Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Elşad: ALLAHIN salami olsun her birinize eziyyet cekib bizlerin qulluqumuzdasiniz.menim qaynanam gilde uzr isteyirem hamam ve tualetde su ve qaz sayqacsizdir(yeni evde bashqa yerlerde sayqacladir hamam ve tualete gizlin cekilib)men indiye kimi bilmemezlik uzunden bu hamamda qusul ve destemazlar almisham menim indiye kimi bu destemaz ve qusulla qildiqim namazlarim nece olacaq.evvelceden teshekkurumu bildirirem
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: İşğalı yoxdur. Amma bu şərtlə ki, həmin suyun pulunu su idarəsinə ödəyin.
Sual: Sualı ünvanladı Ferrux: Salam. Bezi munafiq...
Cavab: Salam. Şəxsi E-mail yazın. Cavab e-maillıqdır.
Sual: Sualı ünvanladı Eli: Salam. Mekarim aga teqlid edirem. Möhursuz namaz batildi??
Cavab: Salam. Ayətullah Məkarim dəftərxana: Möhür olmazsa, onda yerdən hesablanan şeylərdən hansısa birinə alını qoymaq lazımdır. O da bu şərtlə ki, həmin şey yeyiləsi və geyiləsi olmasın.
Sual: Yazdı Anar: Salam.necesiniz.haminizi.salamliyir.ve.sizi.yeni.bütün. zehmeti.keçenleri.ve.sayit.feyallarini.mübarek.ramazan.ayi.münasibeti.ile.ürekden.tebrik.edirem.ALLAH.orucunuzu,qildiqiniz.namazlari.oxuduqunuz.müqeddes.qurani.kerimi.ve.etdiyiniz.bütün.xeyir.dualarinizi.ürekde.olan.pak.arzularinizi.qebul.etsin.in$allah.amin...
Cavab: Salam. Çoxsağol əziz qardaş. Vəzifəmizdi. Bağışlayın ki, sizə layiq xidmət edə bilmirik.
Sual: Sualı ünvanladı Aynur: SALAM. zehmet olmazsa deyerdiz hacet namazi nece qilinir?
Cavab: Salam. Sübh namazı kimi qılınır. Yəni iki rəkətli olaur. Yalnız niyyət fərq edir-olur müstəhəb hacət namazı.
Sual: Sualı ünvanladı Anar: Salam.müsteheb.qüsul.hansi.halda.alinir.?tewekür
Cavab: Salam. Məsələn cümə günü cümə qüslü verilir ki, bu qüsl müstəhəbdir. Yaxud tövbə etmək istəyən adam tövbə qüslü verir ki, bu da müstəhəbdir.
Sual: Sualı ünvanladı Namazova: salam.etdiyim gunahlar ucun tovbe etmek isteyirem nece edim ki,butun gunahlarim bagislansin.tovbe namazi var.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Tövbə qüslü var. Adi qüsl kimidir. Sadəcə niyyət fərq edir.
Sayt tərəfindən: Səmimi qəlblə Allaha tərəf qayıtmanız yetər. Yetər ki, keçmişinizdən peşmansız və bundan sonra Allah buyuruqlarına əməl edəcəksiz. Bu fikirlə tövbə qılın. Allah bütün günahlarınızdan keçər. Başqalarının sizin boynunuzda haqqı varsa, onların haqqını qaytarın.
Sual: Sualı ünvanladı Anar: Salam.oruc.olduqda.öpüwmek.olar.hansisa.taniwla.?tewekür
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İşğalı yoxdur. Amma naməhrəm olmamalıdır öpüşdüyünüz adam.
Sual: Sualı ünvanladı Zaur: ZEHMET OLMASA DEYERDİZ 1Cİ BU İL RAMAZAN AYİ İYUL AYİNİN NECESİ BAŞLAYİR.2Cİ BU İL RAMAZAN AYİ NECE GUNDU?ALLAH DADINIZA CATSIN BIZE COX KOMEK OLURSUZ.ALLAH SIZI EHLIBEYTLE MEŞHUR ETSİN.AMİN iNŞALLAH.TEŞEKKURLER.
Cavab: Salam. Bu şeylərə siz özünüz yəqin etməlisiz. Özünüz araşdırın. Biz dəqiq söz deyə bilmərik. Amma Ramazan ayının neçə gün olması öncədən məlum olmur. Bayram günü bilinir.
Sual: Sualı ünvanladı Ekrem: Salam.ağa mən iki il bundan öncə gözümnən əməliyyat olmuşam indi şükür yaxşıyam ancaq hər gün mütəmadi dərman qəbul eliyirəm və gözümə damcı tökürəm bilmək istərdim mən oruc tuta bilərəm qəbul elədiyim dərmanlar orucu pozmaz?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Gözə damcı tökmək orucu pozmur.
Sayt tərəfindən: Əgər siz gözə dərman tökməkdən başqa hansısa dərmanları ağızla udursuzsa, onda yenidən sual yazın.
Sual: Sualı ünvanladı Rasim: salam aleykum...destemaz aldiqdan sonra sugaret cekmek destemazi pozurmu? minnetdaram.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, pozmur.
Sual: Sualı ünvanladı Malik: Salam aleykum men bilmek istiyirem ki fatihe suresinde velez zalin yoxsa veled dalin demek lazimdi.
Cavab: Salam. Bu məsələ səsə aiddir. Siz bunu sizə yaxın olan bir məscidin imamından soruşun.
Sual: Sualı ünvanladı Mahir: Mən orucluqda özümə hakim ola bilmirəm. Yəni ki, şəhvət hislərimə hakim ola bilmirəm. Və istimna edirəm. Belə olduqda da boynuma kəffarə gəlir. Belə olan surətdə oruc tutmasam olarmı? Bir yol göstərin, vəzifəm nədir? Nəyə əməl etməliyəm?
Cavab: Salam. Sual təkrardı. Suala cavab verilib. Arxivə baxın.
Sual: Sualı ünvanladı Anar: Salam.teriqet.sözünün.menasi.nedir.?.tewekür
Cavab: Salam. Üzrlü sayn. Sual mövzuya aid deyil. Amma bir kəlamda, yəni məzhəb.
Sual: Sualı ünvanladı Elbey: Salam.Subh.zohr,esr,sham ve xiften namazlarinin qezaya getme vaxtlari ne vaxta qederdi?
Cavab: Salam. Namaz vaxtları barəsində arxivdə eynən sizin bu suala cavab verilib. Lütf edin onu tapın. Yaxın arxivdədir. Əgər tapa bilməsəz yenidən sual ünvanlayın, özümüz tapıb təkrar göndərək.
Sual: Sualı ünvanladı Babək: Salam.Namazda esnasinda shekeleyirem ki hele birinci riketdeyem v eve ikinsini de qiliram ve 3-cu rikete kecdikde yeqine catiram ki Fatihe suresini 3 defe demisem yeni menim zohr namazim artiq 5 riket olacaq.Bu halda men ne etmeliyem?
Cavab: Salam. Sualı aydın yazın. Anlaya bilmədik.
Sual: Sualı ünvanladı Elzamin: Salam.Ferec duasinin metninde ya Erhemer rahimin cumlesi yoxdur bes bu cumleni demek caizdir?
Cavab: Salam. Duadan ayrı bir zikr kimi deməyin eybi yoxdu.
Sual: Sualı ünvanladı Elmar: Salam.Zikr zamani 34 defe Allahu ekber dedikden sonra 33 defe elhemdilullah dedikden sonra ve 33 defe subhanallah dedikden sonar salavat deyirem bu caizdir yoxsa bu zikrlerin batildi?
Cavab: Salam. Zikr tamam olandan sonra deyirsiz, heçbir işğalı yoxdur.
Sual: Sualı ünvanladı Elyar: Salam.Boynumda qusul olmaya-olmaya cenabet qusulu almaqim caizdir?ve ya bu halda yeni Boynumda qusul olmaya-olmaya cenabet qusulu alib namaz qilsam namazim batildi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Boynunuzda qüsl olmaya-olmaya bu işin mənası yoxdur. Əgər cənabətiniz olmadan belə qüsl alsaz və dəstəmaz almadan namaz qılsaz, həmin namaz dəstəmazsız namaz hesabındadır və batildir. Təzələyin.
Sual: Sualı ünvanladı Eldəniz: Salam.Bele bir sual ve cavabi var ki-Elimde ev tikmey ucun yigdigim pul var ve bu yaxinlarda Allahin komekliyi ile bawlamaq istiyirem. Amma pulun xumsu verilmiyib. Bunun hokmu nedir? Xums verilmelidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Pulun qalmaq müddəti 1 ili keçibsə, xums verilmelidir.Bes eger bu shexs ozu kiraye qalir ve ozu ucun ev tikecey yeni ozune ikinci bir ev tikdirmir bu halda da pulun qalmaq muddeti 1 ili kecerse xums verilmelidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Hökm elə əvvəlkidir. Yəni pulun qalması ili ötübsə, xümsü var. Amma siz vəzyətinizi müctehidin nümayəndəsinə danışsaz, o sizdən xümsü götürüb sonra onu sizə borc kimi verə bilər ki, siz həmin borcu sonra qaytarasız.