www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Bəndə: salam.men emeyille wexsi sual gondermiwdim.cox xaiw edirem haqqimi pzmayin.cvbi bura yazmayin.burdada dunen umumi suallar yollamiwdim.ama ne emeyle ne bura cvb gelmeyib.emeylle gelen suali xaiw edirem emeyle ve mumkunse tez yollayin.
Cavab: Salam. Bütün suallara cavab verilib. Sualı ünvanladığınız günün səhəri müraciət edin. Gec müraciət edirsiz deyə sual arxivin dərinliklərinə gedir. Sonra da tapa bilmirsiniz.

Amma e-mail-ə gələsi cavabları biz özümüz təyin edirik. Yoxsa elə əksəriyyət "cavabı e-mail-ə göndərin" deyər. Buna da vaxtımız yoxdur. Siz sualınızda ad qeyd etməyin. Biz buna icazə vermişik.
Sual: Sualı ünvanladı Rəşad: Bismillahir-Rəhmanir-Rəhim.ƏsSəlamu ələykum . Qardaşlar menim sualım nə oldu ? Dediyiniz sualı cavablandırdım. amma cavab gəlmədi niyə ?
Cavab: Salam əziz qardaş. Biz bütün suallara cavab vermişik. Siz arxivə yaxşı baxın. Əgər, yenə tapa bilməsəz, sualı təkrar yazın, cavabını birdə verək.
Sual: Sualı ünvanladı Tağı: Bismillahir-Rəhmanir-Rəhim Mən öz vəsaitimlə kitab almişam. Həmin kitabı olduqu kimi üzərində heç bir dəyişiklik aparilmadan nəşriyyat vasitəsi ilə sürətini çap etdirərək dost tanişlarıma təmənnasız olaraq Vəqf edə bilərəmmi? Bu işdən ötrü kitabın müəllifindən və yaxud nəşriyyatdan halallıq alınmalidirmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu işi kitabın hüquqlarına malik olandan (müəllifdən, kitabı almış çapxanadan) icazəsiz görmək olmaz.
Sual: Sualı ünvanladı Kərbəlayi Qadir: esselamu aleykum mehdicilik ne demekdir?
Cavab: Salam. Bu söz müxtəlif mənalarda işlənə bilər. Gərək həmin insanın niyyətini bilək.
Sual: Sualı ünvanladı Vasif: salam xatirlayirsinizsa menim .......................
Cavab: Salam. Siz həmin sualı yenidən bizə unvanlayarsız. Amma indi yox. Sayta ümumi suallar bölməsi açılacaq. Ondan sonra-inşallah!
Sual: Sualı ünvanladı Vasif: salam agalar men novruz bayraminda yandirilan tonqal haqinda sorusmaq isteyirem bu tonqali qalayib ustunden atdanmaq olarmi?adetdirki atdananda insanlar agirligim ugurlugum bu tanqalin ustune deyirler bu ifadeleri demek insani gunaha salmirki?minetdaram
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu iş xürafatdır və xürafat olmaz.
Sual: Sualı ünvanladı Nail: İnternetde namehremnnen dini movzuda yazismagin hokmu nedir... Tesekkur edirem
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Naməhrəmlə danışmağın fəsadı var deyə bu iş haramdır. Amma bir kəs dinin zəruri hökmünü bilməzsə və bu hökmü digər yerlərdən əldə edə bilməzsə, onda zərurət həddində danışmaq olar.
Sual: Sualı ünvanladı Tural: men kiminle ve ne tip qadinla siqe ede bilerem? Ve siqe etmeyin duzgun olmaqi barede bir delil getirmeyinizi sizden xahish edirem..Evvelceden oz minnetdarliqimi bildirirem!
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Müvəqqəti nigah ərdə olub boşanmış qadına aiddir. Yəni bakirə olmayana. Dəlil də ayə və rəvayətlərdir.

(Ayə: "Nisa" surəsi; ayə 24)

(Hədis: "Sünənnun-Nəbi", Babus-sabe, səh:164; Hədis: 161) və digər hədis və rəvayətlər.
Sual: Sualı ünvanladı Fatime: Salam Eleykum,ayat namazi hadise baw verenden ne qeder vaxt sonra qeza olur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Gün və ay tutularsa onların tutulması açılana kimi bu ayət namazlarının vaxtı sayılır. Və açıldıqdan sonra ayət namazının qəza niyyəti ilə qılınması vacibdir. Amma zəlzələdə, zəlzələ bitən kimi bu namaz qılınmalıdır.
Sual: Sualı ünvanladı Ada: Heyz quslunu nece vermek olar
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Heyz qüslü eynən cənabət qüslü kimidir. Yalnız niyyət fərq edir. Bundan əlavə cənabət qüslündən sonra namaz üçün dəstəmaz lazım deyil, amma heyz qüslündən sonara namaz üçün dəstəmaz lazımdır.
Sual: Sualı ünvanladı Kamil: salam uzr isteyirem sualima gore amma bunu bilmek vacibdi . Masturbasiya etmek gunahdi ? Ve eger gunahdisa bunun ucun tovbe etmek vacibdi ? Xais edirem sualimi cvblamdirasiz onceden tesekkur edirem
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, günahdır. Tövbə edin.
Sual: Sualı ünvanladı Bir dost: Salam Eleykud,talaq ve onun novleri haqda bilmek isteyerdim ALLAH razi olsun
Cavab: Salam. Ayətullah Xamanai-dəftərxana:

İki növ təlaq var: Birinci, Rici (Yəni kəbin təzədən oxunmadan kişi öz təlaq verdiyi qadınına iddə müddətində qayıda bilər).

