Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Eldaroğlu: salam.Oruc tutan adam kandesenerli otaqda oturub ,yata bilermi?deyirler bu sunii serinlik oldugundan oruc batil olur bu dogrudurmu?tesekkurler..
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bilər! Batil olmur.
Sual: Sualı ünvanladı Elmar: Salam.Zikr zamani 34 defe Allahu ekber dedikden sonra 33 defe elhemdilullah dedikden sonra ve 33 defe subhanallah dedikden sonar salavat deyirem bu caizdir yoxsa bu zikrlerin batildi?
Cavab: Salam. Bu suala cavab verilib. Amma təkrarən deyək ki, zikrləri bitirdikdən sonra deyirsizsə heç bir problem yoxdu.
Sual: Sualı ünvanladı Elyar: Salam.Boynumda qusul olmaya-olmaya cenabet qusulu almaqim caizdir?ve ya bu halda yeni Boynumda qusul olmaya-olmaya cenabet qusulu alib namaz qilsam namazim batildi?
Cavab: Salam. Bu suala cavab verilib. Ümumiyyətlə çox cavab verdiyimiz sualları, yenidən göndərirsiz. Arxivə diqqətlə baxın.
Sual: Sualı ünvanladı Mehemmed: Salam haminizin cumeniz mubarek bir meslehet almaq isderdim sistani agadan bu ay hansi zikirleri cox edim ve hansi dualari oxuyum quranin hansi surelerin cox oxuyum mene cox vacibdi melumatlandirin ALLAH RAZI OLSUN SIZDEN VE SISTANI AGADAN zehmetinizi halal edin qardaslarim
Cavab: Salam. Üzrlü sayın, belə sullara cavab verə bilmirik. Mövzumuza aid deyil.
Sual: Sualı ünvanladı İbrahim: Salam Qardaw Dövrde 124Min Peyğember Olub O Peyğemberlerden Hec Olmasa 1De Olsa Söz Vere Ama Sözun Tutmaya Yeni Sözüne Emel Elemeye Olub??
Cavab: Salam. Sualınız mövzumuza aid deyil. Üzrlü sayın.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): salam biri bankdan pul goturub is qurmaq isteyir faizide coxdu yoldasimida serik qosur.ordan gelen gelir halaldi haramdi ve haramdisa menim vezifem nedir cunki mende o qazancdan istifade edecem.xahis edirem cavablandirin bu meseleye gore cox narahatam
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bankdan pul götürmək caiz deyil. Yalnız məcbur olduqda və zərurət yarandıqda bu iş olar.
Sayt tərəfindən: Məqsədiniz budursa ki, yoldaşınız halal harama baxmayıb, bu pulu götürsə, siz nə etməlisiz, onda lütf edib yenidən sual ünvanlayın. Biz belə fərz etdik ki, bu işin icazəsiz olduğu təqdirdə yoldaşınız bu işdən daşınacaq.
Sual: Sualı ünvanladı Ali: Salamun eleyke xaiw bu sualin cavabin deyerdizde Niye gece namazi peygemberlere vacib idi bize, ise mustehebdi?
Cavab: Salam. Sualınız mövzumuza aid deyil, üzrlü sayn.
Sual: Sualı ünvanladı (Ad məxfi) : salam üzr isdırəm qız uşaqlarinın boynuna cənabət quslu gətıren mayyenın nece oduğunu konket yaza bılərsız xahiş edırem çox çətınlık çekırem yazsaz mailə yazın Allah razı olsun.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Cənabət qüslünün əlaməti budur ki, maye ləzzət və şəhvətlə xaric olsun. Belə olmazsa həmin qadının boynuna cənabət qüslü gəlməyib.
Sayt tərəfindən: Açıq yazdıq ki, başqa xanımlar da öz hökmlərini bilsinlər.
Sual: Sualı ünvanladı Eldəniz: Salam.Bele bir sual ve cavabi var ki-Elimde ev tikmey ucun yigdigim pul var ve bu yaxinlarda Allahin komekliyi ile bawlamaq istiyirem. Amma pulun xumsu verilmiyib. Bunun hokmu nedir? Xums verilmelidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Pulun qalması bir ili keçibsə, ona xüms gəlir.
Sual: Sualı ünvanladı Eldar: Salam.Qeyd etmisiniz ki seyyidə zəkat haramdır.Seyyid saq olduqu halda bu haramdir yoxsa vefatindan sonar?Yeni vefatindan sonar ziyaretgahi var ora gedib nezir veririk.
Cavab: Salam cavab verilib. Arxivə baxın.
Sual: Sualı ünvanladı Günel: Salam bacim namaz qılandı ındı ısə oruc tutr ondan rengı dəyşık mayye gəlır hədsiz dərəcədə cox və şehvətinın oyaq olmadığinı dıyır o, qüsul almalidi yoxsa ıbadətlərı duzdür.
Cavab: Salam. Orucun davam etsin. Amma siz bizə o mayenin xasiyyətin yazın. Rəngi, qəlizdir ya duru? Aylıq adətdən sonra gəlir? Biz də dəqiq hökmü deyək. Çünki hazırkı sualda naqislik var tam cavab vermək olmur.
Sual: Sualı ünvanladı Eldaroğlu: salam.Namazda axirinci vacib hansidir?yeni tesehhub,salamlar ve ya axirinci 3 Allahu Ekber?
Cavab: Salam. Təşəhhüd və üç salamdan sonuncusu vacibdir. Qlanı müstəhəb.
Sual: Sualı ünvanladı Elmar: Salam.Cinsi rabiteden sonra qusul olmadiqi halda teyemmum edirem.Teyemmum etmemisden qabaq aleti paklamaq lazimdi?su olmasa nece?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Su ilə paklamaq imkanı olarsa alətdə olan murdarlıq paklanmalıdır. Yox su olmazsa onda elə o halda təyəmmüm olunmaldır.
Sual: Sualı ünvanladı Ülvi: Salam.Oruclu halda dis fircalalamaq olar?eger olarsa ixtiyarsiz su gederse oruc batil olurmu?yaxud gedib getmemesinde $ekk etse hokmu nedir.orucun qezasi vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, ixtiyarsız su gedərsə oruc batil olur. Həmin orucu batil etmir, axşama kimi saxlayır. Amma sonrakı günlərdə qəzasını tutur. Amma şəkk etsə, boynunda bir vzifəsi yoxdur və həmdə orucu batil deyil..
Sual: Sualı ünvanladı Anar: Salam.üzür.istiyirem.tualete.gedende.aletimden.bir.damci.sperma.gelir.?.tewekür
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Məqsədiniz orucun batil olmasıdırsa, sizdən xaric olan o bir damcı su sperma olmamalıdır. Yəqin siz onu səhv salırsınız. Cünki spermanın əlamətləri var. Məsələn, sperma xaric olduqdan sonra bədən süstləşir, S\sperma ləzzətlə xaric olur. Xülaseyi-kəlam, əgər o damcının sperma olmasına şəkk etsəniz, orucunuz səhihdir və boynunuzda heç bir vəzifə yoxdur. Yox yəqinə çatsaz ki, xaric olan spermadır, onda oruc batildir və qəza olunmalıdır. Cənabət qüslü də verilməlidir.
Sual: Salam. Sualı ünvanladı Namazov: salam xums illik gelirinin 5/1 di yoxsa xums gunu goturub hemen gun elinde olanin 5/1 di
Cavab: Salam. İl boyu nə qazandız və nə xərclədizsə ona xüms yoxdur. Xüms günü illik xərcinizdən əlavə sizin cibinizdə nə qalsa xüms ona gəlir.
Sual: Sualı ünvanladı Mahir: Salam.Subay oglanin ozunden balaca lakin aileli olmus 1usagi olan qadinla evlenmeyine ailesi qarsi cixir xanimi hec tanimadan.Xanim namaz ehlidi imanli,terbiyyelidir.Lakin oglanin ana atasi subaysan olmaz deyib mane olurlar.Oglanin ailesinden asliligi yoxdur.Eger onlari dinlemeyib aile qursa bosanmis usagli qadinla gunah etmis olacaq ?
Sistani agaya
Cavab: Salam. Özündən balaca ya böyük, fərqi yoxdur. Necəki, İslam peyğəmbəri özündən 15 yaş böyük olan xanım Xədicə ilə ailə qurdu.
Ayətullah Sistani-dəftərxana: Belə bir evlilik səhihdir. Amma valideynlərin narazılığına səbəb olan işdən pəhriz etməniz məsləhətdir.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam Aleykum.size 1 sualim var,zehmet olmasa cavablandirin.Teqlitsiz namaz batildi? He yox.Qabaqcadan tesekkur.
Cavab: Salam. Siz təqlid etmirsizsə, biz sizə cavab verə bilmərik. Çünki biz təqlid əhlinin suallarına cavab veririk. Amma hər hansı bir Mərcei-təqlidin nəzərini istəsəz, onda sualı yenidən ünvanlayın və mərcei-təqlidlərdən birini seçin.
Sual: Sualı üvanladı Mahir: Sual: Size gonderdiyimiz suala deyəsən səhv cavab verilib.
Sual: Sacimi ayagimi kimlerin yaninda aca bilerem sadalayin de zehmet olmasa?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Başqa qadınların yanında və ərinizin yanında. Bundan başqalarının yanında (Əmi, dayı, qardaş, ata, baba) baş və ayaqları açmağınız bu şərtlədir ki, fəsad ehtimalı olmasın. Yəni ki, bu adamların yanında baş və ayağı açmaq o demək deyil ki, onların yanında ifrat açıq-saçıq olmaq olar. Məsələn baş açıq olarsa bu o demək deyil ki, sinə də açıq olsun. Ayaq açıq olarsa, bu o demək deyil ki, bu açıqlıq baldırlara qədər ola bilər. Yəni, fəsad ehtimalı veriləcək məqamlardan qorunmaq lazımdır. Amma bunlardan (Əmi, dayı, qardaş, ata, baba) başqalarının yanında baş və ayaqları açmaq mütləq surətdə haramdır. İstəyir şəhvət ehtimalı olsun, istəyir olmasın. Birdə ehtiyati-müstəhəbbə əsasən məsihi və nəsrani qadınların yanında da öz bədənini açmasın.
Sual: Amma bunlardan (Əmi, dayı, qardaş, ata, baba) başqalarının yanında baş və ayaqları açmaq mütləq surətdə haramdır. Qız öz qardaşın yanında başı acıq gəzə bilməz?
Cavab-al: Başı açıq gəzə bilər. Amma məhrəm sözü o demək deyil ki, açıq-saçıq geyinmək baxımından heçbir sərhəd gözlənilməməlidir. Ərlə-arvaddan başqa. Hətta bir qadının başqa qadına məhrəmliyində də sərhəd var. Məsələn, övrət örtülməlidir.
Cavab: Salam. Dəftərxana ilə əlaqə saxlayıb, əlavə açıqlama aldıq. Yuxarıda da qeyd etdik.
Sual: Sualı ünvanladı Sinan: Kelmeyi-sehadetde "emirell mömininnen eliyyen veliyullah" dimey mustehebdi yoxsa vacib? Mekarim sirazi agaya teqlid edirem.
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Bəli, müstəhəbdir.