Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam.size.sualim.budurki.mene.deyin.desdamazi.bu.cür.aliram.düzdü.yoxsa.sehvdir..1ci.3defe.agzimi.yuyuram.2ci.3defe.burnumu.yuyuram.3cü.3defe.üzümü.yuyuram.4cü.3defe.sag.qolumu.yuyuram.5ci.3defe.sol.qolumu.yuyuram.6ci.1defe.basima.mehz.çekirem.7ci.1defe.sag.ayaqimi.mehz.çekirem.8ci.1defe.sol.ayaqima.mehz.cekirem..amma.üzümü.yuyanda.sag.elimi.su.ile.doldurub.alnima.çirpib.elimi.götürmeden.a$aqiya.doquru.çekirem.belelikle.3defe.bele.edirem.allah.rizasina.mene.etrafli.yazin.
Cavab: Salam. Ağızı, burunu yumasaz da olar. Üzü üç dəfə yox, uzaqı iki dəfə yumaq olar. Qolları da üç dəfə yox, uzaqı iki dəfə yumaq olar. Amma bir dəfə də kifayət edir. Əsas odur ki, dəstəmaz üzvlərinə su çatsın və islansınlar. Əlinizi götürmədən və yaxud götürə-götürə üzünüzdə suyu yaymağın eybi yoxdur. Əsas odur ki, iki dəfədən artıq üzünüzə su vurmayın və həmçinin qollarınıza.
Sual: Sualı ünvanladı Coşqun: salam aleykum qizin simasina baxmag yeni niyyeti evlenmek olduqda gunahdir?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Evlənməy qərarına gəlibsə, başqa lazım olanlar düz gəlirsə, onda baxıb, bəyənib-bəyənmədiyin təyin edə bilər.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): salam aleykum istimna qeti haramdi yoxsa caiz mekruh v s
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qəti haramdır.
Sual: Sualı ünvanladı Mahir: salam. Tövbədən dönməyin kəffarəsi nədir
Cavab: Salam. Ayətullah Sistnai-dəftərxana: Xeyir, yoxdur. İstiğfar edin, yəni bğışlanma diləyin.
Sual: Sualı ünvanladı Orxan: salam , menim is yoldasim ateisdi onun masinina minib eve gelmek olar ya yox?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Olar, amma əliniz rütubətli halda onun əlinə dəysə suya çəkin.
Sual: Sualı ünvanladı Aybəniz: Namazin sonunda tesehhud ve salami deyenden sonra basimi saga ve sola donderim? yoxsa basimi saga ve sola donderim sonra salami deyim?deqiq ve etrafli yazin zehmet olmasa.
Cavab: Salam. Başı sağa ya sola döndərməyin. Namazı bitirdikdən sonra (namazın öz salamların namazda dedikdən sonra) sağa və sola gözlərlə nəzər salıb, namazda dediyiniz sonuncu salamı təkrar deyə bilərsiz.
Sual: Sualı ünvanladı Sabir: Salam ! Pulsuz (govdesi uzerinde olan pullari nezerde tuturam) baliqlari yemek halaldir yoxsa haram ?
Tesekkur edirem !
Cavab: Salam. Sualınız aydın deyil. Yəni elə bir balıqdan danışırsız ki, onun yarı hisssi pullu digər yarı hissəsi pulsuzdur? Sualı aydınlaşdırın və yenidən ünvanlayın. Üzrlü sayn, əfv edin.
Sual: Sualı ünvanladı Aybəniz: Salam bagislayin sizi suallarimla cox narahat edirem.men kecmis namazlarin qezasini etmek isteyirem her ay heyz gunlerinin ne qeder cixim?qalan gunun namazlari qilim.men de heyz 5-6 ya da 7 olur bes nifas gununu ne qeder cixim ? xahis edirem tez cavab yazin
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Yəqin etdiyiniz ən az gün qədər azaldın. Məsələn 5 və ya altıdırsa, 5 gün azaldın.
Sual: Sualı ünvanladı Cahangir: Sizin bir suala cavabinizi oxudum .haram bir sey le pozulsa 3 keffareden birin odesek olar? Ancaq orucu 61 gun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, olar.
(Sayt tərəfindən: Bu məsələ mərcei-təqlidlər arasında müxtəlif nəzərlərdə fərqlidir.)
Sual: Sualı ünvanladı Muxtar: Salam ALeykum ve Rehmetullahi ve Bereketuh. Mende son zamanlar Allahin ................
Cavab: Salam. Sualınız mövzuya aid deyil. Hələki belə suallara cavab vermək imkanı yoxdur. Üzrlü sayn.
Sual: Sualı ünvanladı Asif: Azerbaycanda Bankdan pul goturub is qurmaq olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Pulu götürüb üstündə pul vermək riba, sələm sayılır və haramdır. Amma Bank İslam qanunları ilə işləyərsə bu məsələ İslam qanunu ilə işləyən Bankın daxilində fərq edir.
Sual: Sualı ünvanladı Mahir: Salam. Islami qaydalarla islemeyen banklarin filialinda mudir vezifesinde calisanin aldigi maas haladir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər bu maaş haram olan əməliyyatları həyata keçirdiyi üçün ona veriləsə, onda işğalı var.
Sual: Sualı ünvanladı Ferid: Salam.Men Cavad Tebrizi aganin teqlidinde qalmaq ucun sizi oz evezimden vekil etmek istiyirem ki menim adimdan icaze alasiniz... Yardiminiz ucun cox sagolun Allah razi olsun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İcazə verildi.
(Sayt tərəfindən: Bundan sonra Mərhum Ayətullah Təbrizinin nəzər vermədiyi yeni məsələlərdə Ayətullah Xameneiyə təqlid etməlisiniz.)
Sual: Sualı ünvanladı Coshgun: salam aleykum Beqere 230. Beləliklə, əgər kişi ona (üçüncü dəfə) talaq versə (onu boşasa), daha o qadın başqa bir ərə getməyincə, ona (əvvəlki ərinə) halal olmayacaqdır. Əgər (ikinci əri) ona təlaq versə, qadına və əvvəlki ərinə Allahın hökmlərini bərqərar etmələrinə ümidvar olduqları təqdirdə (yenidən) bir-birlərinə qayıtmaları günah deyildir. Bunlar Allahın bilən (və əməl edən) dəstə üçün bəyan etdiyi hökmləridir. bu Aye mute ( siyge) aiddirmi?
Cavab: Salam. Xeyir bu deyil, Nisa 24-ə baxın.
Sual: Sualı ünvanladı Kəmaran: Salam Aleykum ....................................
ikinci sual: 10 ay önce işlediyim mağazada 15 azn pul tapdım. Sahibini tapa bilmedim pulu xercledim. Ve indi isteyirem pulu sahibinin adından sedeqe verim. hemin pulu hisse hisse vermek olar yoxsa vacibdirki pulu bütöv verim? Ayetullah Sistani ağanın müqellidi
Cavab: Salam. Ayətulah Sistani-dəftərxana: Siz pulu tapanda, bu tapdığınız məbləği 1 il saxlamalı idiniz və sahibini axtarmalı idiniz. Sahibi tapılmasa, onu həmin insanın adından sədəqə verməli idiniz. Pulu xərcləməniz düzgün iş deyil. Həmin pulu sədəqə verdikdə tikə-tikə verməyiniz olmaz.
Sual: Sualı ünvanladı Seyyid Miri: Salam. Mən seyidəm. Xums pulunun seyidə aid olunan hissəsini öz Universitetedə oxuyan qardaşıma öz illik təhsil haqqını ödəmək üçün ona verə bilərəmmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xüms pulundan yarısı seyyidə çatır. Siz öz xümsünüzün yarısını öz qardaşınıza verə bilərsiz (Sistani ağanın dəftərxanası icazə verir) amma bu şərtlə: Qardaşınız fəqir (imkansız, gəliri olmayan və ya gəliri az olan ki, xərcinə çatmır) və mütədəyyin (dindar) seyyid olsun.
Sual: Sualı ünvanladı Zəhra: salam gecə namazının qılınma qaydasını aydın şəkildə yaza bilərsiz məndə risalə var ama orda qeyd olunmuyub?
Cavab: Ayətullah uzma Seyyid Əli Hüseyn Sistaniyə ərəbcə ünvanlanmış sualların birində gecə namazının qılınma qaydası soruşulur. Verilən cavabda deyilir ki, gece namazı 11 rükətdir, fəzilətli vaxtı gecənin son 1 / 3 hissəsidir.
İlk 8 rükət gecənin nafiləsi niyyəti ilə qılınır - 4 ədəd 2 rükətli namaz şəklində və bunların qılınma qaydası sübh namazına oxşayır. 1-ci rükətdə "Fatihə" və "İxlas", 2-ci rükətdə "Fatihə" ve "Kafirun" surələri oxumaq müstəhəbdir. Qunutda dua edilir, insana zülm verən zalımı cəzalandırması barədə də Allaha dua etmek olar. Hər iki rükətin axırında təşəhhüd və salam verilir. Nafilələrin axırında Həzrət Fatimənin (ə) zikrini demek savabdır.
Sonra 2 rükət "Şəf'" namazı qılınır. 1-ci rükətində "Fatihə" dən sonra "Nas", 2-ci rükətində "Fatihə"dən sonra "Fələq" surələri oxunur, qunut tutulmaz.
Axırda 1 rükət "vitr" namazı qılınır. "Fatihə"dən sonra 3 dəfə "ixlas" və 1 dəfə "Fələq" lə "Nas"surələri oxunur. Sonra qunut tutulur, 40 nəfər mominin bağışlanması üçhün dua edilir, sonra 70 dəfə istiğfar edilir, 7 dəfə "hazal-məqamul-aizu bikə minən-nar" deyilir, 300 dəfə "əl-əfv" söylənir, ruku, səcdələr, təşəhhüd və salam yerine yetirilir.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam tilavat sürəsinin namaza bir aidiyatı var yəni o nə üçün oxunur?
Cavab: Salam. Sualınız aydın deyil, üzrlü sayn. Aydınlaşdırın və yenidən ünvanlayın.
Sual: Sualı ünvanladı Ehmed: Salam Agacan edaletsiz dovlet mollasina iqtida ederek namaz qilmaq olarmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Dövlət mollası ya qeyri molla, ədalətsiz olan istənilən bir kəsə iqtida olmaz.
Sual: Sualı ünvanladı Həqiqət: SALAM. BELƏ BİR SÖZ EŞİTMİŞİK Kİ, GUYA Kİ, HƏR BİR MÜCTƏHİDİN RİSALƏSİN 7 MÜCTƏHİD TƏSDİQLƏMƏLİDİR.BU DOÖRU SÖZDÜR?
Cavab: Salam. 7 nəfər yox, amma bir müctehidin ictihada yetişdiyin iki nəfər bu sahədə olan mütəxəssis (mectehid) təsdiqləməlidir.