İkinci, Bain (Kişi kəbin oxunmadan öz təlaq verdiyi qadınına iddə müddətində və yaxud qeyri iddə müddətində qayıda bilməz.)
Sual: Sualı Ünvanladı Məryəm: Salam Eleykum,uzerinde wekil olan xalchada qilinan namaz batildir?mescid wekli var.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxa: Xeyir, eybi yoxdu. Canlı olan, ruhlu şəkillərin eybi var. O da ki, haram deyil, məkruhdur.
Sual: Sualı ünvanladı Hesen: salam eti ciy ciy yemek haramdir ya mekruh//?tekrar suali verirem uje.
Cavab: Salam. Sualınız cavablanıb. Sualların içinə baxın.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): salam. sizin emeile ...................
Cavab: Salam. E-mail adresiniz yoxdur. Adresinizi düzgün yazın və cavaınızı alın. Təşəkkürlər.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): salam aleykum mene bir wey aydin olmadi .. wexs 6gun tam wekilde heyz olur,lakin tam temizlenmesi ucun 8gun vaxt secib,bu vaxta hemiwe riayet edir,son 2gun erzinde qara,boz,sarimtil maye xaric olur ve buna sonda tekce heyz quslu alir.. sualim budurki bu heyz halindan sonra alinan heyz qusulu ile istehaze qusulu da lazimlidir ya yox???murekkeb cumlelerle yazmasaz daha aydin anlawilar, Allah razi olsun!
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Həmin bir iki gündə əslində heyzdir. 10 gündən aşağı, belə qanlar davam etsə heyz hesabındadır. On günü ötdükdə istihazə hesablanır. Və istihazənin əhkamı, onun halına şamil olur. Belə qan 10 gündən aşağı günlərdə olduqda yalnız heyz qüsülü verilməlidir. Əgər kimdəsə heyzlə istihazə qüslü üst-üstə gələrsə yalnız bir qüsl vermək kifayət edir. Lakin niyyətdə ikisidə niyyət olunur.
Sual: Sualı ünvanladı Zaur: Əssalamu əleykum. Sual bir az həssasdır, xahiş edərdim Sistani ağanın dəftərindən soruşasınız. Allah əcrinizi versin. Ölkəmizdə bir çox dövlət idarələrində işçilərə "paket"- maaşdan əlavə "əmək haqqı" ünvanı ilə verilir. Misal üçün, dövlət həmin işçilərə rəsmi olaraq 200 manat əmək haqqı təyin edir. Lakin bu çox az olduğundan camaatın dövlətdə işləməyəcəyini bilib, dövlət idarələri əlavə qeyri-rəsmi "paket" ödənişləri verirlər. Bu pullar da qanunsuz pullardan, rüşvətdən götürülür və sanki işçilər arasında bölüşdürülür. Bunu da bildirmək lazımdır ki, həmin işçilər heç kimdən rüşvət filan almır. Sadəcə olaraq onlara verilən "paketlər" idarə rəhbərliyi tərəfindən bu cür təşkil olunur. Qeyd edim ki, bizim ölkədə bu işdən hamının, o cümlədən dövlətin xəbəri var. Qeyd olunan halda bu cür dövlət idarələrində işləmək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Həmin pul rüşvətdir. Baxmayaraq ki, bunu hamı bilir və hamı razıdır. O pul haram sayılır. Qəbul etmək olmaz.

.
Sual: Sualı ünvanladı Bəndə: muctehidin elemliyinde yeqinliyim ve2adl wahid tapa bilmediyimde nece mueyyen edimkihansi muctehid daha elemdi
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Ələmliyinə ehtimal verdiyiniz şəxsə təqlid edin.
Sual: Sualı ünvanladı Bəndə: bir menteqenin ruhanisi ovladina wadliq evinde haram toy edirse yeni fesad meclisi qadin kiwi br yerde o wexse iqtida etmey olarmi
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Əgər həmin məclis fəsad məclisi olarsa və həmin ruhani orda iştirak edərsə, onda adalətdən düşür. İqtida olmaz.
Sual: Sualı ünvanladı Bəndə: salam qardawlar.camaat namazinda wert olunan edalet meyyit namazindada vacibdirmi
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Xeyir, şərt deyil.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı