Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Əli: salam aleykum. Bilmek isterdim namazda fatihe suresinden sonra amin demek namazi batil edirmi ve yaxud demek caizdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Batil edir, caiz deyil.
Sual: Sualı ünvanladı Elshan Khalilov: Salam.Namazda qiyamda ayağın birinin qabağa düşməsi Namazı batil edər?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, batil etmir.
Sual: Sualı ünvanladı Anar: Salam.xaiw edirem deyin men desdamaz alib derhal sonra qurulana bilerem?tewekül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, olar.
Sual: Sualı ünvanladı Anar: Salam.boqazin altin ülgücle biraz temizlemek olar?tdwekül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, olar. Lakin o qədər olmamalıdır ki, həmin adama baxanlar desin ki, saqqalını qırxıb.
Sual: Sualı ünvanladı Anar: Salam.men desdamaz alanda qolumu diger elimle su töküb isladiram sonra dirsekden barmaqlarimin ucuna qeder 1 defe cekirem sadece isladandan sonra 1 defe elimi cekirem?tewekül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bir dəfə də çəkə biləriz, təkrarən dəfələrlədə əlinizi çəkə bilərsiz. Əsas şərt odur ki, islanması lazım olan yer islansın.
Sual: Salam Qadinin spiral qoydurmasi caizdirmi?
2-Evden xaric qadin az miqdarda etir vura bilermi?
3-Bezi qardashlar vidalashanda salamun aleykum deyirler,bele vidalashmaq shie mezhebinde mehshurdurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1. Spiral qoydurmaq öz-özlüyündə icazəlidir, amma həmin vaxt övrətin görülməsinin işğalı var.
2. Qadın ətirlənib naməhrəm qarşısına çıxsa bu iş haramdır.
3. Salamun aleykum və ya aleykum salamda elə bir fərq yoxdur, ikisini də demək olar.
Sual: Sualı ünvanladı Mehdiyeva: Salam aleykum 20 di ayrllmlwam evladlm yoxidi cemi 3 il evli olmuwam iranln qum weherinde AYETULLA MEHEMMED AGA SKAYP VASTESiLE TALAGIMIZI OXUDU 2 WAHID ISTEDI BIZDEN VE TALAGI OXUDU. sizin reynizi bilmey isteyirem .? YADDAN CIXDI BUNU QEYD ETMEDIM KECMIW YOLDAWIMDAN XEBER YOXDU BUNUDA QEYD EDIM ÖZU PAL PALTARINI YIGIB CIXIB GEDMIWDI . SIZIN REYINIZI BILMEY ISTIYIREM TALAGI 1AYDI OXVDURMUWAM AYETULLA MEHEMMED AGAYA REYNIZI BILMEY ISTIYIREM .ALLAH RAZI OLSUN.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər ər ölməyibsə, onunla danışılmadan təlaq vermək olmaz.
Sayt tərəfindən: Bu nəzər Sistani ağanındır və onun müqəlidlərinə aiddir.
Sual: Sualı ünvanladı Anar: Salam.dövlet iwinde iwleyen polis üzün ülgücle xirxmasini qeti teleb eleseler hemin wexs iwden cixmaq qorxusundan üzünü ülgücle qirxa biler yoxsa iwden cixmalidir mene yol gösterin?tewekül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İşdən çıxmaq qorxusu da olsa saqqal saxlamaq vacibdir. Amma əgər işdən çıxmaqla elə bir günə qalsa ki, bu hal dözülməzdir və ya iş tapa bilməsə ki, ailə övladı ac qalacaqdır, xülasə zərurət yaransa, onda caizdir. Amma işdən çıxıb başqa iş tapmaq imkanı varsa, onda saqqalı qırxmamalıdır və işini dəyişməlidir.
Sual: Sualı ünvanladı Anar: Salam.ALLAHA qurban olum demek olar her gün dua kimi doxsan-yùz defe demek olar?men cox qem yeyirem özümü ele ala bilmirem mene hansisa bir dua deyin oxuyum bu periwanliq nenden getsin?tewekül
Cavab: Salam. Sualınız mövzumuza aid deyil. Lakin iki kəlmədə onu deyə bilərik ki, Allaha təvəkküllə, günahları tərk etməklə qəmdən yaxa qurtarmaq olar.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): SALAM. Qardaw sizden Ayetullah Sistani aganin Vilayeti feqih baresinde olan nezerin oyrenmek isterdim eger imkan varsa Aganin bu barede buyurduqlari her istiftatin bura yazasiniz، Allah siszi xeyr isinizde muveffeq etsin.
Cavab: Salam. Sualınız mövzumuza aid deyil. Üzrlü sayn və əfv edin.
Sual: Sualı ünvanladı Rauf: Salam.qardaw mene aganin toyugu nece kesmey barede hokmunu deyin .bir bismillah ile aparatla bir ne ce toyuq kessek halal olur.yeni bir anda hnecesini kesmek olar. Yoxsa her tekteke bir bismillah lazimdi .cavabinizi gozleyirem
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bir "Bismillah"la olmur. Toyuqların başını kəsən aparatın düyməsini vuran adam, aparat baş kəsdiyi müddətdə, "Bismillahları" təkrarlamalıdır. Əgər bir bismillahla 5 toyuq başı kəsiləcəksə də, bunun eybi yoxdur. Şərt budur ki, aparat toyuqların başını kəsdiyi müddət ərzində, aparatı kəsmək üçün işə salan insan "Bismillahları", ardıcıl təkrarlasın. Əgər həmin insanın aparatla toyuq başı kəsdiyi müddətdə, nəsə bir işi çıxıbsa, məsələn telefonuna zəng gəlib, vacib danışmalıdırsa, aparatı elektirik cərəyanından ayırıb, ardıcıl dediyi "Bismillah"ları saxlasın, telefonla danışsın. Sonra yenidən qayıdıb aparatı işə salıb, ardıcıl olaraq "Bismillah"ları desin.
Sual: Sualı ünvanladı Elmar: Ana ve ata oqlan usaqi olsun deye usaqin cinsiyyeti belli olur ve qiz olacaqini bilirler bu zaman abort elemek olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, bu iş haramdır.
Sual: Sualı ünvanladı Anar: Salam.men namazdan qabbq azani iqameni deyirem amma ucadan demire azani picilti ve ya ürekde demek olar?tewekül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İşğalı yoxdur.
Sual: Sualı ünvanladı Elşən: Salam, Allaha inanan amma bir qədər şəkk şübhə edən(amma təzədən tövbə edib yenə iman gətirən) insan mömindir?
Cavab: Salam. Sualınız mövzumuza aid deyil. Lakin iki kəlmədə bunu deyə bilərik ki, Allah tövbələri qəbul edəndir. İnşallah ki, həmin insan möminlər cərgəsinə qayıtmış olar.
Sual: Sualı ünvanladı Sevda: Salam. bankdan borca faizle borc pul goturmek olar?
Cavab: Salam. Ayətullah Sistani dəftərxana: Bu iş olmaz, haramdır. İstisnadır zərurət halı.
Sual: Sualı ünvanladı Cahid: Salamunaleykum,bankdan kredit goturub,mashin almagin hokmu nedir?, mobil shebekeden kredit kontur goturmek olarmi?,satish merkezlerinden her hansi bir meishet eshyasini kredit serti ile almaq caizdirmi? - QABAQCADAN SIZE MINNETDARAM-
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bankdan kredit olmaz, haramdır. İstisnadır zərurət halı.
Mobil şəbəkədən kredit caizdir.
Məişət əşyalarını dükanlardan kreditə almağın işğalı yoxdur.
Sual: Sualı ünvanladı Rauf: Salamunəleykum.
Original (marka) məhsulun tam eyni hazırlanmış "dublikat" formasını ucuz qiymətə satırlar. Bunu almaq olarmı? Məsələn tanınmış saat markasından olan və 1 neçə min manat qiyməti olan saatın "dublikat"ını 50-80 manat almaq.
Bir də, Sizə yazılan bütün sualları hamının oxuya biləcəyi formada səhifənizdə yerləşdirirsiniz?
Təşəkkür edirəm,
Rauf
Cavab: Salam. Ayətullah Sistani dəftərxana: Bu şeylərin satılması qanunlara zidd olmazsa, eybi yoxdur. Qanunlara zidd olarsa, eybi var.
Sayt tərəfindən: Bu sayt azərbaycanlı ruhani tələbələr tərəfindən təsis olunub. Sayt müstəqildir və sual-cavablarımız yalnız öz saytımızda olur.
Sual: Sualı ünvanladı Gülnar: oruc tutan zaman agzima toz getdi ve oradan da bogazimda hiss etdim tozu. amma udmadim tez tupurdum. indi menim orucum pozulurmu? esitdiyime gore eger tozu bogazda hiss etsen oruc pozulmus sayilir
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Orucunuz pozulmuş sayılmır.
Sual: Sualı ünvanladı Sarvan: Salam aleykum aga ehli sunne biz sielerin qardqwidi?
Cavab: Salam. Sualınız mövzumuza aid deyil. Lakin bu barədə bir iki gəlmə bunu deyə bilərik ki, Sistani ağanın Əhli-sünnə ilə vəhdətə səbəb olan gözəl sözləri var.
Sual: Sualı ünvanladı Anar: Salam.sejde nece uzadilir dualar edirsen ya sejdede dediyimis supenALLAH cox deyirsen?wewekùller
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Həm "Sübhanəllah" zikrini çox deyə bilərsiz və həmdə digər zikrlərlə səcdənizi uzada bilərsiz.