www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Heyatini uduzan adam ne etmeli ve hecneyin tesiri yoxsa emelen mef edilen adam ne etmeliki onan qurtara bilsin
Cavab: Salam. İstənilən bir vəziyyətdə insan üçün dönüş var. Həmin insan özünü toplayıb-onu əldən salan pis xatirələri kənara tullayıb, iradə ilə yeni bir həyata başlamalıdır. Bir həyat ki, həmin həyatda İbadət-itaətlə Allahda güc almalıdır.
Sual: Sualı ünvanladı Müslim: Salam aleykum. Ağa Sistaninin təqlid edirəm. Əgər bir şəxs imtahanda................................
Cavab: Salam. E-mail adresinizi düzgün yazın. Cavab e-mail adresinə göndəriləcək.
Sual: (Salam. Bir əlavə: Fevralın 23 gündüz saatlarında ünvanlanan bütün sullar cavablandı, istisnadı Ayətullah Məkarimin-dəftərxanasına ünvanlanan suallar. inşallah bütün suallar bugün cavablanacaq və cavabsız sual qalmayacaq.) Salam əziz oxucular. Çox zəruri olan bir nöqtəyə diqqət edin: Bundan sonra sual göndərdikdə hər sualı ayrıca göndərin. Sualınız hər nəqədər çox olsa biz inşaallah dəftərxanalardan cavab alacağıq. Amma xahiş edirik ki, bundan sonra bir sualın içində bir neçə sual göndərməyin. Yəni ayrı-ayrı göndərin. Çünki, belə olduqda cavab almaq çətin olur. Və həmin sual-cavab qatışıq halda olur. Diqqət-diqqət: Bundan sonra bir sualın içində bir neçə sual olarsa həmin sualın yalnız birinci hissəsinə cavab veriləcək və sualın içində olan digər suallar silinməklə həmin çoxsaylı suallara malik olan bir sual, bizim tərəfinmizdən bir sual həddinə kimi ixtisara salınacaq. Bu qanun 2\23\2013-tarixi axşam saat 22-30-dan sonraya şamildir.
Cavab: Ümid edirik ki, bizi anlayıb-inciməyəsiniz. Məqsədimiz belə suallarda olan qatışıqlıqdan yaranan çətinliyin və oxucuların fikrində yaranması ehtimal olunan qatışıqlığın qarşısını almaqdır.



Əlavə olaraq qeyd edək ki, Cümə günü səhər saat 11:00-a kimi olan bütün suallara cavab verilib. Cümə günü saat 11:00-dan sonra gələn sullara cavab vermək imkanı olmadı. Çünki sullar çox idi-vaxt çatmadı. İnşallah sabah, cümə günü və bugün ünvanlanan bütün suallara cavab veriləcək. Üzrlü sayın-biz əlimizdən gələni etdik-amma çatdırmaq mümkün olmadı.

Bundan əlavə bizə təşəkkür edənlərə-çoxsağolun deyirik. Saytdan istifadə etdiyiniz üçün, dini hökmlərə diqqət verdiyiniz üçün bizdə sizə təşəkkür edirik. Allah razı olsun!
Sual: Sualı ünvanladı Balabay: salam namaz vaxdi catir eve namaza gelmey isdeyirem ama atam qoymayir ne etmeliyem?
Cavab: Salam. Elə iş yerində qıl namazını. Əsas odur ki, qəzaya getməsin.
Sual: Sualı ünvanladı Balabey: Salam evde imam sekili asib hemin evde namaz qilmaq olar yoxsa haramdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Üzüqibləyə duranda qarşınızda istənilən bir şəkilin olması məkruhdur.
Sual: Sualı ünvanladı Bende: salam.7ve8yawli uwaqlari mexsusen qiz uwaqlarini namaza celb etmey vacibdirmi
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir vacib deyil. Amma təkid olunmuş müstəhəbdir.
Sual: Sualı ünvanladı Zaur: Salam aleyke. Su sayğacına istifadəçi tərəfindən müdaxilə olunur və sayğac az pul yazır. Bu su ilə alınan dəstəmazın hökmü nədir?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Bu iş olmaz. Dəstəmaz batildir.
Sual: Sualı ünvanladı Adam: Salam Eleykum.8 marti qeyd etmek ve bu meqsedle hediyye vermeyin gunah olduqun bilirik,amma kimese hediyye almaq uchun bir neche nefer oz aralarinda pul yiqirsa,vermemek pis alinir,bu veziyyetde hediyye ucun pul vermek olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Olmaz.
Sual: Sualı ünvanladı Hech: SALAM ELEYKUM.Uwaq uchun alinan ewyalarin xumsun vermek vacibdir valdeyne?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, vacib deyil.
Sual: Sualı ünvanladı Tural: Salam salavat göndererken eli uze cekmek gunahdi? ( Makarim aganin defterxanasi)
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Bu iş namazın içində çəkilən salavatda olmaz. Amma adi halda eybi yoxdur.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam (Mekarim agaya teqlid edirem) Men seriala cekilirem qa$imin ortasindan tam yox 3-4 dene tük goturmeli olurlar her gun yox cekilisden cekilise bu gunahdi? Ama mecburamda ALLAH RAZI OLSUN
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Eybi, yoxdur.
Sual: Sualı ünvanladı Elşad: Manim sualim Ayatulla Makarim Shiraziydi saqal saxlamaq vajibdi?manim ishimnan alaqadar olaraq saxlaya bilmiram bela baxanda bu dunyanin malina qora cixir manimm saqali qirxmaqim na daracayacan qunahdi
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Bəli, vacibdir. İş axtarın və təzə iş tapandan sonra bu işdən çıxın.
Sual: Sualı ünvanladı Seymur: Salam Men bir xiristian futbolcuya azarkesliy edirem bu gunahdi? Mekarim agaya teqlid edirem
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Günah deyil.
Sual: Sualı ünvanladı Fatime: Salam Eleykum.Men bu umumi menada hokmu bilmek isteyerdim,yeni ki,bele veziyyet olsa hokmu nedir. Allah razi olsun
Cavab: Salam. Hörmətli bacı, suallar çoxdur deyə biz sizin sual mövzusunu təyin edə bilmədik. Köhnə sualınızı da bu izahla birgə təkrar ünvanlayın. Üzrlü sayn.
Sual: Sualı ünvanladı Fərid: Salam . 1.Üzü qırxıb , professorlar kimi alt çənədə saqqal saxlamaq caizdirmi ? 2. Musiqi barədə nəzəriniz nədir ? Dini musiqilərə qulaq asa bilərikmi ? 3. Xums günüm bir neçə ay sonra tamam olacaq , birinci dəfədir , nəyi necə hesablamalıyam? Əgər o vaxt pulum olmazsa , nə etməliyəm ? 4. Fəlsəfə haramdırmı? Əhli-Beyt (ə) irfanı nədir və hansı növ irfan haram sayılır ? 5.Azərbaycanda bəzi şəxslər özlərini Mehdi adlandıraraq xalqı çaşdırırlar ,bəziləri də əskinə, ümumiyyətlə məhdəviyyatı inkar edirlər . Bunlarla necə mübarizə aparmaq olar ? 6. İmam Zaman (əf) ilə rabitəmizi necə gücləndirək , Ona olan mərifətimizi necə artıraq ? Bizim O Həzrətin qarşısında olan vəzifələrimiz nədir ? Allah sizin kimi Əhli-Beyt (ə) alimlərini bizə çox görməsin və sizi Ağanın (əf) nökərlərindən qərar versin . İltimasi dua .
Cavab: Salam. Ayətullah Behcət dəftərxana:

1-Saqqalı belə etmək caiz deyil. Haramdır.

2-Musiqi alətlərindən istifadə olunan istənilən musiqi haramdır.

3-Elə üstəki cavab.

4-Siz Ayətullah Behcətə təqliddə qalmaq üçün hansı mərcei-təqlidin icazəsi ilə qalmısınıza xüms məsləsində həmin mərcei-təqlidə müraciət etməlisiniz. Yəni siz sualın bu hissəsini mərhum Ayətullah Behcətə təqliddə qalmağınız üçün icazə aldığınız mücetehidin dəftərxanasına ünvanlayın və biz cavab alaq.

5-Yoxa xüms gəlmir.

6-Fəlsəfə halaldır-məşğul olmaq olar.

7-Ürfan da halaldır-amma batil ürfan olmasın.

Digər suallarınız mövzumuza aid deyil. İnşallah bu yaxınlarda saytın elmi fəaliyyəti güclənəcək. Ondan sonra bütün suallarınıza ətraflı cavab verəcəyik. Hələlik isə bizləri üzrlü sayn.
Sual: Sualı ünvanladı Behruz: Salam Oglan Cenabet qusulun nece almalidir? Xais edirem aciq-aydin yazin ALLAH razi olsun
Cavab: Salam. Birinci; baş və boyun yuyulur.

İkinci; sağ çiyindən başlamaqla sanki bədən düz iki yerə bölünür və ayaq barmaqlarının ucuna kimi bədənin sağ tərəfi tam yuyulur.

Üçüncü; çiyindən başlamaqla sanki bədən düz iki yerə bölünür və ayaq barmaqlarının ucuna kimi bədənin sol tərəfi tam yuyulur.

Sağ və solu yuyanda həmin miqadarlardan biraz artıq yumağın eybi yoxdur. Yəni bu niyyətlə ki, arxayın olasız ki, sağ tam yuyuldu və birazı yuyulmamış qalmadı.
Sual: Sualı ünvanladı Aybəniz: salam. otaqda insan sekilleri.tebiet menzeresi. Kebe sekilleri olarsa orada namaz qilmaq olarmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu şəkillər qiblə səmtdə olarsa, onlara tərəf durub namaz qılmaq məkruhdur.
Sual: Sualı ünvanladı Muslim: Salam aleykum. Ağa Xameneyini təqlid edirəm. Bir şəxs dövlət lotoreyasında iştirak edib və pul udub. Həmin şəxs o pulu xərcləyə bilərmi? Bu pulu hansısa yolla təmizləmək olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Onu təmizləmək olmur. Bütün məbləğ sədəqə verilməlidir.
Sual: Sualı ünvanladı Pərviz: salam bir kadin erinden 7ildir ayrilib kebni geri oxutdurmayib ve 1 oglanla zina edib sonra kebni geri oxutdurub 40 45 gun sonra hemin oglanla zina edib indi oglan namaza gelib onlar aile qurmaq isteyirler nece etsinlerki bir yerde aile qursunlar ve bir birilerine halal olsunlar zehmet olmasa komeklik ederdiz onlar birlessinler
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Əgər bir qadın ərindən təlaq almamış hansısa kişi ilə zina edərsə onda onlar bir-birinə əbədi haram olur. Yox amma bir qadın ərindən təlaq alsa və təlaq alandan sonra zina edərsə onda əbədi haram olmurlar.

Sayt tərəfindən: Sualınız ikimənalıdır. Cavabı da hər iki hala uyğun yazdıq ki, hansı vəziyyət halınıza şamildirsə ondan istifadə edin.
Sual: Sualı ünvanladı Anar: Salam.eger.qeza.namazlarimin.hamsini.qilsam.men.bütöv.namaz.qilan.sayiliram.?axi.men.14ya$imdan.baslamamisam.buna.münasibetiniz.saqolun.
Cavab: Salam. Bəli, siz 14 yaşında həddi-büluğ olubsuz. (Əlamətlər zahir olmaqla.) Əgər həmin qəzaya verdiyiniz namazların qəzasını yerinə yetirsəz, sizin namazlarınız bütövləşir və bu çox böyük xoşbəxtçilikdir ki, insanın qəza namazı olmasın.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı