www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Hizbullah: Salam aleykum! Sualım belədir-Azərbaycanda olan Coşqun və Rəfail adlı aktyorlar var. Onlar qadın paltarı geyib aktyorluq edirlər. Bunun hökmü nədir? Buna baxmaq olar-olmaz?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Onların filminə baxmağın fəsadı varsa, baxmaq olmaz.
Sual: Sualı ünvanladı Babək: Salam aleykum. Hamı bu məscidin qibləsinin düzgün istiqamətdə olmadığını bilir. Kompas da təsdiqləyir. İndi bu məsələni bir qədər ..........
Cavab: Salam. Sualınıza cavab verilib. Cavablara nəzər salın.
Sual: Sualı ünvanladı Yaver: ASSALAMU ALEYKUM VE REHMETULLAHI VE BEREKATU. ALLAH sizin haminizdan razi olsun savab ish gorursuz. sualim beledir turkiyede istehsal olunan toyuq kolbasalarini yemek olar? yeni halaldir?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Bəli, olar.
Sual: Sualı ünvanladı Aybəniz: salam namazin salamindan sonra saga ve sola nezer salim yoxsa saga sol nezer salandan sonra tesehhud ve salam deyim?
Cavab: Salam. Namazı qılıb qurtardıqdan sonra, yəni namazın öz salamlarını heç bir tərəfə baxmadan deyib namazı bitirdikdən sonra, sağa sola nəzər salıb salam demək olar. Bu salam namazın öz salamları deyil, əlavə müstəhəb bir şeydir.
Sual: Sualı ünvanladı Ülkər: Salam aleykum. Burda hicabin ustunden parik taxmagin qadagan olundugunu yeni olmaz oxudum, amma men de hicabli bir xanimam ve menim calisdigim isyerinde hicab baglamani qadagan edirler, men bunu teleb ede bilmirem, cunki eks halda men isimi itirmis oluram, men de ozumu dolandirdigima gore yeni oz ruzimi ALLAH in izni ile ozum qazandigima gore, hicabin ustunden parik taxmaq mecburiyyetinde qaliram. cunki iwde bawimi acmaq istemirem, inshALLAH ki gunah deyil,cunki bawqa cixiw yolum yoxdur.Sizin burda verdiyiniz cavablarin birinde bu iwin duzgun olmadigini oxudum xahiw edirem cavablandirasiniz
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu iş olmaz. İşinizi dəyişin.
Sual: Sualı ünvanladı Zehra-Nur: Salam.Eger heyz vaxtinin sayi mueyyen deyilse qeza namazi qilarkan nece gun cixilmalidi heyz gunlerinden?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ən az heyz olduğunuz günü ölçü götürüb, həmin gün qədər azaldın. Məsələn ən az heyz olanda, üç gün heyz olursuzsa onda hər aydan üç gün azaldıb qalan günləri qəza edin.
Sual: Sualı ünvanladı Tural: Men telebeyem, gunorta namazlarim cox vaxt ders vaxtina dusur. eger men namaz qildigim ucun derse geciksem, muellimden halalliq almaliyammi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxan: Əgər namazı başqa vaxt qıla bilmirsizsə və hökmən dərs vaxtına girməlidirsə-onda halallıq alın.
Sual: Sualı ünvanladı Tural: salam. siyge baglandigi zaman qadinla kisi arasindaki haqlar heqiqi evliler arasindaki haqq kimidirmi? yeni siyge bagladigi qadin kisinin icaze vermediyi seyleri ede bilermi? bir sozle siyge baglandigi zaman da qadin kisinin namusu sayilirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Müvəqqəti nigahla halal olan qadın icazəsiz evdən bayıra çıxa bilər. Amma daimi nigahda yox. Həmin qadının (müvəqqəti nigahla halal olan) evdən çölə çıxması ilə kişinin haqqı pozulsa, onda çıxa bilməz. Qadın-kişi münasibətlərində də itaət, eynən daimi kəbində olan itaət kimi (həmin qadına) vacibdir. Qadının ərdən icazə barəsində həm daimi, həmdə müvəqqəti əqddə yalnız iki bəhs var:

1-Evdən çölə icazəsiz çıxmasın; bu məslə daimi əqddə var, müvəqqətidə yox-kişinin haqqı pozulsa, onda çıxa bilməz.

2-Cinsi təlabata cavab versin; bu məsələ həm daimi əqddə var həmdə müvəqqəti əqddə.

Bundan qalan işlərdə qadın azaddır. Əgər qadın hansısa günah iş görərsə ona əmr be məruf və nəhy əz münkər edə bilərsiz.
Sual: Sualı ünvanladı Samir: Bismillah. Internetden oyun oynayib, reytinqi coxaltdiqdan sonra onu satmaq olar?
Cavab: Salam. Ayətullah Sİstani-dəftərxana: Eybi yoxdur.
Sual: Sualı ünvanladı Tural: Salam, Rehberin nezerine gore domino, nerd, sahmat, loto oynamaq olarmi? bunlari pulsuz oynamaq yeni qumar kimi oynamasaq,bas qatmaq ucun oynasaq icaze varmi? zehmet olmasa her biri ucun cavab yazardiz oyunlarin
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər qumar aləti kimi tanınmırlarsa oynamaq olar. Yox əgər qumar aləti kimi tanınsalar, onda (pulsuz olsa belə) oynamaq olmaz.
Sual: Sualı ünvanladı Aybəniz: Salam men size sual verdim cavabi basa dusmedim.eger yoldasim namaz qilmaga icaze vermirse o isde olanda zohr namazini qila blerem amma qalan namazlari vaxtinda qila bilmirem.zohr namazini qilanda hemin gunun subh namazini sonraki qalan esr sam isa namazlarini qabaqcadan qeza ede bileremmi?Yoxsa sabah ki zohr namazinda qeza etmeliyem esr sam isa namazlarini
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər heç bir yolla namazı vaxtında qıla bilmirsizsə, onda eybi yoxdur. Amma zöhrü qılandan sonra əsri də qılın. Bilin ki, zöhr namazı ilə əsr namazını bir-birinin ardıyca qılmaq olar. Siz əsri zöhrün ardıyca qılın və qəzaya saxlamayın.
Sual: Sualı ünvanladı Aybəniz: salam cenabet quslu alandan sonra sonra eger elime sperma deyerse yene cenabet quslu almaq lazimdir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir.
Sual: Sualı ünvanladı Yaver: ASSALAMU ALEYKUM VE REHMETULLAHI VE BEREKATU. her vaxtiniz xeyir. Namaz qilanda shert ayaginin temiz yerde olmasidi yasecde yerinin temiz olmasi? evvelceden teshekkurler
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Möhürün alın dəyən yeri pak olsa, yəni səcdə olunan yer pak olsa yetər.
Sual: Sualı ünvanladı İbrahim: Bismillah.Salamun aleykum Aga men bir is qurmaq istiyirem insallah onunla islama xidmet etmek ucun ne qeder tez baslasam o qeder yaxsi olar onun ucun esgerriye getmiye bilerem?...Muqeddes fikrinizi gozluyurem Insallah iltimasi Dua
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əsgərliyə getməmək yaşadığınız cəmiyyətin nizamına, qurluşuna zərbə vurarsa, onda getməmək olmaz.
Sual: Sualı ünvanladı Anar: salam menim sualim verdiyim xumus baresindedi size dedim xumusu vere bilmemeyim atama tabeciliyimdi.demeyim men atamnan bir yerde ticaretnen mesgulam atamda mene pul vermir ixdiyar sahibi her kesin ozundedi isdediyimiz vaxd pulu xercliyiriy yeni kullu miqdarda pulun xerclenmesine gelende xerclenen pulun halaligin gerey atamnan alim bu xirda xumus meselesinde yeni kecen defe dediyim kimi desdnamaz aldigim suyun isigin qazin yemeyimin paltarimin xumusunu cixiram bunlarda az tutur qildigim yerlerki evde ticaretle mesgul oldugumuz yerde bununda halaligin rehberin numayendesinden almisam atam mescid ucun nese eliyende hansisa mescidin abadligiucun nese eliyende etiraz elemir amma xumusu qebul elemir bele bir halda mescid ucun xerclediyim poulunda xumusunu verim buda halalix var heleki atamin xumus baresinde qebul elemesi birez cetindi
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər məscidə xərcləmək istədiyiniz məbləğin atanızda olması bir ili ötübsə və onun üstünə xüms gəlibsə o puldan nəinki məscidə, heç bir şeyə xərcləmək olmaz. Şəri hakim və ya onun nümayəndəsi ilə bu problemi həll edin.
Sual: Sualı ünvanladı Betul: salam aleykum ve rehmeyullah. bir qadinin namehremden dini ders almasi ne derecede duzgundur? eger xanim hicaba riayet edirse teshekkur edire.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər məfsədəsi, fəsadı olarsa onda olmaz. Yox əgər fəsadı olmasa, onda eybi yoxdur.
Sual: Sualı ünvanladı Malik: essalamun aleykum gece vitir namazini qilib sonra qeza namazlarimi qila bilerem? birde vacib namazlarda birinci reketde fatiheden sonra ixlsi deyek yoxsa her hansi bir sureni Allah razi olsun
Cavab: Salam. Bəli, qəza namazlarını qıla bilərsiz. İxlası və ya hər hansı bir surəni deyə bilərsiz.
Sual: Sualı ünvanladı Səhifə: Salam. biz size bu suali unvanladiq: Biz burda yayimlanan suallari ve cavablari sosial sebekelerde insanlari mariflendirmek meqsedi ile paylasiriq. Cunki haminin girib burdan sual unvanlamaga qudreti yoxdur. Onlarin suallarini size unvanlayib cavablari onlara catdiririq.buna icaze var? Cavab: Salam. Bu işi gördüyünüzə görə biz sizə təşəkkür edirik və Allah əcrinizi versin. İcazə sizindir. Amma sayta istinad zəruridir. İstinad zəruridir yeni istinad etmesek buna icaze vermirisiniz? Biz səhifə yaradib orada insanlarin suallarini sizə unvanlayib cavabını onlara catdiran bir vasitəciyik sadece. Allah sahiddir ki bu isde meqsed yalniz Allahin raziligidir.
Cavab: Salam. Biz lisenziya ilə işləyirik. Yəni fəaliyyətimiz üçün rəsmi icazəmiz var. Siz bu saytdan məlumat götürüb istinadsız paylaşdıqda bu düzgün iş deyil. Çünki bu işin arxasında durmaq lazımdır və siz bunu bacarmazsız. Çünki dəftərxanalarla əlaqəniz yoxdur. Mercei-təqlidin adından istinadsız nəsə yazmaq isə tam səhv bir addımdır. Bizə istinad zəruridir və biz də bu məsələni Allaha xatir zəruri etmişik. Hər götürülən sual-cavabın altında "Cavab-al.com" yazılması hökmən olunası bir işdir.

Sual: Sualı ünvanladı Səid: salamin aleykum.camaat namazinda qabaqda dayanan pisnamazin ..................... olsa onan iqdida baglamaq olar?amma ozunun pis bir emelin gormemisem...............
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: İnsan öz əməlinə görə məsuldur. Bu insana iqtida etmək olar. Onun hansısa bir qohumunun etdiyi səhv əməlin ona aidiyyatı yoxdur.
Sual: Sualı ünvanladı Mahir: Seyyidlər mütləqdir ki, ................... olsun? Dünyanın hər yerində...............................
Cavab: Salam. Sualınız mövzumuza aid deyil. Üzrlü sayn və əfv edin.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı