www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Hamileyken tutamadığım oruçlarımızı üzerinden yıllar geçmesine rağmen nasıl niyet etmeliyim ve kefaret ödemeli miyim
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər hamiləliyin son ayları idisə və buna görə oruc tuta bilməmişdinizsə tutmadığınız günlərin sayı qədər qəza niyyətilə oruc tutmalı və hər günə görə fidyə verməlisiniz (hər günə görə bir fəqirə bir müdd yəni, ən azı 750 qr. təam). Əgər növbəti Ramazan ayına qədər tutmamışdınızsa əlavə olaraq təxir kəffarəsi də verməlisiniz. Təxir kəffarəsi isə hər günə görə bir müdd təamdır. Amma hamiləliyin son ayları deyildisə, bəlkə əvvəlləri idisə lakin oruc tutmaq sizə və ya övladınıza zərər idisə yalnız qəzasını tutsaz kifayətdir. Lakin növbəti Ramazan ayına qədər qəzasını tutmamışdınızsa əlavə olaraq təxir kəffarəsi də verməlisiniz.

Təşəkkürlər.
Sual: Selamun aleyküm. Kasıtlı bozulan orucun niyeti nasıldır.ve nasil ödenir
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər insan Ramazan ayında bilərəkdən orucunu yemək, içmək, cima, istimna və ya sübhə qədər cənabətli halda qalmaqla batil edərsə həmin günün qəzasından əlavə kəffarə də verməlidir. Bir günün kəffarəsi üç şeydən biridir; ya 60 gün oruc tutmalı ya 60 fəqirə hərəsinə bir müdd (təxminən 750 qr.) olmaqla ürfdə yeyilən şeylərdən verməli ya da bir qul azad etməlidir.

Təşəkkürlər.
Sual: Bir nəfər ev almaq ücün pul yıgır ona xums gelirmi
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Xums günü çatdıqda yığılan pulların da xumsu verilməlidir.

Təşəkkürlər.
Sual: SalamƏleykum ağa mən sizə azərbaycan yazıram mənim sualım sizə budur 9 ildir uşağlm olmur həkim deyir süni mayalanmaya ehtiyac var mən bunu edə bilərəm ya yox məni özümdən olmaq şərtilə bir az tərəddüd içindəyəm
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Süni mayalanma öz-özlüyündə haram deyil. Amma haram baxışa və ya toxunmağa səbəb olarsa icazəli deyil.

Təşəkkürlər.
Sual: Salam. Zəhmət olmazsa cavablandırardınız. Krevetka və xərçəng yemək haramdırmı ? Öncədən təşəkkürlər.
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Krevetka halaldır lakin xərçəng haramdır.

Təşəkkürlər.
Sual: Əssalamu Aleykum. Allah sizi hifz etsin. Əxlaqsız qadınla müvəqqəti nikah bağlamaq məkruhdur? Ümumiyyətlə bu caizdir?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bu iş şiddətli şəkildə məkruhdur. Və əgər imkan olarsa onu bu işdən çəkindirmək lazımdır.

Təşəkkürlər.
Sual: Salam. Mən qüsul alarkən belə bir halla qarşılaşıram : niyyət etdikdən sonra başımı yumağa başlayan zaman su bədənimə dəyir və bunu qəsdən etdiyimi düşünürəm ki, bədənimi başla birgə yudum, şəriətdə başı və boyunu ayrı, bədənin sağ və sol tərəflərini ayrı yumaq lazım olduğu bilərək qüsulun düzgün alınmadığını və batil olduğunu düşünüb yenidən niyyət edib başlayıram qüsul almağa və yenə eyni proses baş verir. Bu hal məni yorur və normal qüsül ala bilmirəm. Bu şəkddirmi, ya mən doğrumu düşünürəm bilmirəm. Zəhmət olmasa mənə dolğun cavab yazarsınız. Öncədən təşəkkür edirəm.
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Başı yuyarkən bədənə su dəyməsinin maneəsi yoxdur. Lakin baş və boyun tamamilə yuyulduqdan sonra bədənin sağ və sol tərəfləri yenidən tamamilə yuyulmalıdır və başı yuyarkən bədənə dəyən su kifayət etmir.

Təşəkkürlər.
Sual: Hansısa dahi İnsana heykəl qoymağın hökmü necədir?
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

İnsan və heyvan kimi ruhu olan şeylərin taxtadan, daşdan, filizdən və bu kimi şeylərdən heykəlini düzəltmək vacib ehtiyata əsasən haramdır. İstər heykəl tam və bütün hissələri görünə biləcək şəkildə olsun, istər "naqis insan" ya "naqis heyvan" deyiləcək şəkildə olsun məsələn, oturmuş halda və ya əllərini arxaya qoymuş halda düzəldilsin. Həmçinin fərqi yoxdu istər bu cür naqisliyin onun həyatda qalmasına dəxaləti olsun məsələn, başsız insan heykəli düzəltmək kimi, istərsə də onun həyatda qalmasına dəxaləti olmasın məsələn, ayaqsız ya əlsiz insan ya heyvan heykəli düzəltmək kimi. (Bunların hamısı vacib ehtiyata əsasən haramdır)

Lakin onun bədəninin təkcə bir hissəsinin heykəlini düzəltmək, belə ki, ona hətta "naqis insan" ya "naqis heyvan" belə deyilməyəcək şəkildə heykəlini düzəltməyin məsələn, təkcə baş və ya təkcə qolunun heykəlini düzəltməyin eybi yoxdu.

Təşəkkürlər.
Sual: Salam, Mən evlenende molla bizim kebini kesdikde menden xanımım mehriyye teleb etdi (qızıl üzük) qaydaya uyğun olaraq ama hələ də imkan tapıb ala bilməmişəm maddi durumum buna imkan vermədiyinə görə və xanımım da bunu başa düşür və deyir ki, aramızda olan mehriyyəni sənə bağışlayıram və heç nə istəmirəm. Sualım budur ki, belə olduqda mənim boynumdan bu mehriyyə haqqı götürülür yoxsa yox. Çünki arvadım bunun halallığını mənə verir. və bir də sualim budur ki, əgər qızıl üzük ala bilmirəmsə o zaman qızıl üzüyü xanımımın razılığı ilə gümüş üzüyə dəyişə bilərik? Zəhmət olmasa bu iki sualımı cavablandırardız.
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Xanım mehriyyəni bağışlayarsa kişinin boynundan götürülür və mehriyyə vermək artıq ona vacib deyil.

2. Xanımın öz razılığı ilə maneəsi yoxdur.

Təşəkkürlər.
Sual: Salamun aleykum. Şiə namazında namaza başlayarkən təkbirdə əllərimi qulağıma qədər qaldırır, həmd surə, səcdə, ruku və.s arasında isə əllərimi sinəyə qədər qaldırıb Allahu əkbər deyirəm. Allahu əkbər deyərkən əllərin qulağa qədər qaldırılması vacibdir?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Xeyir, vacib deyil. Lakin müstəhəbdir.

Təşəkkürlər.
Sual: Salam sualıma görə üzr istəyirəm, masturbasya haramdırmı?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bəli, haramdır.

Təşəkkürlər.
Sual: Salam Kişi cinsi əlaqədən sonra sidiyiə cixdiqdan sonra onda sperma qalma eltimalı varmı ?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

İstibradan sonra pak ya nəcis olmasına şəkk edilən bir maye xaric olarsa pak hökmündədir. Amma istibradan əvvəl şəkk etdiyi bir maye xaric olarsa nəcis hökmündədir və libasını və bədənini paklamalıdır.

Təşəkkürlər.
Sual: Dində hansısa bir dahi insana heykəl qoymağın hökmü necədir?
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

Heykəl düzəltməyin öz-özlüyündə maneəsi yoxdur. Lakin isanın əxlaqına və ya əqidəsinə mənfi təsir edən heykəllərin düzəldilməsi icazəli deyil.

Təşəkkürlər.
Sual: Salam sualım budur. qola tatuas edmey olar ?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bu iş öz-özlüyündə haram deyil, lakin Allahın, peyğəmbərin (s) və məsum imamların (ə) adlarını, Quran ayəsi və qeyri əxlaqi şəkil və yazılar yazdırmaq olmaz. Həmçinin onu naməhrəm şəxslərə göstərməklə günaha düşmək və ya qarşı tərəfi günaha salmaq qorxusu olarsa icazəli deyil.

Təşəkkürlər.
Sual: Salam Alekum agacan uzur isderem bu sualma gore cinis yaxinliqda ki oz xaniminin cinsi orqaninan xanimda oz heyat yoldasinin cinsi orqaninan istifade ede bilermi birdeki arxadan yaxinliq edmek olarmi islam dinide bu kimi mes haramligi varmi xais edirem cavblandirasiz tesekur edirem .
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Sualın birinci qismi aydın deyil. Zəhmət olmasa bir qədər ətraflı yazın.

Amma ikinci sualda, əgər xanım özü razı olarsa icazəlidir amma bu işin şiddətli kərahəti var. Əgər xanım razı olmazsa icazəli deyil.

Təşəkkürlər.
Sual: Salam. Mən saytınızda baxdım ağa Xamenei ağanın risalətində ama tapa bilmədim. Zəhmət olmasa mənə müvəqqəti əqd (siğə) duasını yazardız.
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər oğlan və qız müvəqqəti kəbni özləri oxumaq istəyərsə mehriyyə və müddət təyin olunduqdan sonra qız deməlidir: zəvvəctukə nəfsi fil-muddətil mə'luməti ələl məhril mə'lum. Sonra fasiləsiz olaraq oğlan deməlidir: qəbiltut-təzvicə.

Bu məsələnin bəzi hökmləri və şərtləri də var ki, bunun üçün risaləyə müraciət etmək lazımdır.

Təşəkkürlər.
Sual: Salam.Əgər məzi ifraz olubsa paltara dəyib-dəyməməsindən asılı olmayaraq pakdır?Yəni məzi gəlsə belə o halda dəstnamaz alıb namaz qılmaq olar?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Hər halda pakdır və təkcə dəstəmaz alıb namaz qılmaq olar.

Təşəkkürlər.
Sual: Mən Avropada yaşayıram. Bilmək istəyirəm: 1.Kilsə və sinaqoqda namaz qılmaq olarmı? Olarsa, hansı halda və şəraitdə olmalıdır? 2. Hansı halda kilsə və sinaqoqa getmək olar? Təşəkkür edirəm Xahiş edirəm, digər müctəhidlərin fətvalarını yazın.
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

Kitab əhlinin ibadət məkanlarına getmək və orada namaz qılmaq öz-özlüyündə haram deyil. Lakin yalnız özləri üçün vəqf olunmuşdursa yaxud oraya get-gəl etmək və orada namaz qılmaq insanın İslam dininə olan etiqadını zəiflədərsə icazəli deyil.

Təşəkkürlər.
Sual: Hansı hallarda bankdan kredit pul götürmək olar?
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

Faiz vermək şərtilə bankdan pul götürmək şəri cəhətdən icazəli deyil. Amma harama mürtəkib olmağı caiz edəcək həddə zərurət halı yaranarsa icazəlidir.

Təşəkkürlər.
Sual: Salam əleyküm mən bilmək istəyirəmki namaz qıldığın anda yel çıxarsa bu zaman namazı kəsib yenidən dəstəmaz alıb qılmaq lazımdır? Yoxsa namazı yarıda qoymaq olmaz namazı bitirib yenidən dəstəmaz alıb qılmaq lazımdır?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bu halda namazı kəsib dəstəmaz almalı sonra namazı əvvəldən başlamalıdır.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı