www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Mürtəza: Salam.......hediyye alib vermek meqsediyle ..........olar?
Cavab: Salam. Sualınız aydın deyil. Bu barədə dəftərxanalardan cavab almışdıq. Saytın arxivinə baxın.
Sual: Sualı ünvanladı Anar: Salam.sizden.xais.edirem.anar.adinda.olan. suallara.cavab.yazin.allah.sizden.razi.olsun.
Cavab: Salam. Başüstə. Hamıya cavab yazırıq.
Sual: Sualı ünvanladı Anar: Salam.nezir.namazlarin.ucadan.yoxsa.astadan.qilim.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İxtiyar sahibisiniz.
Sual: Sualı ünvanladı Anar: Salam.men.üzüme.qollarima.3el.cekmisem.menim.namazlarim. batil.olub.indi.2defe.cekirem.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İki mərtəbə su vururb iki mərtəbə əl çəkdikdən sonra üçüncü mərtəbə su vurub əl çəkmək dəstəmaz və namazları batil edir. Amma bir hal istisnadır. İki dəfə su vururb, iki dəfə əl çəkdikdən sonra həmin yerlərin islanmadığına görə üçüncü dəfə etmiş olsaz, eybi yoxdur.
Sual: Sualı ünvanladı Coshgun: Salam aleykum Beqere 230. Beləliklə, əgər kişi ona (üçüncü dəfə) talaq versə (onu boşasa), daha o qadın başqa bir ərə getməyincə, ona (əvvəlki ərinə) halal olmayacaqdır. Əgər (ikinci əri) ona təlaq versə, qadına və əvvəlki ərinə Allahın hökmlərini bərqərar etmələrinə ümidvar olduqları təqdirdə (yenidən) bir-birlərinə qayıtmaları günah deyildir. Bunlar Allahın bilən (və əməl edən) dəstə üçün bəyan etdiyi hökmləridir. bu ayedeki kimi ,sigedede olsa, yani uc defe bowansam, bu hokmlemi etmeliyem?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, bu müvəqqəti nigaha aid deyil.
Sual: Sualı ünvanladı İbrahim: Salam aleykum kamputerde oyun oynayib reytinqi artirtiqdan sora satmaq olar
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu işi göməyib ehtiyat etməniz yaxşıdır.
Sual: Sualı ünvanladı Elçin: Mene usaq olarkrn valdenlerim hediyye olaraq piyanina alblar xais edirem piyanini evde saxliya bilerem ve ya sata bilerem satsam pulu pak olur ve ya xumusu verilse paklanar eyer paklansa pulundan ozum ucun istifade ede ve ya ev esiyasi ala bileremi xais edirem oz fikirini etrafli bildiresiniz
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Onu satmaq olmaz. Evdə saxlamayan və aradan aparın.
Sual: Sualı ünvanladı Mehriban: Salam aleykum qawi tatuaj elemek haramdi??
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Eybi yoxdur. Amma zinət hesablanar, naməhrəmdən örtülməlidir.
Sual: Sualı ünvanladı Elcin: salam mene usaq olarken valdenlerin hediye olaraq piyanina aliblar ve odurki bilmek isdeyirem men onu evde saxlaya bilerem ve ya sata bileremmi satsam puluna xumus varmi eyer xumusnu verib paklanmaq olarsa onun pulundan ozum ucun istifade ede ve ya ev esyasi ala bileremi .
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Onun satılması olmaz, haramdır. Onu evdə saxladıqda ehtimal olunsa ki, bundan kimsə istifadə edəcək, onda evdə saxlanılması da olmaz.

(Sayt tərəfindən: Yəni o ardan aparılmalıdır.)
Sual: Sualı ünvanladı Ehmad: salam bizim bilmek istediyimiz bu idi ki, edaletsiz dovlete xidmet eden mollanin arxasinda durub namazda ona iqtida etmek olarmi
Cavab: Salam. Pişnamazlıq şərti ədalət və qiraətin düzgünlüyüdür. Bu iş həmin molla üçün ədalətsizlik hesablanarsa onda belə mollaya iqtida etmək olmaz.
Sual: Sualı ünvanladı Cəfər: Salam ! Govdəsi pulla örtülmüş olmayan (məsələn Naxa balığı) yəni pullu olamayan balıqları yemək olarmı ?
Cavab: Salam. Pulu olmayan balığları yemək olmaz. Amma həmin qeyd etdiyiniz balığın pulu var ya yox, onu siz özünüz təyin etməlisiz. Özünüz təyin edə bilmirsinizsə məntəqənizdə olan ruhanilərdən soruşun.
Sual: Salam. Cüməniz mübarək. Bugün cavab verməli olduğumuz suallara cavab verdik. Oxuculardan xahiş etmişdik ki, bu bir günü sual ünvanlamayın. Amma sual ünvanlayanlar olub. Biz həmin sulların cavblanmayacağını saytda yazmışdıq. Amma bugün, 7 fevral sayta yeni cavablar çıxdıqdan sonra gələn sulları cavablandıracağıq. Qeyd edək ki, cümə günü dəftərxanalar tətil edir. Bizdə tətil etməyə məcburuq.
Cavab: Cavablanmayası olan sualların içində bir sual, nahaq olaraq, bilmədən pozuldu. Həmin oxucumuzdan üzr istəyirik.

Cüməniz mübarək! Cümə namazlarında dua istəyi ilə...
Sual: Sualı ünvanladı Anar: Salam.bir.insan.islemir.amma.pulu.var.ona.xüms.vacibdir. yoxsa.isleyen.insana.xüms.düsür?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Onda olan pul, ona hədiyyədirsə düşmür.
Sual: Sualı ünvanladı Mahir: 8 Martı bayram kimi qeyd edib, qadına hədiyyə vermək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir.
Sual: Sualı ünvanladı Mahir: Salam. Vəhhabilərə qarşı münasibətimiz necə olmalıdır?
Cavab: Salam. Ağılla, məntiqlə, səbrlə davranın onlarla.
Sual: Sualı ünvanladı Fikret: Salam.Men size sual unvanlamisdim.Cavab saytda yerlesdirilmeyib.yeni cavablandirilmayib sual.
Cavab: Bu elandan sonra, yeni cavablar çıxana kimi ünvanlanan bütün suallar cavablandırılmadı. Elanı oxuyun: Salam. Saytda 100 cavab veriləsi sual var ki, biz onların cavabını verməliyik. Bundan əlvə, bir təbii işimiz çıxıb və bu işə xatir bugün sayt işləməyəcək və bu gün (6 mart) bizdən cavab gözləməyin. Cavablar sabaha qaldı-inşallah. Və bugün (6 mart) saat 13:00-dan sonra sual ünvanlamağı saxlamağınızı xahiş edirik. Çünki cavab verməyə 100 sual bizi gözləyir. Xahiş edirik ki, sayta yeni cavablar çıxmayana qədər sual ünvanlamağı dayandırasız. Üzrlü sayn, əfv edin.

Diqqət, Diqqət: 6 mart saat 13:00-dan sonra ünvanladığınız suallara cavab verilməyəcək. Ünvanlanan suallar silinəcək.

Bu "Elan"a qədər ünvanlanan bütün suallar cavablandırıldı. İstisnadır bir sual ki, bilmədən silindi. O sualın sahibindən üzr istəyirik.
Sual: Sualı ünvanladı Namaz: Salam əleykum mənim gözəl ağam ALLAH Sizin dünya və axirətinizi xeyirli eləsin İnşəllah, ...... bir sulalım var ana təhlükəyə düşəndə uşağı götüzdürmək olar? birdə uşağa ana bətnində nə vaxt can verilir. sağ olun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ruh bədənə daxil olmayıbsa, bədəndəki körpə dörd aylıq deyilsə, dünyaya uşaq gətirməyin ananın canına ciddi ziyanı varsa, (bu ziyan həkimlər tərəfindən təyin olunur)onda götüzdürmək olar.
Sual: Sualı ünvanladı İbrahim: Salam aleykum kamputerde oyun oynayib reytinqi artirtiqdan sora satmaq olar?
Cavab: Salam. Üzrlü sayn, sualınız cümədən sonraya, yəni 9 fevrala qaldı.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): selamun aleykum. Sistani ağaya görə alədə qadın və kişi bir birini namaza durğuzmaqla vəzifəlidirmi? ..............
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu iş vacib deyil.

Sualınızın qalanına cavab ala bilmədik, üzrlü sayn.
Sual: Sualı ünvanladı İbrahim: Essalamu Aleykum Allahin nezeri uzerinizde eskik olmasin.Bilmek isterdim qunutda erebce etdiyimiz duanin yanisira oz dilimizde her hansi dua edib Allahdan hacetlerimizi dilemek olarmi.Tewekkurler
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, olar.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı