEDERDE YAXINLARIN YARDIMI ILE AILENI DOLANDIRIR. - QADIN O NEZRI ICRA ETMELIDIR YOXSA YETIMLERE QORE ONDAN SAQITDIR ? TESEKKUR EDIRIK.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:



1. Belə olduqda "maaf əz zimmə" niyyəti ilə qılın.



(Sayt tərəfindən: Yəni, öz dilimizdə desək mən bilmirəm niyyət necə olmalıdır, Allahım, hansı niyyət boynumda varsa həmin niyyətlə qılıram.)



2. Əgər həmin qurbanlıqı boyuna alarkən şəriətdə qurban üçün olan "siğə" oxunmayıbsa, onda bu qurban vacib deyil.



(Sayt tərəfindən: Qurban boyuna almağın xüsusi sözləri var ki, ona qurban siğəsi deyilir. Əgər onlar elə öz-özlərinə qurban deyiblərsə, yəni şəriət buyuran kimi qurban siğəsi oxumayıblarsa, onda bu qurbanı kəsməmək olar.)

Sual: Sualı ünvanladı Nicat: salam aleykum. 1. xeyalinda hansisa bir namehrem qizi sehvetle fikirlesmek yeni onunla cinsi elaqede olmaq haramdirmi? 2. aciq saciq geyinen qizin uzune hec bir gunaha dusmemek serti ile baxmaq olar amma uzune baxarken bedeninin bawqa yerleride gorunur?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Birinci sualınız sözsüz ki, günahdır.



İkinci suala gəldikdə, əgər üz-üzə gəlsəniz və ilk baxış naməhrəmə sataşsa, birinci baxışda günah yoxdur. Amma ikinci dəfə həmin naməhrəmə baxmaq olmaz, günahdır.
Sual: Sualı ünvanladı İlkin: Salam aleykum bir sexs boynuna ilk qusul geldiyi vaxdi xatirlamir onun heddi bulug yasi neceden sayilir?20yasinda namaza baslayib nece il qezasi olub?sizden cox xais edirem bu suala hem Xamenei aganin hemde Sistani aganin cavabin yazasiz...
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər fərz edirsə ki, qəzası 5 ildir yoxsa 6 il, az müddəti meyar götürüb 5 ilin namazını qılsa, vəzifəsinə əməl edib.



Ayətullah Sistani-dəftərxana: Əgər fərz edirsə ki, qəzası 5 ildir yoxsa 6 il, az müddəti meyar götürüb 5 ilin namazını qılsın.
Sual: Sualı ünvanladı Şahin: Allahın Salamı olsun sizlərə Allah razi olsun sizlərdən... Mən bilməy istəyirəmki hicri aylaırını bir neçə ay qabaqcadan təyin eleyirlər. bu düzgündür? yəni indidən Müqəddəs Ramazan ayının aylıq təqvimi cıxıb, şəri cəhətdən düzdür? ALLAH köməyiniz olsun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bunu münəccimlər təyin edir. Əgər insanda inam yaradarsa, həmin təqvimlə rəftar etmək olar.



(Sayt tərəfindən: Cavabdan anlaşılan odur ki, münəccimlik qabiliyyətinə mükəmməl malik olan bir şəxs, ya rəsədxananın sözü ilə belə təqvimlər düzəldilərsə, onda etibar etmək olar.)
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): harada yasadigindan asili olmayaraq isiq ve qaz pulu vermemek gunahdir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu iş olmaz, işğalı var.
Sual: Sualı ünvanladı Qedirov: Salamu aleykum...Oz cinsinde ozunu narahat hiss eden eks cinse meyilli olan, cinsiyyetini deyishe bilermi? Suala gore uzr isteyirem,bu sual boyuk mubahise dogurub... Teshekkur...
Cavab: Salam. Bu suala cavab almışıq. Amma cavab çox böyükdür. Yəni hal-hazırda bu cavabı tərcümə etmək imkanımız yoxdur. Sualı iki həftədən sonra təkrar ünvanlayın. Ümid edirik ki, iki həftədən sonra uyğun cavabı tərcümə edib siz əzizlərə təqdim edə bilərik.
Sual: Sualı ünvanladı Aqşin: Salam aleykum.yasadigimiz menteqenin bitmesini nece teyin edek?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Məntəqənin sonunda yerləşən yaşayış evləri ilə.
Sual: Sualı ünvanladı Elmar: salam.xahis edirem suali tecili ve deqiq cavablandirasiz ve maile gonderin.tanis oqlan var ailelidir.......
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Məkruha olan tövbəsini pozması caizdir.



(Sayt tərəfindən: Mailə göndərmək imkanı olmadı deyə, sualı ixtisara salıb, efirə verdik.)
Sual: Sualı ünvanladı Rauf: Salamun Aleykum. Evvelce sizleri bu sayti yeniden açdiginiza göre tebrik ve tesekkür edirem, sizin sayenizde bilmediyimizi öyrenirik.Çox sagolun Sualim beledir: " Destemaz zamani ayaqlar tozlu olarsa ve bu halda destemaz alinarsa destemaz batil olarmi? "
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu toz adi halda olan tozdursa, eybi yoxdur. (Sayt tərəfindən: Yəni yol yeriməklə ayağa qonan toz miqdarındadırsa, bir eybi yoxdur. Təşəkkürünüzə görə minnətdarıq. İnşallah səyimiz bunadır ki, sayt birdə fəalliyətini dayandırmasın.)
Sual: Sualı ünvanladı Anar: Salam.men namazdan sonra dua sükür ve isteklerimi ezber formada her defe eyni sözleri deyirem bu ne derecede düzgündür?tewekül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Eybi yoxdur.
Sual: Sualı ünvanladı Şahin: Allahın Salami olsun sizlərə, ALLAH bu əməyinizin əcrini həm bu dünyadə həmdə axirətdə layiqincı versin İnŞALLAH... Mən səhər yuxudan durandan sora müstəhəbbi dəstəmaz alıram və günorta namazınacan dəstəmazlı qalıram, mən həmin dəstəmazla zühr və əsr namazlarını qıla bilərəm ? yoxsa dəstəmazımı təzələməliyəm? ALLAH sizləri hifz eləsin
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, qıla bilərsiz.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı