Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Yavər: SALAMU ALEYKUM VE REHMETULLAHI VE BEREKATU. BAGIWLAYIN NARAHAT ETDIN. SIZE BIR SUALIM VAR? Men ....................
Cavab: Salam. Sualınıza cavab verilib-arxivə diqqətlə baxın.
Sual: Sualı ünvanladı Anar: Salam.eger.namazin.vaxti.girmiyibse.insan.aldanib.namazi.
vacib.namaz.niyeti.ile.qilib.o.namaz.nece.qebul.edilir.?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Namazınız batildir, yenidən qılın.
Sual: Sualı ünvanladı Babək: Salam aleykum. Qardaş bu məscidin qibləsi cənubadır. Cənub da demək olmaz. Bakıdan qiblənin istiqaməti cənuba az qalır. Yəni, cənuba çatıb oradan da cənub-qərbə istiqamət almaq lazımdır. Camaat da bunu bilir. Bu məscidlə eyni ərazidə tikilən məsciddə hamı mən dediyim kimi qılır. Kompas da bunu göstərir. Məsciddə bilənlər mən dediyim istiqamətdə qılırlar. Amma camaat namazları "dədə-baba qaydalarına uyğun" qılınır. Məni də "neprav" çıxartdılar. Mən bu münaqişəyə görə deyil, namazıma işğal gəlməməsi üçün öz elmi və dəlili olan kimi hərəkət edərək qılıram. Yəni, camaat namazına qoşulmuram.
İndi deyin görək, qiblə hara sayılır və belə vəziyyətdə mən camaat namazına qoşulmamağımın işğalı var?
Camaatın qıldığı namazın hökmü nədir?
Mən camaat namazına hörmət edirəm. Kompas əldə edib qibləni öz gözlərimlə müəyyən edəndən sonra camaat namazına qoşulmuram.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: O məsələ barəsində daha nəsə etməyiniz lazım deyil. Sizin o məscidə gedib orda namazı ayrı qılmağınız orda namaz qılan məscid əhlinə və məscidin imamına hörmətsizlik sayılır. Bundan sonra o məsciddə cəmiyyət namazı qılındığı halda orada tək namaz qılmağınız olmaz-namazınız işğallıdır. Həmin məsciddə cəmiyyət namazı olanda, siz başqa məscidə gedin.
Sual: Sualı ünvanladı Bətul: salam aga size weri sualimi var...................
Cavab: Salam. Sualınızın cavabı uzun araşdırma istəyir. Hələki araşdırma ilə əldə olunan cavab verməyə imkan yoxdur. Müəyyən müddət səbr edin. İnşallah bu imkan yaxın gələcəkdə olacaq.
Sual: Yazdı icazə üçün: salam. Biz burda yayimlanan suallari ve cavablari sosial sebekelerde insanlari mariflendirmek meqsedi ile paylasiriq. Cunki haminin girib burdan sual unvanlamaga qudreti yoxdur. Onlarin suallarini size unvanlayib cavablari onlara catdiririq.buna icaze var?
Cavab: Salam. Bu işi gördüyünüzə görə biz sizə təşəkkür edirik və Allah əcrinizi versin. İcazə sizindir. Amma sayta istinad zəruridir.
Sual: Sualı ünvanladı Aybəniz: salam heyz quslu alandan sonra heyz qanina bulanmis paltari yumaq ellerime qan deyerse qusl pozulurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, pozulmur.
Sual: Sualı ünvanladı Malik: esalamun aleykum bilmek isterdim piwnamazi tanimiram amma ona iktida eliyenleri taniyiram onlar momun qardawlardi
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Hökm budur ki, onun ədalətli olduğunu biləsiz. Amma bu işin necə olması sizin öz vəzifənizdir. Yəni bunu özünüz təyin etməlisiz.
Sual: Sualı ünvanladı Emin Hasanli: Assalamu Aleykum Va Rahmatullahi Va Barakatu.Aqam man Russiya Vilayatinda yawayiram manim evima manim yaxinlarim qalir qedir ,man onlara qediram ,onlar hamisi islamdan uzaqdilar Allahin haram buyurduqunu ozlarina halal edirlar donuz yeyirlar araq icirlar .Sizdan xahiw ediram man bu vaziyyatda na etmaliyam.Qonaqliqlarda yiqliwuruq sufra acilir va o sufrada haram olur,manim yoldawimda namaz ahlidir va o macbur olub araq icilan stakanlari yuyur biz bu vaziyyatda na etmaliyik.Evima qalan qonaqi rad eda bilarammi.Allah razi olsun.Amin
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Siz onların evinə süfrə olmayan vaxt, yemək vaxtı olmayanda gedib gəlin. Yox əgər siz çatan kimi süfrə açılırsa və belə haram şeylər süfrəyə gətirilirsə, onda getməyə bilərsiz. Amma əlaqəni kəsməyin. Telefonla da olsa kef-əhval tutun.
Sual: Sualı ünvanladı Emin Hasanli: Assalamu Aleykum Va Rahmatullahi Va Barakatu.bu ............. musalmanliqa boyuk zulm verirlar va bizim Imamlari taqqir edirlar (astagfrullah) bizim boyuk Alimlarimiza (Ahli-Beyt davamcilarina) nalayiq sozlar deyirlar Imamlarin Mascidlarin partladirlar korpa qadini oldururlar.bas bunlar islamdan kanar deyirlar Peyqambarimizi(s) yalanci deyirlar bas bunlari oldurmak halal deyil.bas navaxt Cihad Hokmu Verilacak Inwaallah.Allah AQAMIZ MEHDI(A)-IN ZUHURUNU TEZLAWDIRSIN INWAALLAH.AMIN
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Peyğəmbəri və İmamları təhqir edib onlara söyüş söyən kəsin cəzası ölümdür. İmkanı olan şəxsin həmin insanı öldürməsi vacibdir. Amma bir şərtlə ki, öz canı, malı, namusu təhlükəyə düşməsin. Bu hökm istənilən bir kəsə aiddir.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): salamun aleykum ............................eger dini toylara gedib musiqilr calinan ilahi neqmelere qulaq ve ya o toyda oturmaq ne hokumundedir
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər musiqi halal musiqi olsa, eybi yoxdur.
Sual: Sualı ünvanladı Anar: Salam.sizden.xais.edirem.mene.hediye....................
Cavab: Salam! Qardaş, maşallah sullar çoxdur. Bu işə hələki vaxt yoxdu. Üzrlü say və əfv et.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): es selamu aleykum. Sistani ağanın fətvasına uygun cavablandırmağınızı xahiş edirəm. mən universitet məzunuyam və kamil hicaba riayət edirəm. təhsilimə uyğun işləmək istəyirəm. amma bizim məktəblərdə oğlan və qızlar bir yerdə oxuyur. bu halda mənim müəllimə olaraq işləməyim icazəlidirmi? nəzərə alsaq ki, orada 16-17 yaşında da oğlan şagirdlər olacaq. Allah sizlərdən razı olsun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Hicabı kamil gözləməklə, iffəti kamil gözləməklə eybi yoxdur.
Sual: Sualı ünvanladı Mahir: Slamun aleykum. Biz kend yerinde yasayiriq. Bildiyiniz kimi inek ve mal-qara saxlayiriq. Ineyin mayalandirmaq vaxdi catdiqda, ineyi oz balasi olan (onun betninden cixan) bir kəl (öküz ) ilə cütləşdirməyə icaze var? Yeni ineyi öz balası ilə cinsi munasibet qura biler? Heyvani bu işe tehrik eden şəxs gunah qazanir? və bu yolla heyvandan əmələ gələn - dogan buzovun ve ya kəlin hokmu necedir? Onlardan sitifade etmek olar? Bu işe heyvani mecbur etmek ve ya etmeden ozu bu isi gorse hokm necedir? Cavabi Mekarim Şirazinin de fetvasina uygun versez sevinerik. Xahis edirem cavabi emaile gonderin.Saytda da qoya bilersiniz ixtiyar sahibisiniz?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Sadaladığınız işlərin heç birinin eybi yoxdur.
Sual: Sualı ünvanladı Anar: Salam,mənim çalişdığım iş yerində namaz qılmaq üçün xüsusi otaq yoxdur, cunki müəssisənin direktoru bunu bəyənmir. Lakin men vaxt edib öz şöbəmin müdirindən icazə alaraq ( müəssisə direktorundan deyil), namazımı qılıram, menim başqa yerdə namaz qılmaq imkanım yoxdu. Gunorta namazlarım ,çox vaxt qəzaya gedir,Müəssisə direktorunun otağımda namaz qıldığımdan xəbəri yoxdur.Bu halda mən nə etməliyəm, qıldığım namazlarım səhihdirmi?
Cavab: Salam. Müəssisə direktoru bu işi qadağan edib? Yoxsa sadəcə, bəyənmir? Namazın özü ilə problemi var bəyənmir, yoxsa namaz onun müəssisəsində qılındığı üçün bəyənmir? Bu cavabları bizə yazın-üstəki cavabımızla birgə, tam şəkildə ünvanlayın və biz cavab alaq.
Sual: Sualı ünvanladı Anar: salam xumus meselesine goredi sualimi aydin sekilde yaziram bizim evde xumus cixilmir men atamin tabeliyindeyem rehberin numayendesinen icaze almisam altarlarimin birde desdamaz aldigim suyun qazin bu kimi seylerin xumusunu vermeye ixdiyarliyam hemde gucum catir ve yemeyiminde hele atamnan hele evin xumusu haqda tam razilasmamisam yeni xumus cixilmiyan pulla sedeqe nezir mescid ucun nese xercliyirem bunlarinda xumusu cixilmalidi ya yox esasda mescidin hansisa abadlasan bir seyi ucun pul xercliyirem bununda xumusu cixim eger onuda cixsam menim ucun cetin olar mescid ucun sedeqe nese nezir elede boyuy bir sey doyul amma onun da xumusunu cixsam menim ucun cox vesait lazimdi ki xumus cixam buda menim ucun cetin olar
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Atanızın sizə verdiyi pulun, atanızın əlində bir il qaldığına yəqininiz yoxdursa onda o puldan istifadə edə bilərsiniz. Yox əgər yəqininiz varsa ki, atanızın sizə verdiyi pul onun əlində bir il qalıb və üstünə xüms gəlib-belə olduğu təqdirdə sualı yenidən ünvanlayın və biz cavab alaq. Amma sualı tam ünvanlayın.
Sual: Sualı ünvanladı Bende: Salam eleykum. Ayetullah Xamneyi. 1. qadina tecavuz olundugu.......................................
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qadın özünü öldürə bilməz.
Sayt tərəfindən: Sualınızın ikinci hissəsinə sabah, 5 mart cavab veriləcək. Üzrlü sayn.
Sual: Sualı ünvanladı Zaur: Salam aleykum. Ayətullah Xameneyini təqlid edirik. Bizim ölkədə hicabla qızları məktəbə buraxmırlar. Bu halda olar ki, onlar hicablarının üstündən parik qoyub məktəbə getsinlər? Yoxsa nə etsinlər?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Hicabın üstündən parik qoymaq olmaz.
Nə etmələrinə gəldikdə isə, hicabla təhsil alma hüquqlarını tələb etsinlər.
Sual: Sualı ünvanladı Mailk: esalamun aleykum men bilmek istiyirem xumsumuzu Azerbaycanda kime verek ki aqaya catsin ve aqa ceki ne vaxta gonderir?birde umumiyetce xums Azerbaycanan qiraqa cixmalidimi? Allah razi olsun bizi dua eliyin
Cavab: Salam. Xümsün harasa çıxması və ya necə xərclənməsini mercei-təqlid təyin edir. Müqəllidlərin vəzifəsi xümslərini mərcei-təqlidə çatdırmaqdır. Amma xümsü necə çatdırmağa gəldikdə İranın Bakıda milli Bankı var. Biz o Bankda hesab nömrəsi verə bilərik ki, siz pulu ora köçürəsiz və biz həmin məbləği aparıb dəftərxanada təhvil verək. Sonra, ödənişin müqabilində dəftərxanadan aldığımız çekin surətini internetlə sizə göndərək.
Sual: Sualı ünvanladı İlkin: Salamun aleykum sizlerden cox xahis edirem .mene namazin sekleri haqda tam etrafli yazardiz kitabda oxudum basa dusmedim. (meselen : namazin 3 ve 4 ruketlerinde ....................................
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: 3-də yoxsa 4-də olduğunuza şəkk etdikdə, namazı bitirin. Qiblədən dönmədən, ayağa qalxın, təkbir deyib 1 rəkətli namaza başlayın. Bu namaza ehtiyat namazı deyirlər ki, yalnız həmd surəsi qiraət olunur. Sonda təşəhhüd və salamı deməklə bu namazı da bitirin.
Sayt tərəfindən: Sualın daxilində bu mövzuda bir neçə sual var idi. Amma birinə cavab vermək imkanı oldu. Bu cavabdan sonra risalədəki bu barədə olan digər hökmlərə baxın. Əgər yenə aydın olmasa onda sual edərsiz.
Sual: Sualı ünvanladı Anar: Salam.kokakola.içmek.olar.?.tesekküller.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər İslam düşmənlərinə bu suyu almağınızla xeyir verməyə yəqininiz yoxdursa o zaman olar.