www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Mahir: Salam. Sizdən cox-cox xahis edirem. Gonderdiyim suallari emailime gonderin. Cetinlik cekirem cavablari tapmaqda...
Cavab: Salam. Əziz qardaş, bizi üzrlü say. Sizin kimi başqa möminlər də cavabı e-mail ünvanına göndərməyimizi istəyib. Amma etməmişik. Çünki belə etsək suallara cavab almağa vaxt olmaz. Sizin sözlərinizdən sonra bu işi etməmək ədalətə xatirdir. Sizdən dəfələrlə üzr istəyirik. Əfv edin.
Sual: Sualı ünvanladı Mahir: Salam.size tez tez suallar unvanlamagin yeqin ki, sizin narahatciliginiza sebeb olmaz. Sualim budur: Qadin toyuq kəsə bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qadın da kəsə bilər. Lazım olan budur ki, kəsməyin qayda-qanununa riayət etsin.

Sayt tərəfindən: Heç bir narahatçılığı yoxdur, xoşdur.
Sual: Sualı ünvanladı Vasif: Salam yazmisinizki qiz oz mehremine hediye ala biler anasindan icazesiz bes anasina hediye aldigini dese ama 10manata alibsa anasindan cikindiyi ucun 5manata aldigini dese gunah edir?beleki 10 manata aldigini dese qorxurki anasiyla arasinda munaqise yarana biler ve o anasina ag valideyin olmaq istemir bela olduqda ne etmelidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxna: Bu yalandır və olmaz. Belə olduğu halda, məsələn desin 5 manatdan yuxarı almışam. Deməsin 10 manata almışam.
Sual: Sualı ünvanladı Kərəm: Salamaleykum,men senetle mesgulam,kohne xums ilinde islemisem,lakin hemin isin zehmet haqqini(pulu) yeni xums ilinde goturmusem.Bu halda hemin bu pul kohne ilin qazancindan hesab olunur,yoxsa yeni xums ilinin qazancindan hesab olunur?Yani burada xums elime pul catan zaman vacib olur,yoxsa islediyim muddet(pulu hele almasam bele)?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Pul əlinizə çatan kimi xümsünü ayırın.

Sayt tərəfindən: Əgər həmin vaxt borcunuz olsa, onda sualı yenidən ünvanlayın və cavab alaq.
Sual: Sualı ünvanladı Ali-Esger: Salamun aleykum.sual? men ozum gurcustanda yashiyiram ve bizler hergun namehrem qadinlarla danismali oluruq ister mektebde istersede seherde vs,ve seri hoklerde olduqu kimi qadinla bir nece kelmeden artiq danismaq olmaz bes o zaman bizim hokmumuz nedir ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu işin fəsadı fəsadı varsa, onda olmaz. Amma lazım olan, zəruri olan həddə danışmağın eybi yoxdur.

Sual: Sualı ünvanladı Balabəy: salam nezir dusmey barede sual yazmisdim sis dediniz sigeni oxuyub sige nedir qiz usaqi nezir ede bilmez etrafli yazardiz?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Nəzirin məxsus siğəsi var. O siğə barəsində qızın məlumatı yoxdursa, deməli həmin qız o siğəni oxumadan nəzir edib. Siğə oxunmadan deyilən nəzirləri yerinə yetirməmək olar.

Siğə budur: "Allah üçündür mənim boynumda filan işi görmək." (Yəni əgər filan iş olarsa-Allah üçündür mənim boynumda filan işi görmək".

Qız uşağı nəzir edə bilər-qız ya oğlan olmaq bir maneə yaratmır.
Sual: Sualı ünvanladı İmran: Döymə və tatirovka haramdir?teşekkürler
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu iş olmaz.
Sual: Sualı ünvanladı Aga-Natiq: Salamaleykum AGA!men dovlet iwinde iwleyirem.uzumu lezva ile qirxiram cunku qoymurlar uzde tuk olanda .gunah iw gorurem ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Üzü belə qırxmaq haramdır və günah. İşinizi dəyişin. Əgər işdən bugün çıxmaqla elə bir çətinliyə düçar olacaqsızsa ki, bu çətinlik dözülməzdir, məşəqqətlidir, onda yeni bir iş tapıb sonra işdən çıxın.
Sual: Sualı ünvanladı Mahir: Salam xahiş edriəm bu hədisi arasdirin. Bu hədisdə deyilir ki guya peygemberin (s) namazi......
Cavab: Salam. Sualınız mövzumuza aid deyil. Belə suallara cavab üçün hələki imkan yoxdur. Üzrlü sayn. Əfv edin.
Sual: Sualı ünvanladı Mirfail: salamun aleykum 1. Bir aile usaq evinden ovladliq goturse bu usaq onlara namehremdir.bu usaqin onlara mehrem olmasi ucun bir eqd dua movcuddurmu? ......
Cavab: Salam. Bu uşaqın neçə yaşı var və qızdır yoxsa oğlan?

Sualınızın ikinci hissəsini ayrı ünvanlayın. Bir sualın daxilində iki suala cavab verilmir. Üzrlü sayn.
Sual: Sualı ünvanladı Şamil: Əssələmu əleykum.`Əda niyyəti, haqqında məlumatım yoxdu Məlumat verə bilərsinizmi
Cavab: Salam. Yəni "qəza" olmayan. Vaxtında qılınan namazlar, vaxtında əda olmuş hesab olunur.
Sual: Salam. Ayətullah Xamenei-dəftərxana: Dünyadan köçmüş mərcei-təqlidə təqliddə qalmaq üçün dünyada olan mərcei-təqlidin icazəsi lazımdır. Bu icazə ilə qlırsınızsa onda bir maneə yoxur. Sualim budur ki men icazeni kimnen ve nece almaliyam ? elaqe yaratmaq imkanim yoxdursa vezifem nedir ? tesekkurler
Cavab: Salam. Siz bizi öz əvəzinizdən vəkil edin və biz icazə üçün müraciət edək. Növbəti sualda yazın, əgər istəsəz.
Sual: Sualı ünvanladı Mahir: Salam.Bank mudiri meni oz şexsi vesaiti hesabina hecce gondermek isteyir. Men onun pulu ile hecce gede bilerem? Şeriet baximindan bu doğrudur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Gedə bilərsiz.
Sual: Sualı ünvanladı Mahir: Salam. Islami qaydalarla islemeyen banklarin filialinda mudir vezifesinde calisanin aldigi maas haladir?
Cavab: Salam. Sizin sualın cavabını sabaha (5 marta) qaldı. Üzrlü sayn və əfv edin.
Sual: Sualı ünvanladı Cavid: salam aleykum.sukur secdesi ve secdede dua edende dirsekleri yere qoysam bu cur secde duzgun olar .Sistani aganin nezerince. Allah sizlerden razi olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Müstəhəb səcdədir, eybi yoxdur.
Sual: Sualı ünvanladı Aybəniz: NAMAZIN AXIRINDA SALAMI DEYENDEN SONRA BASIMI SAGA VE SOLA DONDERIM YOXSA NECE EDIM?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Başı döndərmək yox, sağa və sola nəzər salına bilər.
Sual: Sualı ünvanladı Aybəniz: salam kecmis gunlerin namaz qezalarin heyz gununu nifas gununu her ay nace gun cixmaliyam ? men de heyz gunu 5 -6 bezen de 7 gun olur men nece gun cixim ve qalan gunu qeza edim?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Heyz və nifas olan qadının bu halda qılmadığı namazların qəzası yoxdur. Amma orucların qəzası var. Ən az yəqin etdiyiniz gün qədər qəza edin, oruc qəzası. Yəni bilmirsiz 5-dir ya altı, onda 5 gün oruc tutsaz yetər.
Sual: Sualı ünvanladı Sabuhi: salam. 1 men orucluqda birinci gununde telefonla porno kinoya baxmiwam ve istimna etmiwem meni de cixib ve ondan sonra cixib getmiwem cay icmeye ve sonra siqaret cekib getmiwem sefere--- bu menim birinci gunumde pozduxum orucdur ve bunun hokmunu mene deyin ki men ne etmeliyem? .....................................................
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Siz 61 gün oruc tutmalısız və 60 fəqirin hər birinə 750 qram olmaqla buğda və bu kimi təam verməlisiz. Bu 61 gün orucun 31 günün fasiləsiz tutmalısız.

(Sayt tərəfindən: Sualınızın digər hissəsini yenidən ünvanlayın. Bir sualın daxilində bir suala cavab verilir. Qatışıqlıq düşməsin deyə belə edirik. Üzrlü sayn.)
Sual: Sualı ünvanladı Ekber: salam kisi namazi qilanda ferqi var qolu aciq oldu ya ortulu xais edirem cvb
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, fərqi yoxdur.
Sual: Sualı ünvanladı Anar: Salam.ziyaret.namazi.nece.olur.ve.onu.nece.niyet.ediller.
Cavab: Salam. İki rəkət olur, sübh namazı kimi. "Ziyarət namazı" niyyəti olunmaqla qılınır.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı