www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam.QEZA NAMAZI QILARKAN HEYZIN GUNLERI NECE HESABLANMALIDIR(NECE GUN CIXMAQ LAZIMDIR)
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Heyz günlərinin sayı qədər çıxma lazımdır.

(Sayt tərəfindən: Əgər adətiniz sabit deyilsə, onda sualı yenidən kamil formada ünvanlayın və biz cavab alaq.)
Sual: Sualı ünvanladı Elvin: Bismillahir Rehmanir Rehim. Salam aleykum. Mende bir nece sorun var. Men dilde imandan daniwiram. Emeldede caliwiram gunah etmeyim ve yeni bir weyjler oyrenim. Ama qelben urekden bezen hecne gelmir. Sanki ruh her weyi geri cevirir. Ne dua etmek isteyirem ne zikr. Bu meselede mene yardinci olsaniz sevinerem. Allah razi olsun. Helelik
Cavab: Salam. Halal ruzi məsləsinə diqqətli olun. Danışarkən zənn-gümana əsasən danışmayın, qeybətdən çəkinin. Əlbəttə ki, bu işin başqa amilləri də ola bilər. Allah yardımçınız olsun.
Sual: Sualı ünvanladı Zəhra: Salam. Namazda qadinlarda cənə-alti aciq olsa namaz batildi ya yox?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu açıqlıq çox həddə olmasa və naməhrəmin sizi görmək ehtimalı olmasa, onda eybi yoxdur.
Sual: Sualı ünvanladı Suleyman: Eger telefonla danismaq ucun konturum olasa kredit goturmeyin gunahi avr ya yox
Cavab: Salam. Siz umumiyyətlə kreditə kontur almağın halal-haramlığından sual edibsiz, yoxsa kontur ola-ola bu işi göməyin? Sualı aydınlaşdırın və biz cavab alaq.
Sual: Sualı ünavanladı Baxtiyar: Salam. Mən 2 ildir xüms günümü miladi təqvimlə hesablayiram. Bu ildən hicri qəməri tarixə keçib, xümsü hesablaya bilərəmmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Eybi yoxdur.
Sual: Sualı ünvanladı Anar: Salam.namazi.bitirdikden.sonra.müsteheb.salavat.nece.edilir.
Cavab: Salam. Azadsız, istədiyiniz halda salavat deyə bilərsiniz.
Sual: Sualı ünvanladı Anar: Salam.men.namazin.sonunda.alnimi.möhüre.qoyub.allaha. dua.edib.yalvara.bilerem.onda.elimin.arxa.terefin.yere.qoyum.yoxsa.ele.namazda.qoyduqumkimi.yeni.elimin.icin.tesekkül.edirem.insallah.sizi.de.dua.edecem.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əlin için qoymalısınız yerə.
Sual: Sualı ünvanladı Natiq: ALLAHIN SALAMI olsun size baqislayin sizden bir sual sorusmaq isterdim siz mene deye bilersiz cizgi filmi cekmek ve yexutda tebiet cekmek gunahdir?yoxsa yox
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər ruhlu şeylərin rəsmini rəssamlıqla çəkirsizsə (yəni fotoaparatla yox) bu iş məkruhdur. Cizgi filmi çəkməyin eybi yoxdur.
Sual: Sualı ünvanladı İlkin: Salam bu deyqe mozieler mahnilar qosular bunun seri hokum nedir birdeki Tar musiqi aleti haramdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Musiqi halal musiqi olsa, fəsad məclislərində olan musiqilərdən olmasa, eybi yoxdur.

Tarı almaq, satmaq haramdır.
Sual: Sualı ünvanladı Rabbani: salamun aleykum, eger bir aileli kishi, bir aileli qadinla zina etse onlarin hokmu nedir? ne etmelidirlerki Allah onlari bagishlasin ve qiyamet gunu cezalandirmasin? Allah razi olsun sizden
Cavab: Salam. Kişinin ailəli olub ya subay olması mühüm deyil. Mühüm qadının ailəli olmasıdır. Mühüm odur ki, kişi ərli arvadla zina edib.

Bu iş böyük günahdır, tövbə etsinlər. Allah bağışlayandır.
Sual: Sualı ünvanladı Ded: .....(bədənin üzərində rəsmlər) halaldır yoxsa haram?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, olmaz.

Sual: Sualı ünvanladı Muzamil: salam .menim atamin adi Muradil babam adi Aga atamin babasi mir Muhemmedeli mene seyyidlik dusur oz adim ise Muzamildi
Cavab: Salam. Əgər bu adla "mir Muhemmedeli" babanız varsa, bilin ki, bu ad seyyidlərə məxsusdur və belə olduğu təqdirdə sizə babanızdan seyyidlik çatır.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): ....................Evveller atama dedik qil qilmadi. Sora ele xesteliye ducar olduki qila bilmedi. Men qildira bilerem. Eger olarsa pul ile namazi qildirmaq boyuk oglun boynuna duwur yoxsa ferq yoxdu? Allah razi olsun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Atanın qəza namazlarını qılmaq (və ya pul verib başqasına qıldırmaq) böyük oğulun üzərinə düşür. Amma böyük oğuldan başqa övladlar bu işi könüllü surətdə görə bilərlər. Pul ilə də qıldırmaq istəsələr, bu işi könüllü surətdə edə bilərlər.
Sual: Sualı ünvanladı Anar: Salam.Emirbe.meruf.ve.nehyenz.münker.nece.edilir.
Cavab: Salam. Yəni, yaxşılığa dəvət və pislikdən çəkindirməık.
Sual: Sualı ünvanladı Betul: Salam bir musulman meyyidin daxili orqanlarini kafire vermek olarmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Eybi yoxdur.
Sual: Sualı ünvanladı Fərid: Salam.Men sagligin da iken Cavad Tebrizi (r.e) agaya teqlid etmisem ve hele de onun muqellidiyem.Rehberin reyini bilmek isterdimki teqlidi deyismeyim vacibdi yoxsa ixtiyar sahibiyem ? (bildiyim qederiyle yeni fetvalar da udul ede bilerem) Tesekkurler
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Dünyadan köçmüş mərcei-təqlidə təqliddə qalmaq üçün dünyada olan mərcei-təqlidin icazəsi lazımdır. Bu icazə ilə qlırsınızsa onda bir maneə yoxur.
Sual: Sualı ünvanladı Cabir: Salam cenabet qusulunun suyunu ne qeder tokmek olar ve niyeti ?
Cavab: Salam. Hər nəqədər az su ilə qüsl alsanız bir o qədər yaxşıdır ki, israfçılıq olmur. Əsas odur qüsldə islanması lazım olan əzalar islansın.

Niyyət də ki, belədir: Cənabət qüslü alıram qürbətən iləllah! Bu niyyəti dilinizdə demək lazım deyil. Elə qəlbən bilməniz yetər.
Sual: Sualı ünvanladı Hüseyn: salam olsuz size axi men dunen sual verdim niye cavabin yazmirsiz ki dedim axi vacib meseledi ozude tezlikle..
Cavab: Salam. Biz suallara cavab vermişik. Sual-cavabların sayı çoxdur deyə sizin sual-cavab arxivə gedib. Arxivin dərinliklərinə baxın. Son iki gün ərzində 200-250 suala cavab verilib. Bu cavabların hamısına nəzər salın. Sualınızı tapacaqsız, inşallah!
Sual: Sualı ünvanladı Zəhra: Salam Mənim padruqamda Xamenei ağaya təqlid edir amma o, Sistani ağanın fətfalarınada əməl edir bu nə dərəcədə düzgündür?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu iş düzgün deyil.

Amma ehtiyati-vacib olan məsələlərdə bir müqəllid öz mərcei-təqlidindən digər mərcei-təqlidə müraciət edə bilər.
Sual: Sualı ünvanladı Balabəy: salam cavabinizi oxudum pis oldum namazlarim batildir men ayaq yoluna getdiyde menden menidir spermadir her nedise ancaq gucendiyde gelir az miqdarda boynuma cenabaet qusulu getirir etrafli yazardizda ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: "Hər nədirsə" sözü o demək deyil ki, o spermadır. Sperma olmasına tam yəqininiz yoxdursa namazınız düzdür. Və sizin boynunuza qüsl gəlməyib.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı