Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam.Basa jeley ve bu kimi maddelerin vurulmasi duzgundur?
Cavab: Salam. Mərcei-təqlidi seçin və cavab alın.
Sual: Sualı ünvanladı Mehman: Salam.sipirtli etir vurmaq duzgundur?eger duzgundurse bu paltarla namaz da duzgundur?
Cavab: Salam. Mərcei-təqlid seçin və cavab alın.
Sual: Sualı ünvanladı Mahir: Allahin salami olsun sizə. Bir qadın qəzetə və ya internet saytlarında yazı dərc elətdirərkən öz şəklini verə bilərmi? Nəzərə alaq ki, şəkildə qadın hicabsızdır. Və ya müsahibə verərkən qadın başı açıq şəkildə bunu edə bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, verə bilməz.
Sual: Sualı ünvanladı Mehman: Salam.QUSL ALARKEN SOL ELLE SAG TEREFI YAXUD SAG ELLE SOL TEREFI YUMAGIN BIR ISKALI VAR?
Cavab: Salam. Xeyir, işğalı yoxdur.
Sual: Sualı ünvanladı Rauf: Salam sualima gore uzr isteyirem.insan destamazli halda oz cinsiyyet uzvune el vursa destemaz batil olar?
Cavab: Salam. Xeyir.
Sual: Sualı ünvanladı Mahir: Selamun aleykkum. Sizden cox xahis edirem bir qadin yoldasini icki icmekden cekindirmek ucun hansi yollara el atmalidir? Nece etmelidirki yoldasina ickini tergidsin. Cox xahis edirem mene cavab yollayin
Cavab: Salam. İslam dinin ona təbliğ edin və özünüz də Allahdan istəyin ki, iman gətirsin. İman gətirsə, sözsüz ki, içkidən çəkinər-inşallah.
Sual: Sualı ünvanladı Mahir: salam aleykum. yenidən fəaliyyətə başlamağınıza çox sevindik, Allah müvəffəq etsin. mən Sistani ağaya təqlid edirəm və sualım budur ki, çoxumuz universitetdə oxuyarkən bir çox dərslərin imtahanlarına pul verərək qiymət almışıq. bu halda o diplomla işləyib qazandığımız pul halal sayılırmı? Allah sizdən razı olsun .
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Rüşvət vermək haramdır. Bu işlə günah edibsiz. Amma hal-hazırda işləyib qazandığınız pulun bir işğalı yoxdur.
(Diqqətinizə görə məmnunuq.)
Sual: Sualı ünvanladı Mahir: salam zehmet olmasa deyerdiz isha namazini gece nevaxta qeder qilmaq olar?menim oruc qezalarim var onlarin niyetin nece edim?
Cavab: Salam. Mərcei-təqlid seçin. Sonra cavab verə bilərik.
Sual: Sualı ünvanladı Mahir: Bədənə döymə vurmaq haramdır?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Bu işin cana zərəri yoxdursa, hansısa fəsadlı və bəyənilməyən bir şəkil bədənə döyülmürsə bu iş haram deyil. Bu dəstəmaz və qüslə maneə deyil. Amama bu işdən çəkinməniz məsləhətdir.
Sual: Sualı ünvanladı Mahir: Bir qadinla əqd etdim. qadin deyirdi ki onda adet hali artiq basa catib. Amma qurtardiqdan sonra aletimde qan musahide etdim. bele olan halda mene gunah varmi? Men ne etmeliyem. Vezifem nedir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bir vəzifəniz yoxdur.
Sual: Sualı ünvanladı Mahir: mohurun wekilli yazili uzune secde etmek olar? ewitdiyime gore alin tam mohure deymediyinden olmazmiw. bu haqda hokm varmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Eybi yoxdur.
Sual: Sualı ünvanladı Mahir: Salam. Mən orucluqda oruc tutanda özümə hakim olmayıb orucumu bilə-bilə pozuram və boynuma kəffarə gəlir.Belə olan halda oruc tutmasam olarmi?
Cavab: Salam. Sualınızı açıqlayın. Siz yemək içməyə dözə bilmirsiz? Yoxsa başqa yolla orucunuz pozulur?
Sual: Sualı ünvanladı Mahir: Salam. Mumkunse menim sualimi cavablandirin. Elimde ev tikmey ucun yigdigim pul var ve bu yaxinlarda Allahin komekliyi ile başlamaq istiyirem. Amma pulun xumsu verilmiyib. Bunun hokmu nedir? Xums verilmelidir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Siz evinizin olmadı üçün kimlərsə tərəfindən danlanırsızmı?
(Sayt tərəfindən: Dəftərxana bu suala cavabdan sonra sizə kamil cavab verəcək. Növbəti sualda, bu sual cavabla birgə, hər şeyi bizə kamil yazın. Əks təqdirdə sual çoxdur deyə, biz söhbətin nədən getdiyini xatırlaya bilmərik.)
Sual: Sualı ünvanladı Mahir: Salam. Mən səhhətimlə bağlı İran İslam respublikasında həkim müayinəsindən keçdim.Orda mənə dərmanlar yazdılar. Bildiiniz kimi qabaqdan müqəddəs Ramazan ayı gəlir. Belə olan halda mən nə etməliyəm? Oruc tutmasam olar? O orucların qəzasını tutmaliyam sadəcə? Çünki dərnanları qəbul etməliyəm bu səhhətim üçün olduqca vacibdir.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Səhhətiniz üçün zəruridirsə, oruc tutmayın.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Niye cavablar cixmir?
Cavab: DİQQƏT!
Salam. Biz "Novruz bayramında" saytı tətil etdik. Bu tətildən sonra biz suallara əvvəlki kimi 1-2 günə cavab vermirik. Çünki imkanlarımız çox məhdudlaşıb. Düzdür ki, əvvəllər cavablar tez-tez çıxardı. Amma indi siz bizdən təqribən, həftə ərzində iki dəfə cavab gözləyin. Bu da o şərtlədir ki, qeyri-adi bir problemimiz çıxmasın. Təşəkkür!
Sual: Sualı ünvanladı günahkar: Quranin vacib secdelerinde zikr demek vacibdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir.
Sual: Sualı ünvanladı günahkar: Salam. Ayatullah Sistani Agaya gore Siqaret çekmeyin hokmunu beyan ede bilersiz?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər cana ciddi ziyanı varsa haramdır. Yox əgər cana ciddi ziyanı yoxsa işğalı yoxdur.
Sual: Sualı ünvanladı İbrahim: Salam Qardaw.menim 1sualim var..ALLAH(c.c) bu dunyada hansisa bir qulunu unuda yaddan cixarda biler.yeni ki o qulu saymir dualarin qebul etmir qulundan uz dondere biler bu dunyada?:-(
Cavab: Salam. Xeyir, belə ola bilməz. Ola bilsin hansısa günahlar qoymur ki, duanız Allaha çatsın. Və o da ola bilər ki, sizin günahlar yox, sadəcə istədiyiniz şeylər məsləhətinizə deyil deyə Allah onları vermir.
Sual: Sualı ünvanladı Günahkar: Salam.evvela sizden uzr isteyirem sualima gore.istibradan gelen sonra gelen nemlik pakdirmi?ve eger paltara deyerse paltari necis edermi?
Cavab: Salam. İstibradan sonra gələn nəmlik pakdır və paltarı nəcis etmir.
Sual: Sualı ünvanladı İbrahim: Salam Aleykum qardaw.Qardaw men tehsille baqlidi dualarim..menim duamin tezlikle qebul olmasi ucun ne edim?cunki iyulun 21i qebul imtahanidi instuta qebul olmaq
Cavab: Salam. İmkanınız çatan bir məbləği nəzr edin. Və bukimi şeylər...