Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Anar: Salam.2.riketli.hediye.namazin.piçilti.ile.qilmaq.olar.?tesekül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Müstəhəb namazda ixtiyar sahibisiz.
Sual: Sualı ünvanladı Anar: Salam.namazda.hemd.sure.ve.sureden.bwqa.söslerin.ürekde. demek.ol.r.yoxsa.namaz.düz.olmaz?tesekül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sübh namazında və şam ilə xüftən namazında həmd və surə səsli deyilməlidir. Qalan sözlərdə ixtiyar sahibisiz, istəsəz səsli, istəsəz səssiz. Amma zöhr namazı ilə əsr namazında həmd və surə səssiz, bir növ pıçıltı kimi qiraət olunmalıdır. Qalan sözlərdə yenə də ixtiyar sahibisiz.
Sual: Sualı ünvanladı Anar: Salam.boynuma.qüsul.gelmiye.gelmiye.her.çimende.cenabet. qüsulu.vere.bilerem.sef.i$.görmüremki.men.bele.edirem?tesekül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu iş müstəhəb deyil. Etməyin.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Salam. QURANI TECVIDLE OXUMASAQ DUZGUNDURMU?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İşğalı yoxdur. Amma təcvidlə oxumaq daha yaxşıdır.
Sual: Sualı ünvanladı Anar: Salam.qüsul.verende.bas,saq.ciyin,sol,çiyne.su.töke-töke.hemen.yeri.elimle.yumaliyam.yoxsa.su.tökmek.kifayetdir?tesekül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əllə yumaq vacib deyi, suyun çatması kifayət edir.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Salam qardaw.Istibradan sonra gelen nemlik paltara deyerse paltar necis olurmu?cox sagolun.
Cavab: Salam. Əgər boynuna cənabət qüslü gəlibsə və sonra sidiyə gedibsə və sidikdən sonra istibra edibsə, ondan sonra gələn rütubət və nəmlik pakdır. Yox əgər boynunda cənabət qüslü yoxsa və elə adi halda sidiyə getdikdən sonra istibra edibsə, yenə də gələn nəmlik pak sayılır.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Salam Istimnanin hokmunu beyan ede bilersiz?
Cavab: Salam. İstimna qəti surətdə haramdır.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Salam pis exlaqsiz videolara baxmaq haramdi?
Cavab: Salam. Əlbəttə ki, haramdır.
Sual: Sualı ünvanladı Anar: Salam.men.namaza.bawlamazdan.qabaq.bismillah.deyirem.sef.etmiremki?tesekül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərana: Hər işdən öncə "Bismillah" demək xeyirli olduğu üçün deyirsinizsə, onda işğalı yoxdu.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Salam.teyemmum ederken bedenin pak olmasi vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, vacib deyil. Bədən pak olmasa belə təyəmmüm edə bilərsiz. Amma təyəmmüm üzvləri imkan olduğu halda pak olsun.
Sual: Sualı ünvanladı Ad yazılmayıb: Salam.xahish edirem deyin gorek.birisi quran oxuyarken Bismillahir rehmanir rehim deyir bawlayir meselen hansisa sureye.bu adam sureni yarida qoyub bawqasi ile sohbet etse qurana bawlayanda ye Bismillahi demek vacibdirmi?yaxud bilmeyerekden demese hokmu nedir?
Cavab: Salam. Xeyir, vacib deyil.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Salam namehreme baxmaq haramdi bilirem bes sevdiyin qiza temiz urekle baxmaq nece haramdi ?ve bide telefonla danwmaq nece gunahdi ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qız kamil hicablı olarsa və həmin baxış və danışıqdan ehtirasa düşmək ehtimalı olmazsa onda işğalı yoxdu.
Sual: Sualı ünvanladı Fuad: Salam qardaw hansi muctehide gore siqaret haramdi. Ve hansi Muctehide gore haram deyil? tewekkurler
Cavab: Salam. Ayətullah Məkarimdən başqa qəti haram olduğunu buyuran yoxdur.
Sual: Sualı ünvanladı Əsmər: salam mən cox zəif oldugum ucun 2 gunden artiq oruc tuta bilmirem 3-cu gun teziqim dusur cox isdəsəmdə ramazan ayinda bu səbəbdən oruc tuta bilmirem. olar ki, ramazan ayinda men orucumu bir gunden bir tutum?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Olar. Amma əgər bunun da canınıza ziyanı olsa onda tutmamalısız.
Sual: Sualı ünvanladı Həsən: Salamun Ələykum və Rahmətullah. Mən dünyəvi təhsil verən universitetlərdən birində oxuyuram. Biz imtahanı testlə veririk və imtahan zamanı çox ciddi nəzarət olmadığından testlərdə köçürmə halları baş verir. Mən köçürmənin hökmünü dəqiq bilməsəm də özüm ehtiyat edib heç vaxt köçürməmişəm. Amma sualım belədir ki, bəzən məndən də sualın cavabını soruşurlar və bu halda mənim vəzifəm nədir?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Bu iş qanun pozuntusudur və haram sayılır. Yalnız bir iki sualı istisna hal kimi imtahanı anlamayan bir dosta aydınlaşdırmaq üçün köməyin işğalı yoxdur.
Sual: Sualı ünvanladı Elvin: Bismillahir Rahmanir Rahim. Salam aleykum. Sualim beledi 1eger bir insan destemazlidisa amma girib cimir ve musteheb qusul alir bu zaman destemazi pozan amillerin hec biri gorsenmir. destamaz duzgundu yoxsa deyisilmelidi destemaz?
2. eger valideyin ovladina toy edirse ve bu toyun digerlerinden ferqi yalniz icki verilmir qalan calgi falan olur onda ovladin boynunda olan vezife nedi?
3.Men ereb qaramatikasin oyrenmek isteyirem mene bu yolda komek yada istiqamet vere bilersiz? mene her hansi fayillar gonderseniz besdi
4. destemazi pozan amillerin sebebi nedi? meselen basa mesh cekende uzun suyuna qarissa destemaz batil olur sebeb nedi batil olmaginin?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Dəstəmaz düzgündür.
Toy məsələsində: Övlad bu işə görə onları əmr be məruf və nəhy əz münkər etsin. Yəni yaxşılığa dəvət və pislikdən çəkindirmək. Amma həmin məclis haram məclis olsa orda iştirak etmək olmaz. Hərçənd ki, toy bunun toyudur.
Sual: Sualı ünvanladı Əli: Salam aleykum qüsullu olduğunu bilmədən namaz qılıb sonradan qüsullu olduğunu bilir. Qüsullu qildiğı namazın qəzashn qılmaq vacibdir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namazın qəzası qılınmalıdır.
Sual: Sualı ünvanladı Hüseyn: salam aleykum.men zekat kime vermeliyem? meslen qonwuda bir nefer var iki ayagida yoxdu.amma icki icendi. seyid ovladlarina zekat vermek olarmi? meselen anam ve qaynanam her ikisi seyid ovladidi . Ayetullah Sistani aganin defderxanasindan.xaiw edrem cavablandirarsiz.. gelirim halaldi.ustayam.bir ilde qazandigimin oz xerclerimi cxandan sora yerde qalaninin necede birini vermeliyem?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Zəkat fəqir insanlara verilməlidir. Amma seyyiddə zəkat vermək olmaz. Seyyidə zəkat haramdır.
Sual: Sualı ünvanladı Rauf: Salam.men bilmek isteyiremki, bezen namazda shekk edirem.amma teqribi necenci reketde oldugumu bilirem.sualim budurki men bu zaman sef secdesi edim?yoxsa namazim duzdur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Rəkətdə şəkk etsəz ki, üçdəsiniz yoxsa dörddə və sizdə bir zənn varsa ki, dörddə olduğunuzu güman edirsiz, onda bu zənnə əməl edin. Yəni dörddə olduğunuzu qəbul edin. Və rəkətin sayında zənn, yəqin hökmündədir. Yəni ehtimal verirsizsə ki, dörddəsiniz, niyyəti dördə qoyun və belə etsəz heç bir işğalı yoxdur.
Sual: Sualı ünvanladı Şahnaz: Qolu dirsekden awagi bilekden yuxari nezer celb etmeyen koynek giymek olar?
Facebookda dini suallara cavab veren insanlar var mellim olduqlarini deyirler onlara inanmaq ne derecede duzgundur?
Bagiwliyin uzurlu sayin demiwdiz gunde bir sual yazin ama cox olur sizde bizi bawa duwun ehtiyacimiz var!
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, olmaz. Biləyə çatması vacibdir.
Sualınızın ikinci hissəsi mövzumuza aid deyil. Bunu özünüz təyin etməlisiz.