www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam menim sualim var. 1 Biz evimizi bezi sebeblere görə müveqqeti keçirmişik xalam oğlunun adina yeni satmamişiq ve bilmirem sənəd nə qədər vaxt qalacaq onun adinda mende soradan başladim namaz qilmağa men ondan halalliq almaliyam? 2 ......3...........4 Əvvəlcədən təşəkkürlər Allah razi olsun bir yanliş varsa üzürlü sayin.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir!



Sayt tərəfindən: Bir sualdan artıq suala cavab vermirik. Yoxsa cavablarda qatışıqlıq düşür-üzrlü sayn və əfv edin. Bir neçə sualınız olanda onları ayrı-ayrı ünvanlayın. Təşəkkür!
Sual: Sualı ünvanladı Emin Hasanli: Tövbə namazı. Ənəs ibni Malik deyir: “Peyğəmbər (s) Zilqəddə ayında insanlara xitab etdi: “Ey insanlar! Sizlərdən kim tövbə etmək istəyir?”. Dedik: “Hamımız ya Rəsullah!” Buyurdu: “Qüsl və dəstəməz alın. Sonra dörd rükət namaz qılın. Hər rükətdə “Həmd” surəsini bir dəfə, “Tövhid”i 3 dəfə və “Müəzzətey”ni 1 dəfə oxuyun. Sonra 70 dəfə “Əstəğfirullah” deyin və “La hövlə və la qüvvətə illə billəhil-aliyyil-azim” ilə sona çatdırın. Bu zaman deyin: “Ya Əzizi, Ya Ğəffar, iğfirli zunubi və zunubi cəmiyəl-möminin vəl-muminat. Fəinnəhu la yəğfirul-zunubi illa Ənt”. Sonra buyurur: “Mənim ümmətimdən hər kim belə edərsə, səmadan nida gələr ki, əməllərinə əvvəldən başla! Allah tövbəni qəbul etdi və səni bağışladı. Ərşdə mələk yüksək səslə nida edər: “Ey bəndə! Sənə, ailənə və nəslinə bərəkət olsun! Başqa bir mələk deyər: “Ey bəndə! Qiyamət günü düşmənlərini razı edəcəksən”. Başqa birisi deyər: “Ey mömin bəndə! Öləcəksən və dinin əlindən alınmayacaqdır, qəbrin genişlənəcək və nurlu olacaqdır.” Başqa bir mələk nida edər: “Ata və anan səndən razı olar, baxmayaraq ki, sənə qəzəbləniblər. Onlar və nəslin bağışlanılar, sən dünya və axirətdə fərah və geniş ruzuya sahib olacaqsan”. Cəbrayıl nida edər: “Mən ölüm mələyi ilə bir yerdə olacağam ki, səninlə yaxşı rəftar etsin və ölüm səni incitməsin. Ruhun bədənindən salamat çıxsın”. İnsanlar deyirlər: “Ey Rəsullah (s)! Zilqəddə ayından başqa bir vaxtda bu ibadəti etmək olarmı?”. Buyurur: “Heç bir fərqi yoxdur. Dediyim kimi olacaqdır, bu kəlmələri mənə Cəbrayıl Meracda olanda öyrətmişdir”. Sual:- xahiw ediram Muazzatey duasi hansi duadi.Allah sizlardan razi olsun.Amin
Cavab: Salam. Bu Müəvvəzəteyndir yəni, Quranın iki axır surəsi "Fələq" və "Nas".
Sual: Sualı ünvanladı Mahir: Salamun aleykum. ............................................................................... 3.İstimna etmək niyə haramdır? Cəmiyyət arasında belə söylənilir ki, zina etməkdənsə istimna daha yaxşıdır. Bunu izah edin zəhmət olmasa.
Cavab: Salam. Əvvəla Allah haram buyurub. Bundan əlavə tibb istimnanın misli görünməmiş xəstəliklər yaratmasınnı təsdiqləyir.

"Zina etməkdən istimna daha yaxşıdır" məntiqi batil bir məntiqdir. Bu məntiqi istimna edənlər uydurub ki, öz günahlarına şəri don geyindirsinlər. Tövhid əhli üçün bunların ikisidə Allahın haramıdır və təqvası olan kəs bunların ikisndən də çəkinər. Təqvası olan kəs Allahın yardımı gələnə kimi (əgər müvəqqəti ya daimi kəbinlə ailə qura bilmirsə) səbr edər. Necəki, Quran belə buyurub.



Sayt tərəfindən: Bir sualdan artıq suala cavab vermirik. Yoxsa cavablarda qatışıqlıq düşür-üzrlü sayn və əfv edin. Bir neçə sualınız olanda onları ayrı-ayrı ünvanlayın. Təşəkkür!
Sual: Sualı ünvanladı Sexavet: salam men axir vaxtlar uzerimde yaman agirliq hiss edirem elebilki neyse mene islerimi gecikdirmeyimi soyleyir meselen deyirem qalxim namazimi qilim nese qalxa bilmirem basimi neyse qatir nece edimki bundan qurtulum
Cavab: Salam. Bu nəfsi tənbəlliyə oxşayır. Oruc tutmaqla nəfsi tənbeh edin və iradənizi gücləndirin.
Sual: Sualı ünvanladı Cefer: ALLAHIN SALAMI ÜZERİNİZE OLSUN. BU SUALDAN DOLAYI SİZDEN ÜZR İSTEYİREM. SUA BELEDİR XANIM İCAZE VERSE KİŞİ ÖZ XANIMIYLA ĞAİTİN XARİC OLDUĞU YERDEN YAXINLIQ ETMEK OLAR MI ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu iş şiddətli məkruhdur. Yəni, çox bəyənilmir.
Sual: salam 1) ........................................2) 35 yasinda namaza baslayan qadin 9 yasdan sonraki dovru qeza etmelidir. her ay heyz gunlerini nece gun cixilmalidir? men de heyz 13 yasinda baslayib. 9 -13 yas arasini her gunu qeza etmeliyem?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, siz Hicri-qəməri təqvimi ilə doqquz yaşınız olduğu gündən namaza başladığınız günə kimi bütün namazların qəzasını yerinə yetirməlisiniz. Baxmayaraq ki, 13 yaşında heyz olubsuz.



Sayt tərəfindən: Bir sualdan artıq suala cavab vermirik. Yoxsa cavablarda qatışıqlıq düşür-üzrlü sayn və əfv edin. Bir neçə sualınız olanda onları ayrı-ayrı ünvanlayın. Təşəkkür!
Sual: Sualı ünvanladı Samir: Salam Aleykum bir nefer mene bele sual verdi men suali basha duse bilmedim xais edirem size deyesiz. (Mehemed ........................
Cavab: Salam. Üzrlü sayn, hələki belə suallara cavab vermək imkanımız yoxdur. İnşallah yaxın vaxtlarda belə imkanımız olacaq. Hələlik isə bizi əfv edin.
Sual: Sualı ünvanladı Murad: Salam.xais.edirem.mene.tam.bildirin.dünüyada.ne.edim.ki.böyük. savab.qazanim.pulum.variken.o.pulnan.ne.edim.savabin.böyük.olanin.qazanim.ALLAH.razi.olsun.sizlerden.
Cavab: Salam. Günahlardan çəkinin. Bundan sonra isə imkansızlara əl tutun. Amma elə əl tutun ki, onlara minnət qoymaqla yanaşı olmasın. Bunun böyük savabı var. Məxsusən qarşıdan bayram günləri gəlir, namaz və oruc əhli olan fəqir tapıb onu sevindirin.
Sual: Sualı ünvanladı Anar: Salam.namazda.müsteheb.salavat.ne.vaxt.verilir.neçe.defe. verilir.kimi.niyet.edirsen.ve.nece.niyet.edirsen.
Cavab: Salam. Sualınız qaranlıqdır. Məqsədiniz namazın daxilndə olan salavatdır? Təşəhhüddə olan salavat? Yoxsa, ümumi namaz qılarkən namazdan sonra salavat demək? Sualı aydınlaşdırın və biz sizə cavab alaq.
Sual: Sualı ünvanladı Azad: Men namazin birinci ruketinde, mueyyen sebebden 3-4 saniyelik gulumsedim, ozum istemeden. Namazimi tezelemeliyem yoxsa qebul olar inwaallah?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Namaz halından çıxmayıbsızsa, onda təzələməyə ehtiyac yoxdur.
Sual: Sualı ünvanladı Roma: salam. Şəf namazında qunut tutmaq müstəhəbdirmi? Bəziləri deyir Şəf namazında qunut tutmaq müstəhəbdir, bəziləri isə deyir şəf namazında qunut tutmamaq müstəhəbdir.
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana: Şəf namazında qunut tutmağın eybi yoxdur.
Sual: Sualı ünvanladı Ülvi: gece namazi saat necede qilinir nece riketdi ve hemd sure necenci rikete kimi deyilir ve sevabi nelerdi?
Cavab: Salam. Ayətullah Sistaniyə ərəbcə ünvanlanmış sualların birində gecə namazının qılınma qaydası soruşulur. Verilən cavabda deyilir ki, gece namazı 11 rükətdir, fəzilətli vaxtı gecənin son 1 / 3 hissəsidir.



İlk 8 rükət gecənin nafiləsi niyyəti ilə qılınır - 4 ədəd 2 rükətli namaz şəklində və bunların qılınma qaydası sübh namazına oxşayır. 1-ci rükətdə "Fatihə" və "İxlas", 2-ci rükətdə "Fatihə" ve "Kafirun" surələri oxumaq müstəhəbdir. Qunutda dua edilir, insana zülm verən zalımı cəzalandırması barədə də Allaha dua etmek olar. Hər iki rükətin axırında təşəhhüd və salam verilir. Nafilələrin axırında Həzrət Fatimənin (ə) zikrini demek savabdır.



Sonra 2 rükət "Şəf'" namazı qılınır. 1-ci rükətində "Fatihə" dən sonra "Nas", 2-ci rükətində "Fatihə"dən sonra "Fələq" surələri oxunur, qunut tutulmaz.



Axırda 1 rükət "vitr" namazı qılınır. "Fatihə"dən sonra 3 dəfə "ixlas" və 1 dəfə "Fələq" lə "Nas"surələri oxunur. Sonra qunut tutulur, 40 nəfər mominin bağışlanması üçhün dua edilir, sonra 70 dəfə istiğfar edilir, 7 dəfə "hazal-məqamul-aizu bikə minən-nar" deyilir, 300 dəfə "əl-əfv" söylənir, ruku, səcdələr, təşəhhüd və salam yerine yetirilir.



Nəsə qaranlıq olsa təkrar sual ünvanlayın.
Sual: Sualı ünvanladı Ülkər: Menim yaşadığın evin sahibi menim namaz qıldığımı bilir, amma men ondan evde namaz qilmaq üçün icaze almamışam və o da mənə bu barədə heç bir narazılıq bildriməyib. Mənim ondan evində namaz qılmaq üçün icazə almağım lazımdırmı və bu müddət ərzində qıldığım namazlarımı qəza olaraq yenidən qılmalıyam?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Namaz qılmaq üçün icazə almaq lazım deyil və namazlarınız səhihdir.
Sual: Sualı ünvanladı Malik: esalamun aleykum men mecide geldim camat namazi bawlayir piwnamazi tanimiram bilmirem kimdi edaletlidi ya yox men neylemeliyem Allah razi olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ədalətin bilməyincə iqtida etmək olmaz.
Sual: Sualı ünvanladı Toğrul: Salam uzr isteyirem eger alt paltarinda necasetin izi varsa (az miqdarda) hemin paltarla namaz qilmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, olmaz.
Sual: Sualı ünvanladı Ülkər: Salam aleykum.Mənim çalışdığım iş yerinde namaz otagı yoxdur və ümumiyyətlə iş yerinin baş direktoru iş vaxtı bunu bəyənmir. Amma mən namaza vaxt tapanda öz şöbə müdirimdən icazə alıb otağımda namazımı qılıram. Mənim iş yerində gizlin qıldığım namazlar səhihdir ya onların qezalarını qılmalıyam?
Cavab: Salam. İş yerində namazı qılmayıb digər yerdə namazınızı qılmaq imkanınız varmı? Namazı iş yerində qılmayıb digər yerdə qılsanız namazınız qəzaya gedəcəkmi? Bu suallarımıza cavab yazmaqla yanaşı sualınızı kamil şəkildə yenidən ünvanlayın və biz cavab alaq.
Sual: Sualı ünvanladı Kamran: assalamu alekum.rusiyada usdunda halal yazilan toyuqlardan isdifada etmak olarmi.
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Araşdırıb yəqinə çatdıqdan sonra olar.
Sual: Sualı ünvanladı Aqşin: Bismillah . Eger men bir mescidde imama iqtida etmisem ve sonradan onun edaleti haqda bezi subheli seyler esitmisem .O mescid de mene yaxin oldugu ucun tez tez gedirem men indi ona iqtida ede bileremmi ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ədalətli olduğunu bilməyənə qədər iqtida etmək olmaz.
Sual: Sualı ünvanladı Babək: Salam. Sualım bundan ibarətdir ki, məsciddə qiblə tərəf səhvdir. Bunu məsciddə və kənarda kompas qoyub asalıqla bilmək olar. İndi bu məsciddə camaatın çoxu-90% namazqılan məscidin istiqamətilə namaz qılır. Halbuki, o cür olarsa qiblə tərəfə namaz qılınma sayılmır. Xahiş edirəm ki, inşallah tətilən dönəndə bu sualı cavablandırasız. Allah işlərinizdə yardımçı olsun!
Cavab: Salam. Sualınız bu iş barəsindədirsə, siz dəqiqləşdirin. Görün sizin kompas düz göstərir? yaxud kompasla qiblə təyin etmək anlayışınızda bir xəta yoxdur? Sizdən başqa da bu mətləbi təsdiqləyənlər var? Sonra nəticəni bizə sualla birgə yazın və biz cavab alaq.
Sual: Sualı ünvanladı Samid: salamun aleykum bilmey isteyirem QURANA cenabet halinda toxunmaq olar
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Toxunmaq olar. Oxumaq da olar. Sadəcə səcdə ayələrini oxumaq olmaz və əliniz Quranın xəttinə dəyməsin.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı