Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Anar: Salam wam xütfen sübh namazlarinda hemdsure ve sureni oxuyanda neqeder neçe metirden ses e$idilse meqsede uyqundur nöqtelere göre üzür istiyirem maine olduqumu bilmirdim tewekül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Səsin cövhəri olsun. Əsəs budur. Yəni pıçıltı olmasın, yetər.
Sayt tərəfindən: Üzr istəməyə ehtiyac yoxdur, qardaş. Narahat olmayın.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Salam.biri sefere cixirmis orucunu sefere cixmadan pozub amma getdiyi mesafe az olub.ona keffare gelir amma ehkami bilmediyi ucun bele edib.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Belə bir hala düşmüş insan, oruc olmalı olduğunu həmin gün anlayarsa, günün qalanını daha yemək yeməməlidir. Sonra bir gün qəza edir. Kəffarə də yoxdur.
Sual: Sualı ünvanladı Namova: salam.meni mecbur haram olan meclislere aparirlar.namerhemnen gorusmek istemirem yoldasim deyir dayimnan emimnen qardasimnan gorus menim vezifem nedir cox cetin veziyetdeyem.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu iş olmaz. Bacardığınız həddə razılaşmayın. Amma o yerdə ki, daha mümkün olmur və bu işi etməyiniz zəruri olur, onda zərurət həddinə çatdığı üçün, keçinin.
Sual: Sualı ünvanladı Anar: Salam.sejdede.burunun.yere.deymesinin.
bir.zereri.var.namaza.?.tewekül.
Cavab: Salam. Burunu da möhürə qoysaz, ya iki möhürdən istifadə etməklə və ya bir iri möhürdən istifadə etməklə, bu müstəhəblərdən sayılar.
Sual: Sualı ünvanladı Aybəniz: .1.men sefere gedecem bilmirem nece gun qalacam namazlarimi nece qilim tam yoxsa qesr?seferde olanda boynumda olan kecmis namazlarin qezalarini etmek olarmi?2. ...............
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər 10 günə qədər qalmağınızı bilmirsizsə, onda 30 günə kimi qalsaz, yəni məsələn 3 gün qalırsız və sonar görürsüz daha 7 gün də qalmalısız və 7 gündən sonar görürsüz daha 5 gün də qalmalısız bu cür artıb gəlib 30 gün olsa, 31-ci gündən həm namaz tamdır həmdə oruc tutmalısız.
Sayt tərəfindən: Hər sualın içində yalnız bir suala cavab verə bilərik. Üzrlü sayn!
Sual: Sualı ünvanladı Vasif: Esselamu Aleykum. Sistani agaya teqlid edirem, mahniya ve musiqiye qulaq asmagin haram olub olmadigin oyrenmek isteyirem. Mumkunse daha etrafli cavab yazarsiz.
ALLAh sizlerden razi olsun!
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Fəsad (ləhvo-ləib) məclisində olan musiqilər olmasa eybi yoxdur.
Sual: Sualı ünvanladı Elyar: salam.tezyiqim var ve her gun tezyiq dermani atiram.bugun yatib qaldim ve oyandim ki azan verilir ve azan verile verile dermanimi atdim ve orucumu tutdum.orucum batildi?hokm necedi
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Dərmanı atmanız zəruri idisə, atmasaydız olmazdısa onda eybi yoxdur.
Sual: Salam.tesbehle.zikir.ederken.hz.fatimeni.niyet.edirem.
bilmek.isteyirem.bawqa.müqeddesleri.niyet.edib.tesbehle.zikir.edebilerem?tewekür.
Cavab: Salam. Niyyətiniz hədiyyə etməksə, bəli, başqalarına da hədiyyə edə bilərsiz.
Sual: Sualı ünvanladı Elmar: Salam.Süd verən ana oruc tutmalıdı yoxsa usaq süddən ayrılandan sonra qeza tutmalıdı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Süd ilə yanaşı köməkçi yeməklər verməklə oruc tutması məsləhətdir.
Sual: Sualı ünvanladı Yasemen: salam men iyulun 23 u oruc tutmuwdum biz montin qesebsinde qalirik biz terefde azan verildi 21;22 de men ise orucum deyerler ain ile aciram orda ise 21;26 diydir oruc men ise 21;24:21:25 heyz oldum namaz duzdur yoxsa qeza qilinmalidir
Cavab: Salam. Öyrənin dəqiq vaxt hansıdırsa onunla hesablayın.
Sual: Sualı ünvanladı Elvin: Salam. Moizelerin birinde demisdiler ki aciq askar gunah edenin,zulm edenin ve bir kes ki gunah edir o gunahdan sen agahsan o insani ne qeder haqqa devet etsende oz emelinden el cekmir hemin shexsin de qeybeti halaldi.Buna esaslanaraq - Bir kesin etdiyi gunahi tek men bilirem ve onu askar etmirem.Hemin shexsi haqqa devet edirem ve o pis emelinden el cekmir ve gunah etmekde davam edir. Bu kesin qeybeti halaldi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir.
Sual: Sualı ünvanladı Babək: Salam. Orucluq vaxti bilmeden yemek yemeyin hokum nedir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bilmədən olsa orucu batil etməz.
Sual: Sualı ünvanladı Betul: salam qadinlar hicabin altindan saclarina muyyen vasiteler baglayirlar ki, hicab ortende hem sacin formasi gorsenmesin, hem seliqeli gorsensin. bunun ishkali varmi?
Cavab: Salam. Bu şey nədir? Çacın arxasın dəvə beli kimi yuxarı qaldırırmı? Bu şey barəsində ətraflı yazın, biz cavab alaq.
Sual: Sualı ünvanladı Cavid: salam aleykum.secde halinda eli yere qoyulmus halda zikr demediyin vaxt bilerekden eli surusdurub yerin deyisdirende namaz batil olur? Sitani aganin risalesinde 1040 -ci meselede deyilir ki,eger secdenin zikrini dediyi vaxt yeddi uzvunden birini bilerekden yerden goturse,secdede sert olan bedenin aramligi ile ziddiyet teskil etse,namaz batil olar.hemcinin vacib ehtiyata esasen zikre mesgul olmasa da hokm eynidir. (indi mende bilmek isterdim bu hokm menim sualima aiddir ya yox?)
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bilərəkdən zikr deyərək əlini tərpədərsə namaz batildi. Bilmədən olsa işğalı yoxdu.
Sual: Sualı ünvanladı Mahir: Salam aleykum.tecili rayona getmeliyem.rayon oz vetenim sayilir.namazlari tam qilacam.bes indi orucumu neyniyim? mesafe 220kmdir.ve 10gunden az qalmagi planlaşdirmişam
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Orucu da tutun.
Sual: Sualı ünvanladı Eldəniz: Salam.KAnkret ele bir hal yoxdu sadece olaraq bilmek isteyirem ki.Kankret hansi hallarda usaq saldirmaq caizdir.Zehmet olmasa
Cavab: Salam. Biz dəftərxanadan belə sual soruşa bilmirik. Konkret hal olmalıdır. Üzrlü sayn, əfv edin.
Sual: Sualı ünvanladı İbrahim: .Azan verile-verile namaz qilmaq caizdir?
Cavab: Salam. Bəli, caizdir.
Sual: Sualı ünvanladı Anar: Salam.elüzü.yuyub.qurulamadan.
desdamaz.ala.bilerem?tewekür
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İşğalı yoxdur.
Sual: Sualı ünvanladı Cavid: salam aleykum.sidikle muteneccis olmus beden ve her hansi bir sey uzerine az su nece defe toksek pak olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bədən və libas iki dəfə. Amma sidik məxrəcinə bir dəfə kifayətdir. Qalan şeyləri bir dəfə.
Sual: Sualı ünvanladı Mahir: Salam.bir sual vermek istiyirem.men bakida yawamiwam amma indi yawamiram iwimle elaqedar ezam olunmuwam.men yolda yeni yola cixdigim anda orucumu acmaliyam?ve burda qaldigim muddetde tuta bilerem.onceden tewekkurler
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ezam olunduğunuz yerdə 10 gündən çox qalacağınızı bilirsizsə, niyyət edin və oruc tutmaqla yanaşı namazınızı tam qılın.