Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Elshen: Salamun aleykum.xais edir Sistani aganin fetvasini deyerdiz.menim basimda emeliyyat olunub ve basim sargilidi.sargidada qan var.men Namaz qilmaq ucun ne edim?basimi bir nece gunden sonra acacaqlar.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər sualınız namazda insanla birgə murdarın olmamasına görədirsə bu yerdə eybi yoxdur. Sizin üzrünüz var.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Namazi bitirdikden sonra Secdeye gedib dua etmek olarmi.
Cavab: Salam. Bəli, olar.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam
Mən namaz qılmağı kitabdan öyrənmişəm və namaza baqşlayanda bilmədən bir çox şeyi artıq-əsgiy eləmişəm hətda namazda dünya işlərində fikirləşirdim bilməy isdirəm namazlarım səhihdir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namazlarınız səhihdir.
Bundan sonra üçün diqqətli olun.
Sual: Sualı ünvanladı Anar: Salam.namazin.vaxti.girmeden.desdamaz.alib.sonra.gözdüyüb.tam.
namazin.vaxti.çatanda.hemin.desdamazla.vacib.namaz.qila.bilerem.
Cavab: Salam. Bəli, qıla bilərsiz.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam. Eger ana betnindeki ushaq inkishafdan qalibsa 6heftelikdir. Hekim mesleheti ile ushagi saldirtmaq olarmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər uşağın bətndə qalmağı ananın canına zərərli olarsa və bu uşaq məşəqqətə səbəb olarsa, onda olar. Bu işin kəffarəsi və diyəsi var.
Sual: Sualı ünvanladı Zehra: Salam. Namazda ixtiyaraiz olaraq nece dayqa sakit dayandiqda namaz batil olur?
Cavab: Salam. Yəni özünüzdən xəbəriniz olmayıb? Bu fikirə getməklə olur? Yoxsa nəsə xüsusi probleminiz var? Bu suallara cavab yazın və sualınızla birgə yenidən ünvanlayın.
Sual: Sualı ünvanladı Anar: salam dunen de yazdim size sualimi amma cavabi necur tapmax olar burda
Cavab: Salam. Cavablar verilib. Diqqətlə baxın.
Sual: Sualı ünvanladı Zəhra: Salam necəsiz inşhAllah?
1 Mənim 10 il qəza namazim var qilmaq isdirəm bir hasand yolu var?
2 ..........
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qəzaları qılarkən bütün müstəhəb əməlləri etmədən (yəni tərk edin) namazları ən qısa formasında qılın.
Sayt tərəfindən: Yaxşıyıq, təşəkkürlər.
Sualın ikinci hissəsinə cavab verə bilmirik. Üzrlü sayn. Bir sualın daxilində iki suala cavab verdikdə qatışıqlıq olur. İkinci hissəni yenidən ünvanlayın.
Sual: Sualı ünvanladı Fikret: Salam.Menim qaynatamin qazanci haramdandir.Bunu ozude etiraf edir.Bizde onlarda olanda ve ya onlardan nese gelende mecbur oluruq istifade etmeye.Cunki istifade etmeyende naraziciliq yaranir ve deyirlerki bu nece dine qulluq etmekdiki siz radikal olursunuz.Dine qarsi bu cur pis fikirlerin formalasmamasi ucun ve esasda bizim bu haramdan qazanilan lardan istifade etmemeyimiz ucun ne etmeliyik?Eyer istifade etdikde o istifade olunan yemek ve s. seylerin xumsunu cixartmaq olarmi?Olarsa onda o hokum bizim boynumuzdan goturulurmu ki,biz haramdan istifade etmedik?Tesekkurler.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Onun belə sözlərinə görə haram yeməyiniz olmaz.
Sual: Sualı ünvanladı Huseyn: Bismillah ASSELAMU ALEYKUM Bir xanimin ari zindana dushub narkotik usda amma xanim hicab ahlidir va namaz ahlidir Xanimin arina 15 il ish veriblar ,bu qadin artiq 3 ildir ki arinin evindan cixib yani artiq oz evinda yani atasi evinda yashayir va bu qadina eri tarafindan hec bir komak olunmur indi bu xanim isdayir ki arindan talaq alsin birdaki bu qadinin ari rusiyada tutuldugu ucun va ari ila rabita yarada bilmir va deyir ki arima desam bela o qabul etmir boshanmani onun ucun qadin ozu muraciat edib ki onun masalasi nadir qadin kabini geri oxutdura bilarmi ?
Cavab: Salam. Ayətullah Sistani ağanın rəsmi saytına bu məsələni yazın. Telefon nömrəsi də qoyun ki, onlar özü əlaqə saxlayacaq.
Sual: Sualı ünvanladı Fərid: 2ci sualim beledi-Orucluq vaxti $exsin boynuna imsakdan qabaq qusl gelerse ve qusl almaga serait olmazsa vaxt da dar olarsa vezifesi nedir ?
Tesekkurler
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Belə olduqda təyəmmüm etsin.
Sual: Sualı ünvanladı Fərid: Salam.Muharibe zamani muhasiriye dusen esger esir goturulmemek ucun ozunu oldure bilermi ? (Bunu da nezere alaq ki esirlikde basina ne is geleceyinden xebersizdi .yeni oz izzetini qorumaga xatir)
Tesekkurler
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, öldürə bilməz.
Sual: Sualı ünvanladı Ramil: Muasir Azerbaycanda Tacirler menfeetinden vergi odeyirler bezileri 20% bezisi de 14 ve 35%+ elave olaraq basagri veren qurumlar da 4-5% Xums realliqda budurmu yoxsa tehlukeli riskli veziyyetde ayri odenilmelidir? .........................
Cavab: Salam. Dövlətə ödənən vergi xüms deyil. Sualınızın ikinci hissəsi isə mövzumuza aid deyil. Üzrlü sayn-təşəkkürlər.
Sual: Sualı ünvanladı Ramil: Bir mominin heyetinin suyu yari resmi yari qeyri resmi gelir. Hemin sudan gun erzinde onlarla adam istifade edir destamaz alir cimir icir ve s. Suyun kubu 22qep olmali oldugu halda ondan 1man pul alirlar. Eger momin cibinin imkanina qalsa 10gunluk su halal ala biler, gerek gelen camaata icaze vermesin sudan isletmeye ki halal odediyi ozune ve yaxinlarina bes etsin. Hec kes elini cibine salib komeklik etmeseler ne edilmelidir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Sudan belə istifadə olmaz. İstifadə edilən suyun pulu ödənməlidir. Əks halda onunla alınan dəstəmaz və verilən qüsl işğallıdır.
Sayt tərəfindən: Sualınız biraz aydın deyildi. Amma bu cavaba baxıb özünüz nəticə çıxarın. Əgər nəsə qaranlıq olsa təkrar müraciət edin. Xahiş edirik ki, saulı aydın yazın.
Sual: Sualı ünvanladı Ramil: Bir genc gozunu real heyatdaki haramdan qoruyub virtual pozgun sekilllere baxirsa onun hali necedir?
Cavab: Salam. Onun halı pisidr. Bu işdən çəkinsin. Bu işlər gözün zinasıdır.
Sual: Sualı ünvanladı Anar: Salam.bilmek.isterem.mene.mehrem.sayilan.qadinlar.kimlerdir.
subayam.25.yasim.var.teskgùller
Cavab: Salam. Nənə, ana, xala, bibi və bacı...
Sual: Sualı ünvanladı Ramil: Essalamu aleykum! Imam namazi qilanda Feleq suresinde Ve min serri nefesseti fil uket ile ve min serri hesidin iza hesed ayelerinin yerini ters deyibse namaz sehvdir? camaat tezeden namazi qilmalidir yoxsa babali imamin boynuna?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Bilmədən deyib, sonra qayıdıb düzəltsə eybi yoxdur.
Sual: Sualı ünvanladı Anar:
Salam.qonsularla.ve.tanidiqim.insanlarla.yeni.onlar.mene.
namehremdirler.onlarla.elbetde.yaxsi.barede.söhbetlesmek.olar
Cavab: Salam. Ayətullah Sistani dəftərxana: Naməhrəmlə söhbətləşməyin fəsadı var deyə, bu iş olmaz.
Sual: Sualı ünvanladı Anar: Salam.eger.sübh.namazindan.sonra.dan.yeri.sökülmese.yatsam.günah.sayilir.
Cavab: Salam. Sübh azanından sonra, günəş tülu edənə kimi yatmaq olar. Amma bu iş məkruhdur.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Bismillahir Rehmanir Rehim. Salam aleykum. Menim atam omur boyu namaz qilmayib. Indi rehmete gedib. Men isteyirem atamin qeza namazlarin qildiram. Bu ne derecede dogrudu? Evveller atama dedik qil qilmadi. Sora ele xesteliye ducar olduki qila bilmedi. Men qildira bilerem. Eger olarsa pul ile namazi qildirmaq boyuk oglun boynuna duwur yoxsa ferq yoxdu? Allah razi olsun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Atanız namaz qılmasa belə, onun namazlarını qılmaq böyük oğula ehtiyati-vacibdir. Sualınızın ikinci hissəinə sabah, 3 fevralda cavab verəcəyik. Üzrlü sayn.