www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Elxan: Salam aleykum... Men teshehhud halinda ayaqlarimi sünni qardashdarkimi arali qoya bilerem,yohsa saq ayaqin päncäsi sol ayaqin päncäsi ustündä olmaqi vacibdi???
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Eybi yoxdur. Vacib deyil, müstəhəbdir.
Sual: Sualı ünvanladı Şiə: Əssalamu əleykum. Sistani ağanın müqəllidləri təlaq məsələləri ilə bağlı hər hansı cəmaiuş-şərait müctəhidə və ya onun nümayəndələrinə müraciət edə bilərlərmi? Yoxsa yalnız Ağanın özünə yaxud nümayəndəliyinə?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, digərlərinə müraciət olmaz.

(Sayt tərəfindən: Sistani ağanın tərəfindən ümumilikdə yer üzündə təlaqa baxan cəmi iki nəfər var. O iki nəfər də Azərbaycanda deyil. Çarə rəsmi sayta müraciətdir və ya İraqla rabitə. Sistani ağanın rəsmi saytına müraciət edin və həmin məsələni ətraflı yazın. Bundan əlavə təlaq alınası qadının və onun ərinin telfon nömrəsini məktubda qeyd edin. Onlar özləri zəng edəcəklər.)
Sual: Sualı ünvanladı Zaur: Salam aleykum. Ayətullah Xameneyi. Bir şəxs öz oğluna, qızına, oğlunun xanımına, qızının ərinə sədəqə verə bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, verə bilər.
Sual: Sualı ünvanladı Elman: salamun eleykum .indiki mueyyen ilahiyatcilarin ozderiynen................................
Cavab: Salam. Üzrlü sayn, sual mövzumuza aid deyil. Əfv edin!
Sual: Sualı ünvanladı Adem: Salam aleykum,Toyda ickiden basqa adi diyer toylar kimi toy etmek haramdi?Birdeki eyer dini toy etmeye imkan yoxdursa yeni sexsi imkanin yoxdursa valideyin bunu istediyi kimi yeni ickisiz amma musiqili edirse o zaman nece o toya raziliq vermey olar yoxsa yox....ve salamu aleykum va rahmatullahi va barakatuh
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, haramdır. Amma siz deyin ki, mən ailə qurmaq istəyirəm. Onlar da bu işi etsinlər. Əgər günah yolla etsələr, siz əmr be məruf və nəhy əz münkər edin. Qulaq asmayıb belə etsələr, onda belə etdikləri üçün günah onlarındır.
Sual: Sualı ünvanladı Amil: salamun Aleykum siqe ve yaxud kebin kesdirende 1ci halal kebinli qadinimdan izn almaliyam ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir!
Sual: Yazdı Məhəmməed: salam aleykum hec bir sualim yoxdu Allah sizden razi olsunki bele gozel islerle mesgulsun Allah sizin kimi mominleri eksik etmesin
Cavab: Salam. Təşəkkürlər qardaş.
Sual: Sualı ünvanladı Şükür: Mən bankdan kredit göturmuşəm ki,özümə ev materialları alım evimdə köhnədir .
Cavab: Salam. Cümləniz sual cümləsi deyil. Xahiş edirik elə yazın ki, biz sualınızın nə olduğunu anlayaq. Üzrlü sayn, əfv edin.
Sual: Sualı ünvanladı Azər: kitab ehli kesdiyi mal ya heyvan necisdirmi? Hem eti, hemde derisi? Onlarin derisinden hazirlanan ayaqqabi, kemer ve qeyimlerin hokmu nedir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, murdardır. Nə ətindən və nə dərisindən istifadə etmək olmaz. Kəmər və ayaqqabıdan da istifadə etmək olmaz.
Sual: Sualı ünvanladı (ad yazılmayıb) salam aleykum.icki meclusunden gelen yemek den yemek olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, olar. Yeməyin pak olub olmamasını bilməmək onun paklığına hökm verir.
Sual: Sualı ünvanladı Anar: Salam.tüpürmek.udqunmaq.desdamazi.pozur
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Udqunmaq olar.

(Sayt tərəfindən: Tüpürmək deyiləndə nə nəzərdə tutursuz? Aydın deyil, ətraflı yazın.)
Sual: Sualı ünvanladı Anar: Salam.tercümesin.bilmek.isteyirem.essalati.essalati.essalah.
Cavab: Salam. Məqsəd "namaz" sözüdür.
Sual: Sualı ünvanladı Anar: Salam.eger.azan.ve.iqamede.sehv.etsem.onu.tekrar.demesem.hemen. vaxt.niyet.edib.namaz.qilsam.olar.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, olar.
Sual: Sualı ünvanladı Anar: Salam.namazda.tekbir.getirende.basi.da.yuxari.qaldimalisan.yoxsa.eller.bes.edir
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Başı qaldırmaq lazım deyil.
Sual: Sualı ünvanladı Zahir: ozunu gozellesdirmek meqsedi ile burnunu yaxud basqa beden uzvunu estetik emeliyyat etdirmek olar?
Cavab: Salam. Ayətullah Məkarim-dəftrxana: Əməliyyatı edən və əməliyyat olunan arasında məhrəm və naməhrəm söhbəti gözlənilərsə və bu əməliyyatın zərəri olmazsa, onda eybi yoxdur.
Sual: Sualı ünvanladı Cavid: salam aleykum.Sistani aganin nezerince gunorta namazlarinda hemd ve surenin Bismillahini ucadan demek vacibdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İxtiyar sahibisiniz. Vacib deyil.
Sual: Sualı ünvanladı Balabəy: islemeyen qiz ve ya oqlana nezir etmey tusur yenibir adam islemir ona nezir tusur etrafli deyerdiz
Cavab: Salam. Nə üçün işləmir? Canı sağlamdır? İş var işləmir? Gündəlik yemək içməyi yoxdur? Bu sualları cavablandırın və sonra biz sizin suala cavab alaq.
Sual: Sualı ünvanladı Emin: Bismillah. Bir wexsin boynunda qeza namazlari var. Amma deqiq bilmirki ne qeder , nece ruketli ve hansi namazlardir. Bu halda o ne etmelidir ? Qeza namazlarini nece qilmalidir ? Hansi niyyetle ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Təqribi hesablayıb nəticələrə gəlin. Və əldə etdiyiniz nəticələrdə ən az miqdarı seçin və həmin qədər qəzaları qılın.
Sual: Sualı ünvanladı Emin: Bismillah. Men yalniz megrib namazinin qezasini qilmaliyam ya hem megrib hem xiftenin ? Ve niyyetlerini nece etmeliyem ?
Cavab: Salam. Əziz qardaş sualların maşallah çoxluğundan sizin hansı sual barəsində danışdığınız və həmin məsələnin nə olmasını xatırlamırıq. Sualı, bizim verdiyimiz cavabla birgə təkrar ünvanlayın. Üzrlü sayn.
Sual: Sualı ünvanladı Fedai: salam. sual1.................................................... sual2: saqqal qırxmağa məcbur olduğumuz hal olarsa məsələn iş yerindən tələb edirlərsə əks halda işdən çıxmaqla nəticələnərsə nə etməliyik?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Saqqalı qırmaq olmaz. Həmin işdən çıxmalısız. Amma işdən çıxmala işsiz qalıb məşəqqət gətirən çətinliyə düçar olacaqsınızsa, o işdə qala-qala (süstlük etmədən)yeni iş axtarın və iş tapan kimi çıxın.

Sayt tərəfindən: Üzrlü sayn, bir sualın daxilində yalnız bir suala cavab verilir. Qatışıqlığın qarşısını almaq məqsədi ilə.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı