www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Murad: 24 ne cavab geleceydi niye gelmedi
Cavab: Salam. Cavab 24-ü gəlib. Cavabların içinə diqqətlə baxın. İlk 50 cavabda olmasa arxivə baxın. Çünki suallar çox olub-maşallah!
Sual: Sualı ünvanladı Tahir: Bismillahir-Rəhmanir-Rəhim.ƏsSəlamu ələykum. Bu fani dünyada insan özünü günahlardan qoruyaraq yaşamaq istəsə də ara bir günah edir: Bir şəxs bir və yaxud da ki,bir neçə şəxslərin qeybətlərini edibsə və müəyyən səbəblər üzündən onlardan halallq ala bilmirsə-hətta haqqlarini çeynədiyi adamlarin bəziləri dünyadan köçüblərsə - bu günahkar nə etməlidir,bu işin hökü nədir? Xahiş e-m cavabi E-MAİLə göndərin.Təşəkkür edirəm.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Həmin insanlardan halallıq almanıza ehtiyac yoxdur. İstiğfar edin və birdə qeybət etməyin. Qeybətini etdiyiniz insanın əvəzində də istiğfar edin. Onun haqqında Allahdan bağışlanmaq diləyin. (Bu həmin insana bir növ duadır ki, onun haqqını nisbətən bərpa edirsiz bu işlə.)



Sayt tərəfindən: Üzrlü sayn, bu cavab e-mail adresinə göndəriləsi cavab deyil. Bizi nəzərə alın və inciməyin. İşin çoxluğundan hər saniyə və hər dəqiqə bizə çox mühümdür.
Sual: Sualı ünvanladı Tahir: Bismillahir-Rəhmanir-Rəhim.ƏsSəlamu ələykum. Xahiş e-m Sistani Aganin fətvasina istinadən cavab verin: İki gənc oglan və qiz nişanlanirlar.Şəri hökmə görə ara bir görüşüb gəzintiyə çixmaqlari üçün səhih yolla kəbinləri də kəsilir.Bir müddətdən sonra müəyyən səbəblərə görə hər iki tərəfin ailələrinin münasibətləri pozulur və xeyir işlərinə bununla son qoyurlar.Vaxti ilə kəsilmiş kəbin isə öz qüvvəsində qalir.Belə olan halda valideynlər nə etməlidirlər-kəbin qeri oxunmalidir yoxsa necə?Bu məsələnin hökmü nədir?Əllah razi olsun Sizlərdən-inşaƏllah. \xahiş e-m cavabi E-maila göndərin\
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Kəbin şəri qayda-qanunla pozulmalıdır.

Sayt tərəfindən: Üzrlü sayn, bu cavab e-mail adresinə göndəriləsi cavab deyil. Bizi nəzərə alın və inciməyin. İşin çoxluğundan hər saniyə və hər dəqiqə bizə çox mühümdür.
Sual: Sualı ünvanladı Momine: salam internetde eks cinsle danisib adi sohbetler etmeyin hokmu nedir caizdi yoxsa caiz deyil zehmet omasa cavablandirardiz onceden tesekkur edirem
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu işin fəsadı var və haramdır.
Sual: Sualı ünvanladı Emin: Əqiqə qurbanı üçün kəsiləcək heyvanın məbləğində olan pulu məscidə ehsan etmək olarmı?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Olmaz. Çünki bunlar iki ayrı-ayrı şeylərdir.
Sual: Sualı ünvanladı Nicat: Bu nece iwdi bizim sualar sual deyil ? ...............
Cavab: Salam əziz qardaş. Üzrlü sayn, əgər sualınızın cavabı gecikibsə bilin ki, bu bizdən asılı olmayan səbəblərdən olub. Hərhalda çalışarıq daha diqqətli olaq. Əfv edin!
Sual: Salam.ALLAH sizlerden razi olsun ki,verilen suaallara bizi qane eden cavablar verirsiniz.lakin men suallari Sistani aqanin defterxanasina gonderirem,cavab ordan gelmir.Bu da meni qane etmir,mesele burasindadir ki,eyni mena kesb eden suala cavablar muxtelifdirdir.Ona gore de xahish edirem ki,indi tekrar gondereceyim suallarin cavabini Sisitani aqanin defterxanasindan cavablandirasiniz.Qabaqcadan teshekkurumu bildirirem.1.Yaxin qohumlarin sherab verilen meclislerinde hansi formada ishtirak etmek olar ve ya olmaz?................. Diqqətinizə çatdıraq ki, hər sualın içində yalnız bir suala cavab verilir. Bu qanun təzə qüvvəyə minib və qatışıqlığın qarşısnı almaq üçündür. Digər suallarınızı da ayrı-ayrı göndərin. İstənilən qədər suala cavab verəcəyik-inşallah! Bizi əfv edin və üzrlü sayn! Sistani ağanı seçərkən mətnin içində də ağanın adını qeyd edin ki, birdə belə problem yaranmasın. Amma bu problemi araşdırırıq və hələki nədən belə olduğunu bilmirik. İnşallah yaxın zamanda bu texniki problem aradan qaldırılacaq.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər həmin gün qohum evinə getməmək sileyi-rəhmin (qohumlarla əlaqənin) pozulmasına səbəb olarsa onda iki şərtlə gedə bilərsiz:

1-ci: Sizin o məclisdə iştirakınız həmin məclisi təsdiq etməniz və təşviq etməniz kimi görünməsin;

2-ci: O məclisdə siz həmin insanlardan ayrı-digər bir yerdə və digər bir süfrədə əyləşərsinizsə.
Sual: Sualı ünvanladı Emin: Bismillah. Muselman bazarinda, ustunde Halal yazilmis sosiska , ve ya kolbasa memulatlarini alib yemek olar ? Halaldir ?
Cavab: Salam. Bütün mərcei-təqlidlərin nəzəri: Müsəlman bazarında satılan ət məhsullarından istifadə etmək olar. Araşdırmaya ehtiyac yoxdur. (Amma yəqininiz olsa ki, islami qanunlara riayət olunmur, onda olmaz.)
Sual: Sualı ünvanladı Emin: Bismillah, Men dunen megrib namazini gec qildim, hacan bawladiqimi deqiq bilmirem amma 00.03 de qurtardim. Hardasa namaz 4 deqiqe ceker, men indi wekk ediremki namazim batildir? Ya qezasini qilmaliyam ? Megribden sonrada xifteni qildim, bes xiften ? Allah Sizden Razi Olsun )
Cavab: Salam. Bu məsələni sizə ümumi olaraq yazırıq-özünüz aydınlaşdırın. Şam azanı ilə sübh azanının arasında olan məsafəni tən ortadan iki yerə bölün. Əgər şam azanı axşam saat 18:00-da olursa və sübh azanı da sübh saat 06:00-da olursa onda deməli gecə saat 24:00 gecə yarı sayılır. 24:00-a dörd rəkət namaz qılınası qədər vaxt qalan zamana kimi şam namazı əda niyyəti ilə qılınır. Çünki, 24:00-a yalnız dörd rəkət namaz qılınası vaxt xüftən namazına məxsusdur və şam həmin vaxta maaf-əz zimmə niyəti ilə olur. Və 24:00-u keçdikdə qılınan xüftən namazı maaf əz-zimmə niyyəti ilə qılınır. (Yəni Allahım bu namaza necə niyyət olunmalıdırsa onu Sən Özün lazım olan kimi qəbul et.) Xüftən namazını gecə yarıdan oyana saxlamaq olmaz.

Qaranlıq yer olsa təkrarən sual ünvanlayın. Xidmətinizdəyik.
Sual: Sualı ünvanladı Nicat: Dua ederken birinci ne deyilmelidi nece dua edirler
Cavab: Salam. Allahı çağırıb, ehtiyaclarınızı istəyin. Bu işdə azadsız. Nəsə vacib olan bir şey yoxdur ki, sizə yazaq.
Sual: Sualı ünvanladı Nicat: Zikir nece edirler ? Ve mescide getmisdim birincidi gedirdim sertlerini bilmirdim birdefe cematnan namaz qildim cixdim 4 rukat gunahi var bunun ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Vəzifənizə əməl edibsiz. Həmin namazı təkrarlamağa ehtiyac yoxdur.



Allahu-əkbər, sübhənəllah və əlhəmdulillah kimi sözləri düşünərək təkrarlasaz zikr etmiş olursuz. Bunbdan əlavə digər çoxsaylı zikrlər varımızdır ki, bu mövzuda olan kitablara müraciət edin.
Sual: Sualı ünvanladı Aybəniz: ele insanlar var ki vesiyyet edir ki meni atamin.anamin yaninda defn edersiz onlara yaxin olum o dunyada gorusum.bu duz fikirdi?eger bu vesiyyeti etmek mumkun olmazsa ovlada gunah yazilirmi?
Cavab: Salam. Əgər vəsiyyəti boynunuza götürsəniz onu həyata keçirmək vacibdir və bütün alimlərin rəyi belədir.

Amma vəsiyyət ağıldan kənar olsa-belə şeyə əməl lazım deyil.
Sual: Sualı ünvanladı Aybəniz: salam men sual verdim amma cavabi basa dusmedim.vesiyyeti sagliginda deyise bleremmi?siz cavab yazdiz ki vesiyyetin isgalin aradan qaldirmaq beyenilen isdir. bu ne demekdir?2 qebrstanliqda rus ,yehudi muselman defn oluna bilermi?
Cavab: Salam. Vəsiyyəti niyə dəyişirdiz?! Yəni vəsiyyətinizin içində nəyinsə düz olmadığını görüb dəyişirdinizsə və ya daha gözəl yazmaq üçün vəsiyyətinizi dəyişirsizsə bu yaxşıdır. Yəni vəsiyyətdə olan eybi ardan qaldırmaq bəyənilir.

Əgər müsəlmanlar üçün ayrı qəbiristanlıq varsa, onda müsaəlmanı məsihi və yəhudilərin içində dəfn etmək olmaz. Yəni bir yerdə olmaları olmaz. Amma bir yekə qəbiristanlığın içində iki yerə bölünübsə və bir tərəfdə məsihi və yəhudilər və digər bir tərəfdə müsəlmanlardırsa və digər qəbiristanlıq yoxdursa ki, yalnız müsəlmanlara məxsus olsun, və hər hansı başqa səbəbdən müsəlmanı məsihi və yəhudilərin içində dəfn etmək istəyirlərsə, onda bu məsləni yazın ki, nə üçün belə etmək istyirsiz və biz cavab alaq.
Sual: Sualı ünvanladı Anar: Salam.bilmek.isteyirem.tez.tez.allaha.and.içmeyi.allah.aqrsisinda.meqami.
Cavab: Salam. Sualınız aydın deyil. Yenidən və aydın yazın.
Sual: SALAM.MERHUMUM FAZILIN REYIN LUTFEN SUAL ETMIWDIYKI ................28,30ARA...........................................
Cavab: Salam. E-mail adresiniz düzgün deyil. Sualınızla birgə e-mail adresnizi bizə təkrarən göndərin.
Sual: Sualı ünvanladı Elmar: Bir momun baska ....................
Cavab: Salam. E-mail adresinizi bize düzgün yazın. Cavab e-maila gələcək-inşallah!
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam Aleykum menim sualim budur ki Imam Huseyn....................
Cavab: Salam. Sualınız mövzumuza aid deyil. Üzrlü sayın. Yaxın gələcəkdə bütün suallara cavab veriləcək-inşallah!
Sual: Sualı ünvanladı (ad yazılmayıb): salam aleykum. seviyim insani hansiylaki niwan kebin ve toy olacag,onun haqqinda duwunende,insan olduguma gore, bezen wehvet oyadici duwuncelerde gelir xeyalima. bu gunahdimi?eger he onda buna qarwi ne edim??
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Belə düşüncələr sizi şəhvətə saldığı üçün onlardan pəhriz edin. İnsanı şəhvətə salan şeylər günah iş sayılır. Amma bəzən bilmədən olduqda tez istiğfar edib Allaha tərəf qayıtsaz, onda günah yazılmaz.
Sual: Sualı ünvanladı Anar: Salam.mene.sual.verirler.ki,sen.filan.günah.edirsen.axi.günahdan.çekinmeye. çalisiram.men.bu.suali.verenlere.ne.cavab.verim.mene.yol.gösterin.tesekgüller.
Cavab: Salam. Belə sözlərə fikir verməyin. Həmin insanlara deyin ki, namaz insanı paklamaqcundur. Mən namaz qılıram ki, günahlardan paklanam. Və heç bir iş birdən olmur. İnşallah bütün günahları tərk edəcəm və buna çalışıram.
Sual: Sualı ünvanladı Anar: Salam.menim.25.yasim.var.üzümü.lap.dibden.yeni.lezva.ile. qirxa.bilerem.bu.menim.üçün.mühüm.cavab.olacaq.tesekgüller.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Olmaz, haramdır.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı