www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Tural: ...................................................... halalligini deqiq bilmediyimiz qidalari yemek olarmi, hansiki muselman olmayan olkeden getirilib, yoxsa arasdirmaliyiqmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Müsəlman olmayan ölkələrdən gələn (Şəri qaydada başı kəsilməyən) ət məhsullarını yemək olmaz. Amma digər qidalardan istifadə edə bilərsiz. Bu şərtlə ki, onların barəsində haram olma ehtimalı verməyəsiz.

(Sayt tərəfindən: Birinci sualınız mövzumuza aid deyil. Üzrlü sayn.)
Sual: Sualı ünvanladı Allahı sevən: salamun aleykum.8 maart muselman qadinlarininda bayramidirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir. Bu bayramı qeyd etməy olmaz.
Sual: Sualı ünvanladı Şahnaz: Salam istigfar ne demekidir?
Cavab: Salam. İstigfar etmək, yəni Allahdan bağışlanmaq diləmək.
Sual: Sualı ünvanladı Sahnaz: Salam qeza namazlarinin 4 ruketinden, ve gece namazinin her 2 ruketinden sonra gundelik vacib namazlardaki kimi dua etmek vacibdirmi?
Cavab: Salam. Namazdan sonra, dua etmək çox yaxşı işdir. Amma vacib deyil. İstiyir müstəhəb namaz olsun istəyir vacib namaz.
Sual: Sualı ünvanladı Miri: Salam. Mən seyyidəm. Çıxartdığım xümsün seyyidə düşən hissəsini qardaşımın illik təhsilini ödəmək üçün verə bilərəmmi? (Xümsün yarısı seyyidə düşdüyündən və onun da hec bir yerdən gəliri olmadığından əsasən illik haqqını biz ailəbi olaraq veririk).
Cavab: Salam. (Sayt tərəfindən: Sizin suala cavab verildi. Arxivə baxın. Səhv etmiriksə Sistani ağa tərəfindən sizə xümsün yarısını qardaşınıza verməyə icazə verildi. Amma iki şərtlə:

1-O imkansız olsun.

2-Namaz, oruc əhli olsun.

Amma siz arxivdən həmin cavabın əslini tapın. Biz təqribən yadımızda qalanı yazdıq.
Sual: Sualı ünvanladı Anar: Salam.men.size.ayin.5,7,8.ünvanladiqim.suallara.insallah. cavab.gözleyirem.bu.cavablar.mene.mühüm.cavablardir.ALLAH.SIZI.NEZERINDEN.SALMASIN.AMIN.
Cavab: Salam. Bir gün arada fasilə oldu və elan etdik ki, o bir günü sual ünvanlamayın. Həmin bir gündən başqa nə sual gəlibsə cavablanır.
Sual: Sualı ünvanladı Anar: Salam.33.defe.dediyim.allahu.ekber.zikirlerim.qebul.olmayib. mene.bu.cür.demisdiler.indi.34.defe.allahuekber.deyirem.allah.sizi.penahinda.saxlasin.amin.
Cavab: Salam. Bir dəfə az demisiz. O dedikləriniz qəbul olar inşallah.
Sual: Sualı ünvanladı Anar: Salam.men.islemirem.amma.1il.qabaq.isleyib.biraz.pul. yiqmisam.halhazirda.islemirem.o.evde.olan.pula.xüms.düsür.xeyir.hediye.deyil.o.pul.mene.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, düşür.
Sual: Sualı ünvanladı Müqəllid: Salam aleykum..evvelceden teshekkurler,,Allah zehmetinizi oz Kerimliyine gore qiymetlendirsin,men .........bagli sual vermek isterdim......................
Cavab: Salam. Cavab e-mail ünvanınıza göndərildi.
Sual: Sualı ünvanladı Mahir: Salam. Men quran derslerine gedirem yeni erebce oxumaqi oyrenirem. Derslerde cuz cuz qurani kerimi oxuyuruq. Yeni bir gun beqere suresini bir gun nas ve s. yeni qarishiq shekilde. Men ozum ise derslerden elave qurani kerimi evvelden axira kimi oxumaqa bashlamisham lakin iki ile yaxindi oxuyuram amma helede xetm ede bilmemishem. Zehmet olmasa deyin bunun gunahi var? Ayetullah Sistani agaya teqlid edirem
Cavab: Salam. Xeyir, günahı yoxdur.
Sual: Sualı ünvanladı Könül: salam.borc alib ziyarete getmek olarmi?yol pulu ve ya xerclik
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İxtiyar sahibisiniz. Bir eybi yoxdur.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Gece namazi nece ruketdir?
Cavab: Salam. 11 rəkətdir.
Sual: Sualı ünvanladı Mahir: Salam. Men vaxtile ..............elde etdiyim mal mulku nece temizleye bilerem? zehmet olmasa yardim edin. Men Ayətullah Sistani ağaya teqlid edırem.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Sizin gödüyünüz iş haram iş olub. Amma həmin işdən əlinizə gələn pulla aldığlarınızın bir işğalı yoxdur. Əvvəlki peşənizdən uzaqlaşın və tövbə edin, yetər.

(Sayt tərəfindən: Sizin əvvəlki sualınız bizim zehnimizdə qalmışdı. Sizin işiniz həmin haram məclis olan toyların kamerayla çəkilməsi, spirtli içki olan məclislərdə hüzur tapmanız, və bu yolla ələ gələn pul barəsində idi. Biz onlara bunu danışdıqdan sonra bu sualınıza bizim əvvəlki sualı danışmağımızla birgə, üstəki cavabı verdilər.)
Sual: Sualı ünvanladı Malik: Imamlarin wekili olan xalcalari evde iwde asmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Eybi yoxdur.
Sual: Sualı ünvanladı Malik: salam aleykum cumaniz mubarek men bilmek isterdim guzgulu otaqda namaz qilmaq olarmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Güzgü ilə üz-üzə, namaz məkruhdur.

(Sayt tərəfindən: Amma yox ümumi otaqdan söhbət gedirsə onda sualı yenidən və tam ünvanlayın cavab alaq.)
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Suallara cavab texmini nece gune verirsiz. elexsus Ayetullah Xameneyiye unvanlanan suallara?
Cavab: Salam. Bu gün ünvanladığınız suala sabah cavab veririk. Amma bir maneə olmazsa. Bəzən elə sual olur ki, onun cavabı bir günə ələ gəlmir. Yaxud da internetdə problem olur və bu kimi müşküllər.
Sual: Sualı ünvanladı Abdulah: Salamu aleykum. Namazdan sonra.........................
Cavab: Salam. Sağa sola nəzər salıb salam vermək olar. Amma bu sağa sola başı fırlatmaqla deyil. Yəni sağa sola nəzər salıb, namazda dediyiniz sonuncu salamı (vacib olanı) deyə bilərsiz.
Sual: Sualı ünvanladı Emin: Salam. Sualim beledir. Eger kishi shie namazi qilirsa onun heyat yoldashi ere getmemishden qabaq sunni namazi qilibsa ere gedenden sonra o shie namazina kecmelidir ya yox. ALLAH sizden razi olsun.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Özü öz ixtiyarı ilə keçə bilər. Siz məcbur edə bilməzsiz. Amma şarait olarsa, əmr be məruf və nəhy əz münkər etməlisiz.
Sual: Sualı ünvanladı Bende: salambir kes uwaqinin sagalmasiycun 7qoc qurban boyun alib ve deyibki yawadigim binadaki120 ailiye vererem.dunen mene zeng edib dediki qardaw o 120ailenin icinde araq icenlerde var men qurban eti olara vewrsem hemen etle araq ice bilerler.eleye bileremmi hemen oclari kesim yetimler yeni uwaqlar evine verim?ndi sizden mende soruwuram o qardawin vezifesi nedi binaya paylasin ya uwaqlar evine vere biler?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Nəzr edəndə dilindən çıxdığı yerə paylanılmalıdır. Yəni bina əhalisinə.
Sual: Sualı ünvanladı Bende: Salam.zohr ve esr namazin qilandan1saat sora zohrun batil oldugun bilmiwem.veziifemi soruwdum.ama tam anlmadim.men zohru yeniden qilmaliyam esri yox ya her ikisin
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Ehtiyat edib, əsri də təzələyin.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı