www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Anar: Salam.damino,lato,nerd.oynamaq.olar.?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qumar aləti sayılmasalar eybi yoxdur.
Sual: Sualı ünvanladı Anar: Salam.sadece.mene.etrafli.teyemümün.niyetin.yazin.nece.niyet.edim.?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Niyyət budur ki, siz bunu qəlbən bilin: Məsələn qüsl əvəzi təyəmmüm edirsiz-qürbətən iləllah.
Sual: Sualı ünvanladı Gülnar: Birdaha Allahin salami olsun uzerinize. Allah razi olsun vaxt ayirib verdiyiniz cavablara gore. Mene cavab yazildiki saytin sag terefinde link yazilib ora baxib Sistani aganin wexsi saytina daxil ola bilerem,amma mem tapa bilmedim. Mene komek edin Allah xatirine
Cavab: Salam. Saytın sağ tərəfində olan xırda şəkilərdən biri Sistani ağanın saytına gedən linkdir. Diqqətlə baxın.
Sual: Sualı ünvanladı Mahir: Salamun aleykum. Sizden xahis edirem size gonderdiyim suallari emailime gonderin. ......................
Cavab: Salam. Bu sualın daxilində sual yazılmayıb. Digər suallar barəsində e-mail ünvanına göndərmə imkanı yoxdu. Üzrlü sayn. Yoxsa suallara cavab almağa vaxt edə bilmərik. Çünki çox insanlar istəyir ki, e-mail ünvanına cavab yazaq. Üzrlü sayn və əfv edin.
Sual: Sualı ünvanladı Vasif: salam menim saclarim biraz qolindi ona gore mes cekende cox vaxt sekk edirem suyun basima catib catmamasina bundan dolayi basima sekk etdiyim vaxtlarda iki defe mes ceke bilerem?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bir dəfə məsh etmək kifayətdir.
Sual: Sualı ünvanladı Yetim: Allahın salamı olsun sizlərə. Azərbaycanda cümə namazına Sistanı ağa icazə verirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.
Sual: Sualı ünvanladı Yavər: ASSALMU LEYKUM VE REHMETULLAHI VE BEREKATU. Her vaxtiniz xeyir cenablar. Rica edirem sualimi diqqetle oxuyun. bir wexs .......dir ona Namaz qilmagi qadagn edibler. amma o gizlin wekilde imkani olduqca iw yerinde namaz qilir. NAMAZ SEHIHDIR? Xatirladim ki bu iwden cixa bilmir cixsa cinayet mesuliyyetine celb olunur evvelceden tesekkurler
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İşdən çımaq imkanı olan kimi işdən çıxmalıdır. Orda qıldığı namazlar düzgündür.
Sual: Sualı ünvanladı Aybəniz: salam men hem Xameneyi hem de Sistani risalesine muraciet edirem bu duzgundurmu?her ikisinin fikrini oyrenirem ve sonra ozume tam emin oluram. deye bele edirem
Cavab: Salam. Siz öz təqlid etdiyiniz müctehidin buyuruqlarına əməl etməlisiz. İkisinin də fikirini örgənmək yaxşıdır, amma birinə, yəni öz mərcei-təqlidinizin buyuruquna əməl etmək lazımdır.
Sual: Sualı ünvanladı Aybəniz: salam namaza teze baslayan herden namazin sozleri yaddan cixanda namaz plakatina baxa bileremmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Eybi yoxdur.
Sual: Sualı ünvanladı Aybəniz: salam sunnet namazi ne demekdir?mene deyirler ki sen qeza edende gerek 2 ruket de sunnet namazi qilasan.bu ne demekdir?xahis edirem etrafli yazin bu barede.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sünnə namazı müstəhəb olan nafilə namazlara deyilir. Amma qəza namazlarını qıldıqda nafilələrin qəzası qılınmamalıdır. Yalnız gündəlik vacib namazların qəzası qılınır.
Sual: Sualı ünvanladı Aybəniz: salam menim yoldasim namaz qilmaga icaze vermir amma men yoldasim evde olmayanda zohr namazini vaxtinda qila bilerem.amma qalan namazlari vaxtinda qila bilmirem ona gore ki yoldasim evde olur..eger qalanlari qeza etsem olarmi? duzgundurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər yoldaşınız evdə olarkən namaz qılmağa imkan yoxdursa, və o bilsə sizi namaz qılmağa qoymursa, bir kəlamla namazlarınızın qəzaya getməməsinə heç bir yol yoxdursa, onda qəza olaraq qılın və düzgündür. Zöhrü qıldıqdan sonra əsri də onun ardınca qılın. Qəzaya saxlamayın. Zöhrü qılıb qurtardıqdan sonra əsri qılmaq olar.

(Heç bir yol yoxdur dedikdə elə bir yol nəzərdə tutulmur ki, o yolda dözülməz çətinlik və yaxud məşəqqət olsun.)
Sual: Sualı ünvanladı Murad: Bismillah. Mektebde muellimi hirlendirdikden sonra ondan halalliq almaq lazimdir? Hemde, qiymet yazdiqdan sonra ondan hemin qiymetin hallaliqini almaqa ehtiyac var ?
Cavab: Salam. Əgər nahaq yerə hirsləndirsəz halallıq lazımdır, qiymətə görə isə yox.
Sual: Salam.bunlari.oturaraq.elemelisen.suyu.içmek..........
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Suyu oturub içmək bəyənilən işdir.

İkinci hissəyə cavabı sabah verəcəyik-inşallah.
Sual: Sualı ünvanladı Anar: Salam.tesbehle.zikir.edilende.salavat.deyerken.eli.üze.çekmek.yaxsidir. yoxsa.çekmesek.düzùn.siz.yazin.?tesekküller.
Cavab: Salam. İxtiyar sahibisiz, çəkədə bilərsiz, çəkmiyədə.
Sual: Sualı ünvanladı Allahı Sevən: SALAMUN ALEYKUM.MEN YENEDE QADINLAR HAQQINDA SUAL UNVANLAYIRAM. BILMEK ISTERDIMKI QADINLAR AYBASI VAXTI,6-7 GUN EREFESINDE AYETEL KURSUNU,VE YA HER HANSI BIR SURENI OXUYA BILERMI? O CUMLEDEN SALAVAT CEVIRE BILERMI?EVVELCEDEN TESEKKUR EDIREM.ALLAH RAZI OLSUN.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, oxuya bilərlər. Amma səcdə ayələrini oxuya bilməzlər. Səcdədən başqa ayələri oxuduqda yeddi ayədən çox oxumaları məkruhdur.
Sual: Sualı ünvanladı Anar: Salam.qunut.ürekde.yoxsa.piçilti.ile.deyilse.yaxsidir.?tesekküller.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İxtiyar sahibisiz.
Sual: Sualı ünvanladı Mahir: salam. Qadinla yaxinliq etməmək şərti ilə siğə etmək olarmi? Yəni əlindən tutub gəzmək, onunla vaxtini kecirmək, öpmək və s. Cinsi munasibetden basqa her sey. Buna icaze var?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, olar. Amma bakirə olsa onda atasından icazə almadan bu iş də olmaz.
Sual: Sualı ünvanladı Mahir: Sistani aganin şeceresini bilmek isteyirdik. Yeni onun seyyidliyi hansi imama catir.
Cavab: Salam. Sual mövzumuza aid deyil. Üzrlü sayın.
Sual: Sualı ünvanladı Şiə: Əssalamu əleykum qardaşlar. Bir sual var ki, məni narahat edir. Bəzi şəxslər qeyd edəcəyim məsələdə, bəzi sözlər danışırlar. Bu sualı verməyə hər nə qədər xəcalət çəksəm də,....................................................
Cavab: Salam. Bu sualın cavabı araşdırma istəyir. Hələki belə vaxt yoxdur. İnşallah saytda dəyişiklik olacaq və araşdırma xarakterli suallara da cavab veriləcək. O vaxta kimi səbr edin. İnşallah Dəyişiklikdən sonra sualınızı yenidən ünvanlayarsız. Əfv edin.
Sual: Sualı ünvanladı Heqiqet: Salam. Məcbur olub kredit goturmek olar?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Məcbur olduqda və zərurət olduqda götürmək olar.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı