www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Aysel: Orucluqda dişləri fırçalamaq olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, olar. Lazım olan odur ki, boğazdan aşağı, (mədəyə) nəsə getməsin.
Sual: Sualı ünvanladı Kamal: Oruc tutanda mədəm ağrıyır, tutmalıyammı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Canınıza zərəri varsa, onda siz oruc tutmamalısız.
Sual: Sualı ünvanladı Rasim: Salamun Aleykum. Bildiyiniz kimi Dinimizdə qadın ailədə süd haqqı ev işlərinə görə pul və ya qızıl tələb edərsə onun pulunu və ya qızılı qadına vermək vacibdir. bizim sualımız isə belədir; əgər Qadın israla tələb edir amma kişinin bunu ödəməyə imkanı yoxdur çünki aylıq keçimlərini güclə çatırılar bu halda qadının və kişinin vəzifəsi nədir? Ayətullah Seyyid Sistaninin rəyinə əsasən...................
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər atanın pulu yoxdusa, ana da süd vermirsə, onda ata uşağa münasib olan başqa qidalar versin.
Sual: Sualı ünvanladı Ehli-Beyt Aşiqi: Esselamu aleykum ve rehmetullahi ve bereketuh...1...Nece Destemaz almaq lazimdir? ...............................................................
Cavab: Salam. Siz bu sualla 20 gündən sonra müraciət edin. Biz video hazırlayırıq. Sizə təqdim edəcik. Yox əgər çox zərurisə və o vaxta kimi səbr edə bilməsəz, şiə məscidlərinin birində imamdan, bunu öyrənin.
Sual: Sualı ünvanladı Rasim: Salamun Aleykum........................ ............... ölmüş heyvanın yanından keçsək və həmin murdarın iyi bizim üzərimizə hopsa libasımız nəcis olarmı? Cavbınıza görə əvvəlcədən təşəkür edirik.
Cavab: Sualı ünvanladı Rasim: Ayətullah Sistani-dəftərxana: Xeyr. Keçmir.
Sual: Sualı ünvanladı Bakı: ...KISI QADIN BIR YERDE OTURMUS, AMMA ICKI OLMAYAN TOYDA ISTIRAK ETMEK HARAMDI? TOYDA DUNYEVI MUSIQILER DE OLSA.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər elə məclisdə naməhrəmlərlə qatışmaq, günaha düşmək qorxusu ilə olsa onda həmin məclisə daxil olmaq haramdır.

Bundan əlavə haram musiqi olan məclislərdə də iştirak etmək olmaz, haramdır.
Sual: Sualı ünvanladı Muhammad: Assalamu aleykum.bir adam gunah edir(zina kimi),amma sonra gizlinde tovbe edir ve gunahida gizlinde etmishdi. Gercekden peshman olmushdur.Onun sheri hedd almasi ucun ozunun qaziye muraciet etmesine gerek varmi?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Xeyir.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam. Sosial şəbəkələrdə hazirki gunumuzde olan Seyyidlerin ereb olmamasi barede sozler dolasir. Bu dogrudurmu?
Cavab: Salam. Bəli, onlar peyğəmbər nəslindəndir və peyğəmbər də milliyətcə ərəb sayılır.
Sual: Sualı ünvanladı Anonim: Eger er arvad arasinda mesafe varsa, onlar oz wehvet hisslerini rabite ile (skype ,telefon ,ve s.) kimi apparatlarla (yani daniwib istimna etmekle) (hisslerini ) soyuda bilellermi?
Cavab: Salam. Bu iş haramdır. Bütün mərcei-təqlidlərin nəzərində.
Sual: Sualı ünvanladı Sahnaz: Salam Men namazda fikrimi tam olaraq cemlewdire bilmirem sizden artiq derecede xahiw edirem mene komek edesiz mene bir meslehet veresiz?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namazın sözlərinin tərcüməsini öyrənin. Birinci mərhələdə, bu sözlərin tərcüməsinə diqqət verin. İnşallah belə etsəz fikriniz namazdan ayrılmaz.
Sual: Sualı ünvanladı Anar: alam men telfonda abune olmusam her günün namaz vaxtin. gönderirler o vaxtan 10 deqiqe keçenden sonra namaz qiliram amma bir tanisim var o deyir ki namazin batildir namazlarini tezele axi men abune olduqum o vaxta inanib bu cür qilmisam onun günahi kimnendir sizden xais edirem mene yol gösterin tesekkül edirem allah sizden razi olsun amin.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Siz dəqiqləşdirin. Görün həmin qıldığınız vaxtlar əsl azan vaxtından tez olubsa, onda namazları təzələyin. Yox araşdırıb dəqiq əldə edə bilməsəz ki, vaxtında qılıbsız ya yox, onda yenə də həmin namazı təzədən qılıb, qaza edin.
Sual: Sualı ünvanladı Fərəc: Salam, bir xanim idde gozlememiw bawqa birisi ile mute edib, onlarin kebni batildir ? ve etdikleri yaxinliq zina sayilir ? eger beledirse o xanim idde saxlayib daha sonra hemin oglanla mute ede biler ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Həmin qadın başqası ilə əqd edib, sonra iddə gözləmədən bir başqası ilə yaxınlıq edibsə, onlar zina ediblər və bir-birlərinə əbədi haram olublar.
Sual: Sualı ünvanladı Vasif: Salam bu defeki sualim demino lati ve bu kimi bir cox eylence oyunlari haqindadir bu haqda insanlara verdiyiniz sualari oxumusam ama menim o qederde guclu elmim yoxdu yeni bilmiremki bu oyunlar esasende damino ve lato qumar aleti kimi taninir ya yox men sizden artiq derecede xayis ediremki sizde azerbaycanda yasiyirsizsa melumunuz olar bu oyunlar olkemizde esasende baki seherinde qumar aletidi kimi taninir ya yox?
Cavab: Salam. Bu məsələ üçün elm lazım deyil. Ətrafınızdan soruşmaqla təyin edə bilərsiz ki, məsələn filan oyun qumar aləti sayılır ya yox?!
Sual: Sualı ünvanladı Vasif: Salam men tezlikle bele bir sey esitmisem;deyirlerki o aletlenot ifa edirlerki 18 o musiqiyi dinlemek olmaz bes biz dervis toylarinda hardan bileki nece notla ifa edirler?dervis toylari haqinda yalniz onu bilirikki orada sintizatorla ilahi mahnilar calirlar hardan bileki 18 notladi ya yox?xayis ediremki sualima cavab verdikden sonra sayt terefinden bu sualim haqinda oz reyinizide qeyd edesiniz yeni siz bize dervis toylarina getmeyi meslehet ederdiz ya yox?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Musiqi haram musiqi olmazsa, oxunan mahnı Gina olmazsa, onda eybi yoxdur.

(Sayt tərəfindən: Dərviş toylarında halal müsiqilər oxunur. Amma hansısa bir dərviş fəsad məclisində oxunan mahnını gətirib dərviş toyunda oxusa bu haramdır. Bundan əlavə Gina da oxunmamalıdır. Qalanın siz özünüz təyin etməlisiz.)
Sual: Sualı ünvanladı Vasif: Salam bilmek isteyirem neyinse ustunde kimlese merc gelmek olar yeni biri deyirki filan sey bele olacaq digeri eksini deyir hansinki duz cixsa o birine ne ise vermelidir bu is duzgundurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, haramdır.
Sual: Sualı ünvanladı Vasif: Salam o bir sualki deyirsiz cavablanmayib men bele dusunuremki o sual menim sualim olub cunki men oz sualima burda raslaya bilmedim sualim ise bele idi biz bilirik ki qiz ere getdikden sonra erinden ve qaynanasindan asli olur men idi hal hazirda ere getmemisem toylarada getmirem ama bilmirem gelecekde meni neler gozleyir belke gelecekde qaynanam meni ozu ile toylara aparmaq istedi bele olduqda men ona qarsida cixa bilmerem axii istemeremki ailemde soz sohbet olsun bele olduqda men o toylara mecburiyetden getsem ama musiqiyi dinlemesem oynamasam yalniz qaynanama eslik etsem olar?tesekkurler
Cavab: Salam. Sizin bu suala cavab verilib. Arxivə baxın. Təqribən yadımızda qalan budur ki, məcbur olsaz, orda günaha düşməmək şərti ilə eybi yoxdur.



Amma bu iş barəsində sizin həyat yoldaşınız özünü kənara çəkməsin. Onun xanımını kimsə (anası olsa belə) günah məclisinə aprırsa, bu məsələ Qiyamət günü ona baha başa gələcək.
Sual: Sualı ünvanladı Leyla: Salamun Aleykum,suallara cavab verdiyiniz ucun cox sagolun Allah razi olsun sizlerden.men dunen size ilk defe idiki sual gonderdim,amma suali gonderdikden sonra oxudumki yazmisizki cume gunu sual gondermiyin,yeni bunu sonradan gordum,bagiwliyin,haqqinizi halal eliyin.suallara cavabi e-mail adresine gonderirsiz?yoxsa ancag saytdan oxumag olur?
Cavab: Salam. Narahat olmayın, heçbir probem yoxdur. Bəli, göndəririk. Amma şəxsi məsələ olduqda bu işi görürük.
Sual: Sualı ünvanladı Sahnaz: Salam necesiz inwhAllah? Mene diyiller desdamazdan once diwlerini fircalamalisan bu vacibdir? Allah Sizin ve bu iwde butun emeyi olan keslerin yardimcisi olsun. Narahatciliga gore coox uzr isdeyirem heyatda hec neyin asanliqla bawa gelmediyini bilirik emeyinizin behresin gorersiz inwhAllah!
Cavab: Salam. Xeyr, belə bir hökm yoxdur.
Sual: Sualı ünvanladı Cefer: Salam ! Subh Namazinin vaxti girmezden evvel yola cixib iwe geden adam, namaz vaxti cixdiadan sonra iwe catirsa, namazi yolda mawinda oturaq veziyyetde yalniz sozlerle qila bilermi ?
Cavab: Salam. Ayətullah Sİstani-dəftərxana: Siz yolda maşını saxlatdırıb, düşüb namazı qılmalısız. Amma heç bir yolla namazı narmal halda qıla bilməsəz, qəzaya gedəcəksə, onda maşında gedə-gedə qılın. (Evdə dəstəmaz alın, sonra çıxın.)
Sual: Sualı ünvanladı Cefer: Salam ! Pulsuz baliq olaraq bilinen bedeni pullarla ortulmemiw baliqlari yemek halaldir ? ............
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Pulsuz balıqları yemək olmaz, haramdır.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı