www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Anar: Salam.kredit götürüb iwe düzele bilerem imkanim yoxdu?teweküller
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu iş olmaz, haramdır. İstisnadır zəruri hal.
Sual: Sualı ünvanladı Anar: Salam.men bir xanimla miveqqeti eqd etmek isteyirem bunu bacaran adam uzaqda yawayir telfon vastesi ile kebini kesdire bilerik?bilerikse nece olmalidir?teweküller
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İşğalı yoxdur! Risalədə qeyd olunan qaydalarla, oxunsun!
Sual: Sualı ünvanladı Cahid: salamun aleykum,obort etirmegin hokmunu bilmek isterdim, ALLAH sizlerden razi olsun
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Abort etdirmək olmaz bu iş haramdır. Amma iki hal istisnadır:



1-ci: Mütəxəssis olan bir həkim desə ki, bu uşaq ana bətnində qalsa, ananın canına təhlükə var;



2-ci: Mütəxəssis həkim desə ki, ana bətnində olan uşaqda ciddi naqislik var və dünyaya gələsi uşaq deyil. Gəlsə məşəqqətə səbəb olar.



Birinci halda uşaq 4 aya və 4 aydan yuxarı müddətə çatıbsa belə aborta icazə var. Yəni ananın canına təhlükə varsa.



İkinci halda isə uşaq dörd aya çatıbsa artıq aborta icazə yoxdur.



Uşaq abort olduqdan sonra ödənəsdi olan diyələrin miqdarı:



Əgər anadan sperma formasında düşsə-15 misqal qızıl; (Bazarda olan misqal çəkisi ilə)



Əgər anadan qan formasında düşsə -30 misqal qızıl;



Əgər anadan əzik və ceynənmiş ətə bənzər halda düşsə-45misqal qızıl;



Əgər anadan sümükləri düzəlmiş formada düşsə-60 misqal qızıl;



Əgər anadan cismi baxımdan kamilləşmiş insan kimi düşsə-75 misqal qızıl;



Əgər anadan elə bir formada düşsə ki, artıq ruhu var, onda kamil diyə ödənir. Abort olunan uşağın cinsi oğlan olarsa 800-misqal qızıl-cinsiyyət qız olarsa 400 misqal qızıl diyə ödənməlıidir.



Sual: Sualı ünvanladı Gülnar: men niyyet etmisdimki usagim danissin men Nardarandaki usaq pirine gedecem. indi usagim tam danismir tek-tuk sozleri deyir indi men hemin usaq pirine getmeliyyemmi?yoxsa gozleyim tam danissin sonra gedim?
Cavab: Salam. Sual mövzumuza aid deyil. Amma iki kəlmədə deyə bilərik:



Siz niyyətdə danışmaq demisiniz. Ürf bir-iki kəlmə söz deməyə danışmaq demir. Oncun da səbr edin, uşaq sözləri bir-birinə qoşub, cumlə dedikdən sonra nəzrinizə əməl edin. Təşəkkür!
Sual: Sualı ünvanladı Orxan: Salamun aleykum.Aganin uzerinde canli(eti haram ,vehwi heyvan) tesviri olan köynekle namaz qilmaqa,(resm cox kicik,marka simvoludur,) munasibeti nedir?.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu iş caizdir.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb) Ateist ölkə hansıdır?
Cavab: Salam. Sualınız mövzumuza aid deyil.



Üzrlü sayn və əfv edin!
Sual: Sualı ünvanladı Rüslan: Salam sual: eger bir nefer kicik heccin tevafinda 3 ile 4 arasinda sekk ede ve 4 cu tevafda olduguna daha cox ehtimal verdiyine gore sekkine etina vermeye ve tevaflarin tamamlaya.ve bunun ardiyca boyuk heccin tevaflarin ve mute tevafini duzgun suretde yerine yetire onun hecci sehihdirmi ve eger duz deyilse heyat yoldasi gelen hecce qeder ona haram olurmu?
Cavab: Salam. Mərcei-təqlid seçməmisiniz. Lütfən mərcei-təqlid seçin və sualı təkrar ünvanlayın!
Sual: Sualı ünvanladı İlkin: Salam aleykum hər vaxdınız xeyir olsun.ağacac ilk öncə sizə minnətdarlığımı və təşəkkürümü bildirirəm siz əhsənki gözəl vəhdət yaratmısız Allahın izniylə.ilk sualım budurki sizin sosial şəbəkələr Facebook,odnoklasnik və s. haqda nəzəriniz nədir??ikinci sualım budur ki mən sosial şəbəkələr üzərində paylaşımlar edərək pul ığıb ehtiyaclılara köməy olmaga çalışıram bu məsuliyyətli işi öhdəmə götürməyim səhv hərəkət deyil??bu işlərdə necə düzgün olduğumusa Allah görür mən tək Ona arxalanıram tək qorxumdan Ondandı burda yığılan pulun qəpiyinə belə dəyməmişəm..
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Sosial şəbəkələrdən istifadənin o zaman işğalı olar ki, orda günaha düşmək ehtimalı olsun. Əgər günaha düşmək ehtimalı yoxdursa, işğalı yoxdur.



Allah imkansızlara yardım etməyi insanlara əmr edib. Gördüyünüz iş dəyərli işdir, Allah əcrinizi versin!
Sual: Sualı ünvanladı Gülnar: men oruc tutmusdum gunduz paltar yuyucu tozunin qutusunun agzini acanda agzima toz getdi ve onu bogazimda hiss etdim men tupurdum.narahat eden budur ki tozun bogazima catmasi orucu batil edirmi?
Cavab: Salam. Ayətullah Xamneinin dəftərxanası ilə əlaqə saxlasaq da suala cavab ala bilmədik. Lütfən bir neçə gün sonra sualı təkrar ünvanlayın.



Üzrlü sayn və əfv edin!
Sual: Sualı ünvanladı Rahim: Salamun Aleykum...Sualım siğə haqdadır,xaiş edirəm cavablandırın: Siğə haramdır? Haram deyilsə,o zaman siğəni şəxsin özü oxuya bilər?(yəni mollaya müraciət etmədən)...Birdə qadının pozğun olması günahdır??
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, müddətli nikah Quran ayəsi və hədislərə əsasəndir və halaldır.



Şəxs özü də müddətli nikahı oxuya bilər.



Pozgun qadınla müddətli nikah olmaz. Amma qeyri-məhşurə olan qadınla (yəni fahişə kimi məhşur olmayan qadınla) bu iş caizdir.



Sual: Sualı ünvanladı İlahə: Salamun aleykum. Men spiral qoymaq isteyirem. Yoldasim da razidi, icaze verir.seri hokmu oyrenmek isteyirem.spiral qoymaq olar?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Bu iş caizdir.
Sual: Sualı ünvanladı Sabina Nur: As Salamun Aleykum. Kredite mebel goturmek olar? Menim valideyinlerim nagd pula almaga imkanlari olmadiqindan(cehizdik) mebellerimi kredite goturceyler inwALLAH. ve birde bawka ewyalari goturmek olar? ALLAH Razi olsun.sagolun.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu iş icazəlidir və olar!
Sual: Sualı ünvanladı Rasim: salam aleykum...herkes bir sula verir..menim sualim bucurdu.Sistani aga naxcivana qonaq gelmek istermi? cox xahiw edirem bir bizimde terefe mehman olar..minnetdaram...
Cavab: Salam. Sual mövzumuza aid deyil, amma iki kəlmə bunu deyə bilərik ki, dünyanın hər məntəqəsində sizin kimi xoş arzular var. Ağa istəsə birinə getsin, ədalət üçün gərək hamsına gedə, buna da insan ömrü çatmaz.
Sual: Sualı ünvanladı Zeynəbü-Kübra: Salamun aleykum. Men 2ildi Namaz qiliram ama bu il orgendimki Salamlarda saga sola baxmamaliyam, sonra tesehudde elimi mohure cekirdim(salavati diyerken), ve tesehudden sonra tekbir deyirdim. Bunu mene bir qadin orgetmiwdi, cunki ailemde din ehli yoxidi, ve menim bilgisizdiyimden men o nece orgetdi ele qildim Ozumde wiyeyem, ama teqlidden anlayiwim yoxidi bu il bunlari bildim ve fiqh telimlerini aldim indi ordan qiliram. indi bilmek isteyirem ki menim Namazlarim batil olub? men ne edim? onda men 2il erzinde Namaz ehli deyilmiwem?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sağa-sola nəzər salmaq vacib deyil və sizin namazlarınız səhihdir.
Sual: Sualı ünvanladı Zeynəb: Salam Aleykum ve rehmetullah. Sistani aganin defterxanasinadi sualim. Anam 1 defe emim ogluna doyacaq derecede sud veribse biz mehrem sayiliriq?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, siz məhrəm deyilsiz.
Sual: Sualı ünvanladı Musa: Bismillah salamun aleykum ALLAH sizi hifz elesin... men insallah sual unvanlamisam ama cavab ya gelmiyib ya men tapa bilmirem zehmet olmasa email-a bir cavab verersizde
Cavab: Salam. Bağışlayın bir sıra problemlərə görə işləyə bilmirdik. Cavablar gecikdiyi üçün üzr istəyirik! Sualınıza cavab verildi, son 50 cavaba nəzər salın!
Sual: Sualı ünvanladı (Ad yazılmayıb) Salam ayetel kursini oxuyub savabin rehmete getmiw yaxinlarimiza hediye ede bilerik? suallara niye cavab gelmir?
Cavab: Salam. Bağışlayın bir sıra problemlərə görə işləyə bilmirdik. Cavablar gecikdiyi üçün üzr istəyirik!



Bəli, bu iş çoxda bəyənilən işlərdəndir!
Sual: Sualı ünvanladı Elmar: Salam.Suallara niye cavablar verilmir?
Cavab: Salam. Bağışlayın bir sıra problemlərə görə işləyə bilmirdik. Cavablar gecikdiyi üçün üzr istəyirik!
Sual: Sualı ünvanladı Şahnaz: Salam kankret qiblenin hansi terfde oldugun diye bilersiz? El arasinda insanlarin deyimi ile, heyvan kesimi ile, qebsanligla filan qibleni teyin etmek dogrudur? Bide axwam gun batdiqdan sora gun batan terefden tek bir dene ulduz cixir bu wua megrib namazinin vaxtini bildirir?? Xahiw edirem cavab yazin Allah razi olsun.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər iki nəfər ədalətli adam deyərsə və yaxud digər deyilənlərdən sizdə inam yaranarsa ki, qiblə bu istiqamətdədir, onda, həmin istiqaməti qiblə götürə bilərsiz. Digər suallarınız mövzumuza aid deyil, üzrlü sayn və əfv edin!
Sual: Sualı ünvanladı Azər: Salam aleykum. Tutuqushunu evde tek saxlamaq gunahdirmi? Adamla unsiyetde olur butun gunu. erkekdir.
Cavab: Salam. Sual mövzumuza aid deyil, üzrlü sayn, əfv edin.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı