www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Eldar: Salam.Qeyd etmisiniz ki seyyidə zəkat haramdır.Seyyid saq olduqu halda bu haramdir yoxsa vefatindan sonar?Yeni vefatindan sonar ziyaretgahi var ora gedib nezir veririk.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qeyd etdiyiniz bəxşişlər, insanların vacibatından deyil. Yəni müstəhəblərdəndir və heç bir işğalı yoxdu. Əlbəttə seyyidin seyyidə fitrə və buki şeyləri verməsi olar. Problem adi insanın seyyidə bukimi ödəmələrindədir. O da ki, vacibi ödəmə. Bəxşiş yox.
Sual: Sualı ünvanladı Elmar: Salam.Cinsi rabiteden sonra qusul olmadiqi halda teyemmum edirem.Teyemmum etmemisden qabaq aleti paklamaq lazimdi?su olmasa nece?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Su olsa lazımdır. Olmasa elə o halda da olar.
Sual: Sualı ünvanladı İbrahim: Salam qardaw.Qardawim qusullu halda mescide girmek olar veya mescidin heyetine? Birde qardawim xaiw yazdiğim suallara cavab yazin.sualim 1heftedi qalir
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qüsüllü halda məscidə girmək olmaz. Amma məsciddə nəyinizsə qalarsa və ya məscid elə bir yol üstə qərar tutarsa ki, ordan keçməlisiniz, onda bu halda icazə var. O da bu şərtlə ki, məscidin iki qapısı olsun. Birindən girib o birindən xaric olasız. Məscidin həyəti məscidin səhnindən (ərazisindən, məscidin öz tərkibindən) olmazsa, həyətə girməyin işğalı yoxdur.
Sual: Salam. Məm sizə belə bir sual göndərmişdim. Sual: Salamun aleykum. Mən bir yerdə (TİENS-də) müqavilə bağlamisam.Mənlə muqavilə bağladılar. oranin işçisi oldum. Kod verdilər. O kodla dünyanın hər yerində onlarin şirkətində 25 faiz ucuz qiymətə məhsul ala bilərəm. Şərt o idi ki, 300 manatlıq məhsul satandan sonra mənə hər satdığım məhsula gorə 19-40 faizə qədər gəlir gələrdi. Üstəgəl kim mənlə müqavilə bağlayıbsa həmin adamların da satışından gəlir gəlir. Bu cür iş şəriət baxımından düzgündür? Zəhmət olmasa izah edin. Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bir işğalı yoxdur. Bi suali www.sistani.org-a da göndərdik. Amma ordan tam əksi olan fətva gəldi. o sual və cavabı sizə təqdim edirik. Sual:Salam. Mən bir yerdə müqavilə bağlamisam.Mənlə muqavilə bağladılar. oranin işçisi oldum. Kod verdilər. O kodla dünyanın hər yerində onlarin şirkətində 25 faiz ucuz qiymətə məhsul ala bilərəm. Şərt o idi ki, 300 manatıq məhsul satandan sonra mənə hər satdığım məhsula gorə 19-40 faizə qədər gəlir gələrdi. Üstəgəl kim mənlə müqavilə bağlayıb həmin adamların da satışından gəlir gəlir. Bu cür iş şəriət baxımından düzgündür? Cavab:Allahın adı ilə İcazəli deyil. Lakin əgər kafirlərdən xeyir əldə etsəniz halaldır. اشكال دارد ولى اگر از کفار سودی ببرید حلال است Uğurlar diləyirik www.sistani.org S.Ə.H. Sistaninin dəftərxanası – Sual-cavab bölməsi Bu necə ola bilər ki eyni suala Sistani aga tam fərqli cavablar versin. Zəhmət olmasa izah edin. O sayt məgər Sistani aganın deyil?
Cavab: Salam. Cavab-al.com: Biz sualı verəndə (TİENS-də) kəlməsi ilə ünvanlamışdıq. Sizin birbaşa dəftərxanaya verdiyiniz sualda bu kəlmə olmayıb. Ona görə bizim suala cavabda bəna qazanc əldə etdiyiniz adamların "Küffar" olduğuna qoyulub. Əks təqdirdə, isə birbaşa aldığınız cavabın ikinci hissəsi yəni, işğallı olmasıdır-hökm.
Sual: Sualı ünvanladı Anar: Salam.orucluqda.günüz.boynuma.qüsul.gelse.yeni.sperma.xaric. olsa.orucum.batildir.yoxsa.qüsul.versem.orucum.düzdü.?xaiw.edirem.tez.cavablandirin.tewekül.edirem.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər bilərəkdən olubsa oruc batildir və kəffarəsi də var.
Sual: Sualı ünvanladı Mahir: Mən ankoloji xesteyem.ilbe il veziyyetim pislesir.3 ildiki mene qirmizi serab icmeyi tovsiye edibler. dediler qanim yeyilir cox asagidi men icmedim.qorxdum.indi qanim deyilene qore tamam 80 50% dusub.. men namaz qilan oruc tutan meşedi xanimam.neyneyim.bilmirem.ele bilirem icsem Allah cezalandiracaq.qorxuram gunah olar.Mən neyləyim?
Cavab: Salam. Sizin şərab içməkdən başqa müalicə yolunuz yoxdurmu? Bunu bizə yazın və cavab alaq. Xahiş edirik, ikinci dəfə sual yazanda bu sual-cavabı da bizə təkrarən göndərin. Sual çoxdu deyə, məsələni xatırlaya bilək. Təşəkkür.
Sual: Sualı ünvanladı Mahir: 1.Sosial şəbəkələrdə belə bir söz-sobət gəzir ki, guya İmam Xomeyni belə deyib: “ .....................
Cavab: Salam. Sualınız mövzumuza aid deyil. Amma bir kəlamda söyləyək ki, bu sözlər böhtandır.
Sual: Sualı ünvanladı Mahir: Xahiş edirik bu sual və cavabları araşdırın. Müctəhidlər həqiqətən də bu suala belə cavab veriblər? Sualı ünvanladı MAhir: Mobil operatorların kredit xidmətlərinden istifadə etmək halaldırmı? Belə ki, biz, müştəri olduğumuz mobil operatordan məsələn, 2 (iki) manatlıq balans borc götürdükdən sonra, növbəti dəfə biz, balansı artırarkən həmin operator bizim balansıməzdan 3 (üç) manat borc çıxır. Belə bir alış-veriş caizdirmi? Cavab: Ayətullah-uzma Seyid Ali Sistani: Bəli, caizdir. Ayətullah-uzma Seyid Ali Xamenei: Bəli, caizdir. ....
Cavab: Salam. Biz bu barədə dəftərxanaya müraciət etmişdik. Bizə cavabda deyildi ki, pul vurub, üstündə artıq pul alsalar bu haram və riba sayılır.

Bugün yenidən əlaqə saxladıq və söylədilər ki, bizim sualı səhv anlayıblar. Biz deyəndə 2 manat yükləyib əvəzində çox pul alırlar, onlar belə zənn edib ki, bu 2 manatı hər gün gecikdirsən, üstünə daha əlavə pul gəlir, və belə olsa haram sayılır. Amma indiki kimi, yəni konkret 2 manat verib, əvəzində 3 manat alırlarsa, bunun işğalı yoxdur.



Cavab-al: Anlaşılmamazlığa görə üzr istəyirik.



Ayətullah Sistani və Ayətullah Xamenei-dəftərxana: Bu işin işğalı yoxdur. (Mobillə danışmaq üçün, pulu kreditə götürüb, əvəzində məlum olan, hər gün artmayan bir məbləğin arıq verilməsinin işğalı yoxdur.)
Sual: Sualı ünvanladı Mahir: Salam Aleykum.Bizim evde bir wekil var, xeyalen Peygemberimiz ve Ehli-Beyti tesvir olunub.Shekilden anlamaq olur ki,bu kesler nezerde tutulub.bucur sekil haramdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: O şəkillər düzgün deyil. Eyni halda onlara ehtiramsızlıq da etmirik.
Sual: Sualı ünvanladı Mahir: Salam. Ayetullah-Sistani agaya gore:Spirtli Icki satilan magazada iwlemek olar? Tewkkur.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Spirtli içki satsaz bu işdə işləmək olmaz. Amma həmin mağazada başqa işdə işləsəz, məsələn süpürgəci və sair bukimi şeylər, onun eybi yoxdu.
Sual: Sualı ünvanladı Mahir: Salam men Xamneyi agaya teqlid edirem.qarisiq doyusle yani qaydasiz doyusle mesqulam.ama mueyyen qaydalari var.bu idman novu sayilir.cunki bir cox idmanin qarisiginnan yaranib.bu idman novuyle mesqul olub yarisa getmeyin hokmu nedir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Cana ciddi zərər ehtimalı var deyə bu döyüş növü ilə məşğul olmaq caiz deyil.
Sual: Sualı ünvanladı Mahir: Salam. Oruc olarkən gözə kapsula dərman tökmək olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, olar!
Sual: Sualı ünvanladı Mahir: Selamun aleykum. Cumeniz mubarek olsun. Oruclug gelir her insan oz mucdehidinin fetfasina esasen baslamalidi oruc tutmaga?yeni men Sistani agaya teqlid edirem onun defterxanasinan xeber gelseki ay basliyib onda tutmaliyig? Elecede ayin sonunda
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Meyar yəqin eldə etməkdir.
Sual: Sualı ünvanladı Anar: Salam.iftar.azana.kimidir.yoxsa.namaz.bitdikden. sonra.bes.imsaq.ne .vaxt.olur.azana.kimi.yoxsa.namaz.vaxti.bitene.kimi.?.tewekür.
Cavab: Salam. Azan oldu ki, orucu açmaq olar. İmsak da azan başlayana kimidir. Sübh azanı başlayanda insan artıq yeyib-içməyi saxlamış olmalıdır...
Sual: Sualı ünvanladı Mahir: Salam alaikum.Hedislerde xoruzun banlamasi ile azan vaxtlari arasinda elaqe varmi?
Cavab: Salam. Sualınız mövzumuza aid deyil. Amma bir kəlamda deyək ki, hədislərlə xoruzun banlaması ilə namazı vaxtı arasında nəsə rabitə var. Amma bizim bunu araşdırmağa vaxtımız yoxdur deyə üzrlü sayn.
Sual: Sualı ünvanladı Mahir: Salam alaikum.Hedislerde xoruzun banlamasi ile azan vaxtlari arasinda elaqe varmi?
Cavab: Salam. Bu barədə hədislərdə məlumat var. Amma sual mövzuya aid deyil. Üzrlü sayn, belə sualların cavabını əldə etməyə geniş imkanlarımız yoxdur.
Sual: Yazdı bir qardaş: Esselamu eleykum. Qardawim, sizden artiq derecede xahis edirem. Menim atam 3 ile yaxindirki iwlemir, pulsuzluqdu, cox cetin dolaniriq. Artiq derecede sizden xahis edirem, irtimasi dua edin. Birdeki imkaniniz varsa > ALLAH RIZASINA < sayta da melumat yerlewdirinki sayta girenler de irtimasi dua etsinler . Amin !!!
Cavab: Allah köməyiniz olsun və tezliklə probleminizi həll etsin. Amin!
Sual: Sualı ünvanladı Anar: Salam.oruc.olduqda.aqizi.desdamaz.alarken.yumaq.olar.?tewekür
Cavab: Salam. Eybi yoxdur. Ağızı yaxaladıqdan sonra ehtiyat edib, üç dəfə ağzınızın suyunu tüpürün. Amma suyu udmanıza ehtimal verdikdə bu iş olmaz.
Sual: Sualı ünvanladı Anar: Salam.namazin.sonunda.istek.sözler.deyirem.her. namazda.eyni.sözler.ezber.istekler.deyirem.bu.ne.cür.düzgündür?tewekür
Cavab: Salam. Bu, namaz bitəndən sonra etdiyiniz duadırsa, heç bir işğalı yoxdur.
Sual: Sualı ünvanladı Emin: Esselamu Eleykum. Qardaw men idmanla mewqulam. Menim muellimim deyib ki, sen cekini artirmalisan. Mende qorxuram ki, orucluqda oruc tutsam zeifleyerem, mesq etmeye taqetim olmaz. Ne etmeliyem...
Cavab: Salam.Bu şey orucu pozmağa dəlil deyil.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı