www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Teze geyim almisam ona xumus dusurmu
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər ehtiyac olduğu üçün almısızsa və istifadə edirsizsə xumsu yoxdur.

Təşəkkürlər.
Sual: Salam. Şəhid olmuş bir nəfərin sevgilisinə "əyər bir gün şəhid olsam gələcəkdə oğluna mənim adımı verərsən" deyib. Və bir müddət sonra şəhid olub. Bu vəsiyyət sayılırmı?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Xeyir, sayılmır.

Təşəkkürlər.
Sual: AS SALAMU ALEYKUM 2sualm olacağ dillərki dövmə varsa qüsul Namaz qəbul deyil ikincisi isə mənm qolumda isdəmədən nöktə kmi dövmə var qıldığım Namaz qəbul deyil indi ? Əvvəlcədən çox sağolun
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Döymə əgər dəri altına vurulubsa dəstəmaz və qüsla mane olmur. Buna əsasən namazınız da səhihdir.

Təşəkkürlər.
Sual: Salam aleykum receb ayi ne zaman daxil olur
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Fevral ayının 13-ü Rəcəb ayının əvvəlidir.

Təşəkkürlər.
Sual: Salam olsun. Mən tez tez rayona gedirəm yoldaşımın ailəsi orda qalır namazlarımı qəsr qılıram. Belə olan halda mən həmşə qəsr qılmalıyam yoxsa kamil şəkildə qılmaq lazımdı? Ora artıq mənim evim sayılır yoxsa necə? Xaiş edirəm ətraflı izah edərdiz. Təşəkkür edirəm.
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Oranı özünüzə vətən seçmədiyiniz təqdirdə namazlarınızı qəsr qılmalısız. Lakin orada on gün və ya daha artıq qalsanız namazlarınızı tam qılmalısız.

Təşəkkürlər.
Sual: Salam aleykum aga. Aga men arasdirmaciyam. Aga Xomeynin ... xususen de تفخيذ ...
Cavab: Aleykum salam.

Biz yalnız saytımızda təqdim olunan müctehidlərin fətvaları barədə olunan suallara cavab veririk.

Təşəkkürlər.
Sual: Salam Aga Cənabət qüslü alarkən bismillah cəkməyi unuttum,qusl düz sayilirmi?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Qüsl edərkən bismillah demək şərt deyil. Qüslunuz səhihdir.

Təşəkkürlər.
Sual: Salam.zəhmət olmasa deyərdiniz mən xumsu cixardilmiş pulu gələn xums gununə kimi saxlaya bilərəmi.yoxsa onu xərcləməliyəmi.ayliq massim var.
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Xumsu çıxarılmış pulu xərcləmək vacib deyil və xumsu verilmiş pul nə qədər qalsa da yenidən xumsunu verməyə ehtiyac yoxdur.

Təşəkkürlər.
Sual: Müvəqqəti əqdin Azəri türkcəsində dədiq tərjüməsini yazın.Öncədən təşəkkürlər.
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər qadın oxuyarsa tərcüməsi belədir: "məlum edilmiş mehriyyə müqabilində özümü sənə filan müddət ərzində zövcə edirəm." Ardınca kişinin fasiləsiz dediyi sözün tərcüməsi isə belədir: "qəbul edirəm."

Təşəkkürlər.
Sual: Salam. 1. Dovşan əti nəcis sayılırmı? 2. Tutaq ki dovşan ferması varımdır. Ətini halal bilənlərə (istər müsəlman, istərsə də qeyri müsəlmanlara) onu sata bilərəmmi (ətinin yeyilməsi haram olduğunu bilə bilə)? Yəni onun qazancı mənə halal olurmu? Xahiş edirəm ətraflı cavablandırın. Mübahisə yaranıb bu mövzuda. Təşəkkür
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Əgər şəri qaydalara uyğun olaraq kəsilərsə əti pakdır.

2. Öz təqlidinə və ya məzhəbinə əsasən dovşan ətini halal bilən şəxslərə sata bilərsiz.

Təşəkkürlər.
Sual: salam alekum uzur istirem,teze bowanmiw bir qadinla sige baglayayanda onu 3 ay nece gun gozlemey lazimdi sef elemiremse,hemin vaxd onunla oral yada anal yolla olmaq olarmi?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Təlaqı verilən qadın üç dəfə heyz olmaq miqdarında iddə gözləməlidi. Bu müddətdə onunla nikah bağlamaq həmçinin hər növ ləzzət almaq haramdır.

Təşəkkürlər.
Sual: Xala qizi dayi qizi bibi qizi ile evlenmek ola?
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

Bəli, olar.

Təşəkkürlər.
Sual: Salam aga evde isdilik sisdemi çekmek ucun goturduyumuz borc pula xums dusur
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Borc götürülən pula xums düşmür.

Təşəkkürlər.
Sual: Salam ələykum 1.bir kəs işsiz idi və karantin dövründə işsizlərə verilən müavinət alırdı dövlət tərəfindən indi işliyir dövlət işində və səhvən dövlət tərəfindən bu şəxsin hesabına yenədə (işsizlərə verilən) pulu köçürüblər.bu pulu xərcləmək düzgündür? 2.qəmə vurmaq icazəlidirmi? 3.bəzi şəxslər kərbəlada ziyarətə gedəndə sürünürlər və ya boyunlarına zəncir taxıb it kimi gedirlər və ya əza məclislərində soyunub əza saxlıyırlar üstlərinə palçığ sürtürlər və ya elə mərsiyə deyib elə sinə vururlar sanki sevinir və rəqs edirmiş kimi görünürlər.bu cür şeylər məzhəbə ləkə gətirmirmi?və bu cür şeylər icazəlidirmi ?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

1. Əgər qanuna əsasən haqqı deyilsə xərcləyə bilməz və dövlətin büdcəsinə geri qaytarmalıdır.

2. Şiə məzhəbinin gözdən düşməsinə və insanlarda məzhəbə qarşı nifrət yaranmasına səbəb olarsa icazəli deyil.

3. Əgər şiə məzhəbinə qarşı insanlarda nifrət yaradarsa və insanları haqq məzhəbdən uzaqlaşmağa səbəb olarsa icazəli deyil.

Təşəkkürlər
Sual: Salam aleykum men dovlət idaresinde çalışıram ve menden rüşvət almağı tələb edirlər və məndə rüşvət almalı mueyyen hissədin yuxarı ve qalanın özümə goturməliyəm,emek haqqida yaşayış.üçün çox aşağıdı,men ne etməliyəm
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Rüşvət almaq haramdır.

Təşəkkürlər.
Sual: Salam əleyküm ağa deyirlər toyuq əti yemək məkruhdur bu doğrudur ya yox toyuq əti məkruhdur ya halaldır?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Məkruh deyil və yeyilməsi halaldır.

Təşəkkürlər.
Sual: Türbə nə deməkdir?
Cavab: Salam.

Bu sual şəri hökmlərlə bağlı olmadığı üçün cavab verə bilmərik. Üzrlü bilin.

Təşəkkürlər.
Sual: Salam aleykum. Mənim 34 yaşım var özümdə imkansızlıqdan subayam. Ailə vəziyyətimiz də elədə yaxşı deyil.(çox xaiş edirəm sizdən ALLAHA xatir mənə dua edəsiniz) mənimdə əvvəllər işim olub ölkə xaricində. Həmən işlədiyim magazində ət maqazini olub. İşlədiyim magazində donuz ətində doğrayıb satırdıq. Özümdə maaşla işləmişəm həmən o, magazində. İndisə işsizəm, Maddi durumumuzda heçdə ürək açan deyil. Həmən köhnə işimdəndə mənə iş təklifi olunub. Mən isə hələki nə hə demişəm nədə yox. Sizdən çox xaiş edirəm bu iş mənim üçün icazəlidir ya yox?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Donuz ətinin alqı-satqısı icazəli deyil.

Təşəkkürlər.
Sual: Salam,bacımın 11 yaşı var,dayım oğlunun 16. Bacım dayım oğlunun yanında hicabsız gəzə bilərmi?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Xeyir, hicabsız gəzə bilməz.

Təşəkkürlər.
Sual: salam.cinsi əlaqədə olduğun yatağ mundar sayılır?çoxsağolun
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər ona nəcasət dəyməyibsə sırf bədənlə təmasa görə nəcis olmur.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı