www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam aleykum.Kişi qadına daimi nigahda talaq verənmən sonra əyər yenidən həyat yoldaşına qayıdmaq isdəsə yenidən kəbn bağlamalıdır yoxsa ehtiyac yoxdur?Birdə əyər qayıdmaq isdəsə bunun iddədə olub olmamasının nəsə əhəmiyyəti var? Yəni ki,iddə müddətində qayıdsa yenidən kəbnə ehtiyac var?.Ya da ki,iddə müddəti bitənnən sonra qayıdsa yenidən kəbnə ehtiyac var?Əvvəldən təşəkkürümü bildirirəm
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər iddə müddətində qayıdarsa yenidən kəbn oxumağa ehtiyac yoxdur. Amma iddə tamam olandan sonra yenidən kəbn oxumaq lazımdır.

Təşəkkürlər.
Sual: Salam aleykum. Dövlət işində işləyirəm mən. Üzümü hər gün təmiz qırxıram iş məcburiyyətindən.belə halda üzü qırxmaq icazəlidi ya haramdır?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər o işdə işləmək sizin üçün zəruri haldırsa və üz qırxmağa məcbur edirlərsə başqa iş tapana qədər üzünüzü qırxmağın maneəsi yoxdur.

Təşəkkürlər.
Sual: Salam aleykum.Bir kişinin həyat yoldaşı daimi nigahı ola ola zina edirsə günah həm qadına həm də kişiyə yazılır? Yoxsa günah ancaq qadına yazılır?.Kişinin səbr edib qadının tövbə eliyib düz yola qayıdanacan gözdəməyi məsləhətdir yoxsa talaqını vermək?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Günah zina edən şəxsə yazılır. Amma kişi bacardığı qədər onu bu işdən çəkindirməlidir. Təlaq vermək kişinin əlindədir və istəsə qadına təlaq verə bilər. Və səbr etməsi vacib deyil.

Təşəkkürlər.
Sual: Salam. Toyuq kəsərkən əgər kəsən şəxs bilmədən bıçağı toyuğun boğazının yuxarı hissəsinə qoyarsa və toyuğun dilçəyi başın deyil boyunun üzərində qalarsa toyuğun ətini yemək halaldır yoxsa haram?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər toyuğun boynunda olan dörd damarı (yəni, qida borusu, nəfəs borusu və onun iki tərəfində olan iki damar) kəsilərsə halaldır.

Təşəkkürlər.
Sual: Salam AĞACAN menim ruzim olması üçün ne zikri ede bilerem?
Cavab: Aleykum salam.

Bu sual şəri hökmlərlə bağlı olmadığı üçün cavab verə bilmərik. Üzrlü bilin.

Təşəkkürlər.
Sual: Salam. Meyyit qüsulu hansı haıda vacib olur? Meyiit isti olduqda yoxsa soyuq meyyite el deydikde? və bir de meyyitin saclarina toxunduqda bes qüsl gelir? və bir də şəhidin soyumuş və ya isti bedenine toxunduqda qusl gelir?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Meyit qüslu meyitin özünə verilən qüsla deyilir. Amma meyitin bədəni soyuduqdan sonra və üç qüslu tamam olmamışdan əvvəl ona toxunan şəxs "məssi meyit" qüslu etməlidir. Meyitin saçlarına toxunmaq qüsla səbəb olmur. Həmçinin döyüş meydanında şəhid olan şəxsə toxunmaq qüsla səbəb olmur.

Təşəkkürlər.
Sual: Salam AĞACAN size bir sualım var mene maddi cehetden kömek eden adama men menevi cehetden hörmetinden çıxıram indi onun haqqı qalır menim boynumda ALLAH sizden razı olsun
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər sizə borc vermişdisə imkan olan kimi onun borcunu qaytarmalısız. Yox əgər Allaha xatir sizə yardım etmişdisə ona borclu qalmırsız və haqqı boynunuzda qalmır.

Təşəkkürlər.
Sual: Hamamda ayağ yoluna geddikden sonra insan yuyunmasa eger sonra durub hamamda yeniden çimmeye davam etse qüsl mütlek almalidirki?
Cavab: Aleykum salam.

Sualınız aydın deyil. Zəhmət olmasa bir qədər ətraflı yazın.

Təşəkkürlər.
Sual: Salam Ağa yerdən pul tapsaq onu xərcləmək olar?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər pulun tapıldığı məkana və ya zamana görə yaxud pulun miqdarını elan etməklə və ya pul tapıldığını elan olaraq yazıb tapılan yerə vurmaqla sahibini tapmaq mümkün olarsa axtarış edib onu sahibinə çatdırmaq vacibdir.

Təşəkkürlər.
Sual: Salam aleykum Kişi öz qadınına daimi nigahda talaq verənnən sonra onunla müvəqqəti nigah bağlamaq isdəsə mütləq iddə gözləməlidir yoxsa talaqı verən kimi elə müvəqqəti nigah bağlaya bilər?.Talaq verməmişdən qabaq aralarında uzun müddət yaxınlıq olub olmamağın nəsə əhəmiyyəti var bu məsələdə?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Təlaq iddəsi tamam olmamış müvəqqəti nikah bağlaya bilməzlər. Əgər müvəqqəti nikah bağlamaq istəsələr iddəni gözləməlidirlər. Amma iddə müddətində kişinin öz xanımına qayıtma haqqı var və əgər qayıdarsa təlaq batil olur və yenidən daimi nikaha qayıdır.

Təşəkkürlər.
Sual: Sualım budur ki.. qiz oglan evlenib, qızın ilk evliliyi olub amma ata razı olmayıb bu işe..Səbəb ise ata ehtimal edibki oğlanda problem olduğu üçün gelecekde övladları olmaz..Buna göre qarşı çıxıb razı olmayıb..Qız isə həddi buluğa çatmış qızdı bütün bu problemləri düşünüb razı olub bu evliliye amma ata neyleselerde razı olmayıb..sonda qız oğlan qaçıb atanın razılığı olmadan kebn olub.. indi atayla barışıq olub, halallıq olub,xeyir dua olub..Amma kəbn barışıq olmadan qabaq oxunub.Bu kebn doğru sayılırmı ? Yoxsa batil sayılır ? Xanım Xamenei ağanın müqəllididir Yoldaşı Sistani ağanın
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Vacib ehtiyata əsasən nikah batildir və yenidən nikah bağlanmalıdır.

Təşəkkürlər.
Sual: Salam xayis edirem mene cavab verin sualim budurki men namaz qilarken menen beraber kimse namaz qilir secde edir amma mene basqa heckim gormur xayis edirem cavab verin
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Bu sual şəri hökmlərlə bağlı olmadığı üçün cavab verə bilmərik. Üzrlü bilin.

Təşəkkürlər.
Sual: Salam Aleykum. Yataq otağında namaz qılmaq günahdırmı? Men her zaman yataq otağında qılıram. Mene deyildiki ər və arvadın yatdığı yataq otagında qılmaq olmaz. Bu ne derecedə düzgündür? Zəhmət olmasa cavablandırardınız.
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Yataq otağında namaz qılmağın maneəsi yoxdur.

Təşəkkürlər.
Sual: Salam. 1) Uzun dırnaqla namaz qılmaq olar(təqribi 1.5-2 sm )? 2) Oğlan uşağının qırmızı köynək geyinməsi haramdır ? yoxsa sadəcə bəyənilmir ? Öncədən Təşəkkürlər.
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Dırnağın uzun olması namazı batil etmir.

2. Haram deyil. Lakin mömin şəxs özünü gözdən salan və ehtiramını aradan aparan işlər görməməlidir. Əgər qırmızı köynək geyinməsi buna səbəb olarsa geyinməməlidir. Əks halda maneəsi yoxdur.

Təşəkkürlər.
Sual: Salam aleykum.Əyər bir qadın həyat yoldaşına xəyanət edirsə və bunun adını ehtiyac üzünnən olduğunu deyirsə kişi öz qadının talaqını mütləq verməlidir yoxsa həyat yoldaşı tövbə eliyib düz yola gələnə qədər səbr eləməlidir? Bir şərtlə ki,onunla yaxınlıq eləməsin.
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Təlaq vermək kişinin əlindədir və istəsə qadına təlaq verə bilər. Və səbr etməsi vacib deyil. Və mümkün olarsa onu bu işdən çəkindirməlidir.

Təşəkkürlər.
Sual: Salamun Aleykum sualim XAMNEYI AgAYDi ALLAHiN Salami olsun Uzerinize men bilmek isdeyirem indi zamanda Lazere getmek Icazelidi ya yox
Cavab: Aleykum salam

Ayətullah Xamenei-dəftərxana:

Əgər haram baxış kimi başqa bir harama səbəb olmayacaqsa öz-özlüyündə maneəsi yoxdur.

Təşəkkürlər.
Sual: Oruc kəffarəsi olan şəxs müstəhəb oruc tuta bilərmi?
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

Kəffarəsi olan şəxs müstəhəb oruc tuta bilər. Amma kəffarə ilə yanaşı qəza orucu da varsa müstəhəb oruc tuta bilməz.

Təşəkkürlər.
Sual: Salamun Aleykum.eger kebin olubsa amma toy olmuyubsa qadin kisiye halal sayilir?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bəli, halal sayılır.

Təşəkkürlər
Sual: Salam. Şalvarımın balağına it toxunsa həmən şalvarnan namaz qılmaq olar? Yoxsa hansısa şərtləri var?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər itin bədəni yaxud şalvar yaş idisə şalvar nəcis olmuşur və namaz üçün paklanmalı və ya dəyişilməlidir. Əgər hər ikisi quru idisə şalvar nəcis olmur və onunla namaz qılmaq olar.

Təşəkkürlər.
Sual: Salam cenabet qusulun nece muddete almag olar ve eyer qusul gec alinarsa keffaresi var ?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər qüslda çox şəkk edirsizsə şəkkinizə etina etməməlisiz və normal və şəkk etməyən şəxslər kimi hərəkət etməlisiz. Hətta müəyyən bir üzvü yuyarkən bəzi hissələrini yumağınıza şəkk etsəz belə şəkkinizə diqqət etməməli və həmin yeri yuduğunuzu qəbul etməlisiz. Qüsl almaq çox vaxt alarsa kəffarəsi yoxdur lakin israf həddinə çatarsa qüsl alan şəxs haram iş görmüş olur amma qüslu səhihdir.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı