www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Anar: Salam.vaxti.girmeden.azan.ve.iqame.demek.olar.azanin.vaxtida.namaza.baslamaq.olar?.tewekür
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, olmaz.
Sual: Sualı ünvanladı Şahnaz: Salam namaz qilanda meni kimler gore biler sadalayn de?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Kamil hicabla qılınan namazda kimsə görsə işğalı yoxdur.



Sayt tərəfindən: Bu suala uyğun cavab verilib. Yəni bu cavab o demək deyil ki, siz bilərəkdən naməhrəmlər içində namaz qılıb rüku və səcdə edəsiz. Bu iş bəyənilmir. Bu cavabda kiminsə sizi görməsindən söhbət gedir.
Sual: Sualı ünvanladı Cabbar: 1.rehmete getmis adama hediyye namazi nece qilinir?niyyetde ne deyilir?subh namazi kimi qilinir? bu namazi tez tez qilmaq olarmi?2)qedr gecesi heyz olarsa dualar etmek olarmi.?3ramazan bayrami ne vaxtdi ve neceye kimi oruc olmaliyam?
Cavab: Salam. Adi sübh namazı kimi qılın və hədiyyə edin. Niyyət müstəhəbdir. Bu namazı tez tez qılmaq olar.



Qədr gecəsi heyz olan qadın, zikr etsin, dualar etsin.



Ramazan bayramı indidən bilinmir. Bayram gecəsi və ya günü deyilir. Siz orucu tutun, bayram olduğuna yəqin etdikdə açarsız.
Sual: Sualı ünvanladı Elyar: Salam.Internetde bilyard oynayiram ve maddi hec bir maraq yoxdu ancaq udana xal verirler.Bu xallar sadece birinciliyi ve sonraki yerleri ayird elemek ucundu.bu oyunu oynamaqin isqali var?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər qumar aləti sayılarsa oynamaq olmaz. Qumar aləti sayılmazsa, onda olar!
Sual: Sualı ünvanladı Elmar: Salam.Bir suala bele cavab vermisiz ki.Orucluqda destamaz vaxti ve ya aqizi sui le yaxalarken ixtiyarsiz aqiza su gederse hemin shexs orucu pozmur ve normal halda orucun tutub axsam iftarin acir ve 1 gune 1 gun de qeza tutur.Yeni ixtiyarsiz su boqaza gedenden sonra qayidib yene su icse ki artiq orucum pozulub su icim bu zaman qesden orucu pozmaq hokmundedi ve 60 gun qezasi var.Bilmeki sterdim ki Orucluq vaxti bilmeden yemek yemek de eyni hokumdedir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər elə bilsə, yəni elə inansa ki, doğurdan da orucu batildir və günün davamında yeyib içsə kəffarəsi yoxdur. Bir gün qəzasını etsin. Bu şərtlə ki, bu işdə Cahili-qasir olmasın.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): 1)eger qadin gunduz heyz olarsa iftara qeder yemeyib icmeyib gozlemelidirmi?yoxsa derhal orucunu acmalidirmi? 2}kecmis ramazan oruclarimda bilmirem sekk edirem istimna etmisem yoxsa yox. qeza etmeliyemmi?mene kefferet dusurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, gözləməli deyil. Yeyib içsin.



Şəkkə görə qəza yoxdur.
Sual: Sualı ünvanladı Cavid: Salam aleykum.men 2 ile yaxin isde mene verilmis qeyri islami olkeden getirilmis deri ayaqqabi ile islemisem menimde ayagim ayaqqabinin icinde terleyib mende bu halda destamaz alib nemaz qilmisam sonradan bilmisem ki geydiyim ayaqqabi qeyri islami olkeden getirilmis ayaqqabidi mende necis ayagima mesh etmisem indi menim qildigim namazlari qeza etmeliyem ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Namazlarınızın işğalı yoxdur. Çünki burda yəqin yoxdur.
Sual: Sualı ünvanladı Mahir: Sual: Salam aleykum.oruc halda surmeden istifade etmek olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Sürmə orucu batil etmir.
Sual: Sualı ünvanladı Mahir: Sual: Allahın salamı olsun sizlərə. Jurnalist dostlarımız bölgələri gəzərək oranın tarixi- mədəni abidələrini araşdırırlar. Və bunu əks etdirən video və şəkilləri sosial şəbəkədə (facebook və odnoklasnik kimi) və youtubda yayırlar. Sosial şəbəkədə fəaliyyət göstərən bəzi səhifə və qruplar bu şəkilləri icazəsiz götürərək, müəllif adların qeyd etmədən özlərinin rəhbərlik etdikləri səhifə və qruplarda, o cümlədən öz şəxsi profillərində paylaşırlar. Dostlarımız sizdən soruşur, onların etdikləri bu iş doğrudurmu? Onların bunu etməyə haqqı çatırmı? Bu məsələnin hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qanunları pozmaqdan ehtiyat etmək lazımdır.
Sual: Sualı ünvanladı Mahir: Əksər dini saytlarda belə bir yazıya rast gəlirik. “İstinad etməyinz vacibdir,” İstinad olunmadan götürülən məlumatlara halallıq verilmir” və s bu kimi qadağalar. Məgər bu dini məlumatların yayılmasının qarşısını almaq deyil? Tutaq ki mən saytdan bir şəri məsələni dostuma göndərirəm vacibdir ki dostuma deyim ki, bu məsələni filan saytdan götürmüşəm? Şəriətdə bu məsələnin hökmü necədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qanunları pozmaqdan ehtiyat etmək lazımdır.
Sual: Sualı ünvanladı Mahir: Salam.Menim atam 19 ildir ki ataliq vezifesini yerine yetirmir.Yeni,men anamla qaliram,atami da 19 il ne gorurem,ne xeberim var. Sadece bilirem ki,ayri ailesi var,ve bir bawqa qizida var.Men aile heyati quracam tezlikle, kebinde icazeni kim vermelidir? sistani.Aga
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Siz ona bir telefon açıb, kəbin üçün icazə istəyin. İcazə versə verib. Yox əgər desə ki, mən sizin işə qatışmıram onda babanız varsa babadan iczə alınmaldır. Yox babanız yoxsa, ixtiyar öz əlinizə keçir. Bu şərtlə ki, siz artıq "rəşidə" bir qız hesabında olmalısınız. Yox əgər "rəşidə" deyilsizsə, şəri hakim sizin nigaha girməniz üçün izn verməlidir.
Sual: Sualı ünvanladı Eldaroğlu: Salam xais edirem etrafli yazasiz.oruclu adam cime bilermi?bele basa dusdum ki,ancaq butovlukde suya batmaq olmaz amma dus altinda cimmek olar duzdu?minnetdaram..
Cavab: Salam. Sistani-dəftərxana: Bəli, çimmək olar.
Sual: Sualı ünvanladı Azer: Heyat yoldashim ucun hansi ayeleri qulaq asmagini temin etsem dunyaya gelecek uwaq ucun daha xeyirli olar? Azerbaijan dilinde yoxsa ereb dilinde olsa meslehetli olar?
Cavab: Salam. Sualınız mövzumuza aid deyil. Dəftərxanalar belə suallara cavab vermir. Əfv edin!
Sual: Salam. Seferde olarken namazlari oldugu reketle qilmaq olarmi? Meni zohr esr. 4reketle qilmaq?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Olmaz. Qəsr olması vacibdir.
Sual: Salam.Qeza namazlarini gunun istenilen vaxti qilmaq olar da bir mehdudiyyet yoxdur ki?yeni, sam namazin gunorta qilmaq olar? Eziyyete gore tewekkurler.ALLAH razi olsun...
Cavab: Salam. Bəli, olar.
Sual: Sualı ünvanladı Anar: Salam.men.oruc.tuturam.amma.her.gün.niyet.etmirem.orucumu.pozmadan.tutmu$am.bilmek.isteyirem.her.gün.niyet.etmeliyem.yoxsa.adi.qaydada.niyet.etmeden.axira.kimi.oruc.olduqumu.bilsem.yeter.xaiw.edirem.etrafli.cavablandirin.?.tewekül
Cavab: Salam. Hər gün xüsusi niyyət vacib deyil. Orucunuz səhihdir. Amma müstəhəbdir.
Sual: Sualı ünvanladı Elyar: Salam.Internetde bilyard oynayiram ve maddi hec bir maraq yoxdu ancaq udana xal verirler.Bu xallar sadece birinciliyi ve sonraki yerleri ayird elemek ucundu.bu oyunu oynamaqin isqali var?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qumar aləti kimi tanınmazsa oynamaq olar. Qumar aləti kimi tanınarsa oynamaq olmaz.
Sual: Sualı ünvanladı Elmar: Salam.gunun 2-ci yarisi bele sefere cixsam oruc tutulmalidi?2 ya da 3 gun seferde olacaqi bellidi
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Günün ikinci yarısı çıxdığınız üçün həmin orucu saxlayırsız. Səhəri gündən isə şəri məsafəni keçdiyiniz üçün və səfərdə olduğunuz üçün müsafir hökmündəsiniz.
Sual: Sualı ünvanladı Elməddin: Salam.Bele bir sual ve cavab var-Sualı ünvanladı Anar: Salam.ova.getmek.olar.weriyet.icaze.verir.?.tewekür Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ov halaldır. Amma əyləncə üçün olsa, haramdır.Ov halaldi deyende tufengle vurulan halal heyvan olmeden bismillahlla uzu qibleye lerse halaldi yoxsa nece?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ovçu heyvanı kəsici güllə ilə vurmalıdır. Əgər ovçu heyvanın başı üzərinə çatanda ov hələ diri olarsa, onun başını şəri qayda ilə kəsməlidir. Yox əgər ovçu çatanda heyvan artıq ölübsə bu şərtlərlə ov pak olur:

1. Güllə atanda Allahın adı söylənilsin;

2. Güllə kəsici olsun.
Sual: Sualı ünvanladı Cavid: salam aleykum.eli ayaq barmaqlarinin ucundan baslayaraq barmaqlarin ustune ve bir az artiq hissesine (ayagin ustunun 2-de 1-hissesine) qoyub topug istiqametinde mesh ceksem bu mesh duzgun sayilir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İşğalı yoxdur.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